B Ü T Ü N U Ş A Q L A R A Ü M İ D B Ə X Ş E D Ə K
7
U N I C E F @ 7 0 : 1 9 4 6 − 2 0 1 6
PROLOQ
“Bəşəriyyətin ümidi gələcək nəsillərədir.”
BMT Baş Məclisinin İkinci dünya müharibəsindən sonra həyatları təhlükə altında olan uşaqların müdafiəsi,
cəmiyyətin yarala-
rının sağalması və daha yaxşı gələcəyə olan ümidi bərpa etmək məqsədilə 1946-cı ildə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım
Fondunun, yəni UNICEF-in (International Children’s Emergency Fund) yaradılması üzrə tövsiyələri bu sözlərlə başlayırdı.
Həmin tarixdən sonra gələn 70 il ərzində təşkilatımız harada yaşamasından, ölkələr səviyyəsində və ya beynəlxalq səviyyədə
yürüdülən siyasətdən asılı olmayaraq, bütün dünya uşaqlarının hüquqlarının təmin edilməsi, rifahının qorunması məqsədilə ona
göstərilən etimadı doğrultmaq üçün əlindən gələn bütün səyləri göstərmişdir. Təşkilatımızın 70 illik yubileyinə həsr olunmuş bu
xüsusi nəşrdə fəaliyyətimizin bir çox diqqətəlayiq mərhələsi işıqlandırılır.
Burada bir hekayə verilmişdir — UNICEF-in uşaqlara arzuladığımız ən yaxşı şeylərlə hələ nail ola bilmədiyimiz məqsədlər arasın-
dakı məsafəni azaltmaq üçün qətiyyətli fəaliyyətinin hekayəsi.
Bu, dünyanın ən təhlükəli yerlərində ən böyük risklərlə üzləşən uşaqlara xidmət göstərmək üçün gecəsini gündüzə qatan
cəsarətli, amalına sadiq minlərlə insanın, tərəfdaşımız olan ölkələrin, donor təşkilatların, dünyanın
bütün nöqtələrindən olan və
bizi dəstəkləyən, ən zəruri resurslarını istifadəmizə verən, uşaqlarla bağlı ortaq xəyalların reallaşmasına gedən yolda daima bizi
ruhlandıran qurumların, uşaqların həyatını xilas etmək üçün yeni üsullar işləyib hazırlamış innovatorların, öz istedadları ilə uşaqlara
kömək edən və ümid bəxş edən xoşməramlı səfirlərin, uşaqların mənafeyi naminə hər zaman və hər yerdə öz sözünu deməkdən
çəkinməyən hüquq müdafiəçilərinin hekayəsidir.
Ancaq hər şeydən əvvəl bu, 70
ildir ki, cəsarəti və mətanəti ilə bizi ruhlandıran milyonlarla uşağın hekayəsidir. Münaqişələrdən və
böhranlı vəziyyətlərdən əziyyət çəkən, yoxsulluq və məhrumiyyətlər, eləcə də ayrı-seçkilik və təcrid siyasətinin qurbanı olan bu
uşaqlar oynamağı, öyrənməyi və gülümsəməyi unutmamış, gələcəyə olan ümidlərini itirməmişdir.
Biz, UNICEF-in 70 illik yubileyini bu uşaqların hər birinin xəyallarını reallaşdırmaq naminə əvvəlki qətiyyətlə işimizə davam edəcəyi-
mizi bəyan etmək üçün fürsət hesab edirik.
Bizim fəaliyyət fəlsəfəmizin təməlində uşaqlar dayanır. Onlar bu gün də bəşəriyyətin ümididir.
Entoni Leyk
İcraçı direktor
B Ü T Ü N U Ş A Q L A R A Ü M İ D B Ə X Ş E D Ə K
1 0
U N I C E F @ 7 0 : 1 9 4 6 − 2 0 1 6
Bu gün də, yəni həmin tarixdən 70
il sonra, Avropanın
UNICEF-in təsis edildiyi tarixdən bu yana heç üzləş-
mədiyi dərəcədə ciddi qaçqın və miqrant problemləri
ilə üzləşdiyi vəziyyətdə, təşkilat uşaq hüquqlarının
müdafiəçisi funksiyalarını yerinə yetirməyə davam
edir. Humanitar yardım və inkişaf məsələləri ilə məşğul
olan təşkilatlar arasında tutduğu özünəməxsus mövqe
UNICEF-in təbii fəlakətlər və silahlı münaqişələr
nəticəsində öz doğma
yurdundan didərgin düşmüş
uşaqlara yardımla yanaşı, bütün uşaqlar üçün daha
yaxşı gələcək naminə fəaliyyət göstərməsini tələb edir.
UNICEF hər bir uşağın gələcəyinə ümidlə yanaşır.
Bütün uşaqların sağlam və təhlükəsiz uşaqlıq
keçirmək hüququna malik olması əqidəsi təşkilatın
bütün tarixindən qırmızı xətlə keçir. Onun öz fəaliy-
yətini davam etdirə bilməsi üzləşdiyi çağırışların və
çətinliklərin öhdəsindən gəlmək üçün keçmişdən dərs
çıxara bilməsindən və gələcək problemlərin həllində
innovasiyaların yaratdığı potensiala arxalanmasından
asılıdır. UNICEF-in hazırkı İcraçı direktoru Entoni Leykin
(Anthony Lake) də proqnozlaşdırdığı kimi, bunun üçün
“uyğunlaşmağa hazır olmaq … bütün dünyada sosial
müdafiəsi zəif olan uşaqların hüquqlarının reallaşdı-
rılmasının, parlaq gələcəyinin
təmin edilməsinin yeni
yollarını tapmaq lazım gələcək.”
Təşkilatın fəaliyyət fəlsəfəsinin təməlində uşağın bir
bütöv olaraq qəbul edilməsi dayanır, yəni, əqli və fiziki
sağlamlığı ilə yanaşı, uşağın təhsil almaq, hüquqi və
sosial müdafiə vasitələrindən, sağlamlıq üçün təhlükə
törətməyən su mənbələrindən, sanitariya qovşaqla-
rından və s. istifadə etmək imkanı da nəzərdən keçirilir.
UNICEF
yoxsulluq, xəstəlik və aclıq kimi arzuolunmaz
halların qlobal inkişafa əngəl törətdiyini və uşaq
hüquqlarının pozulması ilə nəticələndiyini yaxşı başa
düşür. Uşaqların bir insan olaraq malik olduğu bu
hüquqlar onların hər birinin ləyaqətli həyat şəraitinə
malik olduğu bir dünyanın yaradılması yolunda təşki-
latın fəaliyyətini istiqamətləndirən rəhbər prinsiplərdir.
Fövqəladə hallarla mübarizə sahəsində böyük təc-
rübəsi olan, uşaq hüquqlarının ən böyük müdafiəçisi
və ədalətli inkişafın hərəkətverici
qüvvələrindən biri
İkinci dünya müharibəsindən sonrakı Avropada hər gün milyonlarla uşağın aclıq
və səfalətlə üzləşdiyinin şahidi olan Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi
1946-cı ilin dekabr ayında təcili humanitar yardım proqramlarının həyata keçiril-
məsi məqsədiləyeni qurumun, Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondunun
və ya BMT-nin Uşaq fondunun yaradıldığını elan etdi. UNICEF-in yaradılmasında
məqsəd BMT-nin mənəvi prinsiplərinə və dəyərlərinə uyğun olaraq irqi, dini və etnik
mənsubiyyət, eləcə də sosial status və ya siyasi dünyagörüşü zəminində ayrı-seç-
kiliyə yol vermədən yardım göstərmək olmuşdur. Təşkilatın ilk İcraçı direktoru
vəzifəsinə təyin edilərkən Moris Peytin (Maurice Pate) irəli sürdüyü yeganə şərt bu
yardımın həm müttəfiq ölkələrdən, həm də “əvvəl düşmən olmuş ölkələrdən” olan
uşaqları, “yəni bütün uşaqları əhatə etməsi” idi.