C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə42/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   38   39   40   41   42   43   44   45   ...   207

87 

 

Xolerogen-anatoksin hər il 1 dəfə yeridilir. Revaksinasiya epidemioloji göstəriş 



olarsa  vaksinasiyadan  3  ay  sonra  aparıla  bilər.  Xolerogen  0,5  ml  kürək sümüyünün  ucu 

nahiyyəsinə, ciddi olaraq dəri altına yeridilir. Revaksinasiya məqsədi ilə də 0,5 ml təyin edilir. 7-

10 yaş - 0,1-0,2 ml; 11-14 yaş - 0.2-0,4 ml; 15-17 yaş - 0,3-0,5 ml yeridilməlidir. Vaksinasiya və 

ya  revaksinasiyadan  sonrakı  immunitet  6  ay  davam  edir  və  xəstələnmə  hallarının  2-3  dəfə 

azalmasına səbəb olur. Peyvənd olunmuşlar xəstəliyin ağır gedişlərindən sığortalanır. Lakin tək-

tək hallarda ağır gedişli formalar peyvənd olunmuşlarda da qeyd edilə bilər. 

Salmonelloz  -  salmonella  cinsindən  olan  bakteriyaların  çox  sayda  scro-tipləri 

tərəfindən törədilən fekal-oral yayılma mexanizminə malik xəstəlikdir. Kliniki olaraq əlamətsiz 

keçən bakteriyagəzdirənlikdən tutmuş, çox ağır gedişli septiki formalara qədər təzahür edə bilər. 

Əksərən mədə-bağırsaq sisteminin zədələnməsi əlamətləri ilə keçir. 



T  ar  i  x  i  m  ə  I  u  m  at. Epidemioloji  və  klinik  cəhətdən  Salmonelloza  oxşar 

xəstəlik həkimlərə çoxdan məlum idi və onlar bunu adi zəhərlənmələr kimi qəbul edirdilər. 1885-

ci  ildə D.Y.Salomon və  C.Smit  donuzlarda ağır  xəstəlik  törədən bakteriyalar  aşkar edərək onu 

B.suipestifer  (donuz  taunu  çöpləri) adlandırılmışdır.  1888-ci  ildə  A.Qertner  xəstəlikdən  ölmuş 

adamın  daxili  üzvlərindən  və  onun  istifadə  etdiyi  ətdən  öz  xüsusiyyətləri  ilə  B.  suipestiferə 

oxşar bakteriya  aşkar  edərək  (B.enteritidis)  salmonellozun  bakterial  mənşəli  olduğunu 

əsaslandırmışdır. Sonralar morfoloji və biokimyəvi xüsusiyyətlərinə görə onlara oxşar çox sayda 

bakteriyalar aşkar edilmişdir. Belə ki, 1930-cu ildə 28, 1934 - 44, 1939 - 71, 1949 - 200, 1956 - 

417  salmonella  serovariantı  məlum  idi. 1934-ci  ildə  bütün  bu  bakteriyalar  bir  qrupda 

birləşdirilərək, salmonella adı verilmişdir. 



Etiologi  yası. Törədici Enterobakteriaceae ailəsinə, Salmonella cinsinə  aiddir. 

Ucları  girdə,  1,0-3,0  x  0,2-0,8  mkm  ölçüdə,  çöp  şəklində  bakteriya-lardır.  Tək-tək  variantları 

(S.pullurum, S.qallinorum) istisna olmaqla əksəriyyəti hərəkətlidir. 8-12 ədəd qamçı bunu təmin 

edir. Spor, kapsul əmələ gətirmir. Qram-mənfı, fakültativ anaerobdurlar. Ekzotoksin, o cümlədən 

entero-toksinlər (termoləbil və tcrmostabil) və sitotoksin ifraz edirlər. Enterotoksinlər bağırsaqdan 

maye  və  mineralların  ifrazını  sürətləndirir.  Sitotoksin  isə  bağırsağın  selikli  qişa  hüceyrələrində 

zülal sintezi proseslərini pozur, mcmbrana təsir göstərərək sitopatik proseslərin inkişafına səbəb 

olur.  Bakteriyalar  tələf  olduqda  endotoksin  xaric  olur  ki,  bu  da  intoksikasiya  sindromunun 

inkişafım şərtləndirir.  Salmonellaların  bəziləri  hətta  bağırsağın  epiteliositlərinə  invaziya etmək 

qabiliyyətinə belə malikdirlər (S.enteritidis). 

Antigen  quruluşu  mürəkkəbdir.  Bakteriyanın  somatik  substansiyaları  ilə 

əlaqədar  olan,  bakteriya  hüceyrəsi  divarında  yerləşən  termostabil  O-  və  qamçılarda  yerləşən 

termoləbil H-antigenlərinə malikdirlər. 

O-antigen 

fosfolipid-polisaxarid 

kompleksdən 

ibarətdir. 

Onun 


komponentlərindən biri Vi-antigen - virulentlik antigenidir. H-antigen 75-100°C qızdırdıqda, duz 

turşusunun və alkoholun təsirindən parçalanır. Ancaq formalinə qarşı davamlıdır. 

Antigen  quruluşunda  olan  fərqlərə  əsaslanaraq  salmonellaların  Beynəlxalq 

təsnifatı (Kaufman-Uayt sxemi) verilmişdir. Belə ki, O-aııtigeninə görə salmonellalar A, B, C, D 

və s. seroioji qruplara bölünür. Hazırda 60-dan artıq qrup məlumdur. Eləcə də hər qrup daxilində 

H-antigeııinə  görə  seroioji  variantlar  ayrılır.  Hazırda  2300-dən  artıq  seroioji  variant  məlumdur. 

downloaded from KitabYurdu.org



88 

 

Məlum  sal-monellaların  əksəriyyəti  insan,  heyvan  və  quşlar  üçün  patogendir.  İnsanda 700-dən 



artıq  scrovar  tapılmışdır.  Bununia  belə  salmonellaların  bir  neçə  sero-varianti  epidemioloji 

cəhətdən daha təhlükəli hesab edilir ki, bu da insanlar arasında qeyd edilən salmonellaların 85-

91%-ni əhatə edir. Bunlardan:S.lyphi 

rmtrium,  S.entenlidis,  S.panama,  S.newport,  S.agona,  S.derby,  S.London,  S.anatum, 

S.heidelberg və s. Ayn-ayrı serovariantlarm törətdikləri xəstəliklər klinikasına görə demək olar ki, 

bir-birilərndən fərqlənmirlər. 

Salmonellalar  xarici  mühit  faktorlarına  davamlıdırlar.  İnkişafı  üçün  əlverişli 

temperatur 37°C hesab edilsə də, onlar +6-40°C arasında olan temperaturda inkişaf edə bilir, 42-

82°C-də  dondurulmağa  və  qurudulmağa  qarşı  dözümlüdürlər.  Otaq  temperaturunda  ayrı-ayrı 

əşyalarda 45-90 gün, heyvan ifrazatlarında 3-4 il, torpaqda 18 ay, pH aşağı olan suda 40-60 gündən 

5 ayadək, ət-kolbasa məhsullarında 2-4 ay, dondurulmuş ətdə 6 ay, süddə 20 gün, kərə yağında 4 

ay, pendirdə 1 ilədək, yumurta tozunda 3-9 ay qala bilirlər. Hazır ət, süd məhsullarında onlar nəinki 

qalır,  hətta  ərzağın  orqanoleptik  xüsusiyyətlərini  dəyişdirmədən  artıb-çoxalırlar.  Salmonellalar 

duzlamaya, hisə verməyə, turşuların təsirinə də davamlıdır. Onların tələf edilməsi üçün ərzağın 

keyfiyyətli  termiki  işlənməsi  vacibdir.  Belə  ki,  400  q  ət  parçasında  olan 

salmonellaları zərərsizləşdirmək üçün onu 2,5 saat qaynatmaq lazım gəlir. 



Epide  m  iologiyas  ı. Salmonelloz  xəstəliyi  hazırda  dünyanın  bütün 

materiklərində rast gəlinən, çox yayılmış zoonoz infeksiyalardan biridir. Hər yerdə xəstəliyin rast 

gəlmə  tezliyi  artmaqdadır.  Bu  xüsusən  mərkəzləşdirilmiş  ərzaq  təchizatı  olan  iri  yaşayış 

məskənlərində - şəhərlərdə daha çox qeyd edilir. 



İnfeksiya  mənbəyi əsasən  ev  heyvanları  və  quşlardır.  Bunula  belə  insanlar  da 

(xəstələr  və  gəzdirənlər)  infeksiya  mənbəyi  kimi  müəyyən  rol  oynayırlar. Salmonelloz 

heyvanlarda özünü kəskin formada və bakteriyagəzdirənlik şəklində göstərə bilər. Kəskin formada 

bakteriyalar  hemotogen  yolla  heyvanların əzələlərinə,  daxili  orqanlarına  yayılır.  Heç  bir  əlamət 

büruzə  vermədiyinə  görə bakteriyagəzdirən  heyvanlar  epidemioloji  cəhətdən  daha  təhlükəlidir. 

Onlar  ifrazatları,  ağız  suyu,  burun  seliyi,  südləri  ilə  bakteriyaları  xaric  edirlər. 

Bakteriyagəzdirənlik həftələrlə, aylarla davam  edə bilər. Belə heyvanları  kəsdikdə ehtiyatsızlıq 

ucbatından ətin bağırsaq möhtəviyyatı ilə çirklənməsi ehtimalı nəzərə alınmalıdır. 

İri  buynuzlu  mal-qaranın  və  onların  ətinin  bakterioloji  müayinəsində 

salmonellalar 1-5%, donuzda 3-20%, qoyunda 2-5%, quşlarda (toyuq, ördək, qaz) 50%-dən artıq 

hallarda aşkar edilir. Salmonella gəzdirənlik it, pişiklərdə (10%-dək), gəmiricilərdə də (40%-dək) 

rast gəlinir. Salmonelloz infeksiyası vəhşi heyvanların - tülkü, canavar, ayı, meymun, marallar və 

s.;  quşların  -  göyərçin,  sərçə,  sığırçın,  qağayı  və  s.  arasında  da  geniş  yayılmışdır. 

Kərtənkələ, tısbağa, ilan, qurbağa, su iti, balıqlar və digər su heyvanlarında da aşkar edilir. 

Göstərmək lazımdır ki, salmonellalar quşların nəinki ətinə və daxili or-qanlarına 

yayılır, hətta onların yumurtalarını da yoluxdurur. Infeksiyalaşmış  yumurta öz xarici görünüşü, 

iyi, dadı və digər xüsusiyyətləri ilə normal yumurtadan fərqlənmir. Ona görə də çiy yumurta və 

ondan hazırlanan məhsulların istifadəsi təhlükəlidir. Göstərdiyimiz kimi insanlar da (xəstələr və 

bakteriya-gəzdirənlər) infeksiya mənbəyi kimi müəyyən rol oynayırlar və 1 yaşadək uşaqlar üçün 

daha təhlükəli hesab edilirlər. Belə ki, uşaqlar bağırsaq infeksiyalarma qarşı daha həssas olurlar. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə