C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə34/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   30   31   32   33   34   35   36   37   ...   207

71 

 

inkişaf edərsə intensiv infuzion terapiya aparılmalıdır. Bu zaman müalicə tədbirləri iki mərhələdə 



aparılır: 

1. İtirilmiş maye və elektrolitlərin bərpası - I-li rehidıatasiya. 

2. Kompensator rehidralasiya - müalicə müddətində itirilən mayenin bərpası. 

Bağırsaqda  olan  toksinləri  birləşdirmək  və  xaric  etmək  üçün  endosor-bentlər 

işlədilir  -  smekta,  polifepan,  pektin,  enterodez  və  s.  Polifepan  gündə  3  dəfə,  hər  dəfə  lhəb; 

enterodez 5 q x 3, smekta gündə üç dəfə verilir. 

Kəskin  dövrlərdə  yoğun  bağırsağın  spazmını  aradan  qaldırmaq  üçün  noşpa 

0,004x3, bellasterin, besalol, bellagin 1x3, papaverin hidroxlorid 0,002x3 və s. təyin edilir. Güclü 

ağrılarda  noşpa-2  ml  əzələ  daxili,  platifıllin  hidrotarta-rat  0,2%  -  1-2  ml,  kəskin  tenezmləri 

zəiflətmək  üçün  50-100  ml  0,5%-li  nova-kainlə  mikroimalədən  istifadə  edilir.  Yığışdırıcı 

preparatlardan - vikalin, vikoir 1x2 ya 3 dəfə, tannakomp 1x3 məsləhət görülür. 

Göstərmək  lazımdır  ki, kolloid  məhlullar dizenteriya  zamanı  ehtiyatla  tətbiq 

edilməlidir və dehidratasiya əlamətləri keçdikdən sonra işlədilə bilər. Belə ki, kolloid məhlullar 

hüceyrə dehidratasiyasmı gücləndirir, hipervoleıııiya verir ki, bu da ürək fəaliyyətinin funksional 

yüklənməsinə  gətirib  çıxarır.  Belə ağırlaşmaların  baş  vermə  ehtimalı  kolloid  məhlullarla  eyni 

vaxtda duz məhlulları yeridilərsə artır. Maye bu halda kolloidin səthinə sorulur və iri hidratlaş-mış 

komplekslər əmələ gəlir. Bunlar damar mənfəzini tutaraq qanın hərəkətini məhdudlaşdırır, toxuma 

perfuziyasını çətinlədirir. 

Infeksion  allergik  əlamətlər,  bağırsaqda  olan  iltihabi  proseslər  antihista-min 

preparatların  tətbiq  edilməsini  patogenetik  əsaslandırır.  Mikrosirkul-yasiyanı  yaxşılışdırmaq 

məqsədilə askorbin turşusu, rutin, Ca-qlukonat və s. müsbət təsir edir. 

Dizenteriyanm  müalicəsində  vitaminlərin  tətbiqi  əhəmiyyətli  yer  tutur.  Onlar 

dezintoksikasiya  və  regenerasiya  prosesini  sürətləndirir.  Vitaminlərin tətbiqi  meydana  çıxan 

vitamin çatışmamazlığı baxınundan da əhəmiyyətlidir, xüsusən antibakterial müalicə nəticəsində 

güclənən disbakterioz fonunda. 

Bütün xəstəlik müddətində tərkibində askorbin turşusu (0,5-0,6 q/gün), nikotin 

turşusu (gündə 60 mq), tiamin və riboflavin (hər birindən 9 mq) olan polivitamin kompleksi təyin 

edilməlidir. Eyni zamanda xəstəliyin qızğın dövründən standart polivitaminlər, rekonvalessensiya 

dövrü daxil olmaqla verilməlidir. 

Kəskin dizenteriyanm uzun sürən formalarının müalicəsində immun reak-tivliyi 

yüksəldən  preparatların  mühüm  əhəmiyyəti  vardır.  Metilurasil  0,5x3,  pentoksil  0,25x3,  Na-

nukleinat 0,1x3, dibazol 0,04x3 yeməkdən 2 saat sonra və ya 2 saat əvvəl verilməlidir. Vitaminin 

U, timolin, timogen, pirogenal və digər immunostimulyatorlar da tətbiq edilə bilər. Bu preparatlar 

antitellərin  artmasına,  regenerasiyanm  sürətlənməsinə,  leykositlərin  faqositar  fəallığına 

müsbət təsir edir. 

Bağırsağın  biosenozunun  lcorreksiyası məqsədilə  müxtəlif  bioloji  bakterial 

preparatlar istifadə edilir. Belə ki, kəskin koiit sindromları olan xəstələrə Ba-ci llus cinsindən olan 

mikroorqanizmlərə əsaslanan biosporin, baktisporin, baktisubtil, flonivin-BC beş gün müddətində 

gündə  2  dəfə,  hər  dəfə  2  doza verilir.  Kəskin  dövrdə  enteritik  sindromları  olan  xəstələr 

isə Saecharomyces ailəsinədən  olan  mikroorqanizmlərə  əsaslanan  entera'i,  Rekiseıı-RD 

downloaded from KitabYurdu.org




72 

 

0,25x2; bakterioterapiyamn 



7-ci 

günü 


lineks, 

bifiform, 

vitallor, 

bifıdumbakterin-

forte, laktobakterin, kolibakterin kimi preparatlara üstünlük verilməlidir. Onlar 

standart  dozalarda  verilir.  Relconvalessentlərə  yaxşı  keçirərlərsə  süd-turşulu  müalicəvi  pəhriz, 

bifidolakto tərkibli ərzaqlar vermək məsləhətdir. Bunlar yüksək müalicəvi effektliyə malikdirlər. 

Kandidoz inkişaf edərsə nislatin gündə 3-4 mil. v., 12-14 gün; ketokona-zol 0,2-

0,4 q bir dəfə, yemək zamanı 12-14 gün, fulkonozol bir gün 0,2x2 verilir. 

Bağırsaqda kəskin iltihabi proseslərdə və ya selikli qişada reparasiyanın ləngidiyi 

hallarda müalicəvi  imalələrdən (çobanyastığı,  evkalipt  və  s.)  istifadə edilir.  İmalə  100  ml 

həcmində, yatmazdan əvvəl, defekasiyadan sonra edilir, 36-37°C qızdırılmış məhlul rezin katetrlə 

15-20  sm  dərinliyə  yeridilir.  Eroziya, xoralar  zamanı  yaxşı  effektli  nəticəni  itburnu  yağı  və 

karotolin, vinilin məlhəmi, vitaminləşdirilmiş balıq yağı və s.-in tətbiqində əldə edilir. Poliglükinin 

5 gün müddətində, hər gün 50 ml imalə edilməsi də effektlidir. 

Uzun sürən formalarda fizioterapiyadan (ozokerit və ya parafin applika-siyası, 

ümumi isti vannalar, papaverin və ya novokainlə elektroforez və s.) istifadə edilir. Bunlar ağrıları 

azaldır, iltihabın tezliklə çəkilməsinə səbəb olur. 

Xroniki dizenteriyanın müalicəsi kompleks şəklində, mərhələlərlə aparılmalıdır. 

Bu  zaman  xəstəliyin  müddətinə  bu  və  ya  digər  üzv-sistemlərin  prosesə  cəlb  edilməsinə  diqqət 

yetirilməlidir. Kəskinləşmələr dövründə müalicə kəskin dizenteriyada olduğu kimi aparılır və bu 

zaman  yalnız  patogenetik  müalicəyə üstünlük  verilir.  Müalicəvi  qidalanma,  həzm  femıentləri, 

eubiotiklər,  fizioterapevtik  proseduralar  və  s  nəzərdə  tutulur.  Qida  rejiminə  ciddi  əməl 

edilməlidir. Spirtli  içkilər,  pivə  tam  qadağandır.  4  saylı  pəhriz  təyin  edilir.  Yanaşı 

gedən xəstəliklər, bu və ya digər qidanın orqanizmin qəbul edə bilməsi nəzərə alınmalıdır. Həzm 

sistemində  mövcud  olan  funksional  morfoloji  dəyişikliklər  diqqət  mərkəzinə  çəkilməlidir. 

Disbakterioza, disfermentoza, mədə turşuluğunun azalmasına diqqət yetirilməlidir. Antibakterial 

müalicə  kursu  ehtiyatla  tətbiq edilməlidir,  orqanizmin  spesifik  və  qeyri-spesifik  rezistenliyini 

yüksəldən və ya digər vasitələrlə birlikdə verilməlidir. Kəskin bağırsaq pozğunluğunun əlamətləri 

aradan qaldırıldıqdan sonra  yanaşı  gedən xəstəliklərin müalicəsinə başlanılmalıdır. İlk növbədə 

qurd invaziyasına, xolesistitə, mədə - 12 b.bağırsaq xorasına, xroniki qastrit və pankreatitə diqqət 

yetirilməlidir. 

Xroniki dizenteriyanın müalicəsində levomizol, prodigiozan, pirogenal və s. bu 

kimi  immunomodulyatorların  tətbiqi  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu halda  xəstənin  fərdi 

xüsusiyyətləri, imınun statusu nəzərə alınmalıdır. 

Adətən xroniki dizenteriya 1,5-2 il davam edir. Sonra sağalma baş verir və ya 

xroniki dizenteriyadan sonrakı kolit formalaşır. 

Xroniki dizenteriyanın müalicəsini sxematik olaraq aşağıdakı kimi göstərmək 

olar: 


A) Etiotrop müalicə - ftorxinolonlar: siprofioksasin 0,5 x 2, ofloksasiıı 

0,2 x 2. 

B)    İmmunoterapiya - timalin, timogen, levomizol, dibazol və s. 

C)    Əvəzləyici müalicə - panzinozm, festal, pankreatin, pepsin və s 

D)    Vitaminlər - yüksək dozada, kompleks şəkildə 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə