BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

Vyetnamın ucqar Lao Cai 
əyalətində UNICEF-n dəstəyi 
ilə fəaliyyət göstərən mək-
təbəqədər təhsil müəssisəsində 
yerli xalqın nümayəndəsi olan, 
bir-birinin əlindən tutmuş 
uşaqlar  (2009). 
© UNICEF/UNI10359/ESTEY


B E Ş
H Ə R   K Ə S İ N 
K E Y F İ Y Y Ə T L İ   T Ə H S İ L 
A L M A S I N I 
N Ə Z Ə R D Ə   T U T A N , 
K Ö K L Ü   D Ə Y İ Ş İ K L İ K L Ə R Ə 
Ə S A S L A N A N 
Y A N A Ş M A   T Ə R Z İ


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
5 6
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
UNICEF uşaqlara verilən təhsilin cəmiyyət üçün ən uzunmüddətli və faydalı investisiya 
qoyuluşlarından biri olduğuna inanır. 1960-cı illərdə, yəni inkişaf onilliyində UNICEF 
fəaliyyətinin əhatə dairəsini genişləndirərək sadəcə sağlamlığın mühafizəsi və 
qidalanma məsələləri ilə deyil, uşaqların əqli və psixoloji inkişafla bağlı ehtiyacları ilə 
də məşğul olmağa başladı. Tarixində ilk dəfə olaraq təşkilat həm formal həm də qeyri-
formal təhsilə dəstək verməyə, o cümlədən onun maliyyələşdirilməsinə başladı.
Buna Afrikanın müstəqilliyini yenicə əldə etmiş ölkələrində 
müəllimlərin ixtisas hazırlığının artırılması və siniflərin 
avadanlıqla təmin edilməsi ilə başlayan UNICEF bir müddət 
sonra irimiqyaslı təhsil proqramına start verdi. UNICEF-in 
mütəxəssisləri uşaqlığın ilk illərinin və yeniyetmə dövrünün 
təhsil, əqli və fiziki inkişaf üçün iki önəmli imkan olduğunu 
dərk edirdi və uşaqların həyata mümkün olan ən yaxşı 
şəkildə başlamasını təmin edəcək tədbirlərin həyata 
keçirilməli olduğu düşüncəsini müdafiə edirdi. 
1972-ci ildə UNICEF məktəblərin tədris proqramına 
sağlamlıq və qidalanma kimi mövzuların daxil edilməsini, 
valideynlərə uşağın təlim-tərbiyəsi üzrə təhsil verilməsini 
təmin edəcək yeni proqramın vacibliyini də qəbul etdi. 
Uşaq ölümləri üzrə göstəricilərdə inqilabi əhəmiyyətə malik 
müsbət dəyişikliklər əldə edilən 1980-ci illərdə böyüklərin, 
xüsusilə də qadınların savadlılığı UNICEF-in məqsədlərinə 
nail olması baxımından daha da böyük əhəmiyyət kəsb 
etməyə başladı. Analara uşaqların xəstəliklərinin və kafi 
dərəcədə qidalanmamasının ən başlıca əlamətlərini ayırd 
etməyi, eləcə də körpələrin sağlamlığının mühafizəsi, 
təhlükəsizliyinin təmin edilməsi qaydalarını öyrətmək lazım 
gəlirdi. Banqladeşdən Peruya qədər, Nepaldan Nikaraquaya 
qədər UNICEF və onun tərəfdaşı olan UNESCO, hər kəsin 
universal, baza savada malik olması, valideynlərin savadının 
artırılması üçün səyləri gücləndirməyə başladı. 
1989-cu ildə UNICEF, UNESCO və BMT-nin digər qurum-
larının birgə hazırladığı Həyat üçün faktlar (Facts for Life) 
kitabçası 40 dildə və 1 milyon nüsxədə çap edilirdi. 
20-ci əsrin son onilliyində iqtisadi böhranların bütün dünya 
ölkələrinin təhsilə ayrılan vəsaitləri azaltdığı şəraitdə UNICEF 
“Hamı üçün təhsil” konsepsiyasının əhəmiyyətini ön plana 
çıxarırdı. Bunun üçün 1990-cı ildə Tailandın Jomitten 
şəhərində qlobal sammit təşkil edilmişdi. UNICEF, UNDP, 
UNESCO və Dünya bankı tərəfindən təşkil edilən konfransda 
155 hökumətlə yanaşı çox sayda QHT və beynəlxalq 
qurumun nümayəndələri də iştirak edirdi. Konfrans iştirakçı-
ları baza təhsilin konsepsiyasının genişləndirilməli olduğunu 
bildirdi və onillik ərzində bu istiqamətdə fəaliyyətin çərçivəsini 
təsdiqlədi. UNICEF və onun tərəfdaşları ibtidai təhsildə 
mövcud olan gender qeyri-bərabərliyi probleminin bütövlüklə 
aradan qaldırılmasının vacibliyini ön plana çıxardı. 
Həmin çatışmazlığın aradan qaldırılması istiqamətində 
o vaxtdan bəri xeyli məsafə qət edilmişdir. 2000-ci ildə 
BMT Baş katibi Kofi Annan qlobal tərəfdaşlığa əsaslanan 
“BMT-nin Qızların təhsili sahəsində təşəbbüsünü” (UNGEI) 
başlatdı və qızların təhsili məsələsi inkişaf təşkilatlarının 
gündəminə ən əsas prioritet olaraq daxil edildi. UNGEİ 
katibliyi UNICEF-in nəzdində fəaliyyət göstərirdi və UNGEİ 
özü UNICEF-in fəal tərəfdaşına çevrildi. Bununla mütərəqqi 
dəyişikliklər və perspektivli gələcək üçün imkan yarandığını 


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M I D   B Ə X Ş   E D Ə K    
5 7
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
XXXXXXxxxxxxxx  
© CREDIT
Əfqanıstanın Cəlalabad şəhərində 
UNICEF-in tədris materialları ilə təmin 
etdiyi qeyri-formal qız məktəblərin 
birində şagird taxta lövhədə yazı yazır 
(2000). 
© UNICEF/UNI120959/LEMOYNE


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
5 8
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
dərk edən, gender bərabərliyinin müdafiəsində ən yaxından 
iştirak edən qurumlar “qızların gücü” adlı konsepti təbliğ 
etməyə başladı və, tezliklə, bu konsept bütün dünyada 
böyük rezonans doğurdu. 
Bu gün aşağı və orta gəlirli ölkələrin üçdə ikisində ibtidai 
təhsil sahəsində gender bərabərliyi əldə edilmişdir. Gender 
bərabərliyinin müdafiəçiləri indi də orta təhsildə bunun 
bərqərar olmasına çalışmaqla yanaşı qızların aldıqları 
təhsildən necə faydalana biləcəkləri, onların iş tapması 
üçün hansı imkanların yaradıla biləcəyi ilə bağlı məsələlərin 
həlli ilə məşğul olur. 
Qızların təhsil almaq imkanı uğrunda mübarizə aparıldığı, 
təhsil almasının təşviq edildiyi bu dövrdə UNICEF-i həm də 
etinasızlığın qurbanı olan bütün uşaqların təhsil almasına 
əngəl olan amillər narahat edir. Əsas əngəllər yoxsulluq, 
gender problemləri, etnik azlıq statusu, əlillik, münaqişələr 
və fövqəladə hallardır. Belə əngəllərlə üzləşən uşaqların 
onların öhdəsindən gəlmək üçün bütün maraqlı tərəflərin 
dəstəyinə ehtiyacı var. 
Özünün bu əsrin ilk onilliyində tətbiqi başlanan “uşaqların 
ehtiyaclarının nəzərə alındığı məktəb” modeli vasitəsi ilə 
UNICEF təhsilin daha əlçatan və keyfiyyətli, həvəsləndirici, 
inklüziv olması üçün atıla biləcək addımlara nümunə 
göstərmiş oldu. “Bir konkret model hamıya uyğun olmalıdır” 
kimi məhdudiyyət qoymayan təşkilatın bu modeli uşaq-
ların təhsili üçün təhlükəsiz, sağlam və ahəngdar mühit 
yaratmağa imkan verir. 
Ancaq uşaqların ehtiyaclarının nəzərə alındığı məktəbin 
üstünlükləri əlverişli fiziki mühitin yaradılması ilə məhdud-
laşmır. Bu məktəblər təhsil alan uşaqların sağlam, kafi dərə-
cədə qidalanmış, öyrənməyə hazır olmasına, ailələri və icma 
tərəfindən dəstəklənməsinə çalışır. Belə məktəblərdə tədris 
proqramının və materiallarının, təhsil prosesinin keyfiyyətli 
olması, uşağa yönəlmiş olması, uşaqlara öz potensiallarını 
reallaşdırmaq üçün lazımi təhsilin verilməsi ön plana çıxarılır. 
Fövqəladə hallarda uşaqların ehtiyaclarının nəzərə alındığı 
məktəblər necə deyərlər, “qızıldan da qiymətli” olur. Məhz 
buna görədir ki, “Bir qutuya sığmış məktəb” dəstləri 
UNICEF-in təhsil sahəsində həyata keçirdiyi ən məşhur 
tədbirə çevrilmişdir. İlk dəfə 1994-ci ildə Ruandada risk 
qrupuna daxil olan uşaqlar üçün hazırlanmış, daşınması 
və paylanması asan olan, həm uşaqlar, həm də müəllimlər 
üçün nəzərdə tutulmuş materialların olduğu həmin dəstlər 
bu gün UNICEF-in standart humanitar yardım paketlərinin 
önəmli tərkib hissələrindən biri hesab olunur. 
Fövqəladə hallar zamanı təhsilin təşkil edilməsi normal 
həyatı kökündən dəyişmiş, gələcəyə ümidsiz baxan 
uşaqların təhsilində yarana biləcək uzunmüddətli fasilələrin 
qarşısını alır. Sadəcə 2015-ci ildə UNICEF 3—18 yaş 
arası 7,5 milyon uşağın formal və qeyri formal ibtidai təhsil 
almasını təmin etmişdir. Fövqəladə hallarda təhsilin təşkili 
sadəcə tədris materiallarının, dərs ləvazimatlarının təchiz 
edilməsi ilə məhdudlaşmır və müvəqqəti sinif otaqlarının 
yaradılmasını, məktəblərin rekonstruksiyasını, “Yenidən 
məktəbə” şüarı altında kampaniyaların təşkilini, eləcə də 
müəllimlərə psixoloji dəstək verməyin, böhranlı vəziyyətin 
təsirinə məruz qalmış uşaqların özünə isə həyatı əhəmiyyət 
daşıyan bacarıq və vərdişlərin aşılanmasını nəzərdə tutur. 
UNICEF-in fövqəladə hallarda təhsilin təşkili üzrə səyləri 
fövqəladə hala səbəb olmuş təbii fəlakət və ya münaqişə 
başa çatdıqdan sonra da davam edir. Məsələn 2006-cı ildə 
müharibələr nəticəsində təhsildə fasilələrin yaranmasının 
qarşısını almaq üçün Hollandiya hökuməti UNICEF-in 
Fövqəladə hallarda təhsil və böhrandan sonrakı keçid proq-
ramı adlı layihəsinə 201 milyon ABŞ dolları həcmində vəsait 
ayırmağı öhdəlik olaraq öz üzərinə götürmüşdür. Proqrama 
ayrılmış vəsaitlərdən hal-hazırda münaqişədən sonra keçid 
dövründə olan 39 ölkədə və regionda təhsil layihələrinin 
maliyyələşdirilməsində istifadə olunur. 
1999—2014-cü illər arasında ibtidai və orta təhsil almaq 
imkanının təmin edilməsi istiqamətində ciddi irəliləyişlər 
müşahidə edilmiş və bütün dünyada məktəbə gedən 
uşaqların sayı 83 milyon nəfər artmışdır. Son illər bu müsbət 
dəyişikliyin monitorinqi məqsədilə UNICEF UNESCO-nun 
“Məktəbə getməyən uşaqlarla iş” adlı təşəbbüsünə 
qoşulmuşdur. Bu təşəbbüs çərçivəsində hökumətin 


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə