C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə45/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   41   42   43   44   45   46   47   48   ...   207

93 

 

 



 

• • 


 

 

kəskin  ümumi  zəiilikdən,  yanğı  hissindən  şikayətlənir.  Urək-damar  pozğunluqlarının  büruzə 



vermə dərəcəsi xəstəliyin ağırlığından və orqanizmin ümumi 

toksikozundan asılıdır. EKQ-də ürək əzələsinin  müxtəlif dərəcədə zədələnməsi əlamətləri qeyd 

edilir. 

Sinir  sisteminin  zədələnməsi salmonella  endotoksinin  təsirindən  bioloji  fəal 

maddələrin (histaminə bənzər) ifrazının artması ilə əlaqədar baş verir. Baş ağrısı, baş gicəllənməsi, 

huşun qısa müddətə itməsi, adinamiya və s. müşahidə olunur. 

Hemoqrammada çox vaxt mülayim (10 x 10

9

/1), ağır hallarda (20 x 10



9

/1) kəskin 

neytrofılli leykositoz, sola meyllilik, aneozinofıliya olur, EÇS dəyişmir, bəzən bir qədər yüksələ 

bilər. Çoxlu maye itirilərsə, qanın qatılaşması, eritro-sitoz inkişaf edir. Nadir hallarda simptomatik 

trombositopeniya qeyd edilir. 

Qeyd  etdiyimiz  kimi  qastrointestinal  formanın  gedişi  yüngül,  orta,  ağır  ola 

bilər. Yüngül forma - zəif intoksikasiya əlamətləri, üşütmə, subfebril temperatur, bir qədər zəiflik, 

halsızlıq əlamətləri ilə başlayır. Qarında ağrılar qeyd edilmir və ya çox zəif olur. Qusma 1 dəfə, 

defekasiya 1-5 dəfə, nəcis sıyığa bənzər və ya duru, 1-3 gün çəkir və tezliklə normallaşır. 

Orta ağır forma - intoksikasiya, temperaturun 38-39°C-dək yüksəlməsi, zəiflik, 

baş ağrısı, baş gicəllənməsi qeyd edilir. Temperatur 4 günədək davam edir. Qarında ağrılar olur. 

Ağrıların  lokalizasiyası  qastrit,  enterit,  kolit  əlamətləri  büruzə  vermə  dərəcəsindən  asılı  olaraq 

özünü göstərir. Qusma təkrarı, ilk dövrlər qida qalıqları  ilə, sonra ödlü  və  ya bulanıq mayedən 

ibarət olur. Defekasiya gün ərzində 10 dəfəyədək, sulu, çox kütləli, qastrocnterokolitik variantda 

isə selikli olur. I°-II°-li dehidıatasiya qeyd edilə bilər. 

Xəstələrdə  klinik  sağalma  7  günədək  çəkir.  Bağırsaqların  tam  morfoloji  -

funksional bərpası isə xeyli uzanır, bir sıra xəstələrdə bir neçə ay çəkir. 



Ağır  forma -  yüksək  qızdırma  (39°C-dən  yuxarı)  və  kəskin  intoksikasiya 

əlamətləri ilə xarakterizə olunur. 1-8% hallarda təsadüf edilir. Kəskin başlayır. Üşütmə, titrətmə 

ilə t-39-40°C və daha yüksək rəqəmlərə qalxır. Qızdırma çox vaxt daimi xarakter daşıyır, bəzən 

isə  remittəedici  olur.  5  gündən  artıq  davam edir.  Qarında  güclü  kosici  ağrılar,  üzücü  mədə 

bulanması, dəfələrlə təkrarlanan, qarşısıalınmaz qusma və profuz ishal meydana çıxır. Defekasiya 

gündə 10-20 və daha artıq olur. Sulu, çox kütləli, üfunətli, bəzən düyü həlimini xatırladır. Yoğun 

bağırsaq prosesə qoşularsa, selik və qan qarışıq olur. Dehidrata-siya, demineralizasiya getdikcə 

artaraq  III-IV

0

-li  dehidıatasiyaya  gətirib  çıxara bilər.  Xəstə  gücsüz  vəziyyətdə  uzanır.  Rəngi 



avazınuş, sianozlu, dəri quru, üz cizgiləri itiləşmiş olur Ürək-damar sistemi çatmamazlığı, bəzən 

kollaps,  asidoz, əzələ  qıcolmaları,  oliqo-anuriya  və  s.  müşahidə  olunur.  Maye  itirilməsi 

bədən çəkisinin 7-10%-nə çatır ki, bu hal reanimasion - intensiv müalicə tədbirləri tələb edir. 

downloaded from KitabYurdu.org




94 

 

Xəstələrin  2-3%-də çox  ağır  gedişlər ola  bilər.  Bu  zaman  xəstəliyin  baş-



lancığından  hiper-  və  hipotermiya,  kəskin  neyrotoksikoz,  damar  çatmamazlığı  inkişaf  edərək 

infeksiontoksik şoka gətirib çıxanr. 



Yayılmış  for  m  a.  Yatalağa  bənzər  variant -  başlanğıcında  qastrointestinal 

formanı xatırlada bilər, lakin xəstəlik uzanaraq qarm yatalağına oxşar gediş kəsb edir. Xəstələrin 

əksəriyyətində isə ilk gündən qarın yatalağını və ya paratif A və B-ni xatırladan klinik əlamətlərlə 

başiayır. Temperatur 39-40°C qalxır, 6-10 gündən 3-4 həftədəyək davam  edir. Qızdırma daimi 

tipdə, çox  vaxt  dalğavari  və  ya  remittəedici  olur.  Xəstələrdə  baş  ağrısı,  yuxu  pozğunluğu 

(gündüzlər  yuxululuq,  gecələr  yuxusuzluq)  adinamiya,  ləngimə  əlamətləri, zəiflik,  rəngin 

avazıması qeyd edilir. Qarında meteorizm, I həftənin axırlarında qaraciyərin və dalağın böyüməsi, 

ürək  tonlarının  karlaşması,  nisbi  bradikar-diya,  hipotoniya  olur.  Xəstəliyin  6-7-ci  günlərindən 

dəridə - əsasən qarın na-hiyyəsində solğun rozeolyoz səpgilər ola bilər. Bəzi xəstələrdə isə 2-3-cü 

gündən  herpctik  səpgilər  qeyd  edilir.  Öskürək  meydana  çıxır,  nadir  hallarda  bron-xit  və 

pnevmoniya  inkişaf  edir.  Ağır  hallarda  huşun  alaqaranlıqlaşması,  qara-basmalar,  sayıqlamalar 

qeyd edilə bilər. 

Periferik  qanda  neytrofilli  leykositopeniya,  aneozinofiliya,  mülayim  lim-

fositoz, sola meyillik olur. Tifə bənzər variantda residivlər nadir hallarda olur. 



Septiki  variant -  nadir  hallarda  rast  gəlinir.  Adətən  rezistentliyi  zəifləmiş 

şəxslərdə, uşaqlarda, qocalarda müşahidə edilir. Bu zaman daxili orqanlarda irinli iltihabi ocaqlar 

formalaşdığı  üçün  xəstələrdə  uzun  müddətli  qızdırma qeyd  edilir.  Xəstəlik  kəskin  başlayır.  İlk 

günlər  tifə  bənzər  formanı  xatırladır. Bəzən  isə  qastrointestinal  formalı  xəstələrdə  bağırsaq 

pozğunluğu əlamətləri dayanır, intoksikasiya güclənir, temperatur düzgün olmayan xarakter alır, 

tə-krari üşüt-mə, titrəmələr qeyd edilir. Salmonelloz septiki gediş kəsb edir. Xəstəliyin klinik şəkli 

metastatik irinli ocaqların lokalizasiyasından asılı olur. Belə ocaqlar bü-tün orqanlarda meydana 

çıxa bilər. Bu da xəstəliyin kliniki gedişinin müxtəlifliyinə və diaqnozunun çətinliyinə səbəb olur. 

İrinli ocaqlar çox vaxt dayaq-hərəkət sistemində osteomielit, artrit şəklində müşahidə edilir. Xo-

lesisto-xolan-git, tonzillit, irinli limfadenit, meningit, qaraciyərin absesi, endo-kardit, aortit və s. 

rast gəlinə bilər. 

Salmonelloz sepsisi uzun müddətli gedişə malik olub, antibiotiklərlə müalicəyə 

çətin tabe olur. Diaqnozu II-li irinli ocaqlardan və ya xəstəliyin ilk günlərində qandan salmonella 

bakteriyalarının aşkar edilməsi ilə qoyulur. 



Bakteriyagəzdirənlik. Bu zaman heç bir klinik əlamət müəyyən edilmir. Yalnız 

bakterioloji, seroloji müayinələr müsbət olur. Salmonella gəzdirənlik 3 qrupa bölünür: 

1.     Kəskin  bakteriyagəzdir  ənlik -  bu  salmonellozun  müxtəlif  kliniki 

formalarından sağalanlarda müəyyən edilir. Rckonvalensentlərdə 15 gündən 3 ayadək bakteriya 

ifraz etmə ola bilər. 

2.     Xroniki  bakteriyagəzdir  ənlik -  Rekonvalenssenl  bakteriyagəzdirənlik 

3 aydan artıq davam edir. Bu zaman diaqnozu təsdiq etmək üçün rekonvalessent bakteıiyagəzdirən 

6  aydan  az  olmamaqla  müşahidə  edilir.  Nəcisin,  sidiyin,  12 b.bağırsaq  möhtəviyyatının  təkrari 

bakterioloji  müayinələri  aparılır.  Seroloji reaksiyalardan  isə  düz  hemaqlutinasiya  reaksiyası 

qoyulur. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə