C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə43/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   39   40   41   42   43   44   45   46   ...   207

89 

 

Qida ilə əlaqədar müəssisələrdə çalışan bakteriyagəz-dirənlər epidemioloji cəhətdən daha təhlükəli 



hesab edilirlər. 

Yoluxma mexanizmi fekal-oralclır. Əsas yoluxma yolu alimentardır. Yoluxma 

faktorları isə çoxlu salmonellalar toplanmış ərzaq məhsulları - əsasən heyvan və quş ətidir. Ətin 

yoluxması endogen (salmonellozla  xəstə  heyvanlarda) və ekzogen  yolla -  daşıyarkən,  saxlama, 

emal zamanı olur. Çox vaxt yoluxma çirklənmiş alətlər və qab-qacaqlardan istifadə edərkən baş 

verir. 


Xəstə  heyvanlara  və  insanlara  qulluq  edərkən  sıx  təmas  zamanı  adi  sanitar-

gigiyenik qaydalara əməl edilmədikdə infeksiyanm məişət-təmas yolu ilə ötürülməsi mümkündür. 

Bu cür yoluxma adətən S.typhi murium-la infeksiya-ııın xəstəxana daxili alovlanmaları zamanı 

qeyd  edilir  və  əsasən 1  yaşadək uşaqlar arasında  rast  gəlinir.  Uşaqlarda  immun  reaktivliyin 

zəifləməsinə  səbəb olan  müxtəlif  ağır  somatik  xəstəliklər  salmonellozun  xəstəxana  daxili 

yayılmasına şərait yaradır. Bu zaman törədicilər müxtəlif kimyəvi preparatlara yüksək rezisteııtliyi 

ilə seçilir və salmonellaların hospital ştamları adlanırlar. 

Xəstəliyə bütün il boyu rast gəlinir, lakin daha çox isti fəsillərdə qeyd edilir ki, 

bu  da  həmin  dövrlərdə  ərzaq  məhsullarının  daşınması,  saxlanılması şəraitində  yaranan 

problemlərlə əlaqədardır. Xəstələnmə qrup şəklində (alimentar mənşəli alovlanmalar) və sporadik 

təsadüf edilə bilər. 

P at ogenezi. Patoloji anatomiyası. Xəstəliyin manifest formasının inkişaf 

etməsi üçün orqanizmə təkcə salmonella toksinləri yox, bakteriyaların özlərinin də daxil olması 

vacibdir.  Salmonellaların  orqanizmə daxil  olması udlaq  limfa  aparatından da  mümkündür. 

Mədənin  baryer  funksiyasını  dəf  etmiş  bakteriyalar  12b.bağırsaq  və  nazik  bağırsaqda 

tezliklə bağırsaq  toxumasına  keçirlər.  Bağırsaq  mənfəzində  qalmış  bakteriyalar  isə bağırsaq 

şirələrinin və digər müdafiə faktorlarının təsirindən tələf olaraq nəcislə xaric edilirlər. Könüllülər 

üzərində aparılan müşahidələr göstərmişdir ki, salmonclloz xəstəliyinin inkişafı üçün orqanizmə 

milyonlarla,  bəzi  hallarda isə  milyardlarla  bakteriya  daxil  olması  lazımdır.  Digər  tərəfdən 

salmonellozun çox az sayda bakteriya daxil olmasından sonra da inkişaf etməsi məlumdur. 

İnfeksiyanm  giriş  qapısı nazik  bağırsaq hesab  edilir.  Nazik  bağırsaqda 

salmonellalar  artıb  çoxalaraq  epitelial  baryeri  keçib  toxumaların  dərin  qatlarına  daxil  olur  və 

burada  makrofaqlar  tərəfindən  tutulurlar.  Makrofaqlarda  onlar  nəinki  saxlanılır,  hətta  artıb 

çoxalırlar. Bir qismi isə tələf olur və onlardan endotoksin xaric olur. Endotoksin bağırsağın sinir-

damar aparatını zədələyir, hüceyrə membranınm keçiriciliyini artırır. Bu salmonellaların limfatik 

yolla sonrakı  yayılmasına  və  onların  müsariqə  limfa  düyünlərinə  daxil  olmasına  şərait  yaradır. 

Endotoksin yerli təsirlə bərabər, intoksikasiya sindromunun da inkişafına səbəb olur. Proses ola 

bilsin  ki,  bu  mərhələdə  dayansın  və  klin  iki olaraq qastrointestinal  forma kimi  büruzə  versin. 

Bununla  bərabər  yerli  formada  da  salmonellaların  qısa  müddətli  olaraq  qana  keçməsi  baş  verə 

bilər.  Eksperimentdə  sübut  olunmuşdur  ki,  bakteriemiya  dəyişən  xarakter  daşıyır.  Bu  bak-

teriyaların makrofaqlarda artıb çoxalaraq qana keçməsinin növbələşməsi ilə izah edilir. 

Salmonella  toksiki  faktorlarının  təsiri  müxtəlif  üzv  və  sistemlərdə 

pozğunluqların  meydana  çıxmasına  səbəb  olur.  Sinir-endokrin  sistemin  nizamlama  funksiyası 

downloaded from KitabYurdu.org



90 

 

pozulur,  mübadilə  prosesləri  dəyişir.  Mədə-bağırsaq,  ürək-damar  sistemində  dəyişikliklər 



meydana çıxır. Hərarətin yüksəlməsi, ümumi intoksikasiya, qusma, ishal və s. baş verir. 

Enterotoksinlər adeniltsiklaza fermentini fəallaşdırır, nəticədə hüceyrə daxilində 

tsiklik AMF,  QMF miqdarı  artır.  Bu  isə  bağırsaq  epitel  hüceyrələri membranından  Na-  və  Cl- 

ionlarının daşınma prosesinin pozulmasına səbəb olur. Bağırsaq mənfəzinə çoxlu miqdarda maye, 

Na-, K-, Cl- ionları toplanır. Qusma və ishal baş verir. Ağır hallarda orqanizmin dehidratasiya və 

deminera-lizasiyası  inkişaf  edir.  Su-duz  mübadiləsi  pozulur,  qan  qatılaşır.  Dövr  edən  qanın 

miqdarı azalır, qan zərdabında Na-, K-, Cl-un miqdarı aşağı düşür, toxuma hipoksiyası, hüceyrə 

metabolizminin  pozulması,  asidoz,  ağır  hallarda  oli-qo-anuriya,  azotemiya  inkişaf  edir. 

Hipovolemik şok baş verir. İnkişaf edən enterit nəticəsində bağırsaqlarda həzm, sorulma prosesləri 

pozulur.  Klinik  əlamətlər  söndükdən  1  ay  keçənədək  saxlanılan  lipaza  və  laktoza 

fermentlərinin çatmamazlığı baş verir. Bağırsaq mikroflorasında pozğunluqlar, disbakterioz belə 

inkişaf edə bilər. 

Salmonelloz  zamanı  maye  itirilməsi  ilə  yanaşı  endotoksinin  qanın  laxtalanma 

sisteminə təsiri ilə əlaqədar YDL sindromu inkişaf edə bilər. Endotoksinin təsirindən sinir-damar 

aparatı zədələnir, damarlar tonusdan düşür, ter-morequlyasiya pozulur. 

Limfa aparatının funksiyasının zəifləməsi və  ya pozğunluqları zamanı prosesin 

yayılması  və  uzun  müddətli  bakteriemiya  olur  ki,  bu  özünü  xəstəliyin generalizə  olunmuş 

formaları kimi  büruzə  verir.  Bakteriemiya  nəticəsində  sal-monellalar  müxtəlif  daxili  üzvlərə 

yayılaraq  onlarda  distrofık  dəyişikliklər  və ya  II-li  irinli  ocaqlar (septikopiemik  variant) əmələ 

gəlməsinə səbəb olur. 

İmmun  reaksiya  həm  yerli,  həm  də  ümumi  olur.  Yerli  reaksiya  ilk  növbədə 

humoral  reaksiya  (IgA  ifrazı)  və  zəif  büruzə  verən  hüceyrə  reaksiyası  şəklində  meydana  çıxır. 

Humoral  reaksiya  müxtəlif  sinifdən  olan  immunoqlobulin-lərin  ifrazı,  hüceyrə  reaksiyası  - 

makrofaqların faqositar fəallığının yüksəlməsi, antitellərin sintezi ilə özünü göstərir. Antitellərin 

ifrazına  çox  vaxt  orqanizmin ikincili  immun  cavab  reaksiyası  kimi  baxılır.  Belə  ki,  böyüklərin 

əksəriyyəti əvvəllər  salmonellalarla  bir  neçə  dəfə  təmasda  olmuş  olurlar.  Nəticədə  orqanizmin 

həssaslığı inkişaf edir və bu fonda hiperhəssaslıq belə mümkündür. 



Patomorfoloji  dəyişikliklər xəstəliyin  ağırlığından,  formasından,  müddətindən 

asılı olaraq müxtəlif olur. Onu da qeyd etmək lazımdır ki, belə dəyişiklər heç də həmişə xəstəliyin 

ağırlığına uyğun gəlmir. 

Qastrointestinal  forma zamanı  mədə-bağırsaq  sisteminin  bütün  şöbələrində 

kataral  iltihab  üstünlük  təşkil  edir.  Bağırsaqda  makroskopik  olaraq  müxtəlif  ölçülərdə  qan 

sızmalarla  doluqanlılıq,  selikli  qişanın  ödemi,  bəzən səthi  nekrozlar  və  zərif  ərplər  olur.  Limfa 

aparatında  ola  bilsin  dəyişiklik  olmasın,  dalaq  böyümür.  Bütün  digər  orqanlarda  kəskin 

doluqanlılıq və distro-fık dəyişikliklər olur. Mikroskopik olaraq bağırsaqlarda selikli və selikaltı 

qişada qansızmalar, damar dəyişiklikləri  müşahidə edilir. Selikaltı  nahiyyədə reaktiv leykositar 

reaksiya ilə mikrosirkulyasiyanın pozulması və kəskin ödem qeyd edilir. 

Septiki  əlamətlərlə  gedən ümumiləşmiş  formada mədə-bağırsaq  sistemində  bir 

qədər doluqanlılıq və xırda qansızmalar olur. Daxili orqanlarda çoxlu metastatik irinliklər aşkar 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə