C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə36/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   32   33   34   35   36   37   38   39   ...   207

75 

 

-    keçiricilik  faktoru  -  enterositlərin  GMİ qanqliozidləri ilə qarşılıqlı əlaqəyə 



girən neyroaminidaza, lipaza, proteazalar və digər fermentlərdən ibarətdir. 

2000-ci  ildə  Amerika  alimləri  vəba  vibrionunun  genetik  quruluşunu  aça 

bilmişlər. Vibriondan təhlükəli geni kənarlaşdırmaqla insan üçün təhlükəsiz, vaksinasiya məqsədi 

ilə istifadə ediləcək vibrionlar almaq imkanı əldə edilmişdir. 

Vibrionlar, xüsusən El-Tor vibrionları xarici mühitə xeyli davamlıdırlar. Onların 

xarici  mühitdə  qalma  müddəti  bir  sıra  faktorlardan  -  duzların  miqdarı, pH,  üzvi  maddələrlə 

çirklənmə dərəcəsi və sairdən asılıdır. Vibrionlar 17°C-dək isinən, çirkab suları qarışan açıq su 

hövzələrində  uzun  müddət  (aylarla)  saxlanırlar.  Aşağı  temperatura  da  davamlıdırlar.  Belə  ki, 

donmuş  su  mənbələrində bütün  qışı  qala  bilirlər.  Ərzaq  məhsullarında  2-5  gün,  meyvələrdə, 

pomidorda, qarpızda  8  saatadək  dözürlər.  Qaynatdıqda  1  dəq.,  qurutduqda  və  günəş  şüaları 

təsirindən bir neçə saata, dezinfeksiyaedicilərin təsirindən isə bir neçə dəqiqəyə tələf olur. Zəif 

turşu məhlulları da (1:10000) onları bir neçə saniyəyə məhv edir. 



Epide  m  iologi  yası. Vəba  antroponoz  bağırsaq  infeksiyası  olub,  fekal-oral 

yoluxma  mexanizminə  malikdir.  Xəstəlik  mənbəyi  xəstə  insanlar  və vibriongəzdirənlərdir. 

Amerikalı alim R. Colvell hesab edir ki, vəba vibrionları epidemiyalararası dövrdə dəniz suyunda 

da  inkişaf  edib,  yaşaya  bilərlər.  Belə ki,  vəba  genomunda  müəyyən  genlər  vardır  ki,  onlar 

vibrionların  plankton-larda  inkişafına  şərait  yaradan  fermentlər  ifrazına  səbəb  olurlar. 

Beləliklə, əslində insan orqanizmi deyil, dəniz planktonları vəba vibrionları üçün təbii mühit hesab 

edilir. 

Vəba digər bağırsaq infeksiyalarına nisbətən asanlıqla və sürətlə yayılır. Daha 

intensiv infeksiya mənbəyi ağır formalı xəstələr hesab edilir. Belə xəstələr xəstəliyin ilk dövrləri 

10-20  litr  və  daha  artıq  ifrazat  xaric  edirlər  ki,  onun  da hər  ml-də  10

6

-10


9

 sayda  vibrion  olur. 

Bununla belə yüngül gedişli, silinmiş formalı xəstələr ətrafdakılar üçün daha təhlükəlidirlər. Onlar 

həkimə müraciət edib müalicə qəbul etmir və təcrid olunmurlar, fəal həyat tərzi keçirərək vibrion 

ifraz  etməkdə  davam  edirlər.  Vəbanın  epidemiologiyasmda  vibrion  gəzdirənlər  xüsusi  rol 

oynayırlar.  Adətən  rekonvalesentlər  2-4  həftə,  tranzitor  gəzdi-ricilər  isə  9-14  gün  vibrion  ifraz 

edirlər. Onlann 1 q ifrazatlarında 100-10 000 vibrion ola bilər. 

Onu  da  qeyd  etmək  İazımdır  ki,  hazırda  yayılmış  olan  El-Tor  vəbasında 

xəstəliyin  yüngül  və  silinmiş  formaları,  həmçinin  bakteriyagəzdirənlik  daha çox  təsadüf  edilir. 

Bakteriyagəzdirənlik uzun müddət, illərlə davam edə bilər. 

Yaşlı şəxslərdə isə öd kisəsində və öd yollarında olan xəstəlik vəbadan sonra vibrion gəzdirənliyə 

şərait yaradan faktorlardan hesab edilir. Belə xəstələrin ifrazatında bəzən vibrion aşkar edilməsə 

də, 12b.bağırsaq möhtəviyyatınm bakterioloji müayinəsi həmişə müsbət olur. Göstərmək lazımdır 

ki,  El-Tor vəbasında  sağlam  vibrion  gəzdirənlər  qeyd  edilən  xəstələrin  50%-nə  bərabər olursa, 

klassik vəbada bu 20%-ə çatır. Klassik vəbaya nisbətən El-Tor vəbasında vibriongəzdirənlik 2, 

bəzən 5 dəfə artıq olur. 

Yoluxma  su,  məişət-təmas,  qida  və  qarışıq  yolla  olur.  Su  epidemiyaları  daha 

böyük  və  qorxuludur.  Bu  zaman  epidemik  alovlanmanın  miqyası  su mənbəyinin  çirklənmə 

dərəcəsindən  və  əhatə  etdiyi  yaşayış  məntəqələrinin böyüklüyündən  asılıdır.  Su  mənbəyinin 

çirklənmə dərəcəsi nə qədər çox və ondan istifadə edən insanların sayı artıq olarsa, epidemiyanın 

downloaded from KitabYurdu.org



76 

 

miqyası  bir  o qədər  böyük  olur.  Ərzaq  məhsulları  ilə  yoluxma  kütləviliyi  ilə  seçilməsə 



də, müəyyən epidemioloji alovlanmalar verə bilər. Daha çox termiki işlənmədən keçməyən soyuq 

qəlyanaltılarla (salat, yağ, süd və s.) yoluxma qeyd edilir. 

Məişət əşyaları da xəstənin ifrazatı ilə çirklənə bilər. Belə ki, vəba zamanı ifraz 

olunan möhtəviyyat iyisiz, rəngsiz olduğuna görə diqqəti çox vaxt cəlb etmir. Xəstə və vibrion 

gəzdirənlərin yataq ağlan və istifadə etdikləri digər əşyalar, mebel, uşaq oyuncaqları çirklənərək 

ətrafdakılar üçün təhlükə törədirlər. Xəstəliyin  yayılmasında milçəklərin  rolunu  da qeyd etmək 

lazımdır. Bir sıra hallarda yoluxmuş su hövzələrindən tutulmuş balıq, qurbağa, xərçəngkimi-ləri 

də infeksiyanın ötürülməsində rol oynaya bilər. 

Xəstəliyin  yayılmasında  mövsümülük  mövcuddur.  Daha  çox  yay  və  payızın 

əvvəllərində  qeyd  edilir.  Bu  yoluxma  faktorlarının  fəallaşması  ilə  əlaqədardır.  Açıq  su 

hövzələrində çimmək, meyvə-tərəvəz çox istifadə edilməsi, çoxlu maye qəbulu - bu zaman mədə 

turşuluğunun aşağı düşməsi - vəba vibrionu ilə yoluxmağa əlavə şərait yaradır. İlin isti fəsillərində 

vibrionların artıb çoxalması üçün əlverişli şəraitin olmasını da qeyd etmək lazımdır. 

İnsanların  vəbaya  həssashğı  yüksəkdir.  Lakin  axolik  qastriti  olanlar, 

alkoqoliklər,  yoluxmağa  şərait  yaradan  yanaşı  gedən  xəstəliyi  olanlar,  yaşlılar daha  çox 

xəstələnirlər. Xəstəliyin yayılmasında şəxsi gigiyena qaydalarına əməl edil-məsi də rol oynadığına 

görə bu baxımdan uşaqlar arasında xəstəliyin daha çox təsadüf edilməsi mümkün sayılır. Keçirilən 

xəstəlikdən sonra davamsız, 3-6 ay davam edən immunitet yaranır. 



Patogenez  i İnfeksiyanın  giriş  qapısı  mədə-bağırsaq  sistemidir.  Ağızdan  daxil 

olan vibrionların bir qismi mədə turşuluğunun təsirindən tələf olur. Xəstəlik yalnız vibrionlar mədə 

turşuluğunun səddini keçdikdə baş verir. Mədə turşuluğunun azalması və müəyyən yanaşı gedən 

xəstəliklər  buna  şərait yaradır.  Bu  baryeri  keçən  vibrionlar  nazik  bağırsağa  düşərək  onun 

əlverişli mühitində (qoləvili-peptonlu) sürətlə artıb-çoxalırlar. Göstərmək lazımdır ki, bağırsağın 

özündə də bir sıra qeyri-spesifİk baryerlər vardır kı, bunlar da pa-togen bakteriyaların inkişafına 

maneçilik  törədə  bilirlər.  Bu  baxımdan  bağırsağın  normal  mikroflorasmın  rolu  əhəmiyyətlidir. 

Eksperimental  yolla  sübut olunmuşdur  ki,  normal  bağırsaq  mikroflorası  vəba  vibrionlarının 

inkişafını ləngidir. 

Əlverişli şərait olduqda 12-24 saat müddətində bakteriyalar bağırsaq mənfəzində 

çoxalaraq, selikli qişada kaloniyalar əmələ gətirirlər. Enterositləri 

əhatə edən gelə daxil olur və onlara adgeziyası baş verir. Adgeziya əvvəl qeyri-spesifik xarakter 

daşıyır, sonra bakteriya adgezinlori ilə enterositlərin reseptor-larının spesifik qarışılıqlı təsiri baş 

verir. Hələlik bu prosesin mənşəyi araşdırılıb, öyrənilməmişdir. 

Vibrionların intensiv artıb çoxalması və tələf olması çoxlu miqdarda ek-zo- və 

endotoksinin  xaric  olması  ilə  müşayiət  olunur.  Bu  zaman  selikli  qişada  heç  bir  iltihabi  proses 

inkişaf  etmir.  Vəba  toksiıılorini  nazik  bağırsaqdan  gedən limfa  və  qan  damarlarında  da  aşkar 

etmək  olur.  Bununla  belə  toksinin  digər orqanları  zədələməsi  barəsində  də  heç  bir  məlumat 

yoxdur. 

Son  illər  Amerika  alimləri  vəba  vibrionunun  genini  öyrənərək  xəstəliyin 

mexanizmini  açmağa  çalışmışlar.  Məlum  olmuşdur  ki,  vibrion  yalnız  hələlik naməlum  qalan 

virusla  kombinasiyaya  girdikdə  təhlükəli  olur.  Onların  qarşılıqlı  təsiri  nəticəsində  toksin  ifraz 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə