BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

Bu gün tarixinin səkkizinci onilliyinə qədəm 
qoyan UNICEF gender ayrı-seçkiliyini 
aradan qaldırmağı, qadın və qızların 
hüquqlarının təmin edilməsini özünün ən 
ümdə məqsədlərindən biri hesab edir. İctimai 
inkişafdan kənar qalmaq riskinə ən çox 
məruz qalanlar üçün səhiyyə, hüquqların 
müdafiəsi, təhsil və digər sahələrdə gender 
perspektivinin nəzərə alındığı, öz arzularını 
reallaşdıra biləcəkləri, həm özlərinin, həm də 
icmalarının rifah səviyyəsini yüksəldə biləcəyi 
proqramlar işlənib hazırlanır.
UNICEF və Barclays şirkətinin yardımı 
ilə özünə inam hissi aşılamaq 
və dayanıqlı qazanc mənbəyi yaratmaq 
üçün həyata keçirilən “Gənclərin 
gələcəyini quraq proqramında” iştirak 
edən qadın və qızlar (2013).
© UNICEF/UNI155650/LOVELL


Cənubi Afrikanın Mphumalagna əyalətində 
yaşayan İİV infeksiyasına yoluxmuş 
və antiretrovirus preparatları ilə müalicə 
olunan bir qadın İİV-ə yoluxmamış oğlu ilə 
istirahət edir (2007). 
© UNICEF/UNI159207/SCHERMBRUCKER


A L T I
İ İ V   İ N F E K S İ Y A S I N I N 
P R O F İ L A K T İ K A S I , 
M Ü A L İ C Ə S İ   
V Ə   İ İ V - Ə   Y O L U X M U Ş , 
İ İ V   İ N F E K S İ Y A S I   
V Ə   Q İ Ç S - D Ə N   Ə Z İ Y Y Ə T 
Ç Ə K Ə N   U Ş A Q L A R I N 
H Ü Q U Q L A R I N I N 
M Ü D A F İ Ə S İ


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
6 6
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Haitinin Port-o-Prins şəhərində UNICEF-in dəstəyi 
ilə fəaliyyət göstərən, İİV infeksiyası daşıyıcısı olan 
ya da valideynlərini QİÇS nəticəsində itirmiş uşaqların 
müalicə edildiyi sığınacaqda bir qız nahar edir (2005). 
© UNICEF/UNI42190/NOORANI


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
6 7
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
UNICEF-in İİV (İnsanın immunçatışmazlığı virusu) infeksiyasının və QİÇS (Qazanılmış 
immunçatışmazlığı sindromu) xəstəliyinin profilaktikası, müalicəsi, eləcə də İİV 
infeksiyası və QİÇS-dən əziyyət çəkən insanların hüquqlarının müdafiəsi sahəsində 
göstərdiyi səyləri beynəlxalq ictimaiyyətin bu xəstəliyin sosial-iqtisadi təsirləri barədə 
məlumatlılığı ilə birlikdə artan xətt üzrə inkişaf etmişdir.
Keçən əsrin 80-ci və 90-cı illərində epidemiyanın miqyası 
haqqında təsəvvür dəqiqləşdikcə, onunla mübarizənin 
effektiv üsulları haqqında məlumatlılıq artdıqca maliy-
yələşdirmə və resursların cəlb olunması üçün imkanlar da 
genişlənməyə başladı. Hazırda antiretrovirus preparatları 
ilə terapiya (ARV-terapiya) xəstəliyin müalicəsində müsbət 
nəticələr almağa və anadan uşağa İİV infeksiyasının keçmə-
sinin qarşısını almağa imkan verdiyinə görə UNICEF əsas 
diqqəti profilaktika məqsədli uzunmüddətli investisiyalara 
yönəltmişdir. Uşaq və yeniyetmələrin etinasızlıq, diqqət-
sizlik, cahillik və ya sosial izolyasiya nəticəsində infeksiyaya 
yoluxma riski ilə üzləşməsi qəbuledilməzdir.
1990-cı ildə xəstəliyin müalicəsi ilə əlaqədar qlobal 
səviyyədə yekdil rəy formalaşmamışdı və həmin il keçi-
rilən Ümumdünya Uşaq Sammitində müəyyənləşdirilən 
məqsədlərin heç birinin İİV və QİÇS-ə aidiyyəti yox idi. Bu 
vəziyyət 10 Afrika ölkəsində QİÇS-dən qaynaqlanan ölüm 
halları ilə bağlı UNICEF tərəfindən aparılan və xəstəlik 
nəticəsində ölmüş uşaqların sayının 1,4—2,7 milyon 
arasında ola biləcəyi haqqında tədqiqatın hesabatının dərc 
edilməsinə baxmayaraq davam edirdi. Uşaqlar və QİÇS: 
Yaxınlaşmaqda olan fəlakət adlı hesabat təşkilatı vadar 
etdi ki, epidemiyanın ailələr və icmalar üzərindəki dağıdıcı 
təsirini azaltmaq üçün İİV-lə bağlı yerli səviyyəli proqramlar 
çərçivəsində səylərini daha da artırsın.
1994-cü ildə BMT-nin İİV/QİÇS ilə bağlı UNAİDS adlandı-
rılan proqramının sponsorlarından biri də UNICEF idi. Beş 
il sonra, artıq 25 ölkədə İİV-in profilaktıkası üzrə proqramlar 
həyata keçirilirdi. Bu müddət ərzində UNICEF infeksiyanın 
anadan uşağa yoluxmasının profilaktikası məqsədilə pilot 
layihəni (PMTCT) həyata keçirməyə başladı. Layihə çərçivə-
sində 11 pilot ölkədə qadınlara və onların tərəf müqabillərinə 
İİV-lə bağlı (könüllü əsaslarla) məsləhət, İİV-in yoxlanılması 
kimi xidmətlər, İİV infeksiyasına yoluxmuş hamilə qadınlara 
isə infeksiyanın uşağa keçməsinin qarşısını almaq üçün 
antiretrovirus preparatları təklif edilirdi. 
PMTCT layihəsi özünü uşaqların İİV infeksiyasına yoluxması 
baxımından effektiv vasitə kimi göstərdi. PMTCT tezliklə 
hamilə qadınlarda, ana və uşaqlarda İİV infeksiyasının 
profilaktikası və müalicəsi üçün 1998-ci ildə təşkil edilmiş 
idarələrarası işçi qrupun İİV-lə mübarizə üzrə strategiyasına 
çevrildi. Qrupa UNICEF və ÜST birgə sədrlik edirdi. 
Ancaq xəstəliyin qarşısının tamamilə alınmasına hələ çox 
vardı və İİV infeksiyasına yoluxmuş insanların əksəriyyəti 
üçün onun müalicəsi əlçatan olmadığına görə, xəstəlik 
sürətlə yayılmağa davam edirdi. İlk dövrlərdə İİV/QİÇS epi-
demiyasının əsasən səhiyyə və sosial siyasət sahəsinə aid 
olduğunu hesab edən BMT Təhlükəsizlik Şurası sonradan 
onun beynəlxalq təhlükəsizliklə bağlı məsələ olduğunu 
elan etdi. 2000-ci ildə Cənubi Afrikada Durban şəhərində 
QİÇS-lə bağlı keçirilən konfransda baha qiymətlərə satılan 
ARV preparatlarının hər kəs üçün əlçatan edilməsi barədə 
qərar qəbul edildi. 


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə