C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə26/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   22   23   24   25   26   27   28   29   ...   207

54 

 

su\ Sonnei-də isə qida məhsullarıdır. Yoluxma yollarındakı bu müxtəliflik şigellaların patogenliyi, 

infeksiyalaşdırma dozası  ilə  yanaşı,  xarici  mühitə  davamlığında  olan  fərqlərlə  də  izah  edilir. 

Belə ki, Sh.sonnei virulentliyi aşağı olmaqla yanaşı, məişət əşyaları üzərində tezliklə öz invazivlik 

qabiliyyətini itirir (baxmayaraq ki, həmin əşyalar üzərində uzun müddət qala bilirlər). Süd, süd 

məhsullarında  isə  əksinə  uzun  müddət  invazivlik  qabiliyyətlərini  saxlamaqla  bərabər,  artıb-

çoxalaraq  toplanırlar.  Bu  Sh. sonnei-nin  başqa  şigellalara  nisbətən  süddə  olan  saprofıt  floranın 

təsirinə  daha davamlı  olması  ilə  izah  edilir.  Onun  yayılmasında  süd  və  süd  məhsullarının əsas 

yerlərdən birini tutması da bununla izah edilir. Fleksner bakteriyaları isə digər şigellalardan fərqli 

olaraq  müxtəlif  su  mənbələrində  uzun  müddət  qala bilməklə  bərabər,  patogenlik  və  virulentlik 

xüsusiyyətlərində  heç  bir  dəyişikliyə məruz  qalmadığından  onların  yayılması  su  faktorlarına 

uyğunlaşmışdır.  Qriqoryev-Şiqa  bakteriyaiarının  yüksək  virulentliyi  və  yoiuxdurucu 

dozasının aşağı (cəmi 100 mikrob cismi) olması onun daha çox məişət-təmas yolu ilə yoluxmasına 

şərait yaradır. 

Zaman  keçdikcə  müşahidə  edilən  dizenteriyah  xəstələrin etioloji  strukturunda 

olan  dəyişikliklər də  maraqlıdır.  Epidemioloji  prosesdə  bu  cür  təkamül  şigellaların  bioloji 

xüsusiyyətlərindən asılı olmaqla bərabər, cəmiyyətdə baş verən ictimai-iqtisadi dəyişikliklərlə də 

izah edilir. XX əsrin əvvələrində Qri-qoryev-Şiqa dizenteriyası daha çox yayılmışdı. Bunun səbəbi 

həmin 


dövrdə olan 

qarma-qarışıq 

ictimai-siyasi 

vəziyyət, 

müharibələr, 

böhranlar 

(iqtisadi böhranlar)  və  digər  sosial-iqtisadi  kataklizmlər  nəticəsində  sanitar-məişət  şəraitinin 

pisləşməsi  idi.  30-cu  illərin  axırlarından  başlayaraq  40-50-ci  illərdə  di-zenteriyalı  xəstələrin 

əksəriyyəti - 90%-i Fleksnerin payına düşürdü. Bunun səbəbi isə həmin dövrdə şəhərlərin və digər 

yaşayış  məntəqələrinin  sürətlə  inkişaf  etməsi  fonunda  məişət  şəraitinin  -  mərkəzləşdirilmiş  su 

təchizatının, kanalizasiya sisteminin geridə qalması idi. Sonralar sanitar şəraitin yaxşılaşması di-

zenteriya  ilə  xəstələnmə  hallarının  bir  neçə  dəfə  azalmasına  səbəb  oldu.  Bu dövrdə  Sonnei 

dizenteriyası tez-tez təsadüf edilməyə başladı. İctimai-iaşə müəssisələrinin, ət, süd məhsullarının 

istehsalının  inkişafı  və  bu  zaman  sanitar-epidemioloji  rejimə  əməl  edilməməsi  buna  şərait 

yaradırdı.  Beləliklə  göründüyü  kimi  ictimai  mühit  və  insanların  yaşayış  şəraitinin  dəyişməsi 

yayılan dizenteriyanın  epidemioloji  strukturasında  baş  verən  dəyişikliklərin  əsas  ni-zamlayıcı 

rolunu oynayır. 

Son  dövrlər  Qriqoryev-Şiqa  dizenteriyası  diqqəti  cəlb  etməkdədir.  Belə  ki, 

dünyada  bu  infeksiyanm  üç  iri  ocağı  formalaşmışdır:  Mərkəzi  Amerika, Cənubi-Şərqi  Asiya, 

Mərkəzi Afrika. Bu ocaqlardan tez-tez digər ölkələrə keçməsi təsadüf edilməkdədir. Keçmiş SSRİ 

məkanı  ölkələrində  isə  Flexner  2

a

 se-rovariantı  tez-tez  qeyd  edilir.  Onun  törətdiyi  xəstəlik  ağır 



gedişi  ilə  fərqlənir. Bağırsaqda  ağır  Fıbrinoz-nekrotik  dəyişikliklər  verir.  Bəzən  ölümlə  də 

nəticələnir. Letallıq 7% -dək çata bilər. 

Dizenteriya uşaqlar arasında daha çox təsadüf edilir. Xəstələnənlərin 1/3 hissəsi 

6  yaşadək  uşaqların  payına  düşür.  Bu  uşaqların  daha  həssas  olması, xəstələnən  kimi  həkimə 

müraciət etməsi, həmçinin şəxsi gigiyena qaydalarına əməl etməməsi və s. ilə əlaqələndirilir. 

Xəstəlik bütün il boyu təsadüf edilir, daha çox xəstələnmə yay-payız aylarında 

olur. 

downloaded from KitabYurdu.org




55 

 

Patogenezi. Şigellyoz  zamanı  patoloji  prosesin  inkişaf  mexanizmi  mürəkkəb 

olub, hələlik kifayət qədər öyrənilməmişdir. Ağızdan mədəyə düşmüş bakteriyalar bir günə qədər 

mədədə qala bilir. Bu zaman onların bir qismi mədə şirələrinin - turşu və fermentlərin təsirindən 

tələf olur. Bu baryeri keçərək nazik bağırsağa düşdükdə bir qismi də burada öd təsirindən tələf 

olur. Qalan bakteriyalar nazik bağırsaqda bir neçə gün qalır, hətta artıb çoxalırlar. Nazik bağırsaq 

entcrositlərinə yapışır və enterotoksik ekzotöksin ifraz edirlər. Nəticədə bağırsaq mənfəzinə maye 

və mineralların ifrazı artır. Qeyd etmək lazımdır ki, modəaltı vəz fermentləri şigellaların xarici 

qişasında olan lıemolizini inak-tivləşdirərək onların cntcrositlərə daxil olmasının - invaziyasmm 

qarşısını müəyyən dərəcədə alır, bununla belə bakteriyalann bir qismi  enterositlərə daxil olaraq 

artıb, çoxalırlar. Bakteriya hemolizinin təsirindən faqositar vakuola dağılır, enterositiərdə sitopatik 

dəyişikliklər baş verir. Şigeiiaiar sitopiazmada fəal yerini dəyişərək sağlam enterositlərə keçir və 

beləliklə  nazik  bağırsaqda  il-tihabi  prosesə  səbəb  olurlar.  Bu  proses  zülalların  sintezinin 

zəifləməsinə səbəb 

olan  ekzotoksinin  -  sitotoksinin  ifrazı  ilə  güclənir.  Lakin  şigellaların  nazik  bağırsaqda  sonrakı 

inkişafının  qarşısı  lezliklə  limfositlərin  killer  təsiri  nəticəsində  alınır.  Şigellaların  parçalanması 

nəticəsində xaric olan endotoksin qana keçərək intoksikasiyaya səbəb olur. Çox ağır hallarda qısa 

müddətli bakteriemiya (Q-Şiqa) belə müşahidə edilə bilər. 

Xəstəliyin  başlanğıcında  qeyd  edilən  intoksikasiya  simptomu  və  mezoqa-

striumda  olan  ağrılar  endotoksin  və  yoluxmuş  hüceyrələrin  parçalanma  məhsullarının  təsiri 

nəticəsində  baş  verir.  Nazik  bağırsaq  mənfəzinə  maye  və  mineralların  ifrazının  artması  isə 

enterotoksiki ekzotoksinin təsiri ilə əlaqədar baş verir və diareya sindromuna səbəb olur. Nəticədə 

bu dövrdə defekasiya tezləşmiş və çox sulu olur. 

Bu proseslərə paralel olaraq şigellaların yoğun bağırsağın epitel hüceyrələrinə 

invaziyası baş verir və dizenteriyaya xas olan tipik klinika inkişaf edir. Əsasən yoğun bağırsağın 

distal  şöbəsinin  zədələnmə  sinin  səbəbini bağırsaq  möh-təviyatının  burada  daha  çox  ləngiməsi, 

bakteriyalann  kolonositlərə  invaziyası üçün  əlverişli  şərait  yaranması  ilə  əlaqələndirmək  olar. 

Buna bağrsaqda mövcud olan disbakterioz da şərait yaradır. 

Qeyd  edildiyi  kimi  dizenteriya  zamanı  infeksion  prosesin  inkişafında  şig-

ellalarm hüceyrə daxili artıb çoxalma qabiliyyəti əsas rol oynayır. Şigellaların bağırsaqların selikli 

qişası  ilə qarşılıqlı  təsiri mikroorqanizmlərin epitel  hüceyrələrinə  yapışması  ilə başlayır. Əvvəl 

adsorbsiya, sonra isə adgeziya baş verir. Bu proses selikli qişa ətrafında olan sahədə törədicilərin 

miqdarından  da  asılıdır.  Adgeziya  şigellaların  dəyişilməmiş,  funksional  fəal  kolonositlərlə 

qarşılıqlı təsiri  ilə  başlayır.  Bu  zaman  selikli  qişa  tərəfindən  bakteriyalar  fəal  sürətdə  tutulur. 

Adgeziya bağırsaq xovlarmda şişkinlik və onların qopması, iltihabi prosesin inkişafı ilə müşayiət 

olunur. Şigellaların kolonositlərə daxil olması onların xarici membranında olan spesifik zülallarla 

sıx  əlaqədardır.  Həmin  zülalların  kolonositlərin  plazmalik  membranın  reseptorlan  ilə  qarşılıqlı 

təsiri 

bunu şərtləndirir. 



Adgeziya 

qabiliyyəti 

isə 

genetik 


olaraq 

şigellalarda iri 



molekulalı plazmidilərin olması ilə əlaqədardır. Həmin plazınidlər şigellaların invazivliyini beiə 

təmin edərək, nəzarətə alır. Hüceyrəyə daxil olmuş bakteriyalar fəal sürətdə çoxalaraq hemoliziıı 

xaric  edir,  bu  isə  faqositar  vakuolaları  dağıdaraq  bak-teriyaların  selikli  qişa  toxumasında 

yayılmasına şərait yaradır və iltihabı dərinləşdirir. Eyni zamanda şigellaların ifraz etdiyi sitotoksik 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə