C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə31/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   27   28   29   30   31   32   33   34   ...   207

64 

 

Diaqnoz u. Dizenteriyanın diaqnozu kliniki əlamətlərə və anamnestik 



məlumatlara əsaslanır. Ümumi intoksikasiya əlamətləri ilə xəstəliyin kəskin başlaması, distal kolit 

əlamətləri - qarında tutma şəklində ağrılar, defelcasiya-nın tezləşməsi, kalın xarakterinin itməsi, 

selikli,  qanlı  olması,  rektal  tüpürcək, yalançı  çağırışlar,  tenezmlər,  defekasiya  aktuıın  başa 

çatmaması  hissi  dizen-teriyanm  əsas  əlamətlərindəndir. Nəcisin  makroskopik  müayinəsinin də 

diaqnostik əhəmiyyətləri vardır. Belə ki, nəcisdə selik, qanın aşkar edilməsi buna əsas verir. 

Xəstəliyin inkişaf dövrü nəzərə alınmaqla epidemioloji anamnezin öyrənilməsi 

də rol oynayır. Xəstənin epidemioloji ocaqdan olması diaqnozu asanlaşdırır. Sporadik hallarda isə 

keyfiyyətsiz qida qəbulu, içməli su mənbəyi, şəxsi gigiyena qaydalarına əməl edilməsi, mənzil-

məişət  şəraiti  nəzərə  alınmalıdır.  Anamnezdə  xəstənin  keçirmiş  olduğu  şigellyoz  etiologiyalı 

bağırsaq xəstəlikləri aydınlaşdırılmalıdır. 

Labarator 

diaqnostikasında bakterioloji 



və 

seroloji 

müayinələr çox 

əhəmiyyətlidir.  Bakterioloji  müayinə  3  dəfə  təkrarlanmalıdır. 40-60%  hallarda  bakterioloji 



müayinənin nəticələri müsbət olur. Bu məqsədlə patoloji material -nəcis xəstəliyin ilk günündən, 

müalicəyə başlamamışdan götürülüb əkilir. 

Tczləşdirilmiş  müayinə  üsulu  kimi  törədicinin antigenlərini  və  onların 

toksinlərini biostandartlarda - tüpürcək, sidik, koprofiltratda, qanda aşkar ct-məyə imkan verən 

üsullardan istifadə edilə bilər. Yüksək həssaslığa, spesifikliyə malik İFM, LAR, KAR, İFR, PZR 

kimi üsullar tətbiq edilir. 

Şigellalara qarşı antitelləri aşkar etmək üçün DoHAR və QFHAR istifadə olunur. 

Bu reaksiyalar xəstəliyin 5-6-cı  günündən tez olmayaraq qoyulur və titr 1/400 olduqda müsbət 

hesablanır.  Minimal  diaqnostik  titr  1/200.  Bu  halda təkrari  -  1  həftədən  sonra,  yaxşı  olar  ki, 

xəstəliyin 4-5-ci həftəsində qan götürülərək müayinə edilir. Əgər titr 4 qat artarsa bu diaqnozu 

təsdiqləyir. 

Əgər xəstəlik kolitik və ya qastroenterokolitik formalarda keçirsə onda diaqnostik 

üsul  kimi  RRS-dən də  istifadə  edilir.  Kəskin  dizenteriya  zamanı  adətən  yoğun  bağırsağın  distal 

şöbəsində  kataral-hemorragik,  eroziv-xoralı,  fibri-noz  dəyişikliklər  qeyd  edilir.  Xroniki 

dizenteriyada selikli qişada atrofik dəyişikliklər aşkar edilir. 

Nəcisin koproloji tədqiqi də diaqnostik əhəmiyyət kəsb edir. İfrazatda seliyin və 

leykositlərin (15-dən çox) çoxlu miqdarda aşkar edilməsi selikli qişada iltihabın olmasını, hətta bir 

neçə  ədəd  eritrositlərin  tapılması  isə  selikli qişa  tamlığının  pozulması  və  qansızmalar  olmasını 

göstərir. 



Allerqoloji 

üsul - 

(Suverkalov 

dəri-allergik 

sınağı) 


dizenteriyanın 

diaqnostikasında köməkçi rol oynayır. 



Diffevensial  diaqnozu.  Dizenteriyanın  müasir  dövrdə  kifayət  qədər  mürəkkəb 

differensial diaqnostikası vardır. Bu bir tərəfdən dizente-riyalı xəstələri arasında qasteonterokolitik 

və qastroenteritik variantların tez-tez təsadüf edilməsi, digər tərəfdən klinik gedişi dizenteriyanı 

xatırladan digər mənşəli xəstəliklərin dizenteriya diaqnozu adı altında xəstəxanaya daxil olması ilə 

bağlıdır. Bakteriyaların, ibtidailərin törətdiyi xəstəliklər, qurd invaziyalan, bir sıra terapevtik və 

cərrahi xəstəliklər də bağırsaqlarda funksional pozğunluqlar verdiklərinə görə onları dizenteriya 

ilə  differensasiya  etmək  lazım  gəlir, ilk  növbədə  aşağıdakı  xəstəliklər  nəzərdə 

downloaded from KitabYurdu.org




65 

 

tutulur: Salmonelloz,  qida  toksikoin-felcsiyası,  votavirus  qastroenteriti,  amöbiaz,  balantidiaz, 



trixiosefalioz,  enterebi-oz,  düz  bağırsağın  şişi,  appendisit,  bağırsaq  keçməməzliyi,  hemorroy, 

qeyri-spesifik  xoralı  kolit,  divertikul,  işemik  kolit,  Kron  xəstəliyi,  polipoz, ağır  terapevtik 

xəstəliklərdə olan II-li kolitlər, radiasion zədələnmə, kimyəvi və bioloji maddələrlə zəhərlənmə. 

Aşağıda  göstərilən  cədvəllərdə  dizenteriyanın  bəzi  xəstəliklərlə  differensial 

diaqnozu verilmişdir. Cədvəl 2, 3, 4. 



M  iialicəs  i. Dizenteriyanın  müalicəsinə  kompleks  yanaşılaraq,  hər  xəstə  üçün 

fərdi aparılmalıdır. Nozoloji və klinik variantlar, ağırlığı, dövrləri, ağırlaşmalar və yanaşı gedən 

xəstəliklər, törədicinin bu və ya digər preparatlara həssaslığı nəzərə alınmalıdır. 

Yataq  rejiminə ağır  gedişlərdə,  xəstəliyin  qızğın  dövründə  riayət  edilməlidir. 

Yüngül  formalarda  və  rekonvalalessentlərə  adi  palata  rejimi  və  müalicə  bədən  tərbiyəsi,  əmək 

müalicəsi (qida müəssələri işçiləri istisna olunur) məsləhət görülür. Əsas müalicə tədbirlərindən 

biri pəhrizdir. Kəskin dövrdə 4 saylı pəhriz, vəziyyəti yaxşılaşdıqca - iştaha, bağırsaq poğunluğu 

düzəldikcə - 2, evə yazıldıqda isə adi pəhrizə - 15 saylı pəhrizə keçilir. 

Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə əhalinin mənzil-məişət şəraitinin 

yaxşılaşması,  kifayət  qədər  effektli  dərmanların  olması  müalicəni evdə  aparmağa  imkan  verir. 

Ağır  formalarda  və  epidemioloji  göstəriş  olarsa  (epidemioloji  təhlükəli  xəstələr)  müalicə 

stasionarda  aparılımalıdır. Yaşlı adamlar və 2  yaşadək uşaqlar da xəstəxana şəraitində müalicə 

edilməlidirlər. Evdə müalicə olunan xəstələr haqqında epidemioloqa məlumat verilməlidir. 

Xəstələrin  qidasından  mexaniki,  kimyəvi  qıcıqlandırıcılar  kənar  edilməlidir. 

Kəskin  dövrdə  müxtəlif  şorbalar,  kəskin  olmayan  ət  və  ya  toyuq  bulyonu,  çəkilmiş  ətdən 

hazırlanmış qidalar, yağsız, suda bişmiş balıq, sıyıqlar, təzə kəsmik, bir qədər kərə yağı, ağ çörək

suxari və s. məsləhət görülür. Qida tez-tez, 3-4 saatdan bir, az miqdarda qəbul etməlidir. 

Pəhrizin davam etmə müddəti xəstəliyin gedişindən, ağırlığından, formalarından 

asılı olaraq müəyyən edilir. Xəstə adi qida rejiminə 3-4 həftə müddətində tədricən keçməlidir. Bu 

dövrdə  müxtəlif  kəskin  ədviyyatlar,  şirniyyat,  qurudulmuş,  hisə  verilmiş,  konservləşdirilmiş 

qidalar,  pivə,  spirtli  içkilər  olmaz.  Kəskin  dövrdə  çiy  süd  verilməməlidir.  Süd  məhsulları  isə 

xəstənin  fərdi  xüsusiyyətindən  asılı  olaraq,  əgər  xəstədə  bu  məhsulların  qəbulu 

xəstələnməmişdən əvvəl  ki,  dövrlərdə  bağırsaq  pozğunluğu  törətməmişsə  onda  məsləhət 

görülür. Rekonvalessentlərə süd içmək məsləhət görülmür. Çünki bəzən xəstəlikdən sonra laktoza 

fermenti çatmamazlığı uzun müddət saxlanılır. 

Dizenteriya  zamanı etiotrop  müalicənin  prinsipləri müasir  dövrdə  müəyyən 

dəyişikliyə  məruz  qalmışdır.  Belə  ki,  antibiotiklərin  tətbiqi  xeyli  məhdudlaşdırılmışdır 

(disbakterioz verməsi, orqanizmə əlavə allergik təsiri, selikli qişada bərpa prosesinin ləngiməsi və 

s.). Antibakterial  müalicə seçərkən xəstəliyin  ağırlığı,  forma və variantları,  xəstəliyin  dövrü və 

makroorqanizmin vəziyyəti nəzərə alınmalıdır. 

Orta ağır gcdişli xəstələrə furazolidon (0,1 x 4) və ya neviqrammon (0,5-1,0 x 4) 

təyin edilməsi ilə müalicəni başlamaq daha məqsədəüyğun hesab edilir. İntoksikasiya əlaməti itənə 

və defekasiya normalaşanadək verilməlidir. Sulfanilamid preparatlarından sulfadimetoksin (I gün 

1,0 x 2, sonrakı günlər 0,5 x 2) və ftalozal verilə vilər. 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə