BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   2   3   4   5   6   7   8   9   ...   22

B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
1 1
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Zaqreb şəhərində, indiki Xorvatiya ərazisində yerləşən, BMT tərəfindən köməklik göstərilən uşaq evində yataqlarında istirahət edən qızlar (1945). 
© UNICEF/UNI43089/NAMƏLUM MÜƏLLİF


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
1 2
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Pakistanın Karaçi şəhərindəki UNICEF-in köməklik göstərdiyi bir məktəbdə dərsdən sonra skamyada oturmuş qızlar kitabları bölüşdürür (1983).
© UNICEF/UNI46382/ISAAC


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
1 3
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
kimi qəbul edilən UNICEF fəaliyyət göstərdiyi müddət 
ərzində çox sayda uğura imza atmışdır. UNICEF-in 
fəaliyyətinin nəticələrini konkret kəmiyyət göstəriciləri 
(Keçən əsrin 80-ci illərində UNICEF özünün çox 
saylı tərəfdaşları ilə birlikdə uşaq ölümlərinin sayının 
azaldılması üçün tədbirlər həyata keçirməyə başladı 
və bu sahədə ən nikbin proqnozlarda verilənlərdən də 
yüksək nəticələrə nail oldu), effektivliyini isə konkret 
keyfiyyət göstəriciləri (UNICEF uşaqların sadəcə sağ 
qalması ilə kifayətlənmir və onların ailə daxilində
təhsil müəssisələrində, icma daxilində əlverişli şərait 
yaradılması yolu ilə inkişaf etməli olduğuna inanır) əks 
etdirir. 
Müharibədən sonra başlayan və günümüzə qədər 
davam edən dövr ərzində əldə etdiyi nailiyyətlər 
olmasa, UNICEF hər bir oğlan və qızın sağ qala, təh-
lükəsiz və firavan həyat sürə bildiyi gələcəyi təsəvvür 
edə bilməzdi. Bərabərliyin təmin edilməsi istiqamə-
tində təşkilatın həyata keçirdiyi və sosial müdafiəsi ən 
zəif olan uşaqları, onların ailələrini ön plana çıxaran 
fəaliyyətin əsas məğzi də məhz budur. Çünki, ailə və 
icmanın uşaqların inkişaf edə bildiyi mühit olmasını 
təmin etmək sadəcə yaxşı və düzgün iş kimi deyil
həm də dayanıqlı inkişaf, qlobal səviyyədə stabillik 
baxımından strateji əhəmiyyət daşıyan məsələ olaraq 
qəbul edilməlidir. 
Fəaliyyət göstərdiyi 70 il ərzində UNICEF uşaq 
ölümlərinin sayının azaldılması, uşaqların sağlamlı-
ğının və rifahının təmin edilməsi sahəsində təcrübəsini 
zənginləşdirmiş, bacarıqlarını təkmilləşdirmişdir. 
Təşkilat daima tibb elmi, səhiyyə xidməti, qidalanma, 
eləcə də su və sanitariya təminatı, gigiyenanın təmin 
edilməsi sahəsində əldə edilən irəliləyişlərdən 
faydalanmış, digər sektor və qurumların da özünün 
əldə etdiyi nailiyyətlərdən, irəliləyişlərdən faydalan-
masına çalışmışdır. İnsanın fərasəti və bacarığı, dizayn 
sahəsində innovasiyalar UNICEF-in “fərqləndirmə 
nişanı” hesab edilə bilər, çünki fəaliyyətinin ilk illərində 
pasterizə edilmiş südün paylanmasından bu gün ən 
əlçatmaz ərazilərdə uşaqların sağlamlıq vəziyyətinin 
və qidalanmasının nəzarət altında saxlanması üçün 
mobil rabitə sistemlərinin istifadəsinə qədər təşkilat 
daima sadə, ancaq yüksək effektivliyə malik müdaxilə 
üsullarını tətbiq etmişdir. 
UNICEF-in fəaliyyətinə çox sayda prizmadan baxmaq 
olar, çünki, onun fəaliyyətinin təsiri bir çox sahədə hiss 
edilir. Ölkə nümayəndəliklərimiz və milli komitələrimiz 
vasitəsi ilə biz, 190-dan çox ölkədə və regiondakı 
tərəfdaşlarımızla birlikdə uşaqlar üçün əlverişli sosial 
siyasətin reallaşdırılması istiqamətində işləyirik. 
Proqramlarımızın həyata keçirildiyi ölkələrdə bu iş 
həmin ölkələrin hökumətləri ilə bağlanan və uşaqlarla 
əlaqədar milli prioritetləri ön plana çıxaran müqa-
vilələrlə tənzimlənir. 
Növbəti səhifələrdə UNICEF-in uşaqlar və gənc nəsil-
lərin həyatına təsiri nəzərdən keçirilir. Həmin təsirin 
təməlində UNICEF-in özünün qeyd etdiyi uğurları, keç-
mişdən çıxardığı dərslər və uşaq hüquqlarının qlobal 
səviyyədə müdafiəsi üzrə aparıcı qüvvəyə çevirən 
nailiyyətləri dayanır. Təşkilatın fəaliyyətinin tarixi əhə-
miyyət kəsb edən dövrlərindən bəhs edən səhifələrdə 
UNICEF proqramları sayəsində xilas edilmiş, sağ 
qalmış və həyatında köklü müsbət dəyişikliklər baş 
vermiş insanların qısa hekayələri də nəql edilir. 
Bütövlükdə burada nəql edilən fəaliyyət tarixçəsi və 
həyat hekayələri UNICEF-in 70 illik keçmişinə nəzər 
salmaqla yanaşı gələcək çağırışlara və nailiyyətlərə 
ilkin baxış mahiyyətindədir, çünki bizim sürətlə dəyişən 
dünyamızda belə keçmiş tarix deyil, proloqdur.
UNICEF-IN FƏALIYYƏTINƏ ÇOX SAYDA 
PRIZMADAN BAXMAQ OLAR, ÇÜNKI, 
ONUN FƏALIYYƏTININ TƏSIRI 190 
ÖLKƏDƏ VƏ REGIONDA BIR ÇOX 
SAHƏDƏ HISS EDILIR.


UŞAQ 
HÜQUQLARI 
MÜBARİZƏÇİLƏRİ
Beynəlxalq Fövqəladə Uşaqlara Yardım 
Fondu kimi 1946-cı ildə təsis edildikdən 
sonra növbəti bir il ərzində ABŞ və Kanada 
hökumətləri UNICEF-in fəaliyyətinin maliy-
yələşdirilməsinə böyük məbləğlər ayırmışdır. 
Növbəti bir neçə il ərzində daha 46 ölkə təş-
kilatın maliyyələşdirilməsində iştirak etməyə 
başlamışdır. 
1953-cü ildə BMT-nin Baş Məclisi daimi 
mandat verməklə yanaşı təşkilatın adını da 
qısaltmışdır — BMT-nin Uşaq Fondu. Bunun-
la belə, BMT-nin Uşaq Fondu sonrakı illərdə 
təsis edildiyi ildəki adının müxtəsər forması 
olan “UNICEF” qısaltması altında və elə 
həmin il tərtib edilmiş bayraq altında fəaliyyət 
göstərməyə davam etmişdir və bu gün bu 
iki simvol bütün dünyada uşaqların rifahının 
rəmzinə çevrilmişdir. 
İnkişaf etməkdə olan ölkələrdə uşaqların 
ehtiyaclarının uzunmüddətli perspektivdə ye-
rinə yetirilməsi tapşırılan UNICEF öz fəaliyyət 
sahəsini tezliklə əhəmiyyətli dərəcədə geniş-
ləndirmişdir. Donor ölkələrdəki milli komitələ-
rin getdikcə böyüyən şəbəkəsi UNICEF-in 
fəaliyyətinə dəstək verməyə başlamış, onun 
maliyyələşdirilməsi üçün böyük məbləğlərin 
ayrılmasına nail olmuşdur. 
Tezliklə, Geniş səlahiyyətli səfir olaraq təyin 
etdiyi kino ulduzu Denni Keyin (Danny Kaye) 
sayəsində UNICEF-in özü “ulduza” çevril-
di. Keyin ardınca bu ənənə Odri Hepbörn 
(Audrey Hepburn) və Rocer Murdan (Roger 
Moore), Anjelika Kidjoya (Angélique Kidjo) 
və Devid Bekhemə (David Beckham) qədər 
UNICEF-in yüzlərlə xoşməramlı səfiri tərəfin-
dən davam etdirildi. 
1959-cu ildə BMT-nin Baş Məclisi tərəfindən 
uşaqların müdafiə olunmaq, təhsil almaq 
və səhiyyə xidmətlərindən istifadə etmək 
hüququnu konkretləşdirən ilk beynəlxalq 
sənəd olan Uşaq hüquqları haqqında Bə-
yannamə qəbul edildikdən sonra UNICEF-in 
mandatı daha da genişləndi. 
Çox keçmədən, yəni cəmi altı il sonra təşkila-
tın fəaliyyəti beynəlxalq səviyyədə qiymətlən-
dirilmiş, 1965-ci il üçün Nobel sülh mükafatı 
ona verilmişdir. Bu yüksək mükafatı qəbul 
edərkən İcraçı direktor Henri Labouisse (Anri 
Labuiss) öz minnətdarlığını belə ifadə etmiş-
dir: “Siz bu gün bizi daha da güclü etdiniz”
UNICEF-in uşaqlara həsr olunmuş fəaliyyəti 
BMT tərəfindən “Beynəlxalq uşaq ili” elan 
edilən 1979-cu ildə də dünyanın diqqət 
mərkəzində idi. Təşkilat həmin il yaranmış bu 
tarixi fürsətdən istifadə edərək hökumətləri 
uşaq hüquqlarını təminat altına alan siyasətin 
reallaşdırılmasına təşviq etməyə çalışdı. 
1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən 
Uşaq hüquqları haqqında Konvensiya qəbul 
edildi. Uşaqların istismar, sui-istifadə və 
zorakılığın istənilən formasına qarşı müda-
fiəsi, eləcə də onlara qarşı laqeyd münasi-
bətin qarşısının alınması məqsədilə işlənib 


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə