BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
4 3
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
diversifikasiyasına yönəlmə prosesində mühüm rol 
oynamışdır. 
Daha geniş ifadə etsək, UNICEF həm humanitar yardım, 
həm də iqtisadi inkişaf kontekstində özünün, tərəfdaşla-
rının, hökümətlərin və digər maraqlı tərəflərin uşaqların qida 
təminatını yaxşılaşdrımaq üçün qlobal səviyyədə göstərdiyi 
səyləri birləşdirən, əlaqələndirən amil kimi çıxış edir. On 
ildən artıqdır ki, UNICEF humanitar böhranlarla bağlı 
beynəlxalq səviyyədə razılaşdırılmış “klaster” yanaşma tərzi 
çərçivəsində qida təminatında lider təşkilat rolunu oynayır. 
Bundan başqa, UNICEF qısaboyluğun və qida çatışmaz-
lığının digər fəsadlarının azaldılması məqsədilə ölkələr 
səviyyəsində göstərilən səyləri dəstəkləyən “Qidalanma 
səviyyəsinin yüksəldilməsi naminə hərəkatın (‘SUN̓ 
(Scaling Up Nutrition) hərəkatı)” başlıca tərəflərindən 
biridir. 
2010-cu ildə başladılan “SUN” hərəkatı əsas diqqəti 
hamiləliyi əhatə edən 1000 günlük müddətə və uşaq 
iki yaşına çatana qədər keçən müddətə yönəltməklə, 
qidalanma məsələlərini müxtəlif sektorlar, o cümlədən 
səhiyyə, sosial müdafiə, yoxsulluğun azaldılması, ölkənin 
inkişafı, kənd təsərrüfatı kimi sahələr kontekstində həll 
etməyə çalışır. 
Ümumiyyətlə, yeni minillikdə qlobal inkişafın gündəmində 
qida təminatı mühüm yer tutur. BMT-nin Baş Məclisi 
tərəfindən 2000-ci ildə qəbul edilmiş Minilliyin İnkişaf 
Məqsədlərinə 1990-cı ildən 2015-ci ilə qədər aclıqdan 
əziyyət çəkən insanların sayının iki dəfə azaldılması da 
daxil edilmişdir. 2002-ci ildə keçirilən, uşaqlara dair xüsusi 
sessiyada BMT-nin Baş Məclisi “Uşaqların yaşaması üçün 
münasib dünya” yaratmaqla bağlı konkret hədəflər müəy-
yənləşdirmişdir. Bu hədəflərin arasında 2010-cu ilə qədər 
qida çatışmazlığının ən az 33 faiz azaldılması da vardı. 
Onilliyin sonuna qədər 5 yaşdan kiçik uşaqların qida çatış-
mazlığı üzrə qlobal göstəricilərini azaltmaq mümkün olsa 
da, azalma uşaqlara dair xüsusi sessiyada müəyyənləşdi-
rilən dərəcədə olmamışdır. 2015-ci ilədək 5 yaşdan kiçik 
uşaqlar arasında qlobal səviyyəli qısaboyluluq göstəricisini 
1990-cı illə müqayisədə 41 faiz azaltmaq mümkün 
olmuşdur. Buna baxmayaraq, hələ də müxtəlif regionların, 
əhali qruplarının arasında bu sahədə ciddi qeyri-bərabər-
liklər mövcuddur. 
Bu gün məqbul qidalanmanın dayanıqlı inkişafın ən başlıca 
şərtlərindən biri olduğunu dünya ictimaiyyəti getdikcə 
daha dərindən dərk etməkdədir. 2015-ci ildə qəbul edilmiş 
Dayanıqlı İnkişaf Məqsədləri sənədində “aclığa son qoyul-
ması, ərzaq təhlükəsizliyinin təmini və qida təminatının yax-
şılaşdırılması” 2-ci məqsəd olaraq müəyyənləşdirilmişdir. 
Ancaq qida təminatının yaxşılaşdırılması sadəcə aclığa son 
qoymaqla məhdudlaşmır. Bu baxımdan, yoxsulluğa son 
qoyulması, gender bərabərliyinə nail olunması, sağlam 
həyat tərzinin təbliği, ömürböyu təhsil, iqtisadi inkişafın 
sürətləndirilməsi və inklüziv cəmiyyətin qurulması kimi 
digər Dayanıqlı İnkişaf Məqsədlərinə də nail olmaq həlledici 
əhəmiyyət daşıyır. 
Bu hədəflərə çatmaq üçün UNICEF-in reallaşdırdığı qida 
təminatı proqramları və qurduğu tərəfdaşlıqlar “həyat tsikli” 
yanaşmasına əsaslanır, yəni doğuşqabağı mərhələdə və 
körpəlik dövründə edilən müdaxilələr ön plana çıxarılmaqla 
yanaşı, WASH (su, sanitariya və gigiyena standartlarının 
tətbiqi), səhiyyə və ərzaq təhlükəsizliyi kimi sahələrə də 
diqqət göstərilir, çünki körpənin keyfiyyətli qida ilə təminatı 
nə qədər tez başlasa bir o qədər yaxşıdır və onun müsbət 
nəticələri özünü ömür boyu göstərir.
2015-Cİ İLƏ QƏDƏR 5 YAŞDAN 
KİÇİK UŞAQLAR ARASINDA QLOBAL 
SƏVİYYƏLİ QISABOYLULUQ 
GÖSTƏRİCİSİNİ 1990-CI İLLƏ 
MÜQAYİSƏDƏ 41 FAİZ AZALTMAQ 
MÜMKÜN OLMUŞDUR.


UNICEF-in dəstəyi ilə həyata keçirilən 
su təchizatı proqramı çərçivəsində 
Əfqanıstanın Faitabad qəsəbəsində 
istifadəyə verilmiş krandan vedrə ilə  
su daşıyan qız (1976).
© UNICEF/UN03780/SATYAN


D Ö R D
S U   T Ə C H İ Z A T I 
V Ə   S A N İ T A R - G İ G İ Y E N İ K 
X İ D M Ə T L Ə R İ N 
H Ə R   K Ə S   Ü Ç Ü N 
Ə L Ç A T A N   O L M A S I 
Y O L U N D A   A T I L A N 
A D D I M L A R


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
4 6
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Banqladeşin Mymensingh rayonundakı məktəbdə məktəblilərdən biri sinif yoldaşlarına əllərini düzgün yumağın  
qaydalarını başa salır (2012). 
© UNICEF/UNI122066/HAQUE


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
4 7
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
UNICEF-in su təchizatı, sanitariya təminatı və sanitar-gigiyenik tədbirlərin 
gücləndirilməsi (WASH) istiqamətində fəaliyyəti 1953-cü ildə, təşkilatın ətraf mühitin 
mühafizəsi üzrə layihələri öz proqramlarına daxil etdiyi ildə başlamışdır. Bu sektor 
növbəti onillikdə UNICEF və onun tərəfdaşları üçün getdikcə daha böyük əhəmiyyət 
kəsb etməyə başladı, çünki qlobal inkişafın ön plana çıxarılması sosial müdafiəsi zəif 
olan uşaqların, onların ailələrinin uzunmüddətli ehtiyaclarını aşkara çıxardı.
1960-cı illərin sonundan başlayaraq Hindistanda mey-
dana gəlmiş kəskin quraqlıq ənənəvi mənbələrdən su 
təmin etmək imkanından məhrum olmuş bütöv icmaların 
evlərindən didərgin olması təhlükəsini yaratdı. Kəndlilərin 
kütləvi şəkildə qaçqın düşərgələrinə axışmasının qarşısını 
almaq üçün UNICEF 1975-ci ildə Hindistan hökuməti və ÜST 
ilə əməkdaşlıq edərək Mark II su nasosunu işləyib hazırladı. 
Nisbətən torpaq səthinə yaxın qrunt sularını çəkməyə 
yarayan, əllə işlədilən bu nasos fasiləsiz istifadəyə tab gətirə 
biləcək qədər dayanıqlı idi və işlədilməsi üçün bir nəfər 
kifayət edirdi. Belə ki, onu hətta çox vaxt su daşımaq üçün 
göndərilən yeniyetmə qızlar da işlədə bilirdi. Bu gün Mark II 
nasosları bütün dünyada ən çox işlədilən nasoslardan biridir. 
1986-cı ilə, yəni sadəcə bir onillik sonra 90-dan çox ölkədə 
WASH üzrə proqramlar reallaşdırılmış, bu proqramlar 
çərçivəsində 71 000-dən çox su quyusu qazılmış, quyuların 
ağzına əllə işləyən nasoslar quraşdırılmışdır. Dünyanın hər 
tərəfində təxminən 18,7 milyon kəndli təşkilatın quraşdırıb 
istifadəyə verdiyi su təchizatı sistemlərindən, o cümlədən 
boru xətlərindən ibarət sistemlər, bulaqların üstündə 
quraşdırılan qoruyucu funksiyaları olan borusuz su təchizatı 
sistemləri, yağış suyunu toplayan sistemlər, su təmizləyici 
qurğulardan faydalanmaqdadır. 
1990-cı ildə keçirilən Ümumdünya Uşaq Sammitində əsas 
müzakirə platforması su təchizatının təhlükəsizliyi ətrafında 
formalaşmışdı. Bu konsepsiyanın tərəfdarları ölkələrin 
əlaqələndirilmiş fəaliyyəti və beynəlxalq əməkdaşlıq sayə-
sində 2000-ci ilə qədər hər bir insanın təhlükəsiz içməli su 
və sanitariya xidmətləri ilə təmin edilə biləcəyini iddia edirdi. 
Həmin vaxt çərçivəsində, xidmətlərin hər bir insan üçün 
əlçatan olmayacağı müəyyənləşdikdən sonra, UNICEF bu 
istiqamətdə fəaliyyətə ictimaiyyətin məlumatlandırılması 
yolu ilə dəstək verməyə başladı. Dünyanın üzləşdiyi su 
böhranı xüsusilə gənc fəallar arasında böyük rezonansa 
səbəb oldu. 2003-ci ildə bütün dünya “Uşaqların su mani-
festi” adlı bəyannamə ilə uşaqların tələblərini eşitdi. Üç il 
sonra, Mexiko şəhərində keçirilən Dördüncü Su Forumunda 
29 ölkədən olan gənc fəallar 400 milyon uşağın təhlükəsiz 
sudan istifadə imkanlarından məhrum olması ilə bağlı nara-
hatlığını dilə gətirərək ölkə rəhbərlərindən bu problemin 
həll olunmasını tələb etdi. Onların bu müraciətində deyilirdi: 
“Biz, yəni bu dünyanın uşaqları, sizinlə çiyin-çiyinə işləməyə 
hazırıq. Bəs siz buna hazırsınızmı?”
2007-ci ildə ABŞ-ın UNICEF-ə kömək fondu dünyanın 
müxtəlif regionlarında təhlükəsiz içməli su və sanitariya xid-
mətləri ilə təminatda mövcud olan ciddi qeyri-bərabərliklərə 
diqqət cəlb etmək üçün “Su kranı” adlı kampaniya başlatdı. 
Kampaniya iştirakçıları adətən pulsuz verilən su üçün 1 ABŞ 
dolları tələb etməklə həm layihə üçün vəsait toplayır, həm 
də onu geniş kütlələrə tanıdırdı. 


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə