C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə24/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   20   21   22   23   24   25   26   27   ...   207

50 

 

görə  də  levomesitinlə  müalicə  fonunda,  5-7  gün  müddətində  an-tioksidantların  -  unitiol,  alfa-



tokoferolasetat,  askorbin  turşusunun  təyini  məsləhətdir.  Nəticədə  qızdırmalı  dövrün, 

intoksikasiyanm  davam  etmə  müddətinin azalması  ilə  bərabər,  residivlərin  və  uzun  müddətli 

bakteriyagəzdirənliyin olması ehtimalı da azalır, az rast gəlinir. 

Dezintoksikasiya məqsədi ilə xəstəliyin yüngül gedişlərində çoxlu maye qəbulu 

(gün ərzində 2,5-3,0 L), endosorbentlər məsləhət görülür. Gündə 15 q enterodez, 75 q polifepan, 

90 q kömür preparatı yeməkdən 2 saat sonra, 3-4 dəfə vermək olar. Gündə 3-4 dəfə, hər dəfə 45-

60 dəq. olmaqla oksigenlə in-halyasiya təyin edilir. Orta ağır gedişlərdə gündə 1,2-1,6 litr olmaqla 

5%-li qlükoza,  duz  məhlulları  («Kvartosol»,  «Xolosol»,  «Laktasol»,  «Asesol»),  100-250  ml  5-

10%-li  albuminlə  infuzion  terapiya  aparılır.  Qaraciyərin  mikrosomal fermentlərinin  fəallığını 

artırmaq  məqsədi  ilə  daxilə  0,1  q-dan  gündə  3  dəfə  Na-benzonat  təyin  edilir.  Xəstəliyin  ağır 

gedişlərində  müalicə  intensiv  terapiya  şöbəsində  aparılmalıdır.  Hemostaz  göstəricilərinə  ciddi 

nəzarət edilir. İnfuzion məhlulların yeridilməsi müxtəlif yollarla maye itirilməsi nəzərə alınmaqla, 

gündəlik maye balansına görə müəyyən edilir. Kolloid məhlullar kristalloidlərdən sonra, miqdarı 

1:3  nisbətindən  artıq  olmamaq  şərti  ilə  təyin  edilməlidir.  İntok-sikasiya  güclənərsə 

kortikosteroidlərlə qısa müddətli müalicə kursu aparıla bilər. 5-7 gün müddətində, gündə 45-60 

mq  prednizolon  daxilə  təyin  edilir.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  kortikosteroidlərin  tətbiqi 

bağırsaq  deşilməsi,  bağırsaqdan  qanaxma  təhlükəsi  yaradır  və  residivləşmə  ehtimalını  artırır. 

Oksigenlə barokamerada müalicənin aparılması da yaxşı nəticə verir. Gündə 1-2 seans, hər dəfə 

60 dəq, 0,8-1,0 ata olmaqla, cəmi 5-8 seans aparılması məsləhətdir. Apanlan müalicə tədbirləri 

nəticə  vermədikdə  hemosorbsiya  aparıla bilər.  Eyni  qrupdan,  rezusu  müvafiq  olan,  təzə 

hazırlanmış qan köçürülməsi də (2-3 gündən bir hər dəfə 250 ml) müsbət təsir göstərir. Orqanizmin 

qeyri-spesefik rezistentliyini yüksəltmək üçün pəhriz və müxtəltf qrup vitaminlərlə yanaşı qeyri-

steroid anaboliklər - metilurasil, pentoksil, kalii-orarat təyin edilir. Bütün xəstələrə angioprotektor 

kimi  gündə  3  dəfə,  hər  dəfə  lhəb  askorutin verilməlidir.  Rekonvalessensiya  dövründə  astenik 

əlamətlər olan xəstələrə adaptogenlər - jenşen kökü, eleuterekok cövhəri, çin limonu, pantokrin 

verilməsi məsləhətdir. İmmunoprotektorlardan 5 gün müddətində, gündə 100 mkq timogenin əzələ 

daxilinə yeridilməsi məsləhət görülür. 

Qarın  yatalağı  zamanı  perforasiya  baş  verərsə  təcili  cərrahi  müdaxilə  tələb 

olunur. Bağırsaq qanaxması olduqda isə xəstəyə tam sakitlik verilir, qarına soyuq qoyulur. Xəstə 

12-24 saat müddətində arxası üstə uzanmalıdır, ilk 12 saat ərzində qida qəbul etməməlidir. Yalnız 

600 ml-dək maye və ya şirə verilə bilər. Sonralar jele, kisel, boş bişmiş yumurta, kərə yağı vermək 

olar. Vəziyyət düzəldikcə pəhriz genişlənir, 4-5 gündən sonra 2 saylı pəhrizə keçilir. Az qanaxma 

olduqda gündə 2 dəfə 10 ml-dən CaCl; C və K vitaminləri; NaCl-un hipertonik məhlulu 5-10ml ; 

gündə 2 dəfə, hər dəfə 100 ml 5%-li epsilon-aminokapron turşusu; 0,5q fıbronogen 200 ml fizioloji 

məhlulda vena daxilinə; gündə 3 dəfə, hər dəfə 2ml 12,5% disinon (etamzilat) məhlulu təyin edilir. 

Çoxlu  qanaxma  olduqda  isə  eyni  qrupdan  olan  100-150  ml  qan,  plazma,  trombosit kütləsi 

köçürülməsi  yaxşı  nəticə  verir.  Əgər  konservativ  üsullar  nəticə  verməzsə,  cərrahi  müdaxilə 

aparılır. 

İTŞ  zamanı  hemodinamikanı  sabitləşdirməyə,  metobolizm  pozğunluqlarını, 

qanın laxtalanma sistemində, elektrolit balansda olan dəyişiklikləri, böyrək çatmamazlığım aradan 

downloaded from KitabYurdu.org



51 

 

qaldırmağa  yönəldilən  intensiv  müalicə  aparılmalıdır.  Kristalloid  məhlullar  («Kvartasol», 



«Xolosol», «Ringeı» və s.) günə 1,5-2 litr, reopoliqlukin və ya reoqluman gündə 0,5-1,0 litr, 10%-

li  albumin  250  ml, qlükokoritikosteroidlər  -  hər  kq  çəkiyə  10-20  mg  prednizolon,  gündə  200-

400 ml  4%-li  Na-biokarbonat,  ilk  günlər  20-30  min  təsir  vahidi  heparin  (sonralar qan 

laxtalanmasına nəzarət etməklə) vurula bilər. Aqreqasiya əleyhinə effekti gücləndirmək məqsədi 

ilə kristalloid məhlullara proteaza ingibitorlan - gündə 20-40 min təsir vahidi kontrikal, 100-200 

min  təsir  vahidi  gordoks  və  analoqlarının  qatılması  məsləhətdir.  Lazım  gəldikdə  ürək-damar 

preparatları,  sidik  qo-vucular  verilir.  Bütün  infuzion  tədbirlər  xəstənin  vəziyyətinə  nəzarət 

etməklə aparılmalıdır. Nəbz, mərkəzi venoz təzyiq, arterial təzyiq, turşu-qələvi tarazlığı, elektrolit 

və maye balansı müşahidə edilir. 

İnfeksion-toksiki miokardit inkişaf edərsə aparılan infuzion - dezintoksi-kasion 

müalicəyə  ürəyin  yükünü  azaltmaq  yönümündə  korreksiya  aparılmalıdır.  Xəstəyə  ciddi  yataq 

rejimi, iltihab əleyhinə preparatlar, panangin, ribok-sin, sitoxrom-C, hiperbarik oksigenləşdirmə, 

ürək çatmamazlığı əlamətləri olarsa ürək qlikozidləri təyin edilir. 

Pnevmoniya  inkişaf  edərsə  təkcə  salmonellalara  deyil,  ağ  ciyərdə  patoloji 

prosesə  səbəb  ola  biləcək  digər  bakteriyalara  da  qarşı  (stafılakokk,  pnevmo-kokk  və  d.) 

antibiotiklər:  gentamisin  240  mq/'gün,  ampioks  4  q/gün  təyin  edilməlidir.  Analeptiklər,  ürək 

qlikozidləri,  mukolitik  preparatlar,  bronxolitiklər, proteaza  igibitorları,  oksigen  inhalyasiyası, 

fizioterapevtik müalicə tədbirləri məsləhətdir. 

İnfeksion psixoz zamanı əzələ daxilinə tərkibində 1-2 ml 2,5%-ii amina-ziıı, 4 

ml 0,5%-li novakain, 1 ml 2%-li dimedrol və 25%-li 10 ml Mg-sulfat məhlulu olan litik qarışıq 

vurulur. Lazım gələrsə 6 saatdan sonra təkrar edilir. 

Bağırsaq seliki qişasında reparasiya prosesini gücləndirmək məqsədi ilə vitamin 

C, sitoxrom C verilir. 

Xroniki 


bakteriyagəzdironliyin 

effektli 

müalicəsi 

hələlik 


işlənib 

hazırlanmamışdır. Ampisilinlə müalicə təyin edilə bilər. Antioksidantlar, immunosti-mulyatorlar 

(timogen),  yanaşı  gedən  xəstəliklərin  müalicəsi  müəyyən  müsbət  nəticələr  verir.  Bəzən 

bakteriyagəzdirənliyin  dayanması  müvəqqəti  olur,  bir  neçə  ildən  sonra  bərpa  oluna  bilər.  Bu 

cpidemioloji əhəmiyyət kəsb edir və diqqətdən kənarda qalmamalıdır. 

Xəstələrin  evə  yazılması  tam  kliniki  sağalmadan  və  laborator  göstəricilər 

normallaşdıqdan sonra, normal temperaturun 21-23-cü günündə tez olmamaq şərti ilə aparılır. Bu 

zaman  3  dəfə  nəcisin,  bir  dəfə  sidiyin  və  bir  dəfə  12b.  bağırsaq  möhtəviyyatının  bakterioloji 

müayinəsinin cavabı mənfi olmalıdır. Bak-terioloji müayinə üçün pataloji material antibakterial 

müalicə kəsildikdən 2 gün sonra götürülməlidir. Materialın 5 gün fasilələrlə götrülməsi məsləhət 

görülür. Bakteriyagəzdirənlər epidemioloqun icazəsindən sonra evə yazılır. Evə yazıldıqdan sonra 

bütün  rekonvalessentlər  dispanser  müşahidəsində  olmalıdırlar.  İlk  3  ay  müddətində  sidiyin, 

nəcisin,  duodenal  möhtəviyyatm  hər  ay  bakterioloji  müayinəsi  aparılır.  Sonralar  vaxtaşırı 

müayinələr aparılmaqla 2 il, qida ilə əlaqədar müəssisələrdə işləyənlər və ya epidemoloji cəhətdən 

xəstəliyi yayma ehtimalı çox olan şəxslər 6 il müddətində dispanser qeydiyyatında olmalıdırlar. 

Profilaktik  as  u Epidemiya  əleyhinə  tədbirlər  kimi  xəstə  xəstəxanaya 

qoyulanadək cari dezinfeksiya, sonra isə yekunlaşdırıcı dezinfeksiya aparılır. Xəstə ilə təmasda 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə