C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə37/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   33   34   35   36   37   38   39   40   ...   207

77 

 

olunur. Alimlər güman edirlər ki, vibrion genin xromosomlanndan biri patogenliyin yaranmasının 



əsas  səbəbkarıdır. Əsas  patogenetik  rol  baktcriyanın  həyat  fəaliyyəti  məhsullarına  - 

ekzotoksinə ayrılır.  Vəba  sindiromunun  inkişafı  əsasən  iki  maddə  ilə:  zülali  enterotoksin  -

xolerogen və neyraminidaza ilə əlaqədardır. Xolerogen enterositlərin spesifik reseptorları ilə, GMI 

qanqliozidlərlə  əlaqəyə  girir.  Neyraminidaza  asetilney-ramin  turşusunun  turşu  qalığını 

parçalayaraq  qanqliozidlərdən  spesifik  resep-torlar  əmələ  gəlməsinə  səbəb  olur  ki,  bu  da 

xolerogcnin təsirini gücləndirir. Xolerogen - spesifik reseptor kompleksi adeniltsikiaza fermentini 

fəallaşdırır. Bu  isə  tsiklik  3-5  AMF  və  QMF  sintezini  gücləndirir.  Nəticədə  elektrolitlərin və 

mayenin bağırsaq mənfəzinə ifrazı güclənir. Hipersekresiyamn baş verməsində prostaqlandinlərin 

və fosfodiesteraza fermentinin də rolu göstərilməlidir. Prostaqlandinlər AMF və QMF sintezini 

stimullaşdırır, fosfodiesteraza isə ləngidir. Hipersekresiya ilə yanaşı yoğun bağırsaqdan sorulma 

prosesi də zəifləyir. Nəticədə ifraz olunan maye və elcktrolitlər geriyə sorula bilmir və profuz ishal 

və qusmanın meydana çıxmasına səbəb olur. Xaric olan mədə möhtəviy-yatında zülal çox cüzi 

olur  (1  q/1).  Bir  litr  ifrazatında  elektrolitlər  -  135  mmol/1-Na

+

,  18  mmol/l-K



+

,  48  mmol/l-

hidrokarbonat, 100 mmol/l-Cl (1 litr ifrazatda 5 q NaCl, 4 q Na-hidrokarbonat, 1 q KC1) olur. Ağır 

hallarda  gün  ərzində itirilən  mayenin  miqdarı  30  litrə  çata  bilər.  Bu  plazmanın  həcminin 

azalmasına, qanın qatılaşmasına, dövr edən qanın miqdarının azalmasına səbəb olur. Hüceyrədən 

kənar  izoosmotik  dehidratasiya,  hipovolemiya  inkişaf  edir.  İnter-stisial  mayenin  damarlara 

keçməsi baş verir, bu davam edən maye itirilməsini bərpa edə bilmir. Tezliklə mikrosikulyasiyada 

dəyişikliklər,  hemodinamik  pozğunluqlar,  toxuma  hipoksiyası,  metabolik  asidoz,  respirator 

alkaloz, qanın kəskin hipokoaqulyasiyası, böyrək çatmamazlığı, və s. meydana çıxır ki, bu da xoşa 

gəlməz nəticələr verə bilər. 

Dehidratasiya ilə bərabər demineralizasiya da baş verir. Kəskin hipoka-liemiya 

nəzərə çarpır. Nəcisdə kaliumun miqdarı qandan 3-5, bikarbonatların miqdarı isə 2 dəfə çox olur. 

Kalium  çatmamazlığı  kəskin  əzələ  zəifliyinə,  mio-kardın  funksional  zəifliyinə,  bağırsağın 

parezinə,  böyrək  kanalcıqlarmm  zodo-lənməsinə  səbəb  olur.  Qanın  buferi  olan  bikarbonatların 

ishalla itirilməsi metabolik asidozu gücləndirir və turşuların təsirindən əzələ qıcolmalan baş verir. 

Vəba zamanı orqanizmin susuzlaşmasmın 4 dərəcəsi ayrıd edilir: 



-1  dərəcə -  maye  itirilməsi  bədən  çəkisinin  1-3%-nə  çatır.  Xəstəlik  yüngül  və 

silinmiş formalarda keçir və elə bir fizioloji pozğunluqlar olmur. 

-    II dərəcə - 4-6% maye itirilməsi - dövr edən qanın miqdarı müəyyən qədər 

azalır. Kliniki olaraq özünü orta ağır gediş kimi göstərir. 

-     III  dərəcə -  maye  itirilməsi  7-9  %-ə  çatır,  dövr  edən  qanın 

miqdarı əhəmiyyətli dərəcədə azalır, periferik qan dövranında pozğunluqlar meydana çıxır, nəbz 

təzyiqi aşağı  düşür, keçici metabolik dəyişikliklər meydana  çıxır və bu xəstəliyin  ağır  gedişinə 

uyğun gəlir. 

-     IV  dərəcə -  10%  və  daha  artıq  maye  itirilməsi.  Çox  ağır  hal 

olub, dehidratasion şokun inkişafı ilə xarakterizə olunur. Qanın qatılaşması, hema-tokrit əmsalının 

son dərəcə yüksəlməsi, periferik hemodinamikanın kəskin pozulması, metabolik asidoz, toxuma 

hipoksiyası,  respirator  alkaloz,  əzələ  qıc-olmaları,  böyrək  çatmamazlığı  baş  verir.  Vaxtında 

müvafiq müalicə apanlma-sa baş vermiş pozğunluqların bərpası mümkün olmur. 

downloaded from KitabYurdu.org




78 

 

P at an at o m iy ası. Vəbadan ölmüş xəstələrdə dəri örtüyünün sia-nozu, əzələ 

relyefinin kəskin nəzərə çarpması, dəridə iri qırmızı-bənövşəyi ləkələrin olması (meyid ləkələri), 

meyid qacıması, əzələ qıcolmaları nəticəsində meyidin “boksçu" və ya "döyüşçü“ vəziyyətlərini 

xatırlatması qeyd edilir. Təşrih 

zamanı qanın iri damarlarda toplanması, kapilyar şəbəkəsinin boş olması, qanın qatı qətranvari 

olması  -  moruq  jelesini  xatırlatması  müəyyən  edilir.  Işemik  sahələrlə  yanaşı,  kapilyarlarda 

durğunluq, doluqanlı sahələrə də rast gəlinir. Bu mədə-bağırsaq sistemi, ağ ciyərlər və qaraciyər 

üçün  xarakterikdir.  Qaraciyərdə,  miokardda  distrofik  dəyişikliklər  olur.  Böyrəklərin  ölçüləri 

kiçilir, kapsul asanlıqla soyulur. Yumaqcıqlar doluqanlı olur, qıvrım kanalcıqlarda piy və vakuol 

distrofıyası,  bəzən  proksimal  kanalcıqlarda  nekrotik  ocaqlar,  qabıq  maddənin  kapilyarlannda 

durğunluq,  doluqanlılıq  qeyd  edilir.  Bağırsaqlar bulanıq  maye  ilə  dolu  olur.  Xəstəlik  dövründə 

mədə-bağırsaq sisteminin selikli qişasının biopsiyası ilə həzm sisteminin bütün sahələrində kəskin 

eksudativ proses  müəyyən  edilir.  Bağırsaq  xovlarınm  epiteli  saxlanılır,  onun  quruluşunda və 

funksiyasında pozğunluq qeyd edilmir. 

Klinikası. İnkubasion  dövr  bir  neçə  saatdan,  5  günədəkdir.  Orta  hesabla  2-3 

gündür. Tipik gedişlərdə orqanizmin susuzlaşma dərəcəsindən asılı olaraq yüngül, orla ağır, ağır, 



çox ağır formaları ayırd olunur. At ipik formaları isə aşağıdakılardır: silinmiş, ildirımsürəlli, quru 

vəba, El-Tor  vəbasında  isə  çox vaxt vibriongəzdirənlik  şəklində  subklinik  formalar da  ayırd 

olunur. Xəstəlik qəflətən, prodromal dövr olmadan gecə və ya səhərə yaxın defekasiyaya impe-

rativ çağırışlarla başlayır. Defekasiya aktı ağrılar, gücənmələr olmadan baş verir. İlk dövrlər nəcis 

öz xarakterini saxlasa da, sonradan itirir. Miqdarı çox, rəngsiz, iysiz olur. Əksər hallarda isə elə 

ilk  anlardan  nəcis  öz  xarakterini  itirir. Tipik  hallarda  ağ  bulanıq,  üzərində  köpüklər  olan  düyü 

həlimini xatırladır, iyi olmur və ya artezian quyu suyu iyi verir. Qarında qurultular, göbək nahiy-

yəsində xoşa gəlməz hissiyyat ola bilər. 

Qusma bir qayda olaraq ishaldan sonra qəfildən, mədə bulanması, ağrı olmadan 

başlayır, tezliklə düyü həlimini xatırladır. 

Vəba zamanı bədən temperaturu adətən normal olur. Bəzi hallarda isə subfebril 

hərarət qeyd olunur. 

Xəstəliyin yüngül forması 1-2 gün çəkir, müşahidə edilən bütün xəstələrinin 50-

60%-ni təşkil edir. Defekasiya aktının sayı 3-5 və ya 10 dəfəyə çatır. Ümumi vəziyyət bir o qədər 

dəyişmir, yüngül zəiflik, iştahanın pisləşməsi, bir qədər yanğı, ağızda quruluq, əzələ zəifliyi ola 

bilər.  Nəbzin tezloşməsi,  qarının «çəkilməsi»,  ağrısız  olması,  qurultu,  nazik  bağırsaq boyunca 

maye şırıltısı hiss edilir. Susuzlaşma bədən çəkisinin 1-3%-dən artıq olmur. Xəstə tezliklə sağalır. 



Orta  ağır  forma -  20-25%  rast  gəlinir.  Xəstəlik  proqressivləşir.  Defekasiya 

tezləşir: 15-20-yə çatır, nəcis sulu, çoxlu olub, düyü həlimini xatırladır. Xəstəliyin ilk saatlarından 

ishala dəfələrlə təkrarlanan qusma qoşulur. Mədə bulanması, qarında ağrılar olmur, qusma su kimi 

olub, öd qarışdığına görə bir qədər sarıya çala bilər. Qusmanın qoşulması ilə susuzlaşma artır. II 

dərəcəli dehidratasiya inkişaf edir. Xəstənin vəziyyəti pisləşir, ağızda quruluq, yanğı, əzələ zəifliyi 

artır.  Dili  ağ,  təbaşir  rəngində  ərplə  örtülü  olur.  Dəri,  görünən selikli  qişalar  avazıyır,  dərinin 

turqoru zəifləyir. Dodaqlarda, barmaqlarda keçib gedən sianoz meydana çıxır, çox vaxt səs xırıltılı 

olur.  Nəbz  tezləşir,  A/T düşür  (əsasən  nəbz  təzyiqi),  sidik  ifrazı  azalır,  hətta  olmur.  Bədən 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə