BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
5 1
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Laos Xalq Demokratik Respublikasının Saravane əyalətindəki bir kənddə su təchizatı məntəqəsində bir qız gülə-gülə su içir (2015). 
© UNICEF/UNI182989/NOORANI


70 il ərzində UNICEF uşaqlara xidmət 
göstərilməsi sahəsində təcrübəsini zəngin-
ləşdirmiş, bacarıqlarını təkmilləşdirmişdir. 
Fəaliyyətinin ilk illərində təşkilat yenicə start 
verdiyi proqramlarında tibb elmində, elmin di-
gər sahələrində əldə olunmuş nailiyyətlərdən 
istifadə etmişdir. Südün pasterizə edilməsi, 
yodlaşdırılmış duz və zülalla zənginləşdirilmiş 
ərzaq malları UNICEF-in qida proqramlarının 
əsas tərkib hissələridir. İnsanların həyatını 
xilas edən antibiotiklər və vaksinlər təşkilatın 
əməkdaşları tərəfindən uşaq xəstəliklərinin 
müalicəsində istifadə edilmiş, kütləvi immuni-
zasiya erasının təməlini qoymuşdur. 
Vaxt keçdikcə təşkilatın fəaliyyət konsepsi-
yasından qaynaqlanan bəzi məsələlərin təcili 
həlli zərurəti unikal sistemlərin dizaynı ilə 
nəticələnmişdir. Məsələn, UNICEF tərəfindən 
1970-ci illərdə Hindistanda quraqlıq fəlakəti 
ilə mübarizə aparmaq məqsədilə layihələn-
dirilən Mark II markalı nasos indi dünyada ən 
çox işlədilən əl nasosu növlərindən biridir. 
Elmi əsasları 1960-cı illərdə kəşf olunan, ilk 
dəfə Banqladeşdə vəba epidemiyasına qarşı 
mübarizədə, sonralar, yəni 1980-ci illərdə 
isə dünyanın digər ölkələrində istifadə edilən 
və uşaq ölümlərinin azaldılması sahəsində 
əsl inqilaba səbəb olan peroral rehidratasiya 
müalicəsi UNICEF tərəfindən qəbul edilərək 
sistematik şəkildə tətbiq edilməsəydi, bu 
gün milyonlarla insanın həyatını xilas edən 
metodika hesab edilməzdi. BMT-nin Təhsil, 
Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ilə 
birgə 1994-cü ildə fövqəladə hallarda təhsi-
lin dayanmadan davam etdirilməsi məqsə-
dilə başladılmış “Bir qutuya sığmış məktəb” 
layihəsi hələ də dünyanın müxtəlif ölkələrin-
dəki qaçqın düşərgələrində tətbiq edilir və 
UNICEF-in hər kəs tərəfindən qəbul edilmiş 
rəmzlərindən biridir. 
Statistik və strateji hesabatlardan istifadə 
də təşkilatın innovasiyalar gerçəkləşdirdiyi 
sahələrdən biridir. 1990-cı ildə keçirilmiş 
Ümumdünya Uşaq Sammitində UNICEF 
uşaqların sağlamlığı və rifahı üzrə başlıca 
göstəricilərin necə dəyişdiyini izləmək üçün 
monitorinq vasitələrinin işlənib hazırlan-
masına razılıq verdi. Bu öhdəliyin yerinə 
yetirilməsi çərçivəsində uşaqlara aid olan və 
“Çox-göstəricili klaster tədqiqatları” adlandı-
rılan qiymətləndirmə qaydaları hazırlandı. Bu 
tədqiqatlar 100-dən çox ölkədə aparılmışdır. 
Onların nəticələri haqqında hesabatlar qadın 
və uşaqlar üzrə statistik baxımdan etibarlı, 
ölkələrarası səviyyədə müqayisələr aparma-
ğa imkan verən ən böyük məlumat mənbəyi 
hesab edilir. 
Yeni minillikdə də UNICEF iqtisadi baxımdan 
sərfəli xidmətlərin göstərilməsi, vaxta qənaət 
edən vasitələrdən və insanların həyatını xilas 
edən məhsullardan, o cümlədən vaksinlərin 
daşınmasında tətbiq edilən, günəş enerjisi ilə 
işləyən soyuduculardan, İİV/QİÇS xəstəliyinin 
müalicəsi üçün yeni nəsil dərman preparat-
larından, xüsusi ehtiyacları olan uşaqlar üçün 
rəqəmsal platformalardan və bir çox başqa 
sistemlərdən, vasitələrdən istifadəni ön plana 
çıxarmaqdadır. Təşkilat xüsusilə də müasir 
rəqəmsal texnologiyalardan istifadəyə üs-
tünlük verir, çünki bu texnologiyaların coğrafi 
maneələrin aşılması baxımından necə böyük 
əhəmiyyət daşıdığının fərqindədir. Mobil 
rabitə vasitələrindən və sistemlərindən ucqar 
ərazilərdə istifadə olunması, xüsusilə də 
müasir texnoloji vasitələrdən məhrum şəxslər 
tərəfindən istifadə olunması bəzən həyati 
əhəmiyyət daşıyır. 
2014-cü ildə UNICEF iki perspektivli 
rəqəmsal innovasiyaya start verdi. RapidPro 
məlumatları real vaxt rejimində ötürə bilən 
və yerli icmaların göstərilən xidmətlərlə 
əlaqələndirilməsində hökumətlərə və layihə 
qruplarına kömək edə biləcək açıq platfor-
madır. U-Report, mesaj mətnləri göndərən, 
gənc istifadəçilərin cəmiyyətin həyatında fəal 
iştirakı üçün işlənib hazırlanmış mobil rabitə 
sistemidir. 
Liberiyada Ebola virusu böhranı zamanı 
tətbiq edilən bu sistem gənc Liberiyalıların 
məlumatları paylaşması, müşahidə etdikləri 
tendensiyaları lazım olan vaxtda, yəni insan-
ların həyatını xilas edə biləcək məqamlarda 
hökumətə bildirmələri üçün güclü vasitə 
olduğunu göstərdi. 2015-ci ildə U-Report 
platformasının çox çeşiddə mövzuları 
müzakirə edən və aktual məsələlərlə bağlı 
düşüncələrini bölüşən aktiv istifadəçilərinin 
sayı 1 milyona çatdı. 
Buna paralel olaraq, UNICEF 2015-ci ildə 
özünün aparıcı sahələrə qoyduğu inves-
tisiyaların portfeli olan Qlobal İnnovasiya 
Mərkəzini və İnnovasiya Fondunu təsis etdi. 
Bəzi ləvazimatlar istisna olmaqla, UNICEF-in 
TƏSİR ÜÇÜN 
İNNOVASİYA


bütün innovasiyaları ictimaiyyətin istifadəsinə 
açıq mənbələrdə yerləşdirilmişdir. İnfrastruk-
tur imkanları və resursları məhdud icmalarda 
sürətli dəyişiklikləri mümkün etməklə UNICEF 
və onun innovasiyalar üzrə tərəfdaşla-
rı qeyri-bərabərlikləri azaltmağı, konkret 
nəticələr əldə etməyi qarşısına məqsəd 
qoymuşdur.
Əfqanıstanın Lağman 
əyalətində UNICEF tərəfindən 
təmin edilmiş MARK II nasosu 
ilə su çəkən iki oğlan (2000).
© UNICEF/UNI120967/LEMOYNE


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə