C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə25/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   21   22   23   24   25   26   27   28   ...   207

52 

 

olanlar  21  gün,  hər  gün  temperatur  ölçülməklə  müşahidə  altında  olmalıdırlar.  Bütün  təmasda 



olanlar sidiyin, nəcisin; qaraciyər və öd yollarının patalogiyası olanlar, əvvəllər qarın yatalağına 

tutulmuş  şəxslər isə  əlavə  olaraq  bir  dəfə  12b.bağırsaq  möhtəviyyatının  bakterioloji 

müayinəsindən keçirilməli və olanlara bakteriofaq verilməlidir. 

Ümumtəhsil  və  internat  məktəblərdə  oxuyan  uşaqlarda  bakteriyagəzdi-rənlik 

olarsa  onlar  məktəbə  buraxılır,  lakin  ərzaq  məhsulları  və  su  təchizatı  ilə  əlaqədar  olan  işlərə 

buraxılmırlar. Məktəbəqədər müəssisələrdə aşkar edilən bakteriyagəzdirənlər isə ora buraxılmırlar 

və stasionar da müayinə və müalicəyə göndərilirlər. 

Spesifik profilaktika epidemoloji göstərişlər əsasında aparılır. Qarın yatalağına 

görə təhlükəli olan bölgələrdə 7 yaşından yuxarı bütün əhali vaksina-siyadan keçirilir. Təmizləmə 

stansiyasında,  infeksion  xəstəxanada,  bakterioloji  laboratoriyada  işləyənlər  və  xəstəlik  çox 

yayılmış  ölkələrə  gedən  şəxslər  peyvənd  olmalıdırlar.  Rusiyada  peyvənd  aparmaq  üçün  qarın 

yatalağı,  paratiflər əleyhinə  adsorbsiya  (təmizlənmiş)  olunmuş  vaksina  tətbiq  edilir.  Uşaqlar 

isə Vi-antigenlo zənginləşdirilmiş spirtli tif-paratif vaksinası ilə peyvənd edilir. Peyvənddən 1-2 

həftə sonra immunitet əmələ gəlir və 2 il saxlanılır. Son illər ABŞ-da bu məqsədlə peroral istifadə 

edilən vaksina işlənib hazırlanmışdır. Xaricdə qarın yatalağı əleyhinə diri vaksin də istifadə edilir. 

Hazırda  2  yaşadək uşaqlar  da  daxil  olmaqla  bütün  şəxslərin  peyvənd  edilməsi  üçün 

konyuqasiya olunmuş vaksina işlənib hazırlanır. 

DİZENTERİYA (DYSENTERİA) 

Dizenteriya  -  şigcllozlar  -  ümumi  intoksikasiya  sindromu,  mədə-bağırsaq 

sisteminin, əsasən yoğun bağırsağın distal şöbəsinin zədələnməsi ilə gedən in-feksion xəstəlikdir. 



Tarixi məluma t. Dizenteriya geniş yayılmış bir xəstəlik kimi məlumdur. XVIII 

(1719-1789) və XIX (1834-1836) əsrlərdə onun pandemiyaları belə olmuşdur. Müharibələr, təbii 

fəlakətlər, zəlzələlər və s. həmişə xəstəliyin geniş yayılmalarına - epidemiyalarına səbəb olmuşdur. 

Dizenteriya sözü Hipokratın dövründən işlədilir. Belə ki, o, bağırsaq pozğunluğu 

ilə gedən bütün xəstəlikləri iki qrupa ayırırdı: diareya - ishalla gedən xəstəliklər və dizenteriya - 

qarında 


ağrıların 

olması 


ilə 

fərqlənənlər. 

"Dizenteriya" 

yunan 


sözü 

olub, "dis"- pozğunluq, "enteron" -  bağırsaq  deməkdir. İlk  olaraq  xəstəliyi  yunan  həkimi  Artey 

(b.e.əwəl  I  əsr)  ətraflı təsvir etmişdir. Sonralar X-XI əsrlərdə  İbn Sina da dizenteriyamn  klinik 

təsvirini vermişdir. 

XIX əsrin II yarısından başlayaraq dizenteriyamn ətraflı öyrənilməsi başlamışdır. 

1891-ci  ildə  Rusiyada  hərbi  həkim  A.V.Qriqorycv  dizenteriyadan ölənlərin  daxili  üzvlərində 

(bağırsaqlarında)  qram-mənfi  bakteriyalar  aşkar edərək,  ekspremental  yolla  (dovşanlar,  dəniz 

donuzları üzərində) onların pato-genetik və morfoloji xüsusiyyətlərini öyrənməyə cəhd etmişdir. 

1898-ci ildə isə yapon alimi K.Şiqa həmin törədicini ətraflı öyrənərək məlumat vermişdir. 

Sonralar dizenteriyamn törədicilərinin digər növləri də aşkar edilmişdir. Onlar 

morfoloji  cəhətdən  bir-birinə  çox  yaxın  bakteriyalar  olub,  fermentativ fəallığına  və  antigen 

quruluşuna görə fərqlənirlər. 



Etiologiyası. Törədici Erıterobakteriaceae ailəsinə  və  Şigella  cinsinə  aiddir. 

Müasir təsnifata görə 4 qrupa - müvafiq olaraq 4 növə ayrılır: A -Şh.dizenteria; B - Sh.flexneri; C 



- Sh.boudii; D - Sh.sonnei. Sh.sonnei-dən başqa digər növlərin bir neçə serovarları vardır. Hazırda 

downloaded from KitabYurdu.org




53 

 

40-dan  artıq  serovariant  məlumdur. Sh.dizenteria-nın  12  serovarı  vardır.  Qriqoryev-Şiqa  (1), 



Stuser-Şrrıitt  (2),  Larc-Saks  (3) serovarları  bura  aiddir. Sh.flexneri  -8  ser  ovar:  1-5,  6, X,  Y 

variantlar. 6-cı variant NyukastI adlanır. Sh. boudii 1-18 serovar. Göstərilən serovarlardan başqa, 

son vaxtlar digər serovarlar da aşkar edilmişdir. 

Morfoloji cəhətdən şigellalar bir-birinə çox oxşar çöp şəklində, 0,3-0,6 x 

1,0-3,0 mkm ölçüdə, ucları girdə bakteriyalardır. Qram-mənfidir. Spor, kapsul əmələ gətirmir, adi 

qidalı mühitlərdə yaxşı bitirlər. "O" və "K" anligeninə malikdir. "0"-antigen seroloji spesifikliyə 

malikdir,  "K"-antigen  isə  qişa  strukturlarında  olur.  Bakteriyalar  parçalandıqda  endotoksin  xaric 

olur  ki,  bu  da  xəstələrdə  intoksikasiya  sindromunun  inkişafında  əhəmiyyətli  rol  oynayır. 

Şigellalar müxtəlif  fraksiyalardan  ibarət  ekzotoksinlər  də  ifraz  etmək  qabiliyyətinə  malikdirlər. 

Bunlardan: enterotoksinlər - 

bağırsaq 

mənfəzinə 

maye 


və 

duzların 

ifrazını 

sürətləndirir; sitotoksinlər - 

epitel 

hüceyrələri 



membranının 

zodələnməsi-nə 

səbəb 

olur; neyrotoksin - əsasən Qriqoryev-Şiqa serovarı ifraz edir, güclü neyrotoksik təsirə malikdir. 



Şigeiiaların  viruientiiyi  əsasən  4  faktorla  müəyyənləşdirilir: epitel  hüceyrələri 

membranına adgezivliyi, onlara invaziyası, toksin ifrazetmə qabiliyyəti və hüceyrə daxili çoxala 

bilmələri ilə. Göstərilənlər Qriqoryev-Şiqa növündədaha 

çox  büruzə  verir,  nisbətən az  Fleksner növündə  qeyd  edilir.  Digər  şigellalarda  patogenlik 

əhəmiyyətli dərəcədə zəifdir. 

Son  vaxtların  araşdırmaları  göstərmişdir  ki,  şigcllalar  xarici  mühitə  daha 

davamlı olmuşdur. Bu xarici faktorların təsirindən təkamül nəticəsində meydana çıxmışdır. 

Çirkab  sularında  onlar  25-30  gün,  torpaqda  quru  və  donmuş  vəziyyətdə,  ilin 

fəsillərindən aslı olaraq bir neçə ay qala bilirlər. Xarici mühitə davamlılıq şiqellaların növlərindən 

də aşlıdır. Belə ki, Sonnei bakteriaları xarici mühit təsirinə daha davamlıdırlar. Qriqoryev-Şiqa isə 

davamlığı ən zəif olan şigellalar-dandır. Şigellalar, xüsusən Sh.Sonnei ərzaq məhsullarında (süd 

və süd məhsullarında) nəinki uzun müddət qalırlar, hətta artıb çoxalırlar. 

Dezinfeksiya  edicilər  (xloramin,  lizol  və  s.)  adi  qatılıqda  şigellaları  bir-neçə 

dəqiqəyə  tələf  edir.  +60°C-də  30  dəq.,  100°C-də  ani  olaraq,  düz  günəş  şüaları  30  dəq., 

ultrabənövşəyi şüalar isə 10 dəq. tələf edir. 



E p idenıio lo g iy ası. tnfeksiya mənbəyi kəskin və xroniki dizent eri-yalı xəstələr, 

rekonvalessentlər,  bakteriyagəzdirəniərdir. Yüngül,  subklinik,  silinmiş  formalı  xəstələr  və 

bakteriyagəzdirənlər  epidemioloji  cəhətdən  daha  təhlükəli  hesab  edilirlər.  Belə  halın  qida  ilə 

əlaqədar müəsisələrdə işləyənlər və digər infeksiyanı yayma ehtimalı çox olan şəxslər arasından 

olması,  xüsusən təhlükəlidir.  Bu  şəxslərdə  xəstəlik  əlamətləri  zəif  olduğundan  həkimə 

müraciət etmir və nəzarətdən kənarda qalırlar. 

Kəskin dizenteriyalı xəstələr isə xarici mühitə öz ifrazatları ilə külli miqdarda 

bakteriya ifraz etmələri ilə təhlükəli hesab edilirlər. Bu baxımdan onlar daha kontagiozdurlar. 

İnsanların dizenteriyaya həssaslığı eyni deyildir. Qanı II qrupdan, rezusu mənfi 

olan insanlar dizenteriyaya daha həssasdır və onlarda xəstəlik nisbətən ağır keçir. 

Yoluxma  mexanizmi  fekal-oraldır.  Su,  qida  və  məişət-təmas yolu  ilə  yoluxur. 

Göstərmək lazımdır ki, şigellaların növlərinə görə bu və ya digər yoluxma yolu üstünlük təşkil 

edir. Belə ki, Qriqoryev-Şiqa növündə əsas yoluxma yolu məişət-təmasFleksner-də, Nyukastl-da 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə