C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə33/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   29   30   31   32   33   34   35   36   ...   207

69 

 

başlanması 



Qızdırma 

Xəstəliyin başlanğıcında 2-3 gün, 

düzgün olmayan tipdə 

Normal 


Qarında ağrı 

Tutma şəklində, sol qalça 

çuxurunda lokallaşan ağrılar 

Çox vaxt sağ tərəfdə, bəzən sağ və sol 

qalça çuxurlarında olan, defekasiya vaxtı 

güclənən tutma şəklində ağrılar 

Nəcisin 

xarakteri 

Az kütləli, selikli, bəzən qanlı, 

bəzən nəcis öz xarakterini 

itirir, selikli-irinli-qanlı 

kütlədən ibarət olur. Rektal 

tüpürcək 

Qanlı-selikli. Qan, selik nəcis kütləsi ilə 

qarışmış olur. Selik şəffaf, şüşəyəbənzər 

olur. Nəcis "moruq jelesini" xatırladır 

Nəcisin mik-

roskopik 

müayinəsi 

Görmə sahəsinə səpələnmiş çoxlu 

eritrositlər, leykositlər, eritrositlər 

bir-birinə bitişmiş şəkildə sütünları 

xatırladır 

Görmə sahəsində çoxlu eritrositlər olur. 

Leykositlər və makrofaqlar nisbətən az 

olur. Eozinofillər, Şar-ko-Leyden 

kristalları, plazmatik hüceyrələr 

müşahidə edilir 

Qarnın 

palpasiyası 



Gərginləşmiş S-vari bağırsaq 

boyunca ağrılar 

Sağ qalça çuxurunda, çox vaxt enən 

çəmbər bağırsaq və S-vari bağırsaq 

boyunca ağrılar 

Hemoqramma 

Elə bir dəyişiklik olmur, bəzən 

ncytrofilli leykositoz, EÇS normal

bəzən cüzi artır 

Mülayim neytrofılli leykositoz, 

cozonofiliya, EÇS sürətlənir, bəzən 

hipoxrom anemiya 

Gedişi 

Adətən kəskin 



Spesifik müalicə aparılınasa rcsi-divlər 

və remissiyalar bir-birini əvəz etməklə 

illərlə davam edir 

İntoksikasiya 

Olur 

Adətən olmur, ağır gedişlərdə müşahidə 



edilə bilər. 

RRS 


• 

Kataral, kataral-hemorragik, eroziv 

və bəzən xoralı dəyişikliklər 

Dəyişilməmiş və ya az dəyişilmiş selikli 

qişa fonunda müxtəlif ölçülü dərin, 

kənarları sanki qazılmış, iltihabi həlqə ilə 

əhatə olunmuş, dibi irinli xoralar 

Rentgen 


müayinəsi 

Spastik xarakterli dəyişikliklər 

Sağ tərəfli kolit (bəzən pankolit) ocaqlı 

xarakter daşıyır 

Fəsadlar 

Ağır gedişlərdə, nadir hallarda 

Perikolit, perforasiya, bağırsaq 

daralması, amöboma, amöb ap-pendisiti, 

digər üzvlərin (qaraciyər və s) absesi 

Parazitoloji, 

Şigellalar 

Ent. histolitika 

downloaded from KitabYurdu.org



70 

 

bakterioloji 



müayinə 

Xəstəliyin  qızğın  dövründə  ifrazatında  qan,  selik  qeyd  edilən  yüngül  formalı 

xəstələrə  nitrofuranlar  (furazolidon  0,1x4;  erfülün  0,1x3),  ko-trimoksozol  2t.x2,  oksixinolinlər 

(nitroksolin 0,1x4; intertriks l-2t.x3) verilməsi məsləhətdir 

Orta ağır gedişli dizenteriyada ftorxinolonlar (ofloksasin 0,2x2, siprof-loksasin 

0,25x2), ko-trimaksazol, intertriks verilir. 

Ağır  gedişlərdə  ofloksosin  0,4x2;  siprofloksasin  0,5x2;  ftroxinolonların-

aminoqlikozidlərlə,  aminoqlukozidlorin  sefalosporinlərlə  birgə  tətbiqi  effektlidir.  Onlar  ilk  2-3 

gün parenteral, sonra isə daxilə təyin edilir. 

Son dövrlərin tədqiqatları  göstərmişdir ki,  tez-tez təsadüf edilən Fleks-ner 2a 

90% hallarda doksosiklinə, 75% hallarda isə baktirimə davamlıdır. Bununla belə həmin ştamlar 

ftorxinolon törəmələrinə yüksək həssaslıq göstərirlər. 

Dizenteriya  zamanı  levomisetin  işlədilməsi  məsləhət  görülmür.  Çünki  90% 

hallarda  şiqellalar  ona  qarşı  rezistentlik  göstərir.  Həmçinin  levomisetin  re-parasiyanı  ləngidir, 

disbakteriozu dərinləşdirir, immuniteti zəiflədir. 

Dünya  ölkələrinin  əksəriyyətində  Q-Şiqa  bakteriyalarının  ampisillinə  və 

neviqrammona  çox  yüksək həssaslığı  qeyd  edilir. Ampisillinin  gündəlik dozası 100-150 mq/kq 

olmaqla  4-6  saatdan  bir,  5-7  gün  verilir;  neviqrammon  1,0x4, 5-7  gün.  Çox  ağır  formalarda 

parenteral yeridilməsi məsləhətdir. 

Fleksner və zonne dizenteriyası zamanı polivalent dizenteriya bakterio-faqı da 

tətbiq etmək olar. Preparat maye halda və həb şəklində buraxılır. Yeməkdən bir saat əvvəl 30-40 

ml və ya 2-3 həb, gündə 3 dəfə daxilə qəbul edilməlidir. Maye bakteriofaqı rektal da işlətmək olar. 

Bakteriofaqın bakteri-yagəzdirənlik zamanı işlədilməsi daha məqsədə uyğundur. 

P  cı  togenetik  müalicə. Orta  ağır  və  ağır  gedişlərdə  susuzlaşma  yoxdursa 

dezintoksikasiya  tədbirləri  həyata  keçirilə  bilər.  Kolitik  variant  zamanı  bu  məqsədlə  xəstələrə 

çoxlu  maye  içmək  məsləhət  görülür.  Şirin  çay,  5%-lı  qlükoza  məhlulu,  «Sitroqlukosalan», 

«Rehidron»,  «Qastrolit»  təyin  edilir. Ağır  intoksikasiya  zamanı  isə  10%-li  albumin,  Lobori 

məhlulu (qlükoza 100 q, KC1 1,2 q; CaCh 0,4 q; MgCh 0,8q - 1 litr apirogen suda) və digər poliion 

kris-talloid məhlullar («Trisol», «Laktasol», «Xolosol», «Asesol»), 5-10%-li qlükoza (insulinlə) 

vena daxili yeridilir. Əksər hallarda göstərilən məhlullardan birinin 1,5 litr yeridilməsi xəstənin 

vəziyyətinin  əhəmiyyətli  dərəcədə  yaxşılaşmasına  səbəb  olur.  Qlükokortikosteroidlər  çox  ağır 

formalarda, İTŞ zamanı tətbiq edilir. 

Ağır hemokolit zamanı 2-3 gün ərzində 5000TV x 3 heparin təyin  edilir. Bu 

YDL sindromunun, mezenterial damarların, beyin və ağ ciyər damarlarının trombozunun qarşısını 

alır.  Heparinlə  müalicə  koaquloqrammaya  nəzarət  etməklə  aparılmalıdır.  Qanın  reoloji 

xüsusiyyələrini yaxşılaşdırmaq məqsədilə gündə 1 dəfə 0,1 q aspirin verilməlidir. 

Qastroenteritik  variantda  xəstənin  mədəsini  0,5%-li  soda  məhlulu  ilə  yumaq 

məsləhətdir. Sonra bədənə kifayət qədər maye və elektrolitlərin daxil olması təmin edilməlidir. 

Peroral  qlükoza-duz  məhlulları  («Sitroqlükosalan», «Rehidron»,  «Qastrolit»),  əgər  qusma  buna 

mane olarsa, onda vena daxilinə poliion məhlullar yeridilməsi lazımdır. Xəstədə ağır dehidratasiya 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə