C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə35/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   31   32   33   34   35   36   37   38   ...   207

73 

 

E)    Yanaşı gedən xəstəliklərin müalicəsi. 



Ə) Bağırsaq  biosnozunun  bərpası -  biosporin,  baktisropin,  lineks,  bifi-

dumbakterin forte, vitaflor, laktobakterin və s. Göstərilən preparatlar etiotrop müalicədən sonra, 

patogenetik müalicə ilə eyni vaxtda standart dozalarda verilir. 

Proqnoz u. Xoşdur. Yalnız qocalarda və 2 yaşadək uşaqlarda ciddi ola bilər. 

Profilaktikası. Kəskin dizenteriyalı xəstələri kliniki sağalmadan üç gün sonra evə 

yazmaq olar. Bu zaman RRS-də kəskin dəyişikliklər qeyd edilməməlidir. Etiotrop müalicədən 2 

gün  sonra  götürülən  1  dəfəlik  bakterio-loji  müayinə  mənfi  olmalıdır.  Qida  ilə  əlaqədar  işdə 

işləyənlər və ya cpide-mioloji cəhətdən ona bərabər tutulan işçilər bakterioloji təstiq olunmamış 

kəskin  dizentcriya  keçirdikdən  sonra,  yuxarıda  göstərilən  qaydalara  əməl  edilməklə  bir  dəfəlik 

bakterioloji  müayinənin  nəticələri  mənfi  olduqda,  evə  yazılır.  Əgər  bu  şəxslərdə  bakteriyalar 

tapılmış  olarsa,  onda  göstərilən  şərtlər  daxilində  1-2  gün  fasilə  ilə  iki  dəfə  mənfi  bakterioloji 

müayinədən sonra evə yazılır. 

Evə  yazıldıqdan sonra dispanser müşahidəsi  aparılır. Xroniki dizentcri-yalı və 

bakterioloji  təstiq  olunmuş  xəstələr  3  ay  müddətində,  hər  ay  bakterioloji  müayinə  aparılmaqla 

dispanser müşahidəsində qalmalıdır. 

Qida ilə əlaqədar və ona bərabər tutulan işlərdə işləyənlər kəskin dizente-ıiyadan 

3  ay,  xroniki  dizenteriyadan  sonra  isə  6  ay  dispanser  müşahidəsində  qalır,  hər  ay  bakterioloji 

müayinədən keçirilir. 

Xəstəlikdən  sağalanlarda  3  aydan  artıq  bakteriya  aşkar  edilərsə  kon-siliumun 

(infeksionist, terapcvt, cpidemioloq) qərarı ilə işə buraxılmır və başqa - ərzaqla əlaqədar olmayan, 

epidemioloji cəhətdən daha az təhlükəli işə keçirirlər. 

Xəstə  şəxslərlə  kontaktda  olmuşlar  7  gün  ərzində  tibbi  müşahidə  altında 

olmalıdırlar. Xəstə şəxs kollektivdə aşkar edilərsə onunla təmasda olmuşların hamısı bakterioloji 

müayinədən keçməlidirlər. Kimyəvi profilaktika aparılmır. 

Dizenteriyanın  profilaktikası  məqsədilə  kompleks,  ümumi  sanitar  tədbirləri 

həyata  keçirilməlidir.  Vətəndaşların  yaşayış  şəraiti  yaxşılaşdırılmalı,  ətraf  mühitin  sanitar-

gigiyenik  təmizliyinə  riayət  edilməli,  su  təhcizatı,  epidemioloji  cəhətdən  təhlükəsiz  ərzaq 

məhsulları təminatı, əhalinin sanitar mədəniyyətinin yüksəldilməsinə və s. yönəldilmiş tədbirlər 

həyata keçirilməlidir. Xəstələrin vaxtında aşkar edilib, düzgün müalicəsi vacib şərtdir. 

Ərzaq məhsullarının saxlanması, daşınması, işlədilməsi, istehsalı ciddi nəzarətdə 

olmalıdır. Həmçinin bu sahədə işləyənlərin vaxtaşırı bakterioloji müayinəsi aparılmalıdır. Bu cür 

sahələrə işə götürülənlər mütləq bakterioloji müayinədən keçməlidirlər. 

Spesifik profilaktika işlənilib hazırlanmamışdır. • 

Vəba - kəskin infeksion xəstəlik olub, sürətlə inkişaf etməsi, diareya və qusma 

nəticəsində orqanizmin qısa müddət ərzində susuzlaşması, elektrolit-lərin itirilməsi, ağır hallarda 

dehidratasion şokun inkişafı ilə xarakterizə edilir. Sürətlə yayılaraq epidemiyalar və pandemiyalar 

verdiyinə görə «karantin» -xüsusi təhlükəli infeksiyalar qurupuna aid edilir. 

T ar i x i m əlu m a t. «Cholera» sözü vaxtı ilə Hipokrat tərəfindən işlədilmiş və 

ödün axması deməkdir. Belə ki, o, xəstəliyin səbəbini öd axınının güclənməsi ilə əlaqələndirirdi. 

Qədim dövrlərdən məlum olsa da, 1817-ci ilədək o, öz endemik ocağında - Cənub-Şərqi Asiya 

downloaded from KitabYurdu.org




74 

 

ölkələrində,  əsasən  Hindistanda Qanq  və  Brahmaputra  çayları  vadisində  təsadüf  olunurdu. 



Hindistan  vəbanın klassik  ocağı  -  «vətəni»  hesab  edilir.  1817-ci  ildən  1926-cı  ilədək  vəbanın 

öz klassik ocağından kənara yayılmaları, altı pandcmiyası baş vermişdir. Bu pandemiyalar əksər 

materikləri  əhatə  edərək  milyonlarla  insanların  tələf  olmasına səbəb  olmuşdur.  1961-ci  ildə 

İndoneziyanın Sulavesi adasından başlamış VII pandemiya vəbanın yeni biovarı, El-Tor vibrionu 

tərəfindən  törədilməsi, nisbətən  yüngül  gedişi,  vibrion  gəzdirənliyinin  çox  təsadüf  edilməsi  və 

xəstəliyin  bütün  materiklərə  yayılması  ilə  fərqlənirdi.  Hazırda  vəba  dünyanın  40-dan  artıq 

ölkəsində  təsadüf  edilir.  ÜST  məlumatına  görə  1999-2000-ci  illərdə bütün  dünyada  500  minə 

qədər vəba hadisəsi qeydə alınmışdır ki, onlardan da 20 mini tələf olmuşdur. Vəbanın törədicisini 

-  klassik  vəba  vibrionunu  ilk  dəfə 1883-ci  ildə  R.Kox  tapmış  və  onun  su  ilə  yayılmasını 

əsaslandırmışdır.  1906-cı iidə  F.Qotşlixt  Sinay  yarımadasında,  El-Tor  karanlin  məntəqəsində 

ziyarətə gedən insanlar arasında digər bir biovar El-Tor vibrionunu aşkar etmişdir. El-Tor vibrionu 

ilk dövrlər patogen hesab edilmirdi. 1939-cu ildə İndoneziyada onun verdiyi epidemiyadan sonra 

patogen olduğu bəlli oldu və 1962-ci ildə ÜST tərəfindən vəbanın törədicisi kimi qəbul edildi. 

Etiologiy a sı. Vəba vibrionu qram-mənfi, spor, kapsul əmələ gətirməyən, 1,5-3 

x  0,2-0,6  mkm  ölçüdə,  əyilmiş  çöp  şəklində  fəal  hərəkətli bakteriyalardır.  Bir  ucunda  yerləşən 

qamçısı vardır ki, bu da onu vergülə bənzədir və həmin qamçının köməyilə fəal hərəkət edirlər. 

Aerobdur, anilin boyaları ilə yaxşı rənglənirlər. 10-40° C temperaturda (optimal +37°C), qələvi 

mühitdə (pH 7,6-9,2) artıb çoxalırlar. Hazırda vəba vibrionunun 2 biovarı məlumdur: həqiqi və ya 

klassik vəba vibrionu - vibrio cholera classika (comma)\ El- 

Tor vibrionu - vibrio cholera El-tor. Öz morfoloji xüsusiyyətlərinə görə bir-birinə çox oxşardırlar. 

El-tor  vibrionu  klassik  variantdan  fərqli  olaraq  qoyun  eritrositlərini  hcmoliz  edir,  xarici  mühit 

faktorlarına daha davamlıdır. 

Vəba  vibrionlan  termostabil  somatik  O-antigenə  və  Lermoləbil  H-antige-nə 

(qamçı) malikdirlər. H-antigen vibrionların bütün variantları üçün eynidir. O-antigen isə spesifik 

olub quruiuşundakı müxtəlifliyə görə 60 seroqrupu ayırd edilir. Vəba törədiciləri Ol seroqrupuna 

aiddir. Digər seroqrupların nümayəndələri isə vəbaya oxşar qastıoenterit tipində xəstəliklər törədə 

bilir, lakin onlar vəbanın Ol-zərdabı ilə aqlutinasiya reaksiyasına girmirlər. Bunlar NAQ vibrion 

adlanır, monoloji xüsusiyyətinə görə vəba vibrıonlarından fərqlənmirlər. 

Ol  yarımqrupu daxilində O-antigenin  A-, B-, C-  tipləri ayırd edilir. Bu tiplərin 

kombinasiyasına görə üç serovarı vardır. Oqava (AB), İnaba(AC), 

 

 



Hikoşima (ABC). Vibrionların faqlara münasibətinə görə 5 faqotipi məlumdur. 

Vəba vibrionları bir sıra toksiki substansiyalara malikdir: 

-    immunogen xüsusiyyətə malik endotoksin  - termostabil hüceyrə membranı 

ilə əlaqədar olan lipoproteid kompleksindən ibarətdir. Vibrion tələf olduqda xaric olur. 

-     ekzotoksin  (enterotoksin  və  ya  xolerogen)  -  termolobildir,  iki 

peptid fraqmentdən ibarətdir. Vəbanın  əsas  əlamətlərinin,  dehidratasiya və demineıa-lizasiyanm 

inkişafını şərtləndirir. 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə