BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   14   15   16   17   18   19   20   21   22

İKEA firmasının “Sosial təşəbbüs” 
layihəsi və UNICEF-in işləyən 
uşaqları müəyyənləşdirərək məktəbə 
göndərmək üçün göstərdiyi səylər 
nəticəsində Krnataraka (Hindistan) 
şəhərindəki məktəbdə qaçarkən 
(2010). 
© UNICEF/UNI88078/CROUCH


D O Q Q U Z
T Ə R Ə Q Q İ 
N A M İ N Ə 
T Ə R Ə F D A Ş L I Q


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
9 4
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
UNICEF uşaqların mənafeyinin qorunması istiqamətində son yetmiş ildə gördüyü işlərə 
görə böyük qürur hissi keçirir, lakin, təşkilat eyni zamanda anlayır ki, tərəfdaşlarının 
yardımı olmasaydı bu müvəffəqiyyətin miqyası çox kiçik olardı. Təşkilatın proqramlarının 
təməlində yerli hökumətlərin və QHT-lərin əməkdaşlığı kimi həyati əhəmiyyət daşıyan 
amildən tutmuş “Unilever” və “Hennes & Mauritz” kimi transmilli şirkətlərin səxavətlə 
ayırdığı böyük vəsaitlərə, “Bill & Melinda Gates” fondunun maliyyə investisiyaları və 
intellektual investisiyalarına qədər bütün növ tərəfdaşlıqlar dayanır.
UNICEF-in tərəfdaşları arasında fəallar, hüquq müdafiə-
çiləri, səhiyyyə və təhsil işçiləri də var. Təşkilatın ölkələrdəki 
nümayəndəliklərinin əməkdaşlığı bəzən İKEA fondu və 
ya Uşaqlar üçün İnvestisiya Fondu kimi qlobal layihələrlə 
nəticələnir. Digər tərəfdaşlıqlara misal olaraq, UNICEF-in 
34 ölkədə fəaliyyət göstərən milli nümayəndəliklərinin 
Barselona futbol klubu, “İNG”, “LEGO” “Millicom”, 
“Tencent” və “Louis Vuitton” kimi nəhəng şirkətlərlə qurulan 
əməkdaşlıq münasibətlərini göstərmək olar. 
1990-cı ildə təşkilatın icraçı direktoru Kerol Bellami (Carol 
Bellamy) özəl şirkətlərinin başçılarını dövlət başçıları 
kimi uşaqlar qarşısında iqtisadi öhdəliklər götürməyə 
çağırmışdır. Qlobal biznes icmasında ortaq sosial dəyərlər 
yaratmaq tendensiyası getdikcə gücləndikcə gələcək dünya 
vətəndaşlığı sahəsində investisiya qoyulmasına olan zərurət 
özünü daha əyani surətdə büruzə verir. UNICEF-in fəaliyyə-
tinin qloballığı şirkətlərin onu uşaqlarla bağlı ən sistematik 
və ən köklü dəyişiklikləri həyata keçirməyə qadir tərəf kimi 
qəbul etməsi ilə nəticələnmişdir. Bu gün, UNICEF-in illik 
gəlirində özəl sektor tərəfindən ayrılan vəsaitlərin payı 
getdikcə artmaqdadır. 
Təşkilatın səhiyyə sahəsində ən uğurlu kampaniyalarından 
ikisinin təməlində uzunmüddətli və strateji tərəfdaşlıq 
dayanır. UNICEF və “Rotari” Klublarının Beynəlxalq 
Assosiasiyası ilk dəfə 1988-ci ildə ÜST və ABŞ Xəstəliklərin 
nəzarət altında saxlanması və qarşısının alınması Mərkəzi ilə 
poliomielit xəstəliyinə qarşı birgə fəaliyyətə başlayarkən bu 
xəstəlik 125 ölkədə endemik epidemiya həddinə çatmışdı. 
Bu gün, həmin əməkdaşlığın nəticəsi olan “Poliomielitin 
aradan qaldırılması üzrə qlobal təşəbbüs” layihəsi və s. 
kimi tədbirlər nəticəsində bu məqsədə tam nail olmağa az 
qalmışdır. Belə ki, 1988—2015-ci illər arasında xəstəliyə 
yoluxma hallarının sayı 99 faiz azalmışdır. 
UNICEF ana və körpələrin tetanus xəstəliyinə tutulmasını 
aradan qaldırmaq üçün tərəfdaşlıqların qurulmasında 
da aparıcı rol oynamışdır. 2006-cı ildən bu vaxta qədər 
“Pampers” ilə UNICEF-in bu istiqamətdə birgə fəaliyyəti 
xəstəliyin 17 ölkədə tamamilə aradan qaldırılmasına öz 
töhfəsini vermişdir. “Kiwanis International” 2010-cu ildə 
poliomielitə tutulmaq riski altında olan qadın və uşaqların 
müdafiəsi üçün aparılan fəaliyyətə qoşulmuşdur. 
Bu layihədən əvvəl isə UNICEF ilə “Kiwanis International” 
bərpa oluna bilən əqli qüsurların ən yayğın səbəbi olan yod 
çatışmazlığından qaynaqlanan xəstəliklərə qarşı birlikdə 


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
9 5
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Danimarkanın Əfqanıstan Komitəsi və UNICEF-in dəstəyi ilə Əfqanıstanın Herat vilayətində fəaliyyət göstərən klinikada öz növbəsini gözləyən ana və 
qucağındakı körpəsi (2015). 
© UNICEF/UNI11171/LEMOYNE


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
9 6
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
mübarizə aparmışdır. Həmin kampaniya nəticəsində 
bütün dünyada yodlaşdırılmış duzdan istifadə imkanı 
olan insanların sayını 1990-cı ildəki 20%-dən cəmi on ilə 
70%-ə qədər artırmaq mümkün olmuşdur. 
Tərəfdaşlıqların qurulmasında idman da hərəkətverici 
qüvvə olmuşdur. UNICEF-in idmançılarla ciddi tərəf-
daşlığı 1982-ci ildə, Beynəlxalq Futbol Federasiyaları 
Assosiasiyası (FİFA) tərəfindən keçirilən “Bütün ulduzlar 
UNICEF üçün” adlı futbol matçı ilə başlamışdır. Təşkilatın 
İcraçı direktoru həmin matç haqqında demişdir: 
“UNICEF-in uşaqların maraqları naminə nələr etdiyini 
bu matç qədər dünya ictimaiyyətinin diqqətinə çatdıran 
başqa bir tədbirin mümkün ola biləcəyini düşünmürəm”. 
Bu gün çox sayda ulduz idmançı UNICEF-in səfirləri 
olaraq fəaliyyət göstərir. Məsələn, beynəlxalq kriket 
dairələrində əsil sensasiya olan Saçin Tendulkar (Sachni 
Tendulkar) UNICEF-in Cənubi Asiya üzrə xoşməramlı 
səfiri və Beynəlxalq Kriket Şurası ilə tərəfdaşlıq əsasında 
təsis edilmiş “Team Swachh” komandasının üzvüdür. 
Bu komandanın üzvləri uşaqları tualetdən istifadə və 
şəxsi gigiyena qaydaları barədə məlumatlandırmaq 
və Hindistanda açıq ərazilərdə təbii ehtiyacları yerinə 
yetirmək praktikasına son qoymaq üçün idmanın 
nüfuzundan və gücündən istifadə edir.
Təşkilatın digər fəal xoşməramlı səfirləri arasında dünya 
şöhrətli Devid Bekham (David Beckham) və Novak 
Cokoviç (Novak Djokovic) da var. 
Hava nəqliyyatı sektoru da dünya miqyaslı layihələrinin 
reallaşmasında UNICEF-lə əməkdaşlıq etmişdir. 
Məsələn, təşkilatın ən məşhur tərəfdaşlıq layihələrindən 
biri olan “Xeyirxah əməl üçün xırda pullar” proqramı 
çərçivəsində 1987-ci ildən bu günə qədər təşkilat 
üçün pul yığılmaqdadır. Proqramda iştirak edən hava 
yolları şirkətləri müştəriləri təşkilat üçün ianə verməyə 
həvəsləndirməklə yanaşı, transkontinental müstəvidə 
fəaliyyət göstərən və tərəfdaş ola biləcək tərəfləri onun 
fəaliyyət konsepsiyası barədə məlumatlandırır. 


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
9 7
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Avropa İcmalarının Humanitar Yardım 
İdarəsinin dəstəyi ilə həyata keçirilən bir lay-
ihə çərçivəsində Pakistanın Sidh vilayətində 
qadın tibb işçisi qadın və uşaqlara məsləhət 
xidməti göstərərkən (2014). 
© UNICEF/UNI167598/ZAIDI


© UNICEF/UN034077/TORGOVNIK
9 yaşlı Dieqo Ramirez San Salvador 
şəhərinin ölkənin ən təhlükəli rayon-
larından biri hesab edilən, cinayət-
karlığın son dərəcə geniş yayıldığı, 
cinayətkar bandaların özbaşınalıq 
etdiyi ətraf məhəllələrindən birində 
yaşayır. Burada UNICEF-in dəstəyi ilə 
incəsənət və mədəniyyət sahəsində 
yerli səviyyəli proqram həyata keçirilir. 
Uşaqlar üçün məhəllənin parklarından 
birində təşkil edilən seminarlar və 
məşğələlər vasitəsilə onların özlərini 
ifadə etmək imkanı yaradılmışdır. 
Həmin park ərazidə uşaqların isti-
fadə edə biləcəyi nadir məkanlardan 
biridir. Dieqo proqramı təşkil edən-
lərə minnətdarlığını bildirir, çünki 
məşğələlərdə iştirak etdikcə özünə 
inamı artmış, məktəbdə davamiyyəti 
xeyli yaxşılaşmışdır. 
“İndi məndə özümə inam daha çox-
dur — Dieqo deyir və davam edir: — 
Məşğələlərdə iştirak etdiyimə görə 
özümü xoşbəxt hiss edirəm.”
DİEQO
BÜTÜN UŞAQLARA ÜMİD BƏXŞ EDƏK


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
9 9
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
YENİ BAŞLAYAN “STARTAP” 
FİRMALARININ RƏHBƏRLƏRİNƏ 
ÖZ QAPILARINI AÇMAQLA UNICEF 
KÖHNƏ PROBLEMLƏR ÜÇÜN YENİ  
HƏLL VARİANTLARI İŞLƏYİB 
HAZIRLAYIR.
UNICEF-in bəzi dayanıqlı əməkdaşlıq münasibətləri 
onunla BMT-nin digər qurumları arasında qurulmuş 
tərəfdaşlıqlar çərçivəsində meydana gəlmişdir. BMT-də 
son illər birgə və əlaqələndirilmiş fəaliyyəti intensivləş-
dirmək, daha da effektiv etmək üçün bütün sistemi əhatə 
edən islahatlar həyata keçirilməkdədir. UNICEF-in BMT 
ölkə nümayəndəlikləri ilə birgə işə yanaşma tərzinin və 
ölkələr üzrə proqramların planlaşdırılması prosesinin 
təməlində məhz bu baza prinsip dayanır. UNICEF inkişafa 
və uşaq hüquqlarını təmin etməyə yönəlmiş humanitar 
təşəbbüslərdə BMT ilə yerli, regional və beynəlxalq 
səviyyədə əməkdaşlıq edir. 
Təşkilat eyni zamanda həm özəl sektoru, həm də dövlət 
sektorunu, eləcə də QHT-ləri, vətəndaş cəmiyyəti təş-
kilatlarını, digər qurumları əhatə edən bir sıra çoxtərəfli 
əməkdaşlıqlarda iştirak etmişdir. 
Belə ittifaqlardan biri olan Təhsil naminə Qlobal 
Tərəfdaşlıq (Global Partnership for Education) az və 
orta gəlirli ölkələrdə təhsilin qlobal və yerli səviyyədə 
maliyyələşdirilməsi səylərini birləşdirmək, bunu edərkən 
ən yoxsul və ən böyük risk altında olan uşaqları, gəncləri 
ön plana çıxarmaq məqsədilə 2002-ci ildə qurulmuşdur. 
UNICEF-in Təchizat bölməsi insanların həyatını xilas 
edən vaksinləri, immunizasiya avadanlıqları təmin 
etmək üçün digər genişmiqyaslı ittifaqla — “GAVİ” və ya 
Vaksinasiya Tərəfdaşlığı ilə yaxından əməkdaşlıq edir. 
GAVİ dünyanın ən yoxsul ölkələrində yaşayan uşaqların 
yeni və kifayət qədər geniş istifadə edilməyən vaksinlərlə 
təmin edilməsi məqsədini güdən özəl sektor və dövlət 
sektoru nümayəndələrini bir araya gətirmək məqsədilə 
2000-ci ildə yaradılmışdır. 
UNICEF-in uşaqların, daha dəqiq desək İİV infeksiyasına 
yoluxmuş və QİÇS xəstəliyindən əziyyət çəkən uşaqların 
xeyrinə konkret nəticələr verən uğurlu tərəfdaşlıqlarına 
misal olaraq qlobal səhiyyə birliyi olan UNİTAİD ilə tərəf-
daşlığını da göstərmək olar. 2012-ci ildən başlayaraq 
UNICEF UNİTAİD və Klinton Səhiyyə Xidmətlərinə Çıxış 
Təşəbbüsü (Clinton Health Access Initiative) ilə birlikdə 
Mərkəzi Afrika regionunun bəzi ölkələrində körpələrin 
tibb məntəqələrində erkən İİV diaqnostikası, nəzarət 
altında saxlanması və müalicə edilməsi istiqamətində 
birgə fəaliyyət göstərməkdədir. Hal-hazırda həmin 
ölkələrin səhiyyə nazirlikləri ilə birlikdə həyata keçirilən 
bu layihənin daha iki ölkəni əhatə etməsi üçün iş aparılır. 
Eyni zamanda, UNICEF risk altında olan uşaqlara yardım 
perspektivləri yarada biləcək layihələri müəyyənləşdirən 
və belə layihələrə investisiya qoyan İnnovasiyalar Fondu 
vasitəsilə fəal şəkildə yeni tərəfdaşlıqlar qurmağa 
çalışır. Yeni başlayan “startap” firmalarının rəhbərlərinə 
öz qapılarını açmaqla UNICEF köhnə problemlər üçün 
yeni həll variantları işləyib hazırlayır və gələcək faydalı 
əməkdaşlığın bünövrəsini qoyur. 
Ancaq qeyd etmək lazımdır ki, fəaliyyət göstərdiyi ilk 
illərdən başlayaraq təşkilat ən səmərəli əməkdaşlığı 
tərəfdaş hökumətlərlə qura bilmişdir. Hələ də UNICEF-in 
proqramlarının reallaşdırılması üçün resursların əsas 
hissəsini hökumətlər və QHT-lər təmin edir. 2015-ci 
ilə aid məlumatlara görə, ayrılan resursların ümumi 
dəyəri baxımından ilk 5 pillədə ABŞ, İngiltərə, Avropa 
Komissiyası, Almaniya və İsveç yerləşmişdir. Əhalinin 
sayı əsasında hesablanan adambaşına düşən ayrılmış 
vəsait kateqoriyasında isə ilk 5 pilləni Norveç, İsveç, 
Lüksemburq, İslandiya və Danimarka tutur. 
UNICEF bütün dünyada uşaqlar üçün daha yaxşı gələcək 
naminə öz səylərini əsirgəməyən bütün tərəfdaşlarına öz 
minnətdarlığını bildirir.


Hindistanın Maharaştra ştatında 
fəaliyyət göstərən bir ibtidai məktəbin 
qız şagirdi Uşaq hüquqları haqqında 
Konvensiyanın ildönümü münasibəti 
ilə təşkil edilmiş tədbirdə çıxış edir 
(2014). 
© UNICEF/UNI177643/SINGH


EPİLOQ
GƏLƏCƏYƏ 
BAXIŞ


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
1 0 2
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
UNICEF-in 70 illik yubileyi onun öz fəaliyyət tarixi boyunca 
çox sayda dəyərli tərəfdaşları ilə birgə əldə etdiyi nailiy-
yətləri qeyd etmək üçün yaxşı fürsətdir. Daha önəmlisi isə, 
bu yubiley həm də uşaqların hüquqlarının təmin edilməsi 
istiqamətində görüləsi işləri bizə xatırladır. 
Bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla qız və 
oğlan hələ də sadəcə kim olduqları, harada yaşadıqları, yəni 
cinsi, irqi, dini mənsubiyyətləri və ya əlilliyi olan şəxslər olma-
ları və yaxud ucqar kəndlərdə, “truşobalarda” yaşadıqları 
əsas götürülməklə öz hüquqlarından məhrum edilməkdədir. 
Onların üzləşdiyi ədalətsizlik isə hüquqlarının pozulma-
sından da pis haldır və bu ayrı-ayrı uşaqların gələcəyini yerlə 
bir edir. Bu ədalətsizlik risklərin aradan qaldırılmasına mane 
olur, onların nəsildən nəsilə ötürülməsinə gətirib çıxarır. 
Məhz buna görədir ki, UNICEF bərabərlik prinsipinə əsas-
lanan yanaşma tərzini və ictimai inkişafdan çox kənar qalmış, 
təcrid olunmuş uşaqların inkişafının daha da sürətləndiril-
məsini sadəcə mənəvi zərurət deyil, həm də strateji məsələ 
hesab edir. İşimizdə daima bərabərliyin təmin olunmasına 
çalışsaq da, bu istiqamətdə fəaliyyətimiz 2010-cu ildə 
Məqsədlərə çatmaq üçün boşluqların aradan qaldırılması adlı 
əsaslı tədqiqata aid hesabat dərc edildikdən sonra daha geniş 
vüsət almışdır. Tədqiqatın nəticələri göstərmişdir ki, dayanıqlı 
inkişafa və qlobal səviyyədə stabilliyə nail olmağın ən effektiv 
yolu proqramların bərabərlik prinsipinə əsaslanmasıdır. 
UNICEF-in növbəti addımları onun dəyişən dünyanın 
də yi şən şərtlərinə uyğunlaşmaq qabiliyyətindən asılı 
olacaqdır. Yəni, bərabərlik prinsipi və ən çox təcrid olunmuş 
uşaqlara xidmət göstərmək arzusu bütün proqramlarımızın, 
necə deyərlər, ruhuna işləməlidir. 
Bəs UNICEF buna necə nail ola bilər? İlk növbədə qeyd 
edək ki, 70 illik fəaliyyətimizdə maliyyəti az, ancaq effektiv-
liyi yüksək müdaxilələri gerçəkləşdirməmizi mümkün edən 
güclü tərəflərimizə arxalana bilərik. Humanitar fəaliyyət 
ilə inkişaf üçün görülən işlər arasında bağlar formalaş-
dıra, dövlət sektorunun geniş imkanlarını özəl sektorun 
innovasiya qabiliyyəti ilə əlaqələndirə bilərik. Rəqəmsal 
texnologiyaların, sosial şəbəkələrin potensialından istifadə 
edə bilərik. Cəmiyyətin həyatının bütün aspektlərində 
“əsas diqqət uşaqlara” şüarının əsas tutulmasında ölkələrə 
yardım etmək üçün siyasi iradənin formalaşması, maddi 
imkanların təmin edilməsi istiqamətində işləyə bilərik. 
UNICEF müharibənin törətdiyi yanğınların külündən 
yaranmışdır. Biz bu gün də dünyanın ən təhlükəli nöqtələrində 
işləyirik. Hər bir uşağın ədalətli imkanlarla təmin edilməsi 
məqsədilə humanitar yardımı zəruri edən fövqəladə hallar 
baş verməzdən əvvəl, davam etdiyi müddət ərzində və başa 
çatdıqdan sonra lazımi yerlərdə olmaq üçün daima ön cər-
gələrdə qalmağa çalışırıq. Biz yaxşı başa düşürük ki, güclü və 
geniş hüquqlara malik icmalar fövqəladə halların, o cümlədən 
təbii fəlakətlərin, silahlı münaqişələrin, iqlim dəyişikliklərinin 
dağıdıcı təsirinin şokundan özünə daha tez gələ bilər. 
Təsis edildiyi ilk gündən UNICEF zorakılıq və münaqişələrdən 
qaçan uşaqların üzləşdiyi risklərin aradan qaldırılmasına 
köklənmişdir. Dağıdıcı dünya müharibəsindən sonra ancaq 
xarabalıqların qaldığı 1940-cı illərdən milyonlarla insanların 
həyatının alt-üst olduğu, qaçqın və miqranta çevrildiyi bugünkü 
qlobal böhrana qədər UNICEF hər yerdə və hər zaman öz 
yurdundan didərgin düşmüş uşaqları və zorakılıqla, xəstəlik-
lərlə, qida çatımazlığı, ayrı-seçkiliklə üzləşən bütün uşaqları 
qorumağa, onların hüquqlarını müdafiə etməyə çalışmışdır. 
Bu gün, yəni 70 illik yubileyini qeyd etdiyi tarixdə, UNICEF 
bütün uşaqların bərabər imkanlarla təmin olunması üçün 
əvvəlkindən də ciddi səylər göstərməkdədir. Bu fürsətdən 
istifadə edərək biz, keçmişimizə nəzər salmağa və keçmiş-
dəki fəaliyyətimizdən və üzləşdiyimiz çətinliklərdən dərs 
çıxarmağa çalışırıq. Bu gün biz gələcəyə daha böyük ümidlə 
və daha qətiyyətlə baxır, uşaqlarımıza daha yaxşı bir dünya 
miras qoyacağımıza inanırıq.
UNICEF-İN NÖVBƏTİ ADDIMLARI 
ONUN DƏYİŞƏN DÜNYANIN DƏYİŞƏN 
ŞƏRTLƏRİNƏ UYĞUNLAŞMAQ VƏ ƏN 
BÖYÜK RİSKLƏRLƏ ÜZLƏŞƏN UŞAQLARIN 
DA EHTİYACLARINI YERİNƏ YETİRMƏK 
QABİLİYYƏTİNDƏN ASILI OLACAQDIR.


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
1 0 3
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Siciliyadakı (İtaliya) qəbul mərkəzində 
divarda asılmış xəritəyə baxaraq 
Avropanın digər ölkəsinə hansı marşrutla 
gedəcəklərini aydınlaşdırmağa çalışan, 
qaçqın statusu almaq istəyən Qambiyalılar 
(2016). 
© UNICEF/UN020011/GILBERTSON VII PHOTO


ƏLAVƏ ƏDƏBİYYAT
The Children and the Nations: The story of UNICEF
Maggie Black, UNICEF, 1986
Children  First: The  story  of  UNICEF, past and present 
 
Maggie Black, Oxford University Press, 1996
Jim Grant: UNICEF visionary
Edited by Richard Jolly, UNICEF, 2002
The Origins of  UNICEF: 1946—1953 
Jennifer M. Morris, Rowman & Littlefield, 2015
A  Mighty  Purpose: How Jim Grant  sold  
the  world on saving its children
Adam Fifield, Other Press, 2015

Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə