BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   14   15   16   17   18   19   20   21   22

© UNICEF/UN034077/TORGOVNIK
31 yaşlı Livey Van Uk (Livey Van Wyk) 
gənc yaşına baxmayaraq hamilə 
ola-ola ölümə tərk edilmiş, İİV infek-
siyasına yoluxmuş yeniyetmə qızdan 
həyatda özünə yer tapa bilmiş ana, 
nüfuzlu və insanları öz nümunəsi ilə 
ruhlandıran, Namibiyanın fəxri hesab 
edilən bələdiyyə rəisi olana qədər uzun 
və keşməkeşli həyat yolu keçmişdir. 17 
yaşında hamilə olan Livey UNICEF-in 
dəstəklədiyi və İİV infeksiyasının ana-
dan uşağa keçməsinin qarşısını almaq 
məqsədilə həyata keçirilən proqrama 
yazılmışdır. Müalicəsi üçün antiretrovi-
rus preparatları təyin edildikdən sonra 
Remi adı verdiyi sağlam oğlan uşağını 
dünyaya gətirmişdir.
“İndi Reminin 13 yaşı var — Livey 
deyir. — O mənə güc və cəsarət verir. 
Hər gün mənim yataqdan qalxmağı-
mın, xəyallar qurmağımın, gələcəyə 
inamımın və həyatdan ümidimi üz-
məməyimin səbəbi odur.”
LİVEY
BÜTÜN UŞAQLARA ÜMİD BƏXŞ EDƏK


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
6 9
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
2001-ci ildə BMT-nin Baş Məclisi HİV / QİÇS xəstəliyinə 
dair xüsusi sessiya təşkil etdi. 2002-ci ildə, yəni BMT-nin 
Baş Məclisinin uşaqlara dair xüsusi sessiyasının keçirildiyi 
ildə, sessiyada qəbul edilmiş yekun sənədin və fəaliyyət 
planının, yəni “Uşaqların yaşaması üçün münasib dünya” 
adlı sənədin dörd bölməsindən biri QİÇS-ə qarşı müba-
rizəyə həsr olundu.
UNICEF və onun tərəfdaşları bütün dünyada QİÇS-dən 
ölənlərin sayının pik həddə — 2,3 milyon nəfərə çatdığı 
2005-ci ildə xəstəliyə qarşı mübarizə məqsədilə geniş 
miqyaslı kampaniya başlatdı. Uşaqların QİÇS epidemi-
yasının bilinməyən tərəfi olduğu irəli sürülən “Uşaqlar 
üçün birləşək, QİÇS-ə qarşı birləşək” adlı kampaniyanın 
məqsədləri belə ifadə edilirdi: 
 
— İİV infeksiyasının anadan uşağa keçməsinin qarşısının 
alınması, məsləhət xidmətlərinin əhatə dairəsinin artırıl-
ması və İİV ilə yoluxmuş anaların profilaktika məqsədilə 
ARV preparatları əldə edə bilməsi 
 
— ARV preparatlarından istifadə imkanlarını artırmaqla 
uşaqların müalicəsinin təşkil edilməsi
 
— Təhsil sistemi, məsləhət xidmətləri, könüllü əsaslarla 
xəstəliyin yoxlanması və digər tədbirlər vasitəsi ilə yeni-
yetmələr və gənclər arasında infeksiyanın profilaktikası
 
— İİV infeksiyasına yoluxmuş uşaqların, o cümlədən 
valideynlərindən birini və ya hər iksini itirmiş, 18 yaşına 
çatmamış təxminən 13,4 milyon uşağın hüquqlarının 
müdafiəsi və onlara lazımi köməkliyin göstərilməsi.
UNICEF “QİÇS-ə qarşı birləşək” şüarı altında öz tərəfdaş-
larını, ölkələrin hökumətlərini səfərbər edərək profilaktika, 
müalicə proqramlarının icrasını sürətləndirməyə başladı. 
Məsələn, təşkilatın idman dünyasından olan tərəfdaşları 
gənc insanların QİÇS haqqında məlumatlandırılmasında 
mühüm rol oynamışdır. Amerika Birləşmiş Ştatlarında Milli 
Basketbol Assosiasiyası ictimaiyyətin məlumatlandırılması 
məqsədilə kampaniyaya start verdi. İspaniyanın Barselona 
futbol klubunun oyunçuları futbol sahəsinə UNICEF-in 
loqosu olan futbolkalarla çıxırdı. Klub İİV/QİÇS-dən əziyyət 
çəkən uşaqların müdafiəsi üçün təşkilatla beş illik əmək-
daşlıq haqqında müqavilə bağladı. 
2006-cı ildə Almaniyada dünya futbol çempionatı FİFA 
tərəfindən qəbul edilmiş “Uşaqlar üçün birləşək” şüarı 
altında keçirilmişdir (şüar silahlı münaqişədən əziyyət 
çəkən uşaqları da əhatə edirdi). Beynəlxalq Kriket Şurasının 
“QİÇS-dən xilas olaq” şüarı altında oyunçular və hakimlər 
kriket oyunlarına QİÇS-ə qarşı həmrəylik rəmzi olan qırmızı 
lent taxaraq çıxırdı. 
2011-ci ildə UNAİDS və ABŞ prezidentinin QİÇS-ə qarşı 
mübarizəyə yardım üzrə fövqəladə proqramı birlikdə 
uşaqların İİV infeksiyasına yoluxmasının qarşısını almaq və 
anaların sağ qalmasına nail olmaq məqsədilə beş illik qlobal 
planı həyata keçirməyə başladı. 22 ölkənin hədəf olaraq 
göstərildiyi həmin plana görə PMTCT layihəsi çərçivəsində 
xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, İİV infeksi-
yasına yoluxmuş şəxslərə ARV preparatlarının verilməsi ilə 
bağlı məlumatların mübadiləsi və texniki dəstəyin əlaqələn-
dirilməsi UNICEF-ə həvalə olunurdu. 
UNAİDS-in 2016-cı ildə verdiyi bəyanata görə, 2010-cu 
ildən bu vaxtadək ARV preparatları ilə təmin edilən 
xəstələrin sayı iki dəfə artmış, ancaq İİV infeksiyasına 
yoluxmuş uşaqların sadəcə 32 faizi bu preparatları əldə edə 
bilmişdir. QİÇS Afrikada yeniyetmələrin ölüm səbəbləri ara-
sında birinci, dünyada isə ikinci yeri tutur. İİV infeksiyası və 
QİÇS-dən əziyyət çəkən qızların sayı, xüsusilə də Mərkəzi 
Afrika regionunda oğlanlarla müqayisədə qeyri-mütənasib 
hesab ediləcək qədər çoxdur. 
Bəzi regionlarda İİV ilə yoluxma hallarının sayı azalsa da, 
digər regionlarda, o cümlədən Mərkəzi və Şərqi Avropada, 
MDB ölkələrində, Yaxın Şərqdə və Şimali Afrikada epide-
miyanın miqyası hələ də böyüməkdədir. Əhalinin sosial 
müdafiəsi ən zəif olan təbəqələrində isə xəstəliyin yayılma 
sürəti daha çoxdur. 
Gənc liderləri bu çətinliklərə qarşı mübarizəyə cəlb etmək 
üçün UNICEF “All İn” kampaniyasına start vermişdir. 


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
7 0
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Kampaniyanın məqsədi məlumatların toplanması 
prosesinin təkmilləşdirilməsini və bütün yeniyetmələrin 
İİV ilə bağlı ən zəruri xidmətlərdən faydalana bilməsi üçün 
innovativ həll variantlarının işlənib hazırlanmasını nəzərdə 
tutur. Kampaniya həm də yeniyetmələr arasında İİV infek-
siyasının yayılması məsələsini ölkələrdə həyata keçirilən 
siyasətin tərkib hissəsinə çevirmək məqsədini güdür. 
Ancaq UNICEF İİV/QİÇS əleyhinə kampaniyaların digər 
əhali qrupları üçün də əlçatan olmasına çalışır. Belə ki, təş-
kilat Argentina ilə Boliviya Çoxmillətli Dövləti arasında İİV 
infeksiyasının yoxlanması və müalicəsi üsullarını təkmilləş-
dirmək kimi məqsədlər güdən əməkdaşlıq müqaviləsinin 
bağlanmasına şərait yaratmışdır. Bundan başqa, fahişəliyə 
məcbur edilmək riski altında olan qızların müdafiəsi və 
məlumatlandırılması məqsədilə Nepalda başladılan 
layihələrə texniki dəstək vermişdir. 
Bu gün İİV epidemiyasının tüğyan etməyə başladığı ilk 
illərdəki kimi, UNICEF İİV infeksiyasının, QİÇS xəstəliyinin 
ciddi fəsadları və digər mənfi nəticələrindən əziyyət çəkən 
uşaqlara yardım etməkdədir. Botsvana, Lesoto, Namibiya, 
Sierra Leone və Svazilend kimi ölkələrdə UNICEF 
valideynlərini və ya qəyyumlarını QİÇS xəstəliyi nəticə-
sində itirmiş uşaqların müdafiəsi məqsədilə məlumat 
bazalarında, qeydiyyat sistemlərində təkmilləşdirmələr 
aparmışdır. 
Milyonlarla uşağı İİV infeksiyasının ən arzuolunmaz 
fəsadlarına qarşı müdafiə etmək mümkün olsa da, bu 
gün dünyanın heç bir nöqtəsində onun kökünü kəsmək 
mümkün olmamışdır. UNICEF indiyədək bu qədər çətin-
liklə əldə edilmiş müvəffəqiyyətlərin hədər getməməsi 
üçün İİV və QİÇS-ə qarşı mübarizəsini əvvəlki qətiyyətlə 
davam etdirir. Təşkilat hökumətləri yeniyetmələr arasında 
xəstəliyin profilaktikası sahəsində özünü doğrultmuş təd-
birləri həyata keçirməyə təşviq etməklə yanaşı, onları risk 
altında olan ailələrin sosial müdafiəsinə, dövlət qayğısı ilə 
əhatə etməyə və dəstəkləməyə çağırır. UNICEF vətəndaş 
cəmiyyəti təşkilatları, o cümlədən dini icmaların liderləri və 
tayfa başçıları ilə tərəfdaşlıq münasibətlərini qoruyub sax-
lamağa, inkişaf etdirməyə çalışır. Tibb məntəqələrində İİV 
diaqnostikası kimi iqtisadi baxımdan sərfəli, ancaq yüksək 
effektivliyə malik müdaxilələrin yayğınlaşmasına çalışır 
və İİV/QİÇS nəticəsində vurulan sosial “damğanın” mənfi 
təsirlərinin azaldılması istiqamətində fəaliyyət göstərir. 
UNICEF və onun tərəfdaşları bu və digər üsullarla yekun 
məqsədə — QİCŞ xəstəliyinin nə olduğunu bilməyən yeni 
nəslin yetişməsinə nail olmaq niyyətindədir.
MİLYONLARLA UŞAĞI İİV İNFEKSİYASININ 
ƏN ARZUOLUNMAZ FƏSADLARINA QARŞI 
MÜDAFİƏ ETMƏK MÜMKÜN OLSA DA,  
BU GÜN DÜNYANIN HEÇ BİR 
NÖQTƏSİNDƏ ONUN KÖKÜNÜ KƏSMƏK 
MÜMKÜN OLMAMIŞDIR.


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə