BüTÜn uşaqlara üMİd bəXŞ edəK



Yüklə 2,58 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix31.08.2018
ölçüsü2,58 Mb.
#65924
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
3 0
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
İCRAÇI DİREKTORU CEYMS QRANTIN 
(JAMES GRANT) ARTIQ “UŞAQ ÖLÜMLƏRİ 
ÜZRƏ GÖSTƏRİCİLƏRDƏ İNQİLABIN” 
VAXTININ GƏLİB ÇATDIĞINI ELAN ETMƏSİ 
İSƏ UNICEF-İN TARİXİNDƏ, ELƏCƏ DƏ 
MÜASİR DÖVRDƏ UŞAQ SAĞLAMLIĞININ 
QORUNMASI SAHƏSİNDƏ DÖNÜŞ 
NÖQTƏSİ OLMUŞDUR.
yenilikdən ya da sosial-iqtisadi siyasətdən daha irəli apara 
biləcəyini iddia edirdi. 
Tarix Qrantın haqlı olduğunu göstərdi. Hesablamalara görə, 
1990-cı ilə qədər bu dörd istiqamətdə atılan addımlar 
bir-birinin təsirini daha da gücləndirərək 5 yaşdan kiçik 
təxminən 12 milyon uşağın ölümünün qarşısını almışdır. 
Xüsusilə də, peroral rehidratasiyadan alınan nəticələr hətta 
sadə müdaxilənin belə necə effektiv ola biləcəyini göstərdi. 
Duz və şəkərin suda məhlulundan ibarət peroral rehid-
ratasiya preparatın tətbiqi 1968-ci ildə başlamışdır. Üç il 
sonra Banqladeşin öz azadlığı uğrunda başlatdığı müharibə 
müddətində preparat özünü vəba xəstəliyinin müalicəsində 
çox effektiv vasitə kimi göstərmişdir. Belə ki, ölümcül 
dehidratasiyanın qarşısı alınaraq xəstəliyə tutulmuş 3700 
insanın 96 faizini müalicə etmək mümkün olmuşdur. 
İshala səbəb olan vəba kimi xəstəliklərdən ölən uşaqların 
sayının bütün digər səbəblərdən ölən uşaqların sayı ilə 
müqayisədə çox böyük olduğu nəzərə alınarsa, bu heyrə-
tamiz nəticədir. 1990-cı ildən 2000-ci ilə qədər peroral 
rehidratasiya preparatından istifadə bütün dünyada ishaldan 
qaynaqlanan ölüm hallarının sayını iki dəfə azaltmışdır. 
Profilaktikası mümkün olan digər uşaq xəstəliklərinin 
qarşısını almaq üçün UNICEF və onun tərəfdaşları universal 
immunizasiya kampaniyasına start vermişdir. 1985-ci ildə 
Türkiyə hökuməti kütləvi vaksinasiya prosesini başlatmış, 
bunun üçün bütün ölkə ərazisində 45 000 vaksinasiya 
məntəqəsi qurulmuş, prosesə 77 mindən artıq səhiyyə 
işçisi cəlb edilmişdir. 5 milyondan çox valideyni difterit, 
göyöskürək və tetanus kimi xəstəliklərə qarşı kombinə 
vaksinin uşaqlara vurulmasına inandırmaq üçün hökumət 
ictimaiyyətin ən nüfuzlu nümayəndələrini, ulduzları və KİV-
ləri səfərbər etmişdir. İki ay ərzində hədəf əhalinin 84 faizinə 
vaksin vurulmuşdur ki, bu da hökumətlərin bütün uşaqların 
kütləvi vaksinasiyasının mümkün olacağına inanması 
baxımından mühüm göstəricidir. 
80-ci illərin sonuna qədər digər ölkələrdə kütləvi immu-
nizasiya sahəsində əldə edilən nailiyyətlər “sülh dövründə 


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
31
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Qananın şimal-qərbində yerləşən bir tibb məntəqəsində UNICEF tərəfindən təmin edilmiş tərəzidə  
uşağın çəkisini ölçən mama (1960). 
© UNICEF/UN04149/UNICEF/UN04149


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
3 2
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
hökumətlərin dinc məqsədlərlə apardığı səfərbərlik” 
adlandırılan səyləri nəticəsində mümkün olmuşdur. Bu 
nailiyyətlər əvvəlki onilliyin iqtisadi durğunluğu və köklü 
dəyişikliklərin təsiri nəticəsində maliyyələşdirmədə çox 
ciddi problemlərin mövcud olmasına baxmayaraq əldə 
edilmişdir. 1990-cı illərin əvvəllərinə qədər uşaqların 
immunizasiyanın qlobal göstəricisi 80 faizə çatdı. 
Türkiyənin kütləvi immunizasiya kampaniyasında əldə 
etdiyi təcrübədən indiyə qədər istifadə edilir. Cari əsrin 
əvvəllərində İraqda baş verən müharibə, silahlı münaqişələr, 
zorakılıq kimi hallar UNICEF və onun tərəfdaşları tərə-
findən 5 yaşdan kiçik milyonlarla uşağın poliomielitə qarşı 
vaksinasiyasına mane olmamışdır. Daha sonra UNICEF bu 
sətirlərin yazıldığı tarixə qədər poliomielitin tüğyan etdiyi 
üç ölkədə — Əfqanıstan, Nigeriya və Pakistanda yerli və 
mərkəzi səviyyədə resursları cəlb edərək bu xəstəliyin 
qlobal miqyasda qarşısının alınması üçün başladılmış 
təşəbbüsün hərəkətverici qüvvəsinə çevrilmişdir. 
Təşkilatın xəstəliyə qarşı immunizasiyanın lehinə təkidlə 
çıxış etməsi nəticəsində 2009-cu ildə sadəcə Nigeriyada 
3 milyon uşağa vaksin vurulmuş, ölkənin xəstəliyin ən çox 
yayılan bölgələrində ölüm göstəriciləri tarixi minimuma 
qədər azalmışdır. 
İmmunizasiyanın daima diqqət mərkəzində saxlanması sayə-
sində bəşəriyyət ölümlə nəticələnən bir başqa xəstəliyin
ana və uşaqların yoluxduğu tetanus xəstəliyini demək olar 
ki, birdəfəlik aradan qaldırmağa müvəffəq olmuşdur. Ana və 
körpənin həyatı üçün təhlükə törədən bu xəstəlik hamiləlik 
və doğuş zamanı hökm sürən antisanitar şərait nəticəsində 
meydana gəlir. 1989-cu ilin başlanğıcında xəstəliyin bütün 
dünyada ləğv edilməsi üçün kampaniya başladılmışdır. 
“Kiwanis International” təşkilatı ilə uzun müddətdir davam 
edən əməkdaşlığı çərçivəsində UNICEF xəstəliyin bir çox 
ölkədə tamamilə aradan qaldırılmasını mümkün edən 
proqramlara dəstək vermişdir. Bu gün 19 ölkədə bu xəstəliyə 
hələ də rast gəlinir. 
UNICEF-in son onilliklər səhiyyə sahəsində reallaşdırdığı 
proqramlar arasında uşaqların sağlamlığına çox böyük zərər 
UNICEF-İN SƏHİYYƏ SAHƏSİNDƏ 
HƏYATA KEÇİRDİYİ TƏDBİRLƏRİN 
TARİXİ GÖSTƏRİR Kİ, ÜÇ ONİLLİK 
ƏVVƏL UŞAQ ÖLÜMLƏRİ ÜZRƏ 
MÜƏYYƏNLƏŞDİRİLMİŞ HƏDƏF 
GÖSTƏRİCİLƏRƏ NAİL OLMAQ 
MÜMKÜNDÜR.


B Ü T Ü N   U Ş A Q L A R A   Ü M İ D   B Ə X Ş   E D Ə K    
3 3
    U N I C E F @ 7 0 :   1 9 4 6 − 2 0 1 6
Uşağına peroral üsulla poliomielit 
əleyhinə vaksin verən bir  
Cənub-qərbi Asiyalı ananın əks 
etdirildiyi plakat (1991). 
© UNICEF/UNI29914/DAVEY


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə