BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
4 8
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Təmiz su və sanitariya xidmətlərindən hər kəsin istifadə 
edə bilməsi çox vacib məqsəd olaraq qalsa da, UNICEF-in 
WASH üçün ayırdığı büdcə vəsaitlərinin yarısından çoxu 
fövqəladə hallarda göstərilən yardımlar çərçivəsində 
xərclənir. Münaqişələrdən xilas olmaq üçün qaçdıqlarına 
görə, daşqın nəticəsində və ya digər səbəblərə görə öz 
doğma evlərindən didərgin düşmüş və su, sanitariya 
xidmətlərindən istifadə imkanları məhdudlaşmış uşaqların 
ölüm ya da xəstəliyə tutulmaq riski yüksək olur. 2015-ci ildə 
UNICEF-in WASH üzrə xidmət göstərdiyi 75 milyon insanın 
45 milyonu fövqəladə hallardan əziyyət çəkən ev təsərrüfat-
larında yaşayırdı. 
Bu gün Afrika və Yaxın Şərqdən miqrantların Cənubi 
Avropaya kütləvi surətdə axın etməsi UNICEF-in WASH 
sahəsində əldə etdiyi təcrübəyə tələbatı artırmışdır. Təşkilat 
miqrant kütlələrinin hərəkət marşrutları boyunca BMT-nin 
Qaçqınlar üzrə Ali Komissarlığına köməklik göstərməkdədir. 
Qaçqın və miqrantların vətəni olan ölkələrdə, o cümlədən 
İraq, Suriya Ərəb Respublikası və Yəməndə, eləcə də 
İordaniya və Livandakı qaçqın düşərgələrində UNICEF 
WASH üzrə xidmətlərin göstərilməsində birbaşa iştirak edir. 
21-ci əsrdə uşaqların, o cümlədən şəhərlərdə yaşayan 
uşaqların təmiz su və ən yaxşı sanitariya şəraiti ilə təmin 
edilməsi ən yoxsul və marginallaşdırılmış təbəqələrin 
mənafeyinə xidmət edən investisiya qoyuluşunu tələb 
edir. Bunun üçün isə menstrual gigiyena kimi məsələlərlə 
əlaqədar dayanıqlı xidmətlərin göstərilməsini, sosial 
normaların dəyişdirilməsini mümkün edən hökumət siyasəti 
və resurslar tələb olunur. Bu, həm də milyonlarla uşağın 
həyatını dəyişdirəcək müsbət dəyişikliklərin baş verməsi 
imkanı deməkdir. 
Boliviya Çoxmillətli Dövlətinin quraq ərazisində yerləşən 
El Alto şəhərinin rayonlarından birində sudan heç 
istifadə edilməyən ekoloji tualetdə təbii ehtiyacını yerinə 
yetirən bir oğlan və onun paltar yuyan anası (2015). 
© UNICEF/UNI189337/GILBERTSON VII PHOTO


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
4 9
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
5 0
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
UNICEF-in WASH sahəsi üzrə proqramlarının bir başqa 
xüsusiyyəti də şəhərlərdə yaşayan uşaqların xüsusi ehtiyac-
larının nəzərə alınmasıdır. 2009-cu ildə bəşəriyyət tarixində 
ilk dəfə olaraq şəhər əhalisinin sayı kənd əhalisinin sayını 
keçmişdir və tendensiya getdikcə özünü daha çox büruzə 
verməkdədir. 2015-ci ilə aid məlumatlara görə natəmiz su 
olan quyulardan və səth sularından istifadə edən 663 milyon 
insanın çoxu və təhlükəsiz sanitariya təsislərindən istifadə 
edə bilən 2,4 milyard insanın əksəriyyəti kəndlərdə yaşayır 
və şəhərdə yaşayan ən varlı ailələrlə ən yoxsul ailələrin 
WASH xidmətlərindən istifadə imkanı arasında çox böyük 
fərq var. UNICEF və onun tərəfdaşları növbəti illər ərzində 
bu bariz qeyri-bərabərliyi aradan qaldırmaq niyyətindədir.
Məsələn, hal-hazırda UNICEF-in innovasiya labora-
toriyalarında, tərəfdaşları ilə reallaşdırdığı layihələrdə 
yığılıb-sökülən su çənlərinin layihələndirilməsi, su filtrlərinin 
göstəricilərinin yaxşılaşdırılması istiqamətində işlər görülür. 
Eyni zamanda, təşkilat yüksək keyfiyyətli, maliyyəti az olan 
sanitariya təyinatlı məhsulların layihələndirilməsi və ucqar 
kənd rayonlarında yaşayan əhaliyə satışı ilə bağlı olaraq özəl 
sektorla əməkdaşlıq edir. 
Bu gün uşaqların üzləşdiyi digər çətinlik (və bəlkə də ən 
böyük çətinlik) getdikcə daşqın və quraqlıqların daha 
tez-tez baş verməsi, daha şiddətli olmasına gətirib çıxaran 
iqlim dəyişiklikləridir. Bu çətinliklərin öhdəsindən gəlməkdə 
onlara kömək göstərilməsi məqsədilə UNICEF və onun 
tərəfdaşları risk qrupuna daxil olan əhali təbəqələri ilə 
birlikdə onların dəyişən iqlimə uyğunlaşması, iqlim dəyi-
şikliyinin su təchizatına, suyun keyfiyyətinə mənfi təsirinin 
azaldılması istiqamətində fəaliyyət göstərir.
UNICEF-in WASH sahəsi üzrə proqramları digər sektor-
lardakı, o cümlədən səhiyyə, təhsil və gender bərabərliyi 
istiqamətindəki fəaliyyəti ilə yaxından əlaqələndirilmiş 
qaydada həyata keçirilir. Məsələn, qızların təhsil alması 
və davamiyyəti menstrual gigiyena ilə bağlı məsələlərin 
həllindən asılıdır. İnkişaf etməkdə olan ölkələrin əksəriyyə-
tində məqbul sanitariya şəraitinin olmaması uşaqları təmiz 
su, tualet, eləcə də qız və oğlanlar üçün ayrı olan sanitariya 
təsisləri ilə təmin edə bilməyən məktəblərinin sayının 
həddən artıq çox olmasına gətirib çıxarır. Bu imkanlar təmin 
edilməsə yeniyetmə yaşlarına qədəm qoymuş qızların 
təhsildən uzaqlaşması ehtimalını artırır. 
Təmiz sudan istifadə imkanlarının məhdud olduğu ölkələrin 
çoxunda uzaq məsafədə yerləşən quyulardan su daşı-
mağa məcbur edilmələri qızların yükünü daha da artırır 
və təhsilə davam etmələrinə mane olmaqla yanaşı, cinsi 
zorakılığa məruz qalmaları ehtimalını da artırır. Bu riskləri 
və qızların məktəbdə oxumasını əngəlləyən səbəbləri 
aradan qaldırmaq üçün UNICEF və onun tərəfdaşı olan 
təşkilatlar WASH sahəsində Kanada hökuməti tərəfindən 
maliyyələşdirilən və çox sayda ölkəni əhatə edən layihəyə 
start vermişdir. 
UNICEF-İN WASH (SU, 
SANİTARİYA VƏ GİGİYENA) SAHƏSİ 
ÜZRƏ PROQRAMLARI DİGƏR 
SEKTORLARDAKI, O CÜMLƏDƏN 
SƏHİYYƏ, TƏHSİL VƏ GENDER 
BƏRABƏRLİYİ İSTİQAMƏTİNDƏKİ 
FƏALİYYƏTİ İLƏ YAXINDAN 
ƏLAQƏLƏNDİRİLMİŞ QAYDADA 
HƏYATA KEÇİRİLİR.


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə