BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   14   15   16   17   18   19   20   21   22

Dr. Frans Vranitski (Avstiya kansleri) Nyu Yorkda 
Ümumdünya Uşaq Sammitində qəbul edilmiş 
bəyannaməyə və fəaliyyət planına imza edir 
(1990). 
© UNICEF/UNI24029/MERA


Qvineya Bisaunun Oyo regionunda UNICEF-in 
dəstəyi ilə fəaliyyət göstərən, uşaqların 
ehtiyaclarının nəzərə alındığı məktəbdə fiziki 
qüsurlu birinci sinif şagirdi oğlan dərsdə (2014). 
© UNICEF/UNI162094/LYNCH


S Ə K K İ Z
S O S İ A L   
İ N T E Q R A S İ Y A   
V Ə   H Ə R   B İ R   U Ş A Ğ I N 
H Ü Q U Q L A R I N I N   
T Ə M İ N   E D İ L M Ə S İ


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
8 8
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
A vitamini çatışmazlığı 
və qeyri-kafi gigiyenik 
şərait nəticəsində 
görmə qabiliyyətini 
itirmiş iki Vyentamlı 
oğlan silahlı 
münaqişənin davam 
etdiyi ərazidə qurulmuş 
məktəbdə Brayl şrifti 
ilə yazılmış mətni 
oxuyarkən (1972).
© UNICEF/UN04118/DANOIS


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
8 9
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Bütün səylərinə baxmayaraq, sosial müdafiəsi hələ də zəif olan və özlərindən asılı 
olmayan səbəblərə görə cəmiyyətdən kənarda qalan uşaqların statusu 70 illik fəaliyyəti 
boyunca UNICEF-i narahat etmişdir. Hər bir uşağın hüquqlarının təmin edilməsinə 
çalışan qurum kimi, həmin kənarda qalmış uşaqlara da xidmət göstərmək UNICEF-in 
fəaliyyət konsepsiyası baxımından həlledici əhəmiyyət daşıyır.
UNICEF-in işlətdiyi “hər bir uşaq” ifadəsi azyaşlı uşaqlara və 
yeniyetmələrə, o cümlədən yoxsul ailədə dünyaya gəlmiş 
və ya valideynin birinin itirilməsi, qərəzli münasibət və yaxud 
ayrı-seçkilik nəticəsində yoxsullaşmış ailədə yaşayan uşaq-
lara eyni dərəcədə aid edilir. Eyni zamanda, “hər bir uşaq” 
ifadəsi oğlanlara və qızlara, o cümlədən keyfiyyətli təhsil 
almaq imkanından məhrum edilmiş, gender əsaslı və ya 
cinsi zəmində zorakılığın qurbanı olan və yaxud erkən evlilik 
nəticəsində gələcək perspektivlərdən tamamilə məhrum 
olmuş qızlara eyni dərəcədə aid edilir. 
UNICEF “sosial inteqrasiya” konseptini ilk dəfə 1960-cı 
illərin əvvəlində ölkələrin hökumətlərini milli inkişaf 
planlarına bütün uşaqların, gənclərin sosial-iqtisadi rifahını 
da daxil etməyə çağırarkən irəli sürmüşdür. Bir onillik sonra 
təşkilatın sosial inteqrasiya konsepsiyası genişlənərək 
qadın və qızların faydalana biləcəyi proqramları da əhatə 
etməyə başladı (BMT tərəfindən 1975-ci ilin Beynəlxalq 
Qadın İli elan edilməsi bu məsələdə katalizator rolunu 
oynamışdır). 
1980-ci illərin ortasında öz siyasətinə iki dəfə ciddi düzəliş 
etməsi UNICEF-i sosial siyasətin cəmiyyətdən kənarda 
qalmış uşaqlara yönəldilməsi uğrunda mübarizənin birinci 
sıralarına çəkmişdir. 1986-cı ildə apardığı təhlilin nəticələ-
rinə və irəli sürdüyü “xüsusilə çətin vəziyyətdə olan uşaqlar” 
konsepsiyasına əsaslanaraq, təşkilat qapalı tipli müəs-
sisələrdə saxlanan uşaqları və sağlamlıq imkanları məhdud 
olan uşaqları xüsusi dəstək tələb edən əhali qrupları 
olaraq qəbul etmişdir. Növbəti il, yəni Latın Amerikasından 
Mərkəzi Afrikaya qədər inkişaf etməkdə olan ölkələr üçün 
ağır və qaldırılması mümkün olmayan borc yükü gətirən 
qlobal böhranın hökm sürdüyü bir vaxtda, UNICEF borclu 
dövlətlərin vəsaitləri həddən artıq qənaətlə xərcləməsinin 
sosial proqramlara mənfi təsirini azaltmaq üçün “iqtisadiy-
yatın insan amili nəzərə alınmaqla yenidən qurulması” və 
borcların restrukturizasiyası tələbi ilə çıxış edirdi. 
“İqtsadiyyatın insan amili nəzərə alınmaqla yenidən 
qurulması” konsepsiyası tezliklə beynəlxalq inkişafın leksi-
konuna daxil oldu. Beynəlxalq kreditorlara olan borcun bir 
hissəsinin birbaşa sosial müdafiə məqsədilə xərclənməsi 
üçün borclu dövlətlərin vəsaitinə çevrilməsi təklifi ənənəvi 
makroiqtisadi modellərlə ziddiyyət təşkil edirdi. Təklif uşaq-
ların iqtisadi islahatların mənfi təsirlərinə qarşı necə qoruna 
biləcəyi barədə qlobal səviyyəli müzakirələrə start verdi. 
Növbəti on il ərzində, təcrid olmuş uşaqlarla bağlı narahatlıq 
1989-cu ildə qəbul edilmiş Uşaq hüquqları haqqında 
Konvensiyada, eləcə də uşaq hüquqları ilə əlaqədar 
konsensusun getdikcə güclənməsində öz əksini tapmışdır. 
UNICEF isə ictimaiyyətin diqqətini ciddi risk altında olan 
uşaqların müdafiəsi üzrə xüsusi tədbirlərə yönəltməyə 
davam edirdi. 
2002-ci ildə UNICEF və onun tərəfdaşları 400-dən çox 
uşağı BMT-nin Baş Məclisinin sessiyasında iştiraka dəvət 
etmişdir. 1990-cı ilin Ümumdünya Uşaq Sammitinin davamı 


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
9 0
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Ana Daka şəhərindəki (Banqladeş) 
evində qızının saçını darayır. 
Bu ailəyə UNICEF-in dəstəyi ilə 
reallaşdırılan bir sosial müdafiə 
proqramı çərçivəsində pul köçürülür 
(2013). 
© UNICEF/UNI142464/KHAN


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
9 1
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
hesab edilən Uşaqlara dair xüsusi Sessiya əlamətdar hadisə 
idi. Bu qədər çox sayda gənc fəalın mövcudluğu UNICEF 
və digər iştirakçı təşkilatlara göstərdi ki, bütün işlərində 
uşaqların iştirakını fəal şəkildə təşviq etmək düzgün yoldur. 
2007-ci ildə UNICEF fiziki və əqli sağlamlıq imkanları 
məhdud uşaqların daha da yaxından iştirakını təbliğ etmək 
məqsədilə Çinin Şanxay şəhərində keçirilən Dünya Xüsusi 
Yay Olimpiya Oyunlarında tərəfdaş təşkilat qismində çıxış 
edirdi. 2012-ci ildə təşkilat 100-dən çox ölkənin, QHT-nin, 
hökumətin, təhsil müəssisəsinin və əlillik məsələləri 
ilə məşğul olan digər təşkilatların iştirakı ilə keçirilən 
“Sağlamlıq imkanları məhdud uşaqlar naminə birinci Qlobal 
Tərəfdaşlıq Forumunda” iştirak etmişdir. 
İqtisadi siyasət və onun uşaqlara təsiri ilə əlaqədar olaraq, 
bunu qeyd edə bilərik ki, UNICEF gündəlik ehtiyaclarının 
yerinə yetirilməsi üçün orta qiymətlə 1,90 ABŞ dollarından 
da az vəsait xərclənən uşaqlara yardım göstərilməsi tələbi 
ilə çıxış edir. 
2015-ci ildə Dayanıqlı İnkişaf Məqsədlərinin qəbul 
edilməsindən əvvəlki hazırlıq kampaniyası dövründə 
UNICEF üzv ölkələrlə və digər tərəfdaşları ilə birlikdə uşaq 
yoxsulluğunun azaldılmasının, uşaqlar üçün sosial müdafiə 
sistemlərinə olan ehtiyacın yerinə yetirilməsinin qlobal 
məqsədlər sırasına daxil edilməsi istiqamətində fəaliyyət 
göstərmişdir. İnkişaf üçün maliyyələşdirmə mövzusunda 
keçirilən üçüncü konfrans zamanı UNICEF iştirakçı 
hökumətlər qarşısında bərabərlik prinsipinə əsaslanan 
və uşaqları diqqət mərkəzində saxlayan dövlət büdcəsi 
formalaşdırmaq çağırışı ilə çıxış etmişdir. Bu gün təşkilatın 
100-dən artıq ölkədəki nümayəndəliklərinin hər biri ən 
böyük risklərlə üzləşən uşaqların da ehtiyaclarının yerinə 
yetirilməsi üçün yoxsulluğun azaldılması, sosial müdafiə və 
dövlət büdcəsindən maliyyələşdirmə kimi istiqamətlərdə 
hökumətlə birgə çalışmaqdadır. 
UNICEF hal-hazırda müxtəlif ölkələrdə, o cümlədən Qana, 
Keniya, Tailand və Zambiyada pul köçürmələri proqramı 
kimi uşaqların həyat şəraitinin yaxşılaşdırılmasında özünü 
doğrultmuş proqramların işə salınması və əhatə dairəsinin 
genişləndirilməsi istiqamətində iş aparmaqdadır. Təşkilat 
Somalidən Fələstin dövlətinə qədər qeyri-stabil və 
mürəkkəb şəraitin hökm sürdüyü ölkələrdə, eləcə də Nepal, 
keçmiş Yuqoslaviyanın tərkibindəki respublikalardan biri 
olan Makedoniya kimi humanitar problemlərlə üzləşən 
ölkələrdə sosial müdafiə sistemlərinin fəaliyyətinə yardım 
etməkdədir. 
Eyni zamanda, UNICEF sosial inteqrasiyaya mane olan 
digər əngəlləri, yəni qadın və qızların öz potensiallarını tam 
yerinə yetirmələrinə imkan verməyən əngəlləri aradan 
qaldırmaq səylərini daha da gücləndirmişdir. 
UNICEF-in hal-hazırda həyata keçirdiyi Gender bərabərli-
yinin təmini üzrə Fəaliyyət Planı gender əsaslı qeyri-bəra-
bərliklərin aradan qaldırılması üçün zəruri çərçivəni təmin 
edir. Gender məsələlərini bütün proqramların gündəminə 
daxil etməklə yanaşı, bu Plan yeniyetmələrin sağlamlığının 
mühafizəsi, qızların orta təhsil almaq imkanlarının artırıl-
ması, erkən evliliklərə son qoyulması, eləcə də fövqəladə 
hallar zamanı gender əsaslı zorakılığın qarşısının alınması 
kimi məsələləri ön plana çıxarır. UNICEF yekun Dayanıqlı 
İnkişaf Məqsədlərinə gender məsələlərinin daxil edilməsinə 
də köməklik göstərmişdir. Yerli səviyyədə fəaliyyəti ilə bağlı 
qeyd edə bilərik ki, təşkilat dünyanın bütün nöqtələrində 
yerli vətəndaş cəmiyyətləri ilə birgə qadınların qərar vermək 
səlahiyyətinə malik orqanlarda iştirakını artırmaq istiqamə-
tində iş aparır. 
Bütün bu sahələrdə fəaliyyətin təməlində UNICEF-in belə 
bir əqidəsi dayanır ki, sosial inteqrasiya dayanıqlı inkişafın, 
yəni hər bir uşağın hüquqlarının müdafiəsinin ən vacib 
şərtlərindən biridir.
2007-Cİ İLDƏ UNICEF FİZİKİ VƏ ƏQLİ 
SAĞLAMLIQ İMKANLARI MƏHDUD 
UŞAQLARIN DAHA DA YAXINDAN 
İŞTİRAKINI TƏBLİĞ ETMƏK ÜÇÜN 
OLİMPİYA TƏŞKİLAT KOMİTƏSİ İLƏ 
ƏMƏKDAŞLIQ ETMİŞDİR.


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə