BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
3 9
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
UNICEF-in dəstəyi 
ilə təşkil edilmiş 
və körpələri, azyaşlı 
uşaqları qidalandırmağı 
öyrədən kursdan 
məzun olmuş icma 
işçilərinin hazırladığı 
yeməyi yeyən qız 
(İndoneziyanın Mərkəzi 
Yava əyaləti, 2015).
© UNICEF/UN04247/ESTEY


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
4 0
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Çinin Daxili 
Monqolustan deyilən 
ərazisində yerləşən bir 
kənddə evdə doğmuş 
anaya yardım edən 
mama (1993). 
© UNICEF/UNI54288/LEMOYNE


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
41
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
qidalanmanı təşviq və təbliğ etmişdir. Təşkilat, xüsusilə də, 
körpənin doğulduqdan sonra bir saat ərzində ana südü ilə 
qidalanmağa başlamasını, ən az ilk altı ay ərzində ancaq ana 
südü ilə qidalanmasını, ümumilikdə ana südü ilə qidalan-
manın körpə ən az 2 yaşa çatana qədər davam etdirilməsini 
təşviq edir. Ana südü ilə qidalanma və böyümənin nəzarət 
altında saxlanması UNICEF-in keçən əsrin 80-ci illərində 
uşaq ölümlərinin sayının azaldılması məqsədilə tətbiq etdiyi 
protokolda göstərilən başlıca vasitələr siyahısına daxil 
edilmişdir. 
1981-ci ildə UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı 
(ÜST) birlikdə ana südü əvəzləyicilərinin satış qaydalarının 
beynəlxalq məcəlləsini işləyib hazırlamışdır. Ana südü 
əvəzləyicilərinin əhali arasında və səhiyyə müəssisələrində 
təbliğini qadağan edən məcəllə ailələrin yanlış məlumat-
landırılmasının qarşısını almaq və kommersiya şirkətlərinin 
təzyiqinə qarşı müdafiə olunmasını təmin etmək məqsədini 
güdür, çünki bu fəaliyyət ana südü ilə qidalandırma prakti-
kasına, dolayısı ilə körpələrin sağlamlığına mənfi təsir edir. 
1991-ci ildə UNICEF yenə ÜST ilə əməkdaşlıq çərçivəsində 
körpələrin istisnasız olaraq ana südü ilə qidalanması, 
doğuşdan sonra anaların sağlamlığının mühafizəsi məqsə-
dilə “Uşaqların ehtiyaclarının nəzərə alındığı xəstəxana” 
layihəsini başlatdı. Bu günə qədər 150-dən çox ölkədə çox 
sayda xəstəxana həmin təşəbbüsə qoşulmuşdur. 
1990-cı ildə keçirilmiş Ümumdünya Uşaq Sammiti, 
1991-ci ildə “Gizli aclığa son qoymaq” mövzusunda 
keçirilmiş konfrans və Qidalanma üzrə beynəlxalq konfrans 
çərçivəsində qəbul edilmiş öhdəliklər bir başqa məsələnin, 
əsas qidalandırıcı mikroelementlərin, xüsusilə də, yod, 
dəmir və A vitamini çatışmazlığının aradan qaldırılması 
üçün qidalanma sahəsində müdaxilələrin intensivliyinin 
artırılmasının vacibliyini ön plana çıxardı. 
Uşaqlarda beynin bərpa oluna bilən zədələnməsinin əsas 
səbəbi yod çatışmazlığıdır. Yodlaşdırılmış duzdan istifadə 
etməklə bu xəstəliyin qarşısını asanlıqla almaq müm-
kündür. UNICEF və onun tərəfdaşları duzun kütləvi surətdə 
yodlaşdırılması istiqamətində fəaliyyətə başladıqdan 
sonra yod çatışmazlığının yayğın olduğu ölkələrin sayı 75 
faiz azalmışdır. 
A vitamini uşaqların xəstəliklərə qarşı müqavimətini artırır. 
A vitamininin çatışmazlığından əziyyət çəkən uşaqlara qida 
əlavələrinin verilməsi onların immunitetini gücləndirə və 
uşaq ölüm göstəricilərinin əhəmiyyətli dərəcədə azalma-
sına səbəb ola bilər. 1999-cu ilə aid məlumatlara görə, 
yod çatışmazlığı probleminin mövcud olduğu 100-dən 
çox ölkədə uşaqların sadəcə 16 faizi A vitaminin tövsiyə 
olunan illik iki dozasını qəbul edə bilmişdir. 2007-ci ildə isə 
kifayət qədər A vitamini qəbul edən uşaqların sayı 76 faizə 
çatmışdır. 
UNICEF öz tərəfdaşları ilə birlikdə hər bir uşağın mümkün 
olan ən yüksək səviyyədə qidalanmasını təmin etmək 
istiqamətində fəaliyyət göstərdiyinə görə, məqbul qida-
lanma praktikası ilə bağlı öz tövsiyələrini sosial müdafiəsi ən 
zəif olan ailələrə də verə və onları bu barədə məlumatlandıra 
bilmək üçün icmalarla əməkdaşlığa əsaslanan yanaşma 
tərzinə üstünlük verir. Bu yanaşma tərzi yerli icmalardan 
olan əməkdaşların təlim almasını, yerli şəraitə uyğun 
tövsiyələrin verilməsini nəzərdə tutur. Mövcud səhiyyə 
sisteminin zəif olduğu ərazilərdə bu yanaşma tərzi xüsusilə 
böyük əhəmiyyət kəsb edir. 
Bundan başqa, UNICEF kəskinlik dərəcəsi çox yüksək olan 
qida çatışmazlığından (ingiliscə “Severe Acute Malnutrition” 
və ya “SAM”) əziyyət çəkən uşaqların icma əsaslı müali-
cəsinin geniş miqyasda tətbiqində lider olmuşdur. Ancaq 
2007-ci ildə UNICEF və ÜST icma əsaslı müalicədə xüsusi 
olaraq müalicəvi məqsədlərlə hazırlanmış, istifadəyə 
hazır qidaların tətbiqinə üstünlük verməyə başlamışdır. Bu 
strategiya müalicə vasitələrindən və səhiyyə xidmətlərindən 
məhrum olmuş uşaqlar və ailələr üçün onların həyatlarını 
xilas edə biləcək müalicə xidmətlərini daha əlçatan etmişdir.
Müalicəvi qidanın və digər ərzaq məhsullarının satın 
alınmasında qlobal səviyyədə lider olan UNICEF iri həcmli 
satınalmaları ilə yerli istehsalın təşviqində, eləcə də həmin 
məhsulların əlçatanlığı, qiyməti və keyfiyyəti ilə əlaqədar 
müsbət dəyişikliklərin meydana gəlməsi üçün mənbələrin 


AQAMEMNON
Aqamemnon Stefanos 1953-cü ildə 
Yunanıstanda anadan olmuşdur. 
O doğulduqdan qısa müddət sonra ya-
şadığı adada böyük dağıntılar törədən 
və 1000-dən çox insanın həyatına son 
qoyan zəlzələ baş vermişdir. Aqa-
memnon UNICEF-in humanitar yardım 
fəaliyyəti çərçivəsində göndərdiyi süd 
və paltarların vaxtlı-vaxtında adaya 
çatdırılması sayəsində sağ qalmışdır. 
Zəlzələ baş verəndə Aqamemnon 
südəmər körpə idi. Anasının südü 
olmurdu, ona görə də onun sağ qal-
maq şansı çox az idi. “UNICEF mənim 
köməyimə vaxtında çatdı — deyə o 
izah edir. — Onlar bizə paltar və süd 
payladılar. Sizinlə bu gün söhbət edə 
bilməyimin səbəbi həmin yardımdır.”
© UNICEF/UN034018/TORGOVNIK
BÜTÜN UŞAQLARA ÜMİD BƏXŞ EDƏK


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə