BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   2   3   4   5   6   7   8   9   10   ...   22

© UNICEF/UN034289/TORGOVNIK
BÜTÜN UŞAQLARA ÜMİD BƏXŞ EDƏK
HİBA
Hiba Al Nabolsi müharibə nəticəsində 
viran olmuş Suriya Ərəb Respublika-
sında böyümüş, təhlükəsiz sığınacaq 
tapmaq ümidi ilə böyük məsafə qət 
etmiş 10 yaşlı qızdır. Bu gün o, ailəsi 
ilə birlikdə qaçqın və miqrantlar üçün 
keçmiş Yuqoslaviyanın ərazisində 
salınmış müvəqqəti düşərgədə yaşayır 
və UNICEF-in dəstəyi ilə fəaliyyət 
göstərən, uşaqların ehtiyaclarına uy-
ğunlaşdırılmış tədris məkanında bədii 
yaradıcılıq üzrə tədbirlərdə iştirak edir, 
xarici dil öyrənir. Münaqişə və ailəsi ilə 
birlikdə Aralıq dənizindən keçdikləri 
o təhlükəli səyahətin xoşagəlməz xa-
tirələrinə baxmayaraq, Hibanın böyük 
xəyalları var və o, gələcəyə nikbin baxır. 
O deyir: “Gələcəyim parlaq olacaq. 
Bunu bilirəm. İngilis dili müəlliməsi 
olmaq, uşaqlara ingilis dilini öyrətmək 
istəyirəm. Bütün uşaqların ləyaqətlə 
yaşamaq haqqı var.”


Efiopiyanın kəndlərindən biri olan Benishangul-
Gumuz kəndində UNICEF-in proqramı 
çərçivəsində qurulmuş “model evdə” oturan 
qız. Həmin proqram evlərini təhlükəsiz, təmiz, 
gigiyenik və uşaqların ehtiyaclarına uyğun 
vəziyyətdə saxlamaları üçün kəndlilərə kömək 
etmək məqsədini güdürdü (2016).
© SIMONLISTERPHOTOGRAPHY.COM


İ K İ
U Ş A Q   Ö L Ü M L Ə R İ 
V Ə   S A Ğ L A M L I Ğ I N 
M Ü H A F İ Z Ə S İ 
S A H Ə S İ N D Ə   
İ N Q İ L A B İ 
D Ə Y İ Ş İ K L İ K L Ə R


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
2 8
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
İkinci dünya müharibəsi başa çatdıqdan sonra Avropada 
çox sayda uşaq vərəm xəstəliyinə tutulmuşdu. Asiyada 
milyonlarla insan dəri, sümük və qığırdaq toxumalarında 
xora yaradan qeyri-zöhrəvi sifilis xəstəliyinə yoluxmuşdu. 
Skandinaviya Qırmızı Xaç Cəmiyyəti tərəfindən vərəmin 
müalicəsi üçün dərman preparatı uğurla sınaqdan keçi-
rildikdən və vaksinasiya protokolu tərtib edildikdən sonra 
UNICEF həmin preparatın və immunizasiya kampaniyasının 
Asiya, Afrika, Amerika qitələrinə yayılmasını maliyyələş-
dirmişdir. Eyni zamanda, UNICEF İndoneziya və Tailandda 
qeyri-zöhrəvi sifilis xəstəliyinə qarşı mübarizə kampaniya-
sını həyata keçirirdi və onilliyin sonuna doğru 30 milyondan 
çox insanı müalicə edə bilmişdi. 
Bu iki genişmiqyaslı immunizasiya kampaniyası sonradan 
UNICEF-in vizit-kartına çevrilmiş kütləvi immunizasiya 
səylərinin reallaşması üçün münbit zəmin formalaşdırmışdır. 
Təşkilatın İcraçı direktoru Anri Labuissin ölkə nümayəndələ-
rini ana və uşaq sağlamlığının mühafizəsi üzrə xidmətlərin 
göstərilə biləcəyi, icma səviyyəli təşəbbüslərin müəyyən-
ləşdirilməsi və həyata keçirilməsi ilə əlaqədar əməkdaşlıq 
etməyə çağırdığı və UNICEF-in Nobel Sülh Mükafatı ilə təltif 
edildiyi 1965-ci ildə həmin kampaniyaların əhatə dairəsi 
daha da genişləndirilmişdir. 
Yerli mütəxəssislərin öyrədilməsi və ən zəruri səhiyyə 
xidmətlərinin göstərilməsi kimi aşağı səviyyələrdə xidmət 
göstərməklə yanaşı, təşkilat böyük şirkətlərin yığıncaq 
zallarında, nazirliklərdə və digər yüksək instansiyalarda 
sosial müdafiəsi zəif uşaqlara, ailələrə göstərilən səhiyyə 
xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün danı-
şıqlar aparırdı. 1978-ci ildə SSRİ-nin Alma-Ata şəhərində 
(Qazaxıstanın indiki Almatı şəhəri) 130-dan çox ölkənin 
nümayəndələri bir araya gələrək öz vətəndaşlarına ən zəruri 
səhiyyə xidmətlərinin göstərilməsi ilə bağlı razılaşma əldə 
etdi. Həmin tədbirdə iştirak edən və qarşılarına “2000-ci 
ilə qədər bütün dünya əhalisinin sosial-iqtisadi baxımdan 
səmərəli və faydalı fəaliyyət göstərə biləcək qədər sağlam 
olması” kimi konkret məqsəd qoyan səhiyyə nazirləri, digər 
rəhbər şəxslər gələcək nəsillərin mənafeyini nəzərə alan 
siyasi iradə nümayiş etdirmişdir. 
İcraçı direktoru Ceyms Qrantın (James Grant) artıq “uşaq 
ölümləri üzrə göstəricilərdə inqilabın” vaxtının gəlib çatdığını 
elan etməsi isə UNICEF-in tarixində, eləcə də müasir dövrdə 
uşaq sağlamlığının qorunması sahəsində dönüş nöqtəsi 
olmuşdur. UNICEF-in ən başlıca illik hesabat sənədi olan 
“Dünyada uşaqların vəziyyəti” məcmuəsinin 1982-ci ildə 
çap edilmiş üçüncü nəşrində Qrant uşağın fiziki inkişafının 
müşahidə altında saxlanması, peroral rehidratasiya, ana 
südü, immunizasiya (birlikdə “GOBİ” tədbirləri adlandırılır) 
kimi sadə və effektiv tədbirlər sayəsində körpə və uşaq 
ölümlərinin sayının xeyli azaldıla biləcəyini qeyd etmişdir. O, 
həmin tədbirlərin bəşəriyyətin inkişafını istənilən texnoloji 
1953-cü ildə BMT-nin daimi mandatı verildikdən sonra UNICEF öz üzərinə sadəcə 
humanitar yardımı zəruri edən fövqəladə hallar kontekstində deyil, ümumilikdə uşaqların 
sağlamlığının mühafizəsi üzrə məsuliyyət götürmüşdür. Həmin tarixdən sonra təşkilatın 
uşaqların rifahı ilə bağlı fəaliyyət konsepsiyası daha da genişlənərək uzunmüddətli 
perspektivdə uşaq ölümləri və uşaqların sağlamlığının mühafizəsi üzrə göstəriciləri də 
əhatə etməyə başlamışdır.


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
2 9
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
UNICEF tərəfindən təmin edilmiş, 
səyyar rentgen cihazı quraşdırılmış 
yük maşınında Kosta Rikalı uşaqları 
vərəm müayinəsindən keçirməyə 
hazırlaşırlar (1952). 
© UNICEF/UNI43217/NAMƏLUM MÜƏLLİF


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə