BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
3 4
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
© UNICEF/UN034077/TORGOVNIK
Cəmi 10 yaşı olan Salamatu Korsu öz 
üzərində son dövrlərin səhiyyə sahə-
sində baş vermiş ən böhranlı vəziyyə-
tinin — Qərbi Afrikadakı Ebola epide-
miyasının təsirini hiss etməli olmuşdur. 
O, Syerral Leonedə, 2014-cü ildə ilk 
Ebolaya yoluxma faktlarının bir neçə-
sinin qeydə alındığı Kenema adlı bir 
qəsəbədə yaşayır. Atasını bu xəstəlik 
nəticəsində itirdikdən sonra iki qardaşı 
və anasında olduğu kimi Salamatuda 
da onun əlamətləri meydana gəl-
məyə başladı. Ailənin digər xəstələrlə 
birlikdə müalicə edildiyi xəstəxana 
UNICEF-in dəstəyi ilə fəaliyyət göstə-
rirdi. Həmin xəstəxana xəstələri evə 
göndərdikdən sonra da nəzarət altında 
saxlayırdı. UNICEF “bizim həyatımızı 
xilas etdi” — deyə Salamatu danışır və 
əlavə edir ki, tezliklə böyümək və işə 
girərək “ailəsinə kömək olmaq istəyir”.
SALAMATU
BÜTÜN UŞAQLARA ÜMİD BƏXŞ EDƏK


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
3 5
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
verən malyariya xəstəliyi ilə mübarizə məqsədini güdənlər 
də var. 1998-ci ildə UNICEF BMT-nin İnkişaf Proqramı və 
Dünya Bankı ilə birlikdə “Malyariya xəstəliyinə yoluxmanın 
miqyasını azaltmaq naminə tərəfdaşlığın (Roll Back 
Malaria Partnership)” təsisçi üzvü olmuşdur. Bu təşkilat 
malyariyanın müalicəsi və tədqiqi lehinə, bunun üçün daha 
çox resursun səfərbər edilməsi, o cümlədən həşəratlara 
qarşı preparatlar hopdurulmuş torlar kimi xəstəliyi nəzarət 
altında saxlamağa imkan verən yeni texnologiyaların tətbiq 
olunması naminə qlobal səviyyədə irəli sürülən təşəbbüs-
lərdə iştirak edir. 
2014-cü ildə başlayan, 2015-ci ildə də davam edən Ebola 
epidemiyası UNICEF-in səhiyyə işçiləri üçün dönüş nöqtəsi 
oldu. Qvineya, Liberiya və Syerra Leonedə yerli səhiyyə 
təşkilatlarına öz kadrları və ləvazimatları ilə yardım edən 
UNICEF və onun tərəfdaşları bu son dərəcə yoluxucu, 
ölümcül, böyük əraziləri əhatə edən xəstəliyin yayılmasına 
qarşı müdafiə, profilaktika və sosial səfərbərlik istiqamə-
tində əlindən gələn bütün səyləri göstərmişdir. 
UNICEF-in səhiyyə sahəsində həyata keçirdiyi tədbirlərin 
tarixi göstərir ki, keçən əsrin 80-ci illərində uşaq ölümləri 
üzrə müəyyənləşdirilmiş hədəf göstəricilərə nail olmaq 
mümkündür. Belə ki, 19902015-ci illər arasında 5 
yaşına çatmamış uşaqlar arasındakı ölüm hallarının sayı 
qlobal səviyyədə iki dəfə azalmışdır. Bununla belə, 2015-ci 
ildə də 5 yaşdan kiçik təxminən 16 000 uşaq profilaktikası 
mümkün olan xəstəliklər nəticəsində ölmüşdür. 5 yaşdan 
kiçik uşaqlar üzrə ən yüksək ölüm göstəricisinə əhalinin 
ən yoxsul təbəqələrindən olan, kəndlərdə yaşayan və ya 
anaları savadsız olan uşaqlar arasında rast gəlinir. 
Ancaq anaların uşaqların ölüm göstəricilərinin formalaşma-
sında, sağlamlığının mühafizəsində rolu onların aldığı təhsillə 
məhdudlaşmır. Buna görə də, UNICEF-in proqramları bütün 
qadınların, o cümlədən qızların, yeniyetmə qızların, anaların 
və uşaqlara qulluq edən yaşlı qadınların sosial inteqrasiya-
sına, iqtisadi fəaliyyət üzrə hüquqlarının genişləndirilməsinə 
yönəlir. Çünki bu, qadınlara uşaqların ölüm hallarının sayını 
azaltmaq və ailə daxilində uşağın sağlamlığını daha yaxşı 
qorumaq imkanı ilə yanaşı, ailələrinin təminatçısı, təşkilatçı və 
liderlik kimi rollar verməklə üzvü olduqları icmanın sosial rifah 
yüksəltmələri üçün şərait yaradır. 
Növbəti illər ərzində UNICEF bütün dünyada ana və uşaq 
sağlamlığının mühafizəsi üzrə səhiyyə xidmətlərində 
mövcud olan bütün çatışmazlıqları, boşluqları aradan qal-
dırmağı qarşısına məqsəd qoymuşdur. Bunun üçün təşkilat 
bir sıra digər müdaxilələrlə yanaşı, gender bərabərliyinin 
bərqərar olması istiqamətində işləməyi, innovativ texnologi-
yalara investisiya qoymağı, yerli və mərkəzi səviyyəli səhiyyə 
sistemlərini gücləndirməyi planlaşdırır, çünki hər bir uşağın 
körpəlik dövründən sağlam olmaq, inkişaf etmək üçün 
şansa malik olmaq hüququ var.


Yunanıstanın paytaxtı Afinadakı 
ibtidai məktəbin şagirdləri UNICEF-in 
payladığı südü içir (1951).  
© UNICEF/UNI41896/NAMƏLUM MÜƏLLİF


Ü Ç
Ə R Z A Q   T Ə C H İ Z A T I 
S A H Ə S İ N D Ə 
T Ə M İ N   E D İ L M Ə S İ 
M Ü M K Ü N   O L A N 
Ç O X   Z Ə R U R İ 
E H T İ Y A C L A R


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
3 8
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Müharibənin nəticələrindən əziyyət çəkın uşaqlara humanitar yardım göstərilməsi 
məqsədilə təsis edilən UNICEF tezliklə “dünyanın südçüsü” ləqəbini qazandı. Belə 
ki, fəaliyyətinin ilk illərində, yəni keçən əsrin 40-cı və 50-ci illərində təşkilatın ərzaq 
təchizatı sahəsində yardım fəaliyyəti əsas etibarı ilə məktəblərdə, klinikalarda və qaçqın 
düşərgələrində uşaqlara süd paylamaqdan ibarət olmuşdur (Avropada, sonra Asiya, 
Afrika və Latın Amerikasında). Ancaq dünya, istisnasız olaraq uşaqlar üçün yaradılmış 
bu təşkilatdan əlbəttə ki, daha çox şey gözləməli idi.
1961-ci ildə, yəni 17 Afrika ölkəsi öz müstəqilliyinə qovuş-
duqdan bir il sonra, Amerika Birləşmiş Ştatlarının prezidenti 
Con Ficerald Kennedi (John F. Kennedy) BMT-nin Baş 
Məclisində çıxış edərkən növbəti onilliyin inkişaf onilliyi kimi 
qəbul olunmasını təklif etdi. UNICEF bu çağırışa müsbət 
cavab verərək inkişaf etməkdə olan ölkələrdə bağçılıq və 
heyvandarlıq təsərrüfatının, eləcə də kiçik miqyaslı kənd 
təsərrüfatı vahidlərinin inkişafı məqsədilə “tətbiqi qidalanma 
proqramları” adı verilən layihələr həyata keçirməyə başladı. 
Ancaq böhran vəziyyətləri hələ də təcili tədbirlərin həyata 
keçirilməsini tələb edirdi. 1967-ci ildə Biafra müharibəsi 
zamanı UNICEF ərzaq çatışmazlığı nəticəsində özlərini 
qidalandıra bilməyəcək qədər zəifləmiş uşaqlar üçün 
nəzərdə tutulmuş xüsusi qida növü hazırladı. “K-Mix-2” adı 
verilən bu tərkib sonradan, yəni 1970-ci ildə Banqladeşin 
müstəqilliyi uğrunda aparılan müharibə zamanı milyonlarla 
uşağın qidalanması üçün istifadə edildi. Bu gün UNICEF 
özünün bir çox humanitar yardım proqramlarında istifadəyə 
hazır, müalicəvi qida paketlərindən istifadə edir. 
Uşaqların fiziki və əqli inkişafında qidanın oynadığı rolun 
əhəmiyyətini dərk edən UNICEF 1968-ci ildən özünün 
iştirak etdiyi yerli təlim-tədris sxemlərində qidalanma 
sahəsində təhsilə xüsusi yer verməyə başladı. Bunu təcili 
həll edilməli məsələlər siyahısına salmaq üçün təşkilat 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 1972-ci ildə irəli 
sürdüyü, zəruri səhiyyə xidmətlərinin ayrılmaz hissəsi kimi 
dövlətlərin ana və körpələrin qidalanmasına daha məsuliy-
yətli yanaşmasını tələb edən çağırışına qoşuldu. 
1982-ci ildə hər iki təşkilat qidalanmanın yaxşılaşdırılması 
üçün konkret, diqqətəlayiq və təkrarlanması mümkün 
olan üsulların işlənib hazırlanması məqsədilə Qidalanma 
sahəsində müştərək dəstək proqramını həyata keçirməyə 
başladı. Proqram çərçivəsində 29 ölkədə uşaqların sağ-
lamlığı, böyüməsi və inkişafı, eləcə də anaların qidalanması 
istiqamətində tədbirlər görülmüşdür. 
Qidalanma sahəsində müştərək dəstək proqramı çərçivə-
sində dəstəklənən uğurlu təşəbbüslərdən biri Tanzaniya 
Birləşmiş Respublikasında qida çatışmazlığının aradan 
qaldırılması məqsədilə həyata keçirilən və “Üç A” (ingiliscə 
“Analysis” (analiz), “Assessment” (qiymətləndirmə) və 
“Action” (hərəkət) sözlərinin baş hərfləri)
 yanaşmasından 
istifadə edilən İrinqa Qidalanma Proqramıdır. Bu proqram 
sayəsində yerli icmalar körpələrin və azyaşlı uşaqların qida-
lanma statusunun müşahidə altında saxlanmasında, qida 
çatışmazlığı hallarının aradan qaldırılmasında fəal iştirak edir. 
Uşaqların körpəlikdən sağlam ola və həyata sağlam fərdlər 
olaraq başlaya bilməsi üçün UNICEF daima ana südü ilə 


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə