C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə44/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   40   41   42   43   44   45   46   47   ...   207

91 

 

edilir.  Retikuloendotelial  sistem  hüceyrələrinin  kəskin  ocaqlı  və  diffuz  proliferasiyası  qeyd 



edilr. Piemik abseslərdə salmonellalaı* 

vo bəzən digər nıikroorqanizmlər (stafılokokklar, proteylər) aşkar edilir. Tifə bənzər gediş zamanı 

qaraciyərin, dalağın, musariqə limfa düyünlərinin böyüməsi, nazik bağırsağın aşağı şöbələrində 

selikli  qişalarda,  xüsusən,  qrup  limfa düyünlərində  qansızmalar  qeyd  edilr.  Morfoloji 

dəyişikliklərin geriyə inkişafı adətən xəstəliyin III həftəsindən başlayır. 

Klin i k ası. İnkubasion dövr qida ilə yoluxma zamanı 6 saatdan 3 günədək, 

orla  hesabla  12-24  saat;  məişət-təmas  yolu  ilə  yoluxmada  (xəstəxana daxili  yoluxmada)  3-8 

günədək olur. Salmonellozun aşağıdakı klinik formaları müəyyən edilr. 

I. Qastr ointeslinal - yerli forma: 

-    qastritik variant 

-    qastroenteritik variant 

-    qastroenterokolitik variant 

-    enterokolitik variant. 



II.    Ümumiləşmiş forma: 

-    yatalağa bənzər variant 

-    septikopiemik variant 



III.    Bakteriyagəzdivənlik - /cəskin, xroniki, tranzitor 

IV.    Subklinikforma. 

Qastr o i n t e s t i nal forma. Salmonellozun çox yayılmış formalarından biridir. 

Bütün  salmoııellozla  xəstələnmələrin  96-98%-ni  təşkil  edir.  Xəstəliyin  bu  forması  qastrit, 

qatroenterit,  qastroenterokolitik  və  enterekolitik variantlarla  keçə  bilər.  Ağırlıq  dərəcəsinə  görə 

yüngül, orta ağır və ağır olur. 



Salmonelloz  qastriti  - nadir hallarda təsadüf  edilir və  yüngül  keçir. Xəstələrdə 

zəif  intoksikasiya  əlamətləri,  epiqastral  nahiyyədə  ağrılar,  mədə  bulanması,  bir  neçə  dəfə 

təkrarlanan qusma, ishal qeyd edilir. Hərarət normal və ya subfebril olur. Bütün əlamətlər 1-3 gün 

müddətində çəkilir. Qastritik variant adətən salmonellozun qida ilə epidemik alovlanmaları zaman 

və sporadik hallarda müqaviməti yüksək olan insanlarda təsadüf edilir. 

Qarm bir qədər köp olur. Palpasiya zamanı və bəzən kənardan qurultu-lar, nazik 

bağırsaq ilgəklərində su şırıltısı qeyd edilir. 

Salmonelloz  zamanı  mədə-bağırsaq  pozğunluqları  əlamətlərinin  inkişafının 

ardıcıllığına  diqqət  yetirmək  vacibdir: qarında  ağrılar,  mədə  bulanması,  qusma,  ishal. Bunun 

mühüm  differensial-diaqnostik  əhəmiyyəti  vardır.  Belə  ki,  xəstəliyi  ilk  dövrlərindən  vəbadan 

fərqləndirmək olur. 

Qastroenteritik  variant -  salmonelloz  infeksiyasının  daha  çox  rast  gəlinən 

formasıdır.  Xəstələrin  85%-ni  təşkil  edir.  Xəstəlik  kəskin,  intoksikasiya  əlamətləri  və  mədə-

bağırsaq pozğunluqlarının demək olar ki, eyni vaxtda meydana çıxması ilə başlayır. Əlamətlər bir 

neçə  saata  maksimuma  çatır.  Xəstələr  üşüdür,  temperatur  xəstəliyin  ağırlıq  dərəcəsindən  asılı 

olaraq 38-40°C-dək yüksəlir. Ümumi zəiflik, halsızlıq, əzginlik, baş ağrısı, baş gicəllənmə qeyd 

edilir. Mədə  bulanması,  təkrari,  ağır  hallarda  isə  aramsız  qusmalar  olur.  Qarında  yayılmış,  çox 

vaxt epiqastral, göbək ətrafı və iliosekal nahiyyədə ağrılar olur -salmonelloz üçbucağı. Defekasiya 

downloaded from KitabYurdu.org




92 

 

tezləşir, xəstəliyin ağırlığından asılı olaraq gündə 3-5 dəfədən 20 dəfəyədək və daha artıq olur. 



Nəcis durulaşır,  üfunətli, köpüklü,  qəhvəyi,  tünd-yaşıl və  ya  sarı  rəngdə,  çox  kütləli  olur.  Ağır 

hallarda ishal şiddətlənir, nəcis öz xarakterini itirir, düyü həlimini xatırladır. 



Qastroenterokolitik  variant -  xəstəlik  qastroenterit  əlamətləri  ilə  başlasa  da, 

sonradan  kolit  əlamətləri  meydana  çıxır  və  gedişinə  görə  kəskin  dizente-riyanı  (Sh.sonnei) 

xatırladır. Temperaturun yüksəlməsi, intoksikasiya əlamətləri ilə başlayır. Bəzən elə ilk gündən 

kolitik sindrom meydana çıxır. Nəcisdə selik və bəzən qan olur. Sol qalça çuxuru nahiyyəsində 

tutma  şəklində  ağrılar, yalançı  çağırışlar,  tenezmlər  qeyd  edilir.  Qeyd  etmək  lazımdır  ki,  əksər 

hallarda kolit əlamətləri qastroenterit əlamətləri zəiflədikdən sonra, xəstəliyin 2-3-cü günü büruzə 

verir.  Belə  xəstələrdə  temperaturun,  intoksikasiyanın  davam  etmə müddəti  bir  qədər  (2-3  gün) 

artıq  olur.  Qaraciyərin  və  dalağın  böyüməsi  qeyd edilə  bilər.  RRS-də  müxtəlif  intensivlikdə 

kataral, kataral-hemorragik, kata-ral-eroziv dəyişikliklər aşkar edilir. 

Enterokolitik  variant -  öz  gedişinə  görə  qastroenterokolitik  variantı  xatırladır. 

Xəstəliyin  ilk  günündən  kolitik  simptomokompleksin  baş  verməsi  ilə  xarakterizə  olunur. 

Salmonelloz  kolitinin  spesifik,  patoqnomik  əlamətləri  mövcud  olmadığına  görə  xəstəliyin 

enterokolitik,  qastroenterokolitik  variantlarının  diaqnozunu  qoyarkən  mikst  infeksiya  inkar 

edilməlidir. 

Əlamətlərin sönməsi xəstələrin əksəriyyətində xəstəliyin I həftəsində müşahidə 

edilir.  Tək-tək  xəstədə  diareya  20  günədək  saxlanıla  bilər.  Qeyd  etmək  lazımdır  ki,  bağırsağın 

funksional vəziyyətinin normallaşması tam klinik sağalmadan sonra bir müddət davam edir. Həzm 

və sorulma prosesində ki, pozğunluqlar (xüsusən yağların parçalanması və sorulması) bəzən bir 

neçə ay saxlanılır. 

Qastrointestinal  forma  zamanı  xarakterik  temperatur  əyrisi  müəyyən  etmək 

qeyri-mümkündür.  Xəstəlik  normal  və  subnormal  temperatur  müşahidə edilməklə  bərabər; 

remittəedici,  intermittəedici  və  daimi  tipli  qızdırmalar  da qeyd  edilə  bilər.  Əksər  xəstələrdə 

temperatur  4  gündən  artıq  davam  etmir.  Ağır gedişlərdə  hipovolemik  və  ya  ITŞ  inkişaf  edərsə 

hipotermiya da ola bilər. Qastrointestinal formada patoloji prosesə bir sıra orqan və sistemlər də 

qoşula bilər.Pankreasın zədələnməsi özünü qanda, sidikdə amilazanın çoxalması ilə göstərməklə 

bərabər,  bəzən  kliniki  olaraq  pankreatit  əlamətləri  də  meydana  çıxır. Qaraciyərin 

zədələnməsi erkən,  xüsusən  yüksək  toksinemiya  zamanı  ola  bilər. Palpasiya  da  həssas  olur, 

böyüyür, biokimyəvi müayinələrdə dəyişikliklər, bəzən sklerada subikteriklik qeyd edilir. Adətən 

pankreasın və qaraciyərin zədələnməsi əlamətləri keçici olur. 

Böyrəklərin  zədələnməsi toksiki  böyrək  sindromu  ilə  özünü  büruzə  verir. 

Proteinuriya, mikrohematuriya, silindiruriya qeyd edilir. Ağır hallarda ürək-damar fəaliyyətindəki 

pozğunluqlar, su-duz mübadiləsi pozğunluqları KBÇ-nın inkişafına gətirib çıxara bilər. 

Ürək-damar  sisteminin pozğunluqları  xəstələrin  əksəriyyətində  qeyd  edilir. 

Nəbz tezləşir, qan təzyiqi düşür, ürək tonları karlaşır, rəngin avazıması, ağır gedişlərdə xəstələrin 

5-7%-də  kollaps  baş  verir.  Bu  zaman  arterial  və  venoz təzyiq  birdən-birə  düşür.  Nəbz  tezləşir, 

sapvari olur, hətta təyin etmək belə olmur. Dəri soyuq, yapışqanvari tərlə örtülür. Tənəffüs tezləşir, 

ritmi pozulur, temperatur kəskin düşür. Huş adətən saxlanır, xəstə ətrafların soyumasından, 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə