BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   14   15   16   17   18   19   20   21   22

B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
7 8
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
5 yaşlı Saşa 4 yaşlı bacısı Nastya ilə Kiyev 
yaxınlığındakı Kopılov kəndində dövlət 
qurumlarından birində olarkən (2005).
© UNICEF/UNI43393/PIROZZI


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
7 9
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
hüquqlarını qoruyan digər təşkilatların tələbi ilə 
Uşaqların silahlı münaqişələrdə iştirakı haqqında fakül-
tativ Protokol qəbul etmişdir. Uşaq hüquqları haqqında 
Konvensiyaya aid olan bu Protokol dövlətlərin 18 yaşdan 
kiçik uşaqları icbari hərbi xidmətə çağırmasını qadağan 
edir. Bundan başqa, şəxsi heyətin 18 yaşdan kiçik olan, 
könüllü əsaslarla hərbi xidmətə cəlb olunmuş üzvlərinin 
hərbi əməliyyatlarda iştirakını qadağan edir. 
Eyni zamanda, 165 ölkə tərəfindən imza edilən bu 
Protokol hökumətlərdən tələb edir ki, uşaqların silahlı 
qruplara cəlb olunmasının və silahlı münaqişələrdə 
iştirakının qarşısını almaq üçün qanuni tədbirlər həyata 
keçirsin. 
Digər tərəfdən, UNICEF öz tərəfdaşları ilə birlikdə 
uşaqların könüllü dəstələrin tərkibinə daxil edilməsi və 
ya nizami orduya çağırılması praktikasına son qoymaq 
istiqamətində fəaliyyət göstərmiş və göstərməkdədir. 
2007-ci ildə əvvəllər əsgər olmuş bir uşaq — İşmael Bea 
(Ishmael Beah) UNICEF-in Müharibə qurbanı uşaqların 
işləri üzrə səlahiyyətli Nümayəndəsi təyin edilmişdir. Bea 
öz ölkəsində, yəni Syerra Leonedə müharibənin uşaqlar 
üçün necə böyük fəlakət olduğu barədə ictimaiyyət 
qarşısında ilk dəfə çıxış etdikdən sonra on ildən çox 
UNICEF-in qeyri-rəsmi Nümayəndəsi olmuşdur.
2014-cü ildə UNICEF BMT-nin Baş katibinin Uşaqlar və 
silahlı münaqişələr üzrə xüsusi Nümayəndəsi ilə birlikdə 
səkkiz ölkə arasında “Uşaqların hərbi xidmətə çağırıl-
masına son qoymaqla bağlı Müqavilənin” bağlanmasını 
təmin etmişdir. Həmin müqaviləyə Əfqanıstan, Çad, 
Konqo Demokratik Respublikası, Myanmar, Somali, 
Cənubi Sudan və Yəmən aid olmuşdur. 
Ancaq dünyanın silahlı münaqişələr olmayan zona-
larında da uşaqlar ciddi risklərlə, o cümlədən ailə 
daxilində, məktəbdə və yaşadıqları icma daxilində, 
cinayət mühakimə icraatı sistemində zorakılıqla üzləşir. 
BMT-nin Baş katibinin 2006-cı il üzrə böyük əhəmiy-
yətə malik olan, “Uşaqlara qarşı zorakılıq halları üzrə 
BMT Hesabatı” adlandırılan hesabatının hazırlanması 
ilə nəticələnən silsilə məsləhətləşmələr aparmaqla, 
UNICEF bu zorakılığın işıqlandırılmasında mühüm rol 
oynamışdır. Məsləhətləşmələr nəticəsində uşaqlara 
qarşı zorakılıq hallarının hər bir ölkədə və cəmiyyətdə
o cümlədən bütün sosial qruplar daxilində baş verdiyi 
aşkarlanmışdır. Eyni zamanda, məlum olmuşdur ki, 
zorakılıq hallarının əksəriyyəti uşaqların tanıdığı və 
əslində arxalanmalı olduğu şəxslər tərəfindən törədilir. 
2013-cü ildə UNICEF aktyor Liam Nisonun (Liam 
Neeson) “zorakılığı görməməyin onun mövcud olmadığı 
mənasına gəlmir” sözləri ilə ictimaiyyətə müraciət etdiyi 
“#ENDviolence against Children (Uşaqlara qarşı zora-
kılığa son qoyaq)” təşəbbüsünə start verdi. Təşəbbüs 
çərçivəsində UNICEF bənzər hərəkatların mövcud 
olduğu və müəyyən nəticələr əldə edilmiş ölkələrdə 
uşaqlara qarşı qəbuledilməz olduğu barədə inandırıcı 
ismarış verməklə belə hərəkatların daha da güclənmə-
sinə nail olmuşdur. 
Uşaqlara qarşı zorakılığın aradan qaldırılması uğrunda 
göstərilən səylər cinsi istismarın və zorakılığın da qarşı-
sının alınmasını, qadınların üzərində hələ də onları şikəst 
edən əməliyyatların aparıldlığı icmalarda qadınların 
müdafiəsini, qızların sünnət olunduqları yerlərdə qızların 
müdafiəsini, eləcə də erkən nikahların və qız uşaqlarının 
öldürülməsinin qarşısını almağı da nəzərdə tutur. 
UNICEF bütün bu məsələlərin həm beynəlxalq 
səviyyədə, həm də ölkələr səviyyəsində həyata keçirilən 
siyasətin gündəminə yerləşdirilməsində fəal şəkildə 
iştirak etmişdir. 1996—2008-ci illər arasında təşkilat 
tərəfdaşları ilə birlikdə uşaqların cinsi istismarına qarşı 
üç ümumdünya konqresi təşkil etmişdir. Beynəlxalq 
tərəfdaşlar və ev sahibliyi edən ölkələrlə əməkdaşlıq 
şəraitində keçirilmiş konqreslər çərçivəsində təşkil 
olunan toplantılar bu sahədə qlobal səviyyədə daha 
böyük məsuliyyətin qəbul edilməsini təmin edən və 
əməkdaşlığı gücləndirən platforma rolunu oynamışdır. 
Zorakılığın və istismarın bütün formalarına qarşı 
uşaqların müdafiəsi üzrə qlobal məsuliyyət BMT-nin Baş 


Məclisi tərəfindən 2000-ci ildə qəbul edilmiş və Uşaqların 
satılması, uşaq fahişəliyi və pornoqrafiyası haqqında fakül-
tativ Protokol adlandırılan sənəddə də öz əksini tapmışdır. 
UNICEF 2008-ci ildə BMT-nin Əhali Fondu (UNFPA) ilə 
birlikdə qadınların üzərində onları şikəst edən əməliyyatların 
aparılması / onların sünnət olunması kimi praktikaların 
(FGM/C) tərk edilməsi prosesini sürətləndirmək məqsədini 
güdən proqrama start vermişdir. Proqram vətəndaş cəmiy-
yəti, din xadimləri və yerli icmalarla əməkdaşlıq vasitəsilə 
belə praktikaların təməlində dayanan sosial və mədəni 
normaları nəzərə alan yanaşma tərzinə əsaslanır. Bundan 
başqa, iki qurum Cənubi Asiya, Afrika və Yaxın Şərqin 
12 ölkəsində erkən nikaha son qoyulması üçün hərəkatı 
sürətləndirmək məqsədilə müştərək qlobal proqram da 
başlatmışdır. Proqramın erkən ailə qurmaq riski altında olan 
və ya artıq qurmuş 2.5 milyon qızı əhatə etməsi planlaşdırılır. 
Uşaq hüquqları üçün hələ də mövcud olan təhlükələrin 
aradan qaldırılmasında qətiyyətli mövqe nümayiş etdirən 
UNICEF və digər müdafiəçi təşkilatlar 2015-ci ildə uşaq 
hüquqlarının müdafiəsi üzrə məqsədlərin BMT-nin Baş 
Məclisi tərəfindən 2015-ci ildə qəbul edilmiş Dayanıqlı 
İnkişaf Məqsədlərinin siyahısına salınmasına müvəffəq 
olmuşdur. Bu, öz-özlüyündə mütərəqqi yenilik hesab 
edilə bilər, çünki cari qlobal məqsədlər toplusunun sələfi 
olan Minilliyin İnkişaf Məqsədləri adlı bəyannamədə uşaq 
hüquqlarının müdafiəsi ilə bağlı konkret bənd yox idi. 
Dayanıqlı İnkişaf Məqsədlərində uşaqlara qarşı zorakılığın 
bütüm formaları ilə yanaşı FGM/C praktikasının da aradan 
qaldırılması nəzərdə tutulur. 
Bundan başqa, UNICEF daima bütün doğuşların qeydiyyata 
alınması, hökumət tərəfindən uşağın doğuşunun qeydiy-
yatının aparılması təklifi ilə çıxış etmişdir. Belə ki, qeydiyyat 
uşağın qanunlar çərçivəsində mövcudluğunu müəyyənləş-
dirir və onun mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquq-
larının bir çoxunun müdafiəsi məhz bu qeydiyyatdan asılıdır. 
Uşaq hüquqları haqqında Konvensiyanın 7-ci maddəsində 
hər bir uşağın anadan olduqdan sonra heç bir ayrı-seçkiliyə 
yol verilmədən qeydiyyata alınmaq hüququnun olduğu 
göstərilir. 
F O R   E V E R Y   C H I L D ,   H O P E    
8 0
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə