BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
5 9
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Liberiyanın Tubmanbnurq şəhərində UNICEF-in dəstəyi ilə fəaliyyət göstərən orta məktəbdə şagirdlər dünya xəritəsinin ətrafına toplaşıb (2007).  
© UNICEF/UNI47357/PIROZZI


© UNICEF/UN036718/TORGOVNIK
Xuan Karlos Salvadorda vətəndaş 
müharibəsinin tüğyan etdiyi illər-
də anadan olmuşdur. Özü və ailəsi 
ölkəni viran edən müharibədən əziyyət 
çəkməsə də o, beş yaşında yerüs-
tü minanın partlaması nəticəsində 
dörd ətrafını itirərək şikəst olmuşdur. 
UNICEF onun yardımına gəlmiş, rea-
bilitasiya xidmətlərinin göstərilməsini 
təmin etmişdir. Xuan Karlos bu yardı-
mın sayəsində böyüyüb boya-başa 
çatmış, orta təhsili başa vurmuş, 
hüquq fakültəsindən məzun olmuş 
və evlənmişdir. Hətta Xuan çox sevdiyi 
rəsm sənəti ilə də məşğul olur. Xuan 
Karlos həyatını dəyişdirdiyinə görə 
UNICEF-ə öz minnətdarlığını bildirir. 
“UNICEF mənə ümid bəxş etdi — deyə 
o sözünə davam edir. — Öz həyatımı 
heç kimə yük olmadan yaşaya bildim 
və xəyallarımın ardınca getmək imkanı 
qazandım.”
XUAN KARLOS
BÜTÜN UŞAQLARA ÜMİD BƏXŞ EDƏK


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
6 1
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
məktəbə getməyən uşaqları müəyyənləşdirməsinə kömək 
edə biləcək tədqiqatlar aparılır və onların təhsil almasına 
əngəl olan amillər təhlil edilir. 2010-cu ildən bu vaxta qədər 
həmin tədqiqatlarda 87 ölkə iştirak etmişdir. Tədqiqatların 
nəticələri əsasında konkret qrupları hədəf götürən 
müdaxilələrdən ölkənin təhsil sistemində bütöv sektorları 
əhatə edən köklü dəyişikliklərə qədər tədbirləri nəzərdə 
tutan fəaliyyət planları hazırlanır. 
Digər tərəfdən, əhalinin artım tempi bu mütərəqqi dəyişik-
liklərin tempini ötüb keçir. Hal-hazırda ibtidai təhsil yaşında 
olan 59 milyon uşaq məktəbə götürülməyib. Götürülmüş 
milyonlarla uşağın aldığı təhsil isə çox keyfiyyətsizdir. Hələ 
də bu və ya digər təbəqəyə məxsus olduğuna görə ya da 
yaşadığı yer əsas götürülərək təhsildən məhrum edilən 
uşaqlar var. Bundan başqa, təhsildə gender bərabərliyi və 
sosial inteqrasiyanın bütün qız və oğlanlar üçün faydalı ola 
biləcəyi hələ də tam dərk edilməyib.
Məhz buna görədir ki, UNICEF və onun bir çox tərəfdaşı 
bərabərlik prinsiplərinə əsaslanan, keyfiyyətli təhsil ətra-
fında müzakirələrin aparılmasını təkidlə tələb edərək yeni 
Dayanıqlı İnkişaf Məqsədlərinin qəbuluna nail olmuşdur. 
Həmin qlobal dialoqun aparıcı qüvvəsi olaraq, UNICEF 
Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində təhsillə bağlı 
olan, təhsildə bərabərlik, təhsilin keyfiyyəti kimi mövzuları 
əhatə edən, reallaşması mümkün olan hədəflərə və göstəri-
cilərə əsaslanan vahid məqsədin müəyyənləşdirilməsi təklifi 
ilə çıxış etmişdir. 
2015-ci ildə digər qlobal məqsədlərlə birlikdə qəbul 
edilmiş həmin 4-cü Dayanıqlı İnkişaf Məqsədi müvafiq 
olaraq hər kəsin inklüziv, bərabərlik prinsipinə əsaslanan, 
keyfiyyətli və ömürboyu davam edən təhsil imkanı ilə təmin 
olunmasını nəzərdə tutur. Burada əsas hədəf ödənişsiz 
ibtidai təhsilin mərhələ-mərhələ bütün qızları və oğlanları 
əhatə etməsi, növbəti mərhələdə isə hər kəsin gender 
mənsubiyyətindən və var-dövlətindən asılı olmayaraq peşə 
təhsili almaq imkanı ilə təmin edilməsidir. Bu geniş əhatəli 
təhsil konsepsiyası sadəcə bütün uşaqların məktəbə 
getmələrini deyil, həm də məktəbə gedən bütün uşaqların 
təhsil ala bilməsini nəzərdə tutur.
ƏHALİNİN ARTIM TEMPİ 
BU MÜTƏRƏQQİ DƏYİŞİKLİKLƏRİN 
TEMPİNİ ÖTÜB KEÇİR. HAL-HAZIRDA 
İBTİDAİ TƏHSİL YAŞINDA OLAN 
59 MİLYON UŞAQ MƏKTƏBƏ 
GÖTÜRÜLMƏYİB.


UNICEF-in 1994-cü ildə qəbul etdiyi 
“Gender bərabərliyi və qadınların 
hüquqlarının genişləndirilməsi siyasəti” adlı 
sənədi təşkilatın reallaşdırdığı proqramlar 
vasitəsilə qız və oğlanların hüquqlarının 
bərabərləşdirilməsi üçün platforma 
formalaşdırmağa imkan verir. 2006-cı ildən 
başlayaraq təşkilat bu siyasət sənədinin 
necə tətbiq edildiyini müəyyənləşdirmək 
məqsədilə irimiqyaslı qiymətləndirmə 
aparmışdır. Qiymətləndirmə nəticəsində 
belə qənaətə gəlinmişdir ki, yeni prioritetlərə 
uyğun olması, gender bərabərliyinin bərqərar 
olmasına cəlb edilən resursların səviyyəsinin 
yüksəldilməsi üçün onun yeni redaksiyası 
hazırlanmalıdır. 
2010-cu ildə UNICEF sənədin yeni 
redaksiyasını və əvvəlki illərin təcrübəsinə 
əsaslanaraq yeni fəaliyyət planı hazırladı, 
habelə bu istiqamətdə müvəffəqiyyətə 
nail olmaq üçün yeni hədəf göstəricilər 
müəyyənləşdirdi. 2014-cü ildə isə yeni, 
dörd illik “Gender bərabərliyinin təmini 
üzrə fəaliyyət planı” qüvvəyə mindi. 
Reallaşdırılması təşkilatın ümumi Strateji 
Planına paralel olaraq başladılan bu 
fəaliyyət planında gender bərabərliyi 
məsələsinin UNICEF-in qlobal, regional və 
ölkə səviyyəsində yerinə yetirdiyi fəaliyyətin 
ayrılmaz hissəsi olduğu göstərilir və təşkilatın 
proqramları üzrə bütün sahələrdə nəticələrin 
ölçülməsi üçün istifadə edilən müvafiq 
göstəricilərlə bağlı hesabatlılıq konkret olaraq 
müəyyənləşdirilir. 
Gender bərabərliyinin təmini üzrə fəaliyyət 
planı çərçivəsində reallaşdırılan və konkret 
əhali qruplarını hədəf götürən təşəbbüslər 
qızların hüquqlarının genişləndirilməsi 
məqsədini güdən, fövqəladə hallarda gender 
əsaslı zorakılığa qarşı mübarizə aparmağa 
imkan verən, qızların orta məktəbdə təhsil 
almasını təmin edən, erkən nikaha son 
qoyulmasını müdafiə edən, yeniyetmələrin 
sağlamlığının mühafizəsini ön plana çıxaran 
ümumi çərçivəni formalaşdırır. 
Bu gün ibtidai təhsili başa vurmağa müvəffəq 
olan qızların sayı, habelə işləyən və siyasətlə 
məşğul olan qadınların sayı əvvəlki dövrlərlə 
müqayisədə xeyli artmışdır. Ancaq qadınlar 
və qızlar hələ də öz gündəlik həyatlarında 
cinsi mənsubiyyətlərindən qaynaqlanan 
çətinliklərlə və ayrı-seçkiliklə üzləşməkdədir. 
Buna görədir ki, 2015-ci ildə qəbul edilmiş 
Dayanıqlı İnkişaf Məqsədlərində hələ də 
həllini tapmayan bu məsələ ön plana çıxarılır 
və onun həlli ilə bağlı bir sıra hədəflər 
müəyyənləşdirilir. 
UNICEF fəaliyyət göstərdiyi bütün 
ölkələrdə qadınlar və uşaqlar, o cümlədən 
yeniyetmələrlə bağlı gender bərabərliyini 
təmin edə biləcək nəticələr əldə etməyə 
çalışır. Bu səylərin təməlində belə ideya 
dayanır ki, yaxşı düşünülmüş, yaradıcı 
strategiyalar və problemlərin həllinə kifayət 
qədər resursların cəlb olunması həm 
oğlanlar, həm də qızlar üçün, eləcə də onların 
ailələri, icmaları və ölkələri üçün eyni müsbət 
nəticələrə gətirib çıxara bilər. Bu baxımdan, 
gender bərabərliyi mənəvi tərəfdən düzgün 
konsept olmaqla yanaşı, dayanıqlı inkişafın 
təmini üçün həlledici əhəmiyyət daşıyan amil 
rolunu oynayır. 
1979-cu ildə BMT-nin Baş Məclisi “Qadınlara 
qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv 
edilməsi haqqında” tarixi əhəmiyyət daşıyan 
Konvensiya qəbul etdi. Bu sənəd bir onillik 
sonra qəbul edilən Uşaq hüquqları haqqında 
Konvensiya ilə birlikdə UNICEF-in qadın 
və qızların hüquqlarının genişləndirilməsi 
üzrə proqramlarının və informasiya-təbliğat 
fəaliyyətinin əsasını qoymuşdur. Təşkilatın 
bu fəaliyyəti sonralar həm yerli, həm də 
qlobal səviyyələrdə tərəfdaşlarla əməkdaşlıq 
nəticəsində fasiləsiz olaraq inkişaf etmiş, 
getdikcə daha effektiv olmuşdur. 
GENDER BƏRABƏRLİYİ VƏ QADINLARIN, QIZLARIN 
HÜQUQLARININ GENİŞLƏNDİRİLMƏSİ


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə