C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə39/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   35   36   37   38   39   40   41   42   ...   207

81 

 

yerdə  gedə  bilər.  Vəba toksinemiya  ilə  keçən  bakterial  infeksiyalarla  birlikdə  daha  ağır  gedişə 



malik olur.  Qanın  qatılaşması,  sidik  ifrazının  azalması  bədəndə  bakterial  toksinlərin qatılığının 

çoxalmasına, klinik əlamətlərinin daha ağır keçməsinə səbəb olur. 

Vəbanın şigellozla bir  yerdə  gedişi  zamanı  enterokolit  və  intoksikasiya 

əlamətləri  ön  plana  çıxır  -  qarında  tutmaşəkilli  ağrılar,  temperaturun  yüksəlməsi,  tcnezmlər, 

nəcisdə  selik  və  qanın  olması («pash  nəcis»)>gərginləşmiş, bərkləşmiş  S-vari  bağırsağın 

əllənməsi  qeyd  olunur.  RRS-də  dizenteriyaya  xas olan  kataral-hemorragik  dəyişikliklər  aşkar 

edilir. Lakin bir neçə saata nəcisin həcmi - miqdarı artır və ət suyunu xatırladır. Ayrı-ayrılıqda hər 

iki xəstəlikdə proqnoz bir elə təhlükə təşkil etməsə də, yanaşı gedən şigellozlar vəbanın gedişini 

ağırlaşdırır, proqnoz ciddiləşir. 

Amöbiazla birlikdə  gedişlərdə  nəcisdə  amöblər  aşkar  edilir.  Xəstəliyin 

klinikasında diqqəti amöb əleyhinə müalicə aparılmadıqda uzun müddət, 2-3 həftə davam edən 

diareya cəlb edir. Vəbanın gedişi bağırsaq amöbiazının resi-divlərlə gedən formasında daha ağır 

olur. Belə xəstələrdə qarında köplük, sağ qalça çuxurunda ağrı, palpasiyada kor bağırsaqda ağrı, 

nəcisdə qan və şüşə-yəbənzər selik və digər amöb koliti əlamətləri müşahidə edilir. 

Vəbanın ağır gedişi tif-paratif xəstəlikləri zamanı da qeyd edilir. Belə xəstələrdə 

intensiv diareya olur. Xəstəliyin 10-19-cu günləri həyat üçün təhlükəli ağırlaşmalar - qanaxma və 

perforasiyalar baş verə bilər. 

Vəba vibrion  gəzdirənlərinin onun  epidemiyaları  ilə  mübarizədə  xüsusi  rolu 

vardır. Klinik olaraq vibriongəzdiriciliyi aşağıdakı qruplara bölmək olar: 

-    klinik manifest formalı xəstəlik keçirən rekonvalessentlərdə vibrion-gəzdirənlik. 

-    silinmiş formalı xəstəlikdən sonrakı rekonvalessent vibriongəzdirənlik. 

-    inkubasion vibriongəzdirənlik - xəstəlik önü bir neçə gün vibriongəzdirənlik. 

- subklinik və ya əlamətsiz vibriongəzdirənlik. 



Ağırlaşmalar. Vəba zamanı müşahidə edilən ağırlaşmalar dehid-ratasion şokun 

inkişafı  və  ikincili  mikrofloranın  qoşulması  ilə  əlaqədar  olur.  Zəifləmiş  xəstələrdə  abseslər, 

müxtəlif lokalizasiyalı fleqmonalar, sepsis müşahidə edilə bilər. 

Proqnoz u. Vaxtında, düzgün aparılan müalicə zamanı proqnoz xoş-dur. Letallıq 

demək olar ki, qeyd edilmir. Ildınmsürətli, quru vəbada və gecikmiş müalicə aparılarsa proqnoz 

ciddi  hesab  edilir.  Təcili  yardımın  təşkil edilməsi  mümkün  olmadıqda  poliion  məhlulların 

çatmamazlığı şəraitində letallıq 60%-ə çata bilər. 



Diaqnoz  u. Epidemiyalar  zamanı  vəbanın  diaqnozu  bir  elə  çətinlik  törətmir. 

Xarakterik  klinik  əlamətlərin  olması  kifayət  edir.  Xəstəlik  yayılmayan,  müşahidə  edilməyən 

yerlərdə  ilk  dəfə  təsadüf  olunan  hallarda  diaqnoz mütləq  bakterioloji  olaraq  təsdiq  edilməlidir. 

Bakterioloji müayinə məqsədi ilə patoloji material kimi xəstənin nəcisindən, qusuntu kütləsindən, 

vibrioııgəzdi-rənliyə  şübhə  olduqda  12b.bağırsaq  möhtəviyyatından  götürülür.  Lazım gəldikdə 

şübhəli  su  mənbəyindən,  kanalizasiya  suyundan,  qida  maddələrindən, xəstələrin  ətrafındakı 

əşyalardan və s. götürmək olar. Material fərdi olaraq de-zinfeksiyaedici məhlullardan təmizlənmiş 

qablara, xüsusi təlimat əsasında götürülür. Pataloji material antibakterial müalicə tətbiq edilənə 

qədər  və  ya onların  qəbulu  dayandırıldıqdan  24-36  saat  sonra  götürülməlidir,  ifrazat  10-20 ml 

həcmində dezinfeksiya edilmiş metallik qaşıqla götürülərək steril qaba qoyulur və tıxacla möhkəm 

downloaded from KitabYurdu.org



82 

 

bağlanıb  3  saat  müddətində  laboratoriyaya  çatdırılmalıdır.  Materialı  bu  müddətdə  çatdırmaq 



mümkün olmadıqda konservant mühitlərdən (qələvili peptonlu su, Monsuı* 1 mühiti və s.) istifadə 

edilir. 10 ml konservanta 1-3 ml ifrazat qoyulur. Materialı rezin kateter, şüşə borucuq, alüminium 

ilgək və pambıq tamponla götürmək olar. Xəstəlikdən sağalmışlar, rekonvalessentlər və xəstələrlə 

təmasda  olmuş  sağlam  şəxslərə  əvvəlcədən  20-30 q  maqnezium-sulfat,  işlədici  verilməlidir. 

Material xüsusi metallik qabda, ayrıca nəqliyyat  vasitəsi  və bir nəfərin müşayiəti  ilə  göndərilir. 

Hər bir götürülmüş materialın üzərində xəstənin adı, soyadı, nümunənin adı, götürülmə vaxtı, yeri, 

ilkin diaqnoz və nümunə götürənin soyadı qeyd edilir. Patoloji material 1%-li qələvili peptonlu 

suya,  tauroxolattellurit  peptonlu suyuna,  Monsur  mühitinə;  bərk  mühitlərdən  Dedon,  Xottinger 

aqarı kimi mühitlərə əkilir. Bakterioloji müayinənin cavabı 12-36 saata hazır olur. Müsbət cavab 

18-24 saata, mənfi nəticə isə 36 saata müəyyən edilir. Vib-rionlann biovarı C (IV-Mukerci) və El-

Tor  II  faq  tipləri  ilə  lizisə  uğraması  ilə təyin  edilir.  Toyuq  eritrositləri  ilə  hemaqlutinasiya 

reaksiyası  və polimiksin  B ilə sınağın  nəticələri  də  nəzərə  alınmalıdır El-Tor vibrionu  IV qrup 

balc-teriofaqa və polimiksinə qarşı davamlıdır, toyuq eritrositlərini aqlutinasiya edir. 

Diaqnoz qoymaq məqsədi ilə ilkin etaplarda bakterioskopik üsul da tətbiq edilə 

bilər.  Mikroskopiyada  vibrionlar  balıq  sürüsünü  xatırladır.  Bu  üsul  yalnız  istiqamətverici 

əhəmiyyətə malikdir. 

Vəbanın diaqnozunda sürətləndirilmiş bakterioloji üsul da tətbiq edilə bilər, vəba 

əleyhinə O-zərdabla vibrionların mikroaqlulmasiya və immobilizasi-ya üsulu. Bu zaman kontrast 

faza 

mikroskopiyasından 



istifadə 

edərək 


bir 

neçə dəqiqəyə 

diaqnoz 

qoyulur. Makroaqlutinasiya üsulu  spesifik  vəba  əleyhinə  O-zərdabının  peptonlu  suda  nativ 

material təsiri ilə 3-4 saata nəticə verir. 

İmmunojlürossensiya  üsulu -  flürossensiya  edən  spesifik  antigen-antitel 

kompleksinin əmələ gəlməsinə əsaslanır. 1,5-2 saata cavab vermək olur. 

DoHAR,  NR,  IFM  kimi  antitoksik  və  vibrion  əleyhinə  antitellərin  aşkar 

edilməsinə yönəlmiş seroloji müayinə üsullarının da müəyyən diaqnostik əhəmiyyəti vardır. 



Differcnsial diaqnozu. Vəbanı bir sıra xəstəliklərdən fərqləndirmək lazım gəlir. 

Belə  ki,  salmonellozun  qastrointestinal,  baktcrial  dizente-riyanın  qastroenterokolitik, 

qastroenteritik  formasından,  enteropatogen  mənşəli  qida  toksikoinfeksiyalarından,  rotavirus 

qastroenteritlərindən; 

ağır metal  duzları,  zəhərli  göbələklərlə,  kimyəvi  maddələrlə 

zəhərlənmələrdən differensiasiya edilməlidir. 

Vəba qastrit və enterit əlamətləri olmadan keçir, onu yalnız şərti olaraq infcksion 

qastroenteritlərə  aid  etmək  olar.  Temperaturun  yüksəlməməsi,  qarında  ağrıların  olmaması  əsas 

fərqləndirici  olamətlərdəndir.  İshal  və  qusmanın baş  verməsindəki  ardıcıllığa  xüsusi  diqqət 

yetirilməlidir. Bütün kəskin bakte-rial qastroenteritlərdə və toksiki qastritlərdə əvvəl qusma, bir 

neçə  saatdan sonra  ishal  meydana  çıxır.  Vəbada  isə  əksinə,  digər  qastrit  və  enterit 

əlamətləri olmadan əvvəl ishal, sonra isə qusma meydana çıxır. Vəbada qısa müddətdə çoxlu maye 

itirilməsi baş verir. Ağır hallarda itirilən mayenin miqdarı hətta xəstənin çəkisindən belə artıq olur. 

Differensiasiya  ediləcək  xəstəliklər  üçün  xarakterik  olan  bu  və  ya  digər 

əlamətlər isə vəbada qeyd edilmir. Salmonellozda yüksək temperatur, mədə bulanması, qarında 

ağrılar,  nəcisin  xarakteri;  dizenteriyada  tenezmlər,  qanlı-selikli  ishal,  rektoskopik  dəyişikliklər; 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə