BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   14   15   16   17   18   19   20   21   22

B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
81
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
UNICEF-in qanunu pozmuş uşaqların 
yenidən cəmiyyətə inteqrasiyasına yardım 
etdiyi, Salvadorun İlopanqo şəhərində bir 
yeniyetmə ana öz qızı ilə sinfə gedir (2014). 
© UNICEF/UNI186306/HEGER


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
8 2
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
© UNICEF/UN034077/TORGOVNIK
13 yaşında Syerra Leonedə cərəyan 
edən vətəndaş müharibəsi zamanı 
zorla əsgər aparılan, yazıçı və UNICEF-
in ilk Müharibə qurbanı uşaqların işləri 
üzrə səlahiyyətli Nümayəndəsi olan 
İşmael Beanın heyrətamiz həyat hek-
ayəsinə qulaq asanda sanki maraqlı 
roman oxuyursan və başa düşürsən 
ki, onun öz həyatı haqqında yüksək 
tirajlarla çap edilən romanı yazması 
heç də təsadüfi deyil. UNICEF onun 
həyatının yaxşıya doğru dəyişməsində 
böyük rol oynamış, ona ümid bəxş 
etmişdir. İşmael UNICEF-dən olan bir 
heyətin onun xidmət göstərdiyi polka 
gəldiyi və bütün uşaq əsgərlərin dərhal 
tərxis edilməsini tələb etdiyi günü yax-
şı xatırlayır. “Bizi maşına oturtdular — 
deyə o xatırlayır, — və dedilər ki, indi 
artıq uşaqlığınıza qayıda bilərsiniz.”
İŞMAEL
BÜTÜN UŞAQLARA ÜMİD BƏXŞ EDƏK


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
8 3
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Bu gün, yəni İkinci dünya müharibəsi zamanı qaçqın 
düşmüş uşaqlarla işləməyə başladığı vaxtdan 70 il sonra da 
UNICEF çətin və riskli vəziyyətdə olan uşaqların müdafiəsi 
üçün yuxarıda sadalanan üsullardan və digər üsullardan 
istifadə etməkdədir. Bu gün də, UNICEF qaçqın və miqrant 
uşaqlarla, ancaq bu dəfə Avropaya can atan uşaqlarla 
işləyir. Bu uşaqların risk qrupuna daxil olanları üçün 
resurslarını səfərbər edən ilk təşkilat da məhz UNICEF 
olmuşdur. Bu günün miqrant və qaçqın uşaqları Avropaya 
doğru hərəkət edərkən çox böyük əzab-əziyyətə qatlan-
maqla yanaşı, keçdikləri və çatdıqları ölkələrdə də istismar 
və sui-istifadə riski ilə üzləşir. 
UNICEF pal-paltar, ayaqqabı, ədyal və s. kimi vacib 
əşyalarla yanaşı onları yaşlarına uyğun qida, tədris və 
əyləncə materialları, eləcə də ehtiyaclarına uyğunlaşdı-
rılmış məkanlarla təmin etməkdədir. Xüsusilə də, kimsəsiz 
uşaqların müdafiəsi, onların öz ailələrinə qovuşdurulması 
üzrə iş ən prioritet məsələlərdən biri hesab edilir. 
Avropada miqrasiya böhranı ilə əlaqədar olan və təcili 
reaksiya tələb edən məsələlərin həllindən başqa, UNICEF 
Latın Amerikası və Afrikada olduğu kimi, miqrant uşaqların 
və ailələrin sosial inteqrasiyası istiqamətində aparılan işləri 
də dəstəkləyir. 
Uşaqlar silahlı münaqişə içində yaşamağa və ya qaçaraq 
didərgin düşməyə məcbur olmayana qədər UNICEF 
dünyanın bütün regionlarında həmişəki ciddi-cəhdlə və 
qətiyyətlə onların müdafiəsi üçün fəaliyyət göstərəcəkdir.
BU GÜN, YƏNİ İKİNCİ DÜNYA 
MÜHARİBƏSİ ZAMANI QAÇQIN DÜŞMÜŞ 
UŞAQLARLA İŞLƏMƏYƏ BAŞLADIĞI 
VAXTDAN 70 İL SONRA DA UNICEF 
ÇƏTİN VƏ RİSKLİ VƏZİYYƏTDƏ OLAN 
UŞAQLARIN MÜDAFİƏSİ İSTİQAMƏTİNDƏ 
FƏALİYYƏT GÖSTƏRMƏKDƏDİR.


UNICEF-in uşaq hüquqlarının müdafiəsi 
ilə bağlı fəaliyyətinin bünövrəsi təşkilatın 
yarandığı tarixdən xeyli əvvəl qoyulmuşdur. 
1924-cü ildə uşaq hüquqları müdafiəçisi 
Eqlantin Cebb (Eglantyne Jebb) “uşaqların 
bəzi hüquqlarla təmin edilməsini tələb 
etməli və həmin hüquqların hamı tərəfindən 
qəbuluna çalışmalıyıq” tələbi ilə ictimaiyyətə 
müraciət etdi. Həmin dövrdə bu, inqilabi 
xarakter daşıyan ideya hesab edilsə də, 
UNICEF-in tərəfdaşı “Uşaqları qoruyun” 
(Save the Children) təşkilatının təsisçisi 
Cebb, Millətlər Liqasını onun dəyərli fikir 
olduğuna inandıra bilmişdi. Nəticədə növbəti 
il Uşaqların hüquqları haqqında Cenevrə 
Bəyannaməsi qəbul edildi. 
Lakin Cebbin ideyası ancaq bəşəriyyətə 
böyük fəlakət gətirən İkinci dünya 
müharibəsi başa çatdıqdan və üçüncü dünya 
müharibəsinə yol verməmək üçün BMT 
yaradıldıqdan sonra qlobal səviyyədə qəbul 
edilən öhdəliyə çevrilmişdir. 1959-cu ildə 
Millətlər Liqasının xələfi olan BMT-nin Baş 
Məclisi tərəfindən Uşaq hüquqları haqqında 
Bəyannamə qəbul edildikdən sonra uşaq 
hüquqlarının fundamental prinsipləri bütün 
dünyada yekdilliklə qəbul edildi. 
Bundan iyirmi il sonra, BMT 1979-cu ili 
Beynəlxalq Uşaq İli elan etdi. UNICEF 
bu fürsətdən istifadə edərək bəşəriyyəti 
uşaqların iqtisadi çətinliklərə, sosial 
ədalətsizliyə qarşı müdafiəsi ilə bağlı 
ideyalar ətrafında birləşdirən başlıca qüvvə 
funksiyasını yerinə yetirməyə başladı. 
Uşaq hüquqlarının müdafiəsi ilə bağlı 
Beynəlxalq Uşaq İlindən sonra gələn 
onillikdə təşkil olunan kampaniyalar və 
digər müdafiə tədbirləri 1989-cu ildə öz 
bəhrəsini verdi. Belə ki, həmin il BMT-yə 
üzv olan ölkələr Uşaq hüquqları haqqında 
Konvensiyanı - insan hüquqları ilə bağlı 
bəşər tarixində bu qədər geniş miqyasda 
qəbul olunan, istismara və zorakılığa, 
laqeyd münasibətə qarşı mübarizənin baza 
standartlarını müəyyənləşdirən sazişi qəbul 
etdi. Uşaqların silahlı münaqişələrə cəlb 
olunmasının və cinsi istismarının qarşısını 
almaq məqsədilə 2000-ci ildə BMT-nin Baş 
Məclisi tərəfindən həmin sənədə əlavə olaraq 
iki fakültativ Protokol qəbul edilmişdir. 
Konvensiya və ona aid Protokollar uşaqları 
cəmiyyətin təhlükəsiz və ləyaqətli həyat 
sürmək üçün bütün hüquqlara malik üzvləri 
olaraq müəyyənləşdirir. Artıq dörddə bir 
əsrdən çoxdur ki, Konvensiya hər bir uşağın 
hüquqlarının dünyanın istənilən nöqtəsində 
təmin olunması üçün UNICEF-in yerinə 
yetirdiyi fəaliyyətin məcəllələşdirilməsi, 
güclənməsi, təkmilləşməsi üçün bünövrə 
rolunu oynayır.
UŞAQLARIN 
MÜDAFİƏSİ 
PRİNSİPLƏRİNİN 
VƏ UŞAQ 
HÜQUQLARININ 
KODİFİKASİYASI


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə