BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   2   3   4   5   6   7   8   9   ...   22

hazırlanmış ilk qlobal standartlar toplusu olan 
Konvensiya insan hüquqları haqqında tarixdə 
ən geniş miqyaslı və ən tez qəbul edilən ilk 
saziş oldu. 
Konvensiyanın bu uğuruna əsaslanan 
UNICEF dünya tarixində ilk dəfə Ümum-
dünya Uşaq Sammitinin keçirilməsi barədə 
təklifi dəstəklədi. Ümumdünya Uşaq Sammiti 
1990-cı ildə, dünyanın bütün regionlarından 
olan 71 dövlət və hökumət başçısının iştirakı 
ilə keçirilmişdir. Sammit növbəti onilliyi əhatə 
edən və uşaq ölümlərinin azaldılması, eləcə 
də uşaqların sağlamlığı, qidalanması, təhsili 
və müdafiəsi sahələrində konkret hədəfləri 
müəyyənləşdirən fəaliyyət planının imzalan-
ması ilə nəticələnmişdir. 
UNICEF yeni minillikdə də uşaqların ehtiyac-
larının dünya gündəminin ən vacib məsələləri 
sırasında qalmasını təmin etmişdir. 2002-ci 
ildə keçirilən, Uşaqlara dair xüsusi Sessiya 
BMT-nin Baş Məclisinin istisnasız olaraq 
uşaqlara həsr etdiyi və tarixdə ilk dəfə 
uşaqların rəsmi nümayəndə kimi iştirak etdiyi 
ilk yığıncağıdır. Bu sessiya Minilliyin İnkişaf 
Məqsədləri Bəyannaməsində ifadə edilən və 
uşaqları ön plana çıxaran məqsədlərə böyük 
diqqət göstərildiyi dövrə təsadüf edirdi. 
Minilliyin İnkişaf Məqsədləri Bəyannaməsinin 
başa çatdığı 2015-ci ildən sonra da UNICEF 
və onun tərəfdaşları növbəti dövr üçün 
müəyyənləşdirilən və məqsədlərdə uşaqların 
ehtiyaclarının daha çox nəzərə alındığı növ-
bəti qlobal hədəflərin qəbulu üçün məqsəd-
yönlü fəaliyyətə başlamışdır. Bütün oğlan 
və qızların müdafiəsi, sosial inteqrasiyası ilə 
əlaqədar Dayanıqlı İnkişaf Məqsədlərində 
(DİM) birmənalı olaraq ifadə edilən vədlər 
və öhdəliklər bu məqsədyönlü fəaliyyətin 
effektivliyindən xəbər verir. Dünya ictimaiyyəti 
sosial müdafiəsi ən zəif olan uşaqlar üçün 
sosial ədalət və bərabərlik prinsiplərinin daha 
da möhkəmləndirilməsi ilə cəmiyyətin sosi-
al-iqtisadi inkişafı arasında əlaqə olduğunu 
getdikcə daha dərindən dərk edir.
UNICEF-in Geniş səlahiyyətli 
səfiri Denni Key (Danny Kaye) 
1954-cü ildə Nyu Yorkun 
Bruklin rayonundakı ibtidai 
məktəbdə zarafatla bir qızın 
saçını tutur (1954).
© UNICEF/UNI39700/NAMƏLUM MÜƏLLİF


Yeriməyi yenicə öyrənmiş bir uşaq 
Haitidəki Ceremi qəsəbəsində Metyu 
qasırğasının dağıtdığı bir evin yaxınlığında 
başını yerə qoyur (2016).  
© UNICEF/UN035311/LEMOYNE


B İ R
R İ S K   Q R U P U N A 
D A X İ L   O L A N 
U Ş A Q L A R A 
H U M A N İ T A R   Y A R D I M I N 
G Ö S T Ə R İ L M Ə S İ


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
1 8
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Banqladeşlilər BMT-nin humanitar yardım və bərpa proqramı çərçivəsində UNICEF tərəfindən göndərilmiş ədyalların yük təyyarəsindən 
boşaldılmasına tamaşa edir (1972). 
© UNICEF/UN04123/OCKWELL


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
1 9
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Təcili humanitar yardım ilə dayanıqlı inkişaf fəaliyyəti konsepsi-
yası arasındakı sərhədləri yox edən UNICEF böhran vəziyyətinin 
yaranmasından əvvəl, davam etdiyi müddət ərzində və başa 
çatdıqdan sonra uzun müddət ərzində uşaqlara zəruri xidmətləri 
göstərən sistemlərin gücləndirilməsinə çalışır. Bu dəstək 
fəaliyyəti sayəsində yerli icmalar fövqəladə hallara qarşı daha 
yaxşı hazırlaşa, təbii fəlakətlərə qarşı daha dayanıqlı ola bilər. 
Keçən əsrin 60-cı illərinin sonunda iki il davam edən 
quraqlıq və məhsulun zay olması Hindistanın Bihar ştatında 
aclığa səbəb olmuşdu. Nəticədə yaranmış böhran vəziyyəti 
o vaxta qədər misli görünməmiş yardım səylərinin göstə-
rilməsini tələb edirdi. UNICEF həmin yardım çərçivəsində 
bölgəyə ərzaqla dolu 50 yük maşını və 500 motosiklet gön-
dərmişdir. Fövqəladə vəziyyətlə əlaqədar qida paylanması 
kimi təcili işin yerinə yetirilməsi ilə kifayətlənməyən UNICEF 
Hindistan hökuməti ilə birlikdə həmin bölgədə gələcəkdə 
ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bazanın forma-
laşması istiqamətində tədbirlər həyata keçirməyə başladı. 
1967-ci ildə Bihar ştatında baş vermiş aclıqla mübarizədə 
təcili humanitar yardım səylərinin su və ərzaq təchizatı üzrə 
tədbirlərlə üst-üstə düşməsi ölkə üçün əslində bir fürsətə çev-
rildi və tezliklə Hindistan özünü ərzaqla təmin edə bilən ölkələr 
siyahısına daxil oldu. Ərzaq təchizatı sahəsində problemlər və 
yoxsulluq davam etsə də, sonrakı dövrlərdə Hindistanda belə 
geniş miqyaslı aclıq müşahidə olunmamışdır. 
Təxminən eyni vaxtlarda Nigeriyada baş verən, böyük 
faciələrə səbəb olan və Biafra müharibəsi adlandırılan 
vətəndaş müharibəsi UNICEF-in silahlı münaqişə zonasında 
fəaliyyət göstərmək qabiliyyəti üçün əsl imtahan oldu. 
Neytrallıq siyasətinə ən ciddi şəkildə əməl edən təşkilat digər 
humanitar yardım təşkilatlarının tərk etdiyi Nigeriyada qala 
və hətta hökuməti Biafra anklavında ərzaq çatışmazlığından 
əziyyət çəkən insanlara ərzaq paylamağa razı sala bildi. 
Nigeriyada əldə edilən təcrübə sonradan, 1979-cu ildə Tailand 
ilə Kamboca arasındakı sərhəddə humanitar yardımın göstə-
rilməsində çox faydalı oldu. Qırmızı Kxmerlərin artıq dörd ildir 
davam edən hakimiyyəti milyonlarla Kambocalının ölkəni tərk 
etməsinə səbəb olmuşdu. Qaçqınların sərhəd boyunca kortəbii 
yaranmış düşərgələri tezliklə çoxalaraq qaçqın meqapolisinə 
çevrildi. Təcili humanitar yardımın sərhəd zonalarına çatdırılma-
sında lider olan UNICEF öz doğma yurd-yuvasından didərgin 
düşmüş uşaqlar və ailələri sığınacaq və şirin sudan tutmuş kənd 
təsərrüfatı avadanlığına qədər ən zəruri vasitələrlə təmin etdi. 
Münaqişələrin xroniki və uzunmüddətli hal aldığı ərazilərdə 
UNICEF əhaliyə əsas xidmətlərin fasiləsiz göstərilə bilməsi 
üçün düşmən tərəflər arasında hərbi əməliyyatların 
müvəqqəti dayandırılmasına nail olmaq məqsədilə danı-
şıqlar aparır. Hərbi əməliyyatların müvəqqəti dayandırıldığı 
və “Sakitlik günləri” adlandırılan həmin müddət ilk dəfə 
1985-ci ildə Salvadorda tətbiq edilmişdir. Sakitlik günləri 
praktikası müharibə vaxtı belə immunizasiya (vaksinasiya) 
kampaniyalarının vaxtında, lazımi miqyasda aparılmasına 
imkan vermişdir. Bir çox ölkədə bu kampaniyalar risk 
qrupuna daxil olan uşaqların sağlamlığının qorunması üçün 
demək olar ki, yeganə vasitə idi. 
Təbii fəlakətlər, silahlı münaqişələr ictimai rezonans doğurmasa da, fövqəladə vəziyyət 
hesab edilə biləcək qədər ciddi olan aclıq və xəstəliklərin yayılması kimi problemlər 
bütün dünyada uşaqlara, xüsusilə də yoxsulluq və sosial ədalətsizlikdən əziyyət çəkən 
uşaqlara öz təsirini göstərir. Təsis edildiyi gündən bu yana UNICEF belə böhranlı 
vəziyyətlərə heç vaxt biganə qalmamışdır.


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə