BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   2   3   4   5   6   7   8   9   ...   22

B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
2 0
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
İlk Sakitlik günlərinin baş tutduğu dövrdən sonrakı 
onilliklərdə də UNICEF Əfqanıstan, Anqola, Çeçenistan 
(Rusiya Federasiyası), Şri Lanka və Sudan kimi ölkələrdə 
münaqişələr davam edə-edə humanitar yardım göstərmək 
üçün danışıqlar aparmış, əksər hallarda buna nail olmuşdur. 
UNICEF 1984-cü ildə bir başqa humanitar fəlakətlə, Afrikada 
baş vermiş aclıqla mübarizə aparmışdır. Həmin il təşkilat 
“Afrika buynuzu” və “Sahel” adlandırılan regionlardakı 21 
ölkədə aclıq və quraqlıqla üzləşmiş əhaliyə yardım göstəril-
məsi üçün 50 milyon, sonradan dəqiqləşdirildikdən sonra isə 
67 milyon ABŞ dolları həcmində yardım göstərilməsi çağırışı 
ilə beynəlxalq ictimaiyyətə müraciət etmişdir. Sonrakı dövr-
lərdə, o cümlədən 2011 və 2012-ci illərdə Afrika qitəsində 
həyata keçirilən bənzər tədbirlər ərzaq qıtlığının və xəstəlik-
lərin yayılmasının qarşısını müəyyən dərəcədə almışdır. 
1989-cu ildə qəbul edildiyi ilk gündən etibarən Uşaq 
hüquqları haqqında Konvensiya UNICEF-in fövqəladə 
hallarla bağlı fəaliyyəti baxımından böyük əhəmiyyət 
kəsb etmişdir. Konvensiyada uşaqların zorakılıq, qəddar 
münasibət və istismara qarşı müdafiəsinin fövqəladə hallar 
üzrə cavab tədbirlərinin ayrılmaz hissəsi kimi göstərilməsi 
bu nöqteyi-nəzərdən xüsusilə əhəmiyyətlidir. 
Mərkəzi və Şərqi Avropada, Müstəqil Dövlətlər Birliyində 
daşqınlardan tutmuş vətəndaş münaqişələri və iqtisadiyyatın 
çökməsi kimi humanitar yardımı zəruri edən fövqəladə vəziy-
yətlər 90-cı illərin əvvəlində UNICEF-ə humanitar yardım üçün 
müraciət edən ölkələrin sayını xeyli artırmışdır. Məhz bu dövrdə 
keçmiş Yuqoslaviya ərazisində yaşayan uşaqlar qəflətən baş 
vermiş silahlı münaqişənin, etnik mənşə zəminində zorakılığın və 
nifrətin qurbanına çevrilmişdir. Yuqoslaviya dünya xəritəsindən 
silindikdən sonra UNICEF məktəblərin yenidən açılmasında, 
yerli mütəxəssislərin posttravmatik stress pozuntusundan 
əziyyət çəkən uşaqların müəyyənləşdirilməsi sahəsində təlim 
almasında yerli hökumət orqanlarına yardım etmişdir. 
Bu səylər böyük rezonans doğurmuş, beynəlxalq ictimaiyyəti 
sanki ayıltmışdı: İkinci dünya müharibəsindən sonra 
UNICEF-dən ilk yardımı alanlar arasında da Yuqoslaviyalı 
uşaqlar vardı. 
1993-cü ildə UNICEF-in Kopenhaqendəki təchizat şöbəsi 
(dünyanın humanitar yardım əşyalarının saxlandığı ən böyük 
anbarı burada yerləşir) uşaq və qadınlar üçün nəzərdə 
tutulmuş adi və humanitar yardım proqramları çərçivə-
sində dünyanın müxtəlif ölkələrinə 112 milyon ABŞ dolları 
həcmində ləvazimat göndərmişdir (Müqayisə üçün deyək ki, 
2015-ci ildə UNICEF tərəfindən bütün dünyada əldə edilmiş 
və Kopenhaqendəki anbar, digər təchizat nöqtələri vasitəsi 
ilə göndərilmiş, təmin edilmiş ləvazimatların və xidmətlərin 
ümumi dəyəri 3,4 milyard ABŞ dollarına bərabər olmuşdur.)
UNICEF-in təchiz etdiyi humanitar yardım ləvazimatları 
1994-cü ildə Ruandada baş vermiş soyqırım zamanı da 
çox faydalı olmuşdur. Həmin il qərb ölkələrinin ordularına 
məxsus təyyarələr vasitəsi ilə münaqişə ərazisinə minlərlə 
ton humanitar yardım çatdırılmışdır. Dünya ictimaiyyəti küt-
ləvi qırğınların qarşısını almaq üçün lazımi tədbirləri həyata 
keçirməsə də və ya həyata keçirilən tədbirlər nəticəsiz 
qalsa da, münaqişə başa çatdıqdan sonra UNICEF və onun 
tərəfdaşları kimsəsiz uşaqların müdafiəsində yaxından 
iştirak etmişdir. Regionda silahlı münaqişələr alovlandıqca 
milyonlarla insan öz daimi yaşayış yerin tərk etməyə məcbur 
oldu. UNICEF-in dəstəyi ilə fəaliyyət göstərən humanitar 
yardım mərkəzləri üçdə ikisi uşaqlar olan bu böyük qaçqın 
kütləsini sığınacaq, təmiz su və sanitariya təsisləri, ərzaq, 
təhsil imkanları və səhiyyə xidmətləri ilə təmin edirdi. 
Yeni minilliyin başlanğıcında UNICEF Əfqanıstanda uzun 
sürən silahlı münaqişələrdən sonra qısamüddətli də olsa 
sülhün bərqərar olmasından istifadə edərək fövqəladə 
hallarda belə təhsilin davam etdirilməsinin vacibliyini ön 
plana çıxarmağa çalışdı. Belə ki, 2001-ci ildə Taliban 
hakimiyyətdən uzaqlaşdırılandan və ölkədə uşaqların 
əksəriyyəti təhsilini davam etdirmək imkanı əldə etdikdən 
sonra UNICEF Əfqanıstanda fəaliyyət göstərən 3000-dən 
çox məktəbin 2790-ını tədris materialları ilə təmin etmişdir. 
Bu, 3 milyondan çox uşağın təhsil almaq imkanı ilə təmin 
edilməsi deməkdir. Həmin uşaqların üçdə birini qızlar təşkil 
edirdi ki, bu da 90-cı illərdə ibtidai sinif yaşındakı qızların 
ancaq beş faizinin məktəbə gedə bildiyi ölkə üçün böyük 
göstəricidir. 


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
2 1
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Ruandanın cənub-qərbində, dəhşətli soyqırım fəlakəti başa çatdıqdan sonra UNICEF-in dəstəyi ilə qurulmuş bir qaçqın düşərgəsindəki çadırda 
uzanmış iki uşaq (1994). 
© UNICEF/UNI55078/PRESS


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
2 2
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
2004-cü ildə Hind okeanında baş vermiş 
sunami nəticəsində hər iki valideynini itirmiş 
bir qız UNICEF-in yardımı ilə tikilmiş “uşaqların 
ehtiyacının nəzərə alındığı məktəbdə” dərs 
günü başa çatdıqdan sonra velosipedlə evə 
qayıdır (İndoneziyanın Aceh əyaləti) 
© UNICEF/UNI6311/ESTEY


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə