BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   2   3   4   5   6   7   8   9   ...   22


MÜNDƏRİCAT
Proloq 7
Giriş: UNICEF-in yaranma tarixçəsi 
8
1.   Risk qrupuna daxil olan uşaqlara humanitar yardımın göstərilməsi 
16
2.   Uşaq ölümləri və sağlamlığın mühafizəsi sahəsində inqilabi dəyişikliklər 
26
3.   Ərzaq təchizatı sahəsində təmin edilməsi  
 
mümkün olan çox zəruri ehtiyaclar 
36
4.  Su təchizatı və sanitar-gigiyenik xidmətlərin hər kəs üçün  
 
əlçatan olması yolunda atılan addımlar 
44
5.   Hər kəsin keyfiyyətli təhsil almasını nəzərdə tutan, 
 
köklü dəyişikliklərə əsaslanan yanaşma tərzi 
54
6.   İİV infeksiyasının profilaktikası, müalicəsi və İİV-ə yoluxmuş
 
İİV infeksiyası və QİÇS-dən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi  64
7.   Uşaqların zorakılıq, istismar və qəddar davranışa qarşı müdafiəsi 
72
8.  Sosial inteqrasiya və hər bir uşağın hüquqlarının təmin edilməsi 
86
9.   Tərəqqi naminə tərəfdaşlıq 
92
Epiloq: Gələcəyə baxış 
100 


Kubanın paytaxtı Havana  
şəhərində Angela Landa 
adına ibtidai məktəbin 
şagirdləri məktəbin  
həyətində oynayır (1995)
  
© UNICEF/UNI53115/BARBOUR


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
7
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
PROLOQ
“Bəşəriyyətin ümidi gələcək nəsillərədir.” 
BMT Baş Məclisinin İkinci dünya müharibəsindən sonra həyatları təhlükə altında olan uşaqların müdafiəsi, cəmiyyətin yarala-
rının sağalması və daha yaxşı gələcəyə olan ümidi bərpa etmək məqsədilə 1946-cı ildə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım 
Fondunun, yəni UNICEF-in (International Children’s Emergency Fund) yaradılması üzrə tövsiyələri bu sözlərlə başlayırdı. 
Həmin tarixdən sonra gələn 70 il ərzində təşkilatımız harada yaşamasından, ölkələr səviyyəsində və ya beynəlxalq səviyyədə 
yürüdülən siyasətdən asılı olmayaraq, bütün dünya uşaqlarının hüquqlarının təmin edilməsi, rifahının qorunması məqsədilə ona 
göstərilən etimadı doğrultmaq üçün əlindən gələn bütün səyləri göstərmişdir. Təşkilatımızın 70 illik yubileyinə həsr olunmuş bu 
xüsusi nəşrdə fəaliyyətimizin bir çox diqqətəlayiq mərhələsi işıqlandırılır. 
Burada bir hekayə verilmişdir — UNICEF-in uşaqlara arzuladığımız ən yaxşı şeylərlə hələ nail ola bilmədiyimiz məqsədlər arasın-
dakı məsafəni azaltmaq üçün qətiyyətli fəaliyyətinin hekayəsi. 
Bu, dünyanın ən təhlükəli yerlərində ən böyük risklərlə üzləşən uşaqlara xidmət göstərmək üçün gecəsini gündüzə qatan 
cəsarətli, amalına sadiq minlərlə insanın, tərəfdaşımız olan ölkələrin, donor təşkilatların, dünyanın bütün nöqtələrindən olan və 
bizi dəstəkləyən, ən zəruri resurslarını istifadəmizə verən, uşaqlarla bağlı ortaq xəyalların reallaşmasına gedən yolda daima bizi 
ruhlandıran qurumların, uşaqların həyatını xilas etmək üçün yeni üsullar işləyib hazırlamış innovatorların, öz istedadları ilə uşaqlara 
kömək edən və ümid bəxş edən xoşməramlı səfirlərin, uşaqların mənafeyi naminə hər zaman və hər yerdə öz sözünu deməkdən 
çəkinməyən hüquq müdafiəçilərinin hekayəsidir. 
Ancaq hər şeydən əvvəl bu, 70 ildir ki, cəsarəti və mətanəti ilə bizi ruhlandıran milyonlarla uşağın hekayəsidir. Münaqişələrdən və 
böhranlı vəziyyətlərdən əziyyət çəkən, yoxsulluq və məhrumiyyətlər, eləcə də ayrı-seçkilik və təcrid siyasətinin qurbanı olan bu 
uşaqlar oynamağı, öyrənməyi və gülümsəməyi unutmamış, gələcəyə olan ümidlərini itirməmişdir. 
Biz, UNICEF-in 70 illik yubileyini bu uşaqların hər birinin xəyallarını reallaşdırmaq naminə əvvəlki qətiyyətlə işimizə davam edəcəyi-
mizi bəyan etmək üçün fürsət hesab edirik. 
Bizim fəaliyyət fəlsəfəmizin təməlində uşaqlar dayanır. Onlar bu gün də bəşəriyyətin ümididir.
 
 
 
 
 
Entoni Leyk 
İcraçı direktor


Bir könüllü işçi və onun daşıdığı bir uşaq 
(hər ikisi qaçqındır) digər qaçqınların 
Lezbos adasına (Yunanıstan) gəlib çıxa 
bilməsinə sevinir (2015). 
© UNICEF/UNI197517/GILBERTSON VII PHOTO


GİRİŞ 
UNICEF-in 
YARANMA 
TARİXÇƏSİ


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
1 0
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Bu gün də, yəni həmin tarixdən 70 il sonra, Avropanın 
UNICEF-in təsis edildiyi tarixdən bu yana heç üzləş-
mədiyi dərəcədə ciddi qaçqın və miqrant problemləri 
ilə üzləşdiyi vəziyyətdə, təşkilat uşaq hüquqlarının 
müdafiəçisi funksiyalarını yerinə yetirməyə davam 
edir. Humanitar yardım və inkişaf məsələləri ilə məşğul 
olan təşkilatlar arasında tutduğu özünəməxsus mövqe 
UNICEF-in təbii fəlakətlər və silahlı münaqişələr 
nəticəsində öz doğma yurdundan didərgin düşmüş 
uşaqlara yardımla yanaşı, bütün uşaqlar üçün daha 
yaxşı gələcək naminə fəaliyyət göstərməsini tələb edir. 
UNICEF hər bir uşağın gələcəyinə ümidlə yanaşır. 
Bütün uşaqların sağlam və təhlükəsiz uşaqlıq 
keçirmək hüququna malik olması əqidəsi təşkilatın 
bütün tarixindən qırmızı xətlə keçir. Onun öz fəaliy-
yətini davam etdirə bilməsi üzləşdiyi çağırışların və 
çətinliklərin öhdəsindən gəlmək üçün keçmişdən dərs 
çıxara bilməsindən və gələcək problemlərin həllində 
innovasiyaların yaratdığı potensiala arxalanmasından 
asılıdır. UNICEF-in hazırkı İcraçı direktoru Entoni Leykin 
(Anthony Lake) də proqnozlaşdırdığı kimi, bunun üçün 
“uyğunlaşmağa hazır olmaq … bütün dünyada sosial 
müdafiəsi zəif olan uşaqların hüquqlarının reallaşdı-
rılmasının, parlaq gələcəyinin təmin edilməsinin yeni 
yollarını tapmaq lazım gələcək.” 
Təşkilatın fəaliyyət fəlsəfəsinin təməlində uşağın bir 
bütöv olaraq qəbul edilməsi dayanır, yəni, əqli və fiziki 
sağlamlığı ilə yanaşı, uşağın təhsil almaq, hüquqi və 
sosial müdafiə vasitələrindən, sağlamlıq üçün təhlükə 
törətməyən su mənbələrindən, sanitariya qovşaqla-
rından və s. istifadə etmək imkanı da nəzərdən keçirilir. 
UNICEF yoxsulluq, xəstəlik və aclıq kimi arzuolunmaz 
halların qlobal inkişafa əngəl törətdiyini və uşaq 
hüquqlarının pozulması ilə nəticələndiyini yaxşı başa 
düşür. Uşaqların bir insan olaraq malik olduğu bu 
hüquqlar onların hər birinin ləyaqətli həyat şəraitinə 
malik olduğu bir dünyanın yaradılması yolunda təşki-
latın fəaliyyətini istiqamətləndirən rəhbər prinsiplərdir. 
Fövqəladə hallarla mübarizə sahəsində böyük təc-
rübəsi olan, uşaq hüquqlarının ən böyük müdafiəçisi 
və ədalətli inkişafın hərəkətverici qüvvələrindən biri 
İkinci dünya müharibəsindən sonrakı Avropada hər gün milyonlarla uşağın aclıq 
və səfalətlə üzləşdiyinin şahidi olan Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 
1946-cı ilin dekabr ayında təcili humanitar yardım proqramlarının həyata keçiril-
məsi məqsədiləyeni qurumun, Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondunun 
və ya BMT-nin Uşaq fondunun yaradıldığını elan etdi. UNICEF-in yaradılmasında 
məqsəd BMT-nin mənəvi prinsiplərinə və dəyərlərinə uyğun olaraq irqi, dini və etnik 
mənsubiyyət, eləcə də sosial status və ya siyasi dünyagörüşü zəminində ayrı-seç-
kiliyə yol vermədən yardım göstərmək olmuşdur. Təşkilatın ilk İcraçı direktoru 
vəzifəsinə təyin edilərkən Moris Peytin (Maurice Pate) irəli sürdüyü yeganə şərt bu 
yardımın həm müttəfiq ölkələrdən, həm də “əvvəl düşmən olmuş ölkələrdən” olan 
uşaqları, “yəni bütün uşaqları əhatə etməsi” idi.


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə