BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   14   15   16   17   18   19   20   21   22

Fəaliyyəti UNICEF tərəfindən dəstəklənən “Plan İnternational” QHT-sinin könüllü əməkdaşlarından biri Zimbabvenin Harare 
şəhərində İİV infeksiyası daşıyıcısı olan bir oğlana və onun anasına öz məsləhətləri ilə yardım edir (2002). 
© UNICEF/UNI37369/PIROZZI
F O R   E V E R Y   C H I L D ,   H O P E    
71
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6


Ocaq qalamaq üçün odun toplamaq 
məqsədilə Şimali Sudanın Dar-
fur ştatında, El Faşer qəsəbəsinin 
yaxınlığında qurulmuş qaçqın 
düşərgəsindən çıxan qızlar (2005).  
© UNICEF/UNI42261/HAVIV


Y E D D İ
U Ş A Q L A R I N 
Z O R A K I L I Q , 
İ S T İ S M A R   V Ə   Q Ə D D A R 
D A V R A N I Ş A   Q A R Ş I 
M Ü D A F İ Ə S İ


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
7 4
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
21-ci əsrdə uşaq hüquqlarının müdafiəçiləri öz fəaliyyətlərini istisnasız olaraq uşaq 
və yeniyetmələrlə bağlı əldə edilmiş beynəlxalq saziş və müqavilələrdən formalaşan 
təməl əsasında qurur. Bu saziş və müqavilələr özündə uşaqların zorakılıq, istismar və 
qəddar davranışa qarşı müdafiəsi ilə əlaqədar dəqiq və aydın ifadə olunmuş öhdəliklər 
ehtiva edir. Həmin öhdəliklər uşaqların hüquqlarına hətta silahlı münaqişə dövrlərində 
belə hörmətlə yanaşmağı, onların həyatını qorumağı, təhlükəsizliyinin təmin olunmasını 
tələb edir. 
UNICEF bu qlobal sənədlərin layihəsinin hazırlanmasında 
formalaşdırıcı rol oynamış, ölkələrə onların tərcüməsi ilə 
yanaşı tətbiqində və tətbiqinin nəzarət altında saxlanma-
sında köməklik göstərmişdir.
Ancaq uşaqların münaqişələrdən, zorakılıq, istismar və 
qəddar davranışdan qorunması qanunların qəbulu ilə 
məhdudlaşmır. Qanunla müdafiə altına alınan milyonlarla 
uşaq hər gün elə həmin qanunların müəyyənləşdir-
diyi hüquqlarının pozulması ilə üzləşir. Onlar silahlı 
münaqişələrdə həyatlarına son qoyulması təhlükəsi altında 
yaşayır, yaşadıqları icma daxilində, eləcə də informasiya 
şəbəkələrində cinsi istismar və zorakılıq riskinə məruz qalır. 
Evdə fiziki zorakılıqla, məktəbdə isə hədə-qorxu ilə üzləşir. 
Qızlar zorla evləndirilir, sünnət olunur, oğlan və qızlar zorla 
silahlı dəstələrə, qruplara cəlb edilir. 
Uşaqların əksəriyyətinin risk altında olduğu icmalarda 
UNICEF belə hüquq pozuntularına qarşı mübarizə aparmaq 
və bunlara qarşı cavab tədbirləri görmək məqsədilə daima 
yerli tərəfdaşları və uşaqların hüquqlarını qoruyan qurum-
ların yaratdığı birliklərlə əməkdaşlıq edir.
Fəaliyyətinin ilk onilliklərində UNICEF-in ən əsas prioritetləri 
uşaqların aclıq və xəstəliklərə qarşı müdafiəsi olmuşdur. 
Ancaq 1979-cu ilin Beynəlxalq Uşaq İli elan edilməsi 
kimi əlamətdar hadisə gənc insanların həyatına bərpası 
mümkün olmayan zərər vura biləcək sosial-iqtisadi amillərin 
daha geniş müstəvidə nəzərdən keçirilməsini təmin 
etmişdir. 
1980-ci ildə UNICEF-in bəzi ölkələrdəki nümayəndəlik-
lərinin dilə gətirdiyi narahatlıqlar təşkilatın öz siyasətini 
yenidən nəzərdən keçirməsi ilə nəticələnmiş və küçə 
uşaqlarını, əməyi istismar edilən uşaqları da əhatə edən 
“xüsusilə çətin vəziyyətdə olan uşaqlar” konsepti irəli 
sürülmüşdür . 
UNICEF-in bu yeniliklərdən sonra ölkələrdə həyata keçirdiyi 
proqramlar şəhər “truşobalarında” və gecəqondu məhəl-
lələrində yaşayan uşaqlara göstərilən xidmətlərin yaxşılaş-
dırılmasını da nəzərdə tutmuşdur. Əhalinin gəlirinin yüksək 
olduğu ölkələrdə fəaliyyət göstərən UNICEF nümayən-
dəlikləri də uşaq əməyinin istismarına qarşı mübarizəyə, 
yoxsul məhəllələrin ehtiyaclarının yerinə yetirilməsinə öz 
töhfəsini vermişdir. Bütün bu səylər 1997-ci ildə keçirilən 
Uşaq Əməyinin İstismarına qarşı Mübarizə üzrə Beynəlxalq 
Konfransda öz bəhrəsini verdi. Belə ki, həmin konfrans 
zamanı UNICEF və onun tərəfdaşları uşaq əməyindən 
istifadənin, xüsusilə də onun ən pis formalarının birdəfəlik 


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
7 5
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Misirin liman şəhəri Süveyş yaxınlığında BMT-nin qurduğu düşərgədə keçirilən bir idman oyununda öz yoldaşlarının dəstək göstərdiyi iki oğlan (1947). 
© UNICEF/UNI43135/NAMƏLUM MÜƏLLİF


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
7 6
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Ruandanın Kiqali şəhərində, dəhşətli soyqırım fəlakəti başa çatdıqdan sonra UNICEF-in dəstəyi ilə kimsəsiz uşaqlar üçün qurulmuş bir qaçqın 
düşərgəsini tərk edən uşaqlar yoldaşları ilə vidalaşır (1994). 
© UNICEF/UNI55030/PRESS


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
7 7
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Hesabatı hazırlamaq üçün iki il tədqiqat aparmış və 
tədqiqat çərçivəsində dünyanın bir çox nöqtəsindəki silahlı 
münaqişə ocaqlarına səfər edən Maşel münaqişələrin 
yaratdığı çətinliklərlə yanaşı onların təsirinin azaldılması 
üzrə təkliflərə müsbət reaksiyanı da işıqlandırır. O, Livanlı 
uşaqların başlatdığı və UNICEF-in dəstəklədiyi “sülh naminə 
təhsil” layihəsinin böyük təsir gücünü yüksək qiymətləndirir. 
Layihədə iştirak edən, əksəriyyəti əvvəllər könüllü qoşun 
birləşmələrinin tərkibində döyüşmüş uşaqlar müəllifin dedi-
yinə görə “böyüklərin çoxunun müvəffəq olmadığı yerdə 
dialoq və qarşılıqlı anlaşma kanallarını yarada bilmişdir”. 
Gənclərin zorakılığa əsaslanmayan dəyişikliklərə həvəslən-
dirilməsi və onlara bu istiqamətdə köməklik göstərilməsi, 
bütün münaqişələrin sülh yolu ilə həlli və qarşılıqlı anlayış 
UNICEF tərəfindən uşaqların müdafiəsinin həm profilaktika, 
həm də operativ reaksiya müstəvisində təşkili üçün əsas 
şərtlər hesab edilir. 
1997-ci ildə Piyadalar əleyhinə minaların istifadəsi, 
ehtiyatlarının toplanması, istehsalı və ötürülməsinin 
qadağan olunması və məhv edilməsi barədə Konvensiyanın 
imza üçün açıq elan edilməsi UNICEF və onun tərəfdaşları 
üçün uşaqların müdafiəsi sahəsində qələbə mahiyyətində 
idi. Konvensiya 2009-cu ildə qüvvəyə minmişdir. Bu 
sahədə digər önəmli hadisə isə 2008-ci ildə Kasetli silahlar 
əleyhinə Konvensiyanın qəbulu olmuşdur. Layihələrinin 
hazırlanmasında UNICEF-in də iştirak etdiyi hər iki saziş 
humanitar silahsızlaşma sahəsində son dövrlərdə atılan 
addımların ən uğurlu nümunələri hesab edilə bilər. 
Yeni minillikdə UNICEF dünya ictimaiyyətinin diqqətinin 
müharibələrin və təbii fəlakətlərin ən müdafiəsiz qur-
banlarına yönəldilməsinə özünün xoşməramlı səfirlərini 
cəlb etmişdir. Məsələn, xoşməramlı səfir Mia Farrou (Mia 
Farrow) Afrikanın müxtəlif nöqtələrində, o cümlədən 
Anqola, Mərkəzin Afrika Respublikası, Çad, Konqo və 
Nigeriya Demokratik Respublikası, eləcə də Sudanın 
Darfur bölgəsində yerləşən münaqişə zonalarını və qaçqın 
düşərgələrini ziyarət etmişdir. 
BMT-nin Baş Məclisi 2000-ci ildə UNICEF-in və uşaq 
aradan qaldırılması ilə bağlı qlobal gündəmi formalaşdıran 
sənəd qəbul etmişdir.
1995-ci ildə Banqladeşin Toxuculuq və Tikiş Sənayesi 
İstehsalçıları Assosiasiyası, Beynəlxalq Əmək Təşkilatı 
və UNICEF arasında bağlanmış və dönüş nöqtəsi hesab 
edilə biləcək müqavilə bu gündəm çərçivəsində fəaliyyətə 
böyük töhfə verdi. Müqavilə 14 yaşdan kiçik uşaqların tikiş 
sənayesi müəssisələrində işləməkdən uzaqlaşdırılması və 
münasib tədris proqramlarına yerləşdirilməsi ilə əlaqədar 
hər üç tərəfin öhdəlik götürməsini tələb edirdi. Hindistan 
və Pakistanda da UNICEF xalça toxuma müəssisələrində 
işləyən uşaqlarla əlaqədar olaraq bənzər tədbirləri dəstək-
ləməkdə idi.
Bundan başqa, 1990-cı illərdə silahlı qruplar tərəfindən 
qadın və uşaqların hədəfə alınması kimi şok effekti yaradan 
xəbərlər UNICEF-i vadar etdi ki, ictimaiyyətin diqqətini 
uşaqların ya silahlı qrupların üzvü olmaq ya da müharibənin 
qurbanı olmaqdan başqa çarəsinin qalmadığı hallara 
yönəltsin. 
1994-cü ildə Ruandada baş vermiş soyqırımdan sonra 
UNICEF qəyyum və ya valideynlərini itirmiş və yaxud da 
onlardan ayrı düşmüş uşaqların müdafiəsində iştirak 
etmişdir. Uşaqların müdafiəsi ilə məşğul olan əməkdaşlar 
külli miqdarda uşağın gözü qarşısında ağlasığmaz vəhşi-
liklərin törədildiyi ölkənin ağır həqiqətləri ilə bağlı qiymət-
ləndirmə aparmalı olmuşdur. UNICEF və onun tərəfdaşları 
yüz mindən çox Ruandalı uşağı ailələrinə qovuşdurmağa 
müvəffəq olmuş, valideynlərini itirmiş uşaqların müdafiəsi 
istiqamətində tədbirlər həyata keçirmişdir.
Ruandadakı zorakılıqlardan və dünyanın digər nöqtələrində 
cərəyan etmiş digər qanlı münaqişələrdən sonra UNICEF 
“Silahlı münaqişənin uşaqlara təsiri” adlı hesabatı ən qəti 
şəkildə dəstəkləmişdir. BMT Baş katibi Butros Qalinin tələbi 
ilə Qrasa Maşel (Graça Machel) tərəfindən 1996-cı ildə 
hazırlanmış hesabat bütün dünyanın diqqətinin mühari-
bənin uşaqlar üçün meydana gətirdiyi dəhşətli məqamlara 
yönəldilməsini tələb edirdi. 


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə