Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə24/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   20   21   22   23   24   25   26   27   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

49 


sağlamlığı və hər bir sakinin şəxsi həyatı ilə maraqlanıb. Adətən o, xalqla kənd meydanında, 

manqa ağaclarının kölgəsində qoyulmuş yelləncək-kreslosunda əyləşərək, üzünü general 

furajkasıyla yox, o illər geydiyi adi papaqla yelpikləyə-yelpikləyə söhbət edib; və onda adama 

elə gəlirdi ki, o, bürküdən üzülmüş halda mürgü vurur, ona deyilənləri qulaqardına vurur, yaxud 

da heç eşitmir; əslində isə o, kəndin kişi və qadınlarının ona dediklərini son sözünəcən eşidib 

yadında saxlayırdı; o, bu adamları, adlarına, familiyalarına qədər tanıyırdı, ölkə sakinlərinin 

adbaad yığılmış siyahısının - minlərlə rəqəmi, millətin bütün problemlərini, istisna olunmadan, 

əzbər bilirdi. «Xasinto Morales, bəri gəl, - deyə o, gözlərini açmadan məni çağırdı. Danış görək, 

ötən il orduya göndərdiyim oğlun indi hardadı və necədi. Əsgərlikdəki imalələrin ona xeyri oldu, 

ya yox?» «Salam, Xuan Priyeto, - mənə dedi. – Cins düyən özünü necə hiss eləyir? Yadındadı, 

mənim cadu-ovsunumdan sonra qulağının soxulcanları necə töküldü?» Mənə isə dedi: «Hə, 

Matilda Peralta, qaçaq düşmüş ərini qaytardığıma görə mənə nə verəcksən? Sən Allah, bir buna 

tamaşa elə, görürsən, boynuna kəndir salıb gətirmişəm, özünə də xəbərdarlıq eləmişəm ki, 

qanuni arvadından bir də qaçmaq istəsə, ömrünün axırınacan ayağında qandal, çürüyəcək». 

Məişət məsələlərində olduğu kimi, ictimai işlərdə də o, hər məsələyə dərhal əncam çəkirdi; 

məsələn, qəssaba əmr edirdi ki, o, oğru xəzinədarın qolunu camaatın gözü qabağında kəssin, hər 

şey barədə, hətta pomidor və pomidor yetişdirən torpaq barədə belə o, bu sahənin ən təcrübəli 

ixtisasçısı ədasıyla mühakimə yürüdürdü;kiminsə bostanında bitən pomidorun dadına baxıb, onu 

müşayiət eləyən aqronomlara, alimlərə: «Bu torpağın gübrəsi çatışmır, özü də hansı gəldi yox ha, 

ulaq peyini. Özü də dişi eşşəyin yox, erkək eşşəyin peyini! Göstəriş verərəm, dövlət hesabına 

gətirərlər!» - deyə bildirir və gülə-gülə yoluna davam edirdi.» 

«…Bir dəfə o, mənim pəncərəmə boylanıb sevinə-sevinə: «Paho, bu sənsən, Lorensa Lopes?! 

Tikiş maşının necə işləyir?» - dedi. O, bu maşını mənə, azı iyirmi il bundan əvvəl bağışlamışdı… 

dedim, «çoxdan canı çıxıb, neynəmək olar, bu dünyada heç nə əbədi deyil - nə insanlar, nə 

əşyalar.» Lakin o, dedi ki, mən heç nə qanmıram, dünya əbədidir, sonra evə girdi və onu küçədə 

gözləyən məiyyətini büsbütün unudaraq, burqacın köməyilə tikiş maşınını sökməyə, hissələrini 

bir-bir maşın yağıyla yağlamağa başladı. Beləcə, tikiş maşınıyla bir xeyli əlləşdi… o, ləhləyir, 

buğa kimi fısıldayıb fınxırırdı, əlləri, pal-paltarı, üz-gözü də maşın yağına bulaşmışdı… üç 

saatdan sonra tikiş maşını, təzə maşın kimi işlədi!» Bəli, o vaxtlar o bu cür adam idi, ən xırda 

məişət işiylə dövlət əhəmiyyətli iş arasında fərq görmürdü, bunları eyni ciddilik və inadkarlıqla 

həll edirdi, o vaxtlar o, səmimi-qəlbdən inanırdı ki, insanlara xöşbəxtlik bəxş etmək, ölümü isə, 

fərasətin və fəhmin köməyi ilə aldatmaq olar. İndi isə o heysiz bir qoca idi! Halbuki bir vaxtlar 

onun hökmü o qədər əzəmətli və kəsərliydi ki, o, kimdənsə saatı soruşanda: «Saat neçəni əmr 

etsəniz, mənim generalım!» - cavabını alırdı və həqiqətən də o, günləri, həftələri könlü istədiyi 

kimi idarə edir, ona lazım və sərfəli olanda, gündüzləri gecə, gecələri gündüz bilməyi əmr edirdi; 

qəbulolunmuş ənənəvi bayram günlərini də o, istədiyi kimi dəyişdirirdi, təqvimi elə tərtib edirdi 

ki, onun ölkənin bu və ya digər rayonuna gəlişi hansısa bayramla bir vaxta düşsün ki, özünü 

başqa yerdə də həmin bayrama çatdıra bilsin; hər yerdə də onu, gölgəsi, əli maçeteli olan, 

ayaqyalın hindu, qaragün senatorları və taxta qəfəslərdə döyüş xoruzları müşayiət edirdi: o, 

tamaşaçılarla, bu və ya digər xoruza görə ucadan mərc gəlir, təbil səsini andıran əcayib 

qəhqəhəsindən qalyeranın taxta meydançası titrəyirdi; bu qəhqəhə, musiqinin səsini də, göyə 

atılan fişənglərin parıltısını da asanca batırırdı, çünki biz hamımız onunla birgə qəhqəhə çəkməli, 

o susub həyəcanlananda, iztirab içində susmalı, onun xoruzları bizim xoruzlara qalib gəldikdə, 

bu qələbəni sürəkli alqışlarla qarşılamalıydıq; xoruzlarımız onun xoruzlarına basılmağa elə 

ustalıqla öyrəşmişdi ki, bu savaşlarda demək olar, heç vaxt pərtlik olmurdu; yalnız bir dəfə 

Dionisio İquaranın qoçaq xoruzu qarşısıalınmaz sərt bir həmləylə, adlı-sanlı qonağın göyümsov 

xoruzunu altına basıb boğazını üzmüşdü; o vaxt hamımız qorxudan yerimizdə donub qalmışdıq, 

general isə qalxıb Dionisioya tərəf yönəlmişdi və onun əlini sıxaraq: «Afərin! – demişdi. – Əsl 

kişisən!» Onda iş elə gətirmişdi ki, bu oyun generalın kefinin yuxarı vaxtına təsadüf eləmişdi, 

odu ki, Dionisionun xoruzunun ədəbsizliyi onun kefini poza bilməmişdi. Əksinə, bu yeni növ 

hiss-həyəcana görə bir növ ona minnətdarlıq hissi duymuşdu. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

50 


Prezident:«Bu xoruza neçə verim?» - deyə soruşanda, Dionisio İquaran çəkinə-çəkinə: 

«Peşkəşdi, cənab general, - demişdi - götürün». Dionisio İquaran, camaatın alıqışı, musiqi və 

fişəng səslərinin sədaları altında evinə yollananda və yol boyu hamıya, məğlubedilməz, qırmızı 

xoruzunun əvəzinə ona peşkəş verilmiş altı ədəd yarlı-yaraşıqlı, cins xoruzu göstərib öyünəndə, 

çoxları ona qibtə eləmişdi; lakin elə həmin gecə Dionisio İquaran yataq otağına girib qapını 

arxadan bağlamışdı, bir şüşə əldəqayırma qamış romunu başına çəkib, özünü qamakın 

kəndirindən asmışdı… çünki zavallı, generalın bu yüksək mükafatına, ənamına layiq görülmüş 

şəxsi hansı bədbəxtliyin və fəlakətlərin gözlədiyini yaxşı bilirdi; generalı isə belə şeylər əsla 

düşündürmürdü, bütün bu təntənəli mərasimlərdən və səfərlərdən sonra, görüş vaxtı hal-əhval 

tutub söhbət elədiyi, yaxud, sadəcə, adlarını çəkdiyi adamların başına bu qədər faciəli hadisələrin 

gəlməsi də niyəsə onu düşündürmür, arxasınca uzanan «arzuolunmaz şəxslərin» qanlı izi də onu 

narahat eləmirdi; onu sevənlərin yeganə qisməti lənət və ölüm idi; adi söhbətlər zamanı 

kimsəninsə onun adını səhv deməsi, ya hər hansı sözü başqa şəkildə işlətməsi kifayət idi ki, onu 

müşayiət edən muzdlu əlaltıları bu təsadüfi xətanı, heç bir günahı olmayan bu adamın təqibinə 

başlamaq işarəsi kimi yozsunlar. 

O, ölkə boyu əcaib armadil* yerişiylə gəzib dolanır, üz-gözü tük basmış, qatı tər iyi verən 

vücuduyla qəfil gözlənilməzliklə evlərin birində, yaxud, kiminsə mətbəxində peyda olurdu; ilk 

baxışda, fağır yolçunu andıran bu adamın gəlişi ev sakinlərinin canına vəlvələ salır, o, 

totunayla** gil badyadan su götürür, onu fınxırtıyla içib yanğısını söndürür, yaxud, qazana 

yaxınlaşıb əlini onun içinə soxur, ət tikələrini seçib götürür, ağzını marçıldada-marçıldada, 

köpənəcən yeyirdi; o elə sadəydi ki, bu sadəlikdən adamların canına niyəsə üşütmə düşürd, 

amma özünün ağlına da gəlmirdi ki, indən belə onun təşrifinin lənətli izi, ya nişanəsi həmişəlik 

olaraq bu evdə qalacaqdı; bir də o, bunu hansısa siyasi məqsədlərlə yox, sonralar da olduğu kimi, 

xalqın məhəbbətini və pərəstişini qazanmaqdan ötrü eləyirdi, çünki bu məhəbbətə ehtiyaclıydı, 

bir də ona görə belə eləyirdi ki, əslində, o çox sadə adam idi, necə görünürdüsə, elə həmin o 

adam idi. Həmin dövrdə hakimiyyət onun üçün, sonralar toxluqdan çiyrinmiş payızında olduğu 

kimi, adamı tədricən içinə soran bataqlıq yox, coşqun sel idi və həmin bu sel, bizim hamımızın 

gözləri qarşısında, ən qədim və dərin qatlardan fışqırıb üzə çıxan axın kimi bir şey idi; 

hakimiyyət onu idarə eləmirdi, o, hakimiyyəti idarə edirdi və bar verməli olan ağacı barmağıyla 

göstərməyi kifayət idi ki, həmin ağac bar versin, balalamalı olan heyvanı göstərməyi kifayət idi 

ki, o heyvan balalasın, hansısa məqsədə yetmək istəyən adamı göstərməyi kifayət idi ki, həmin 

şəxs öz məqsədinə çatsın; o, yağışı, məhsula ziyan verəcək yerlərdə dayandırıb, onu quraq 

torpaqlara yağmağa məcbur eləməyi də bacarırdı. – «Senyor, bütün bunları mən öz gözlərimlə 

görmüşəm!» Onun haqqında yayılan bu sayaq əfsanələr, o, hakimi-mütləq olub, özü də buna 

inanandan çox-çox əvvəllər yaranmışdı, hələ o illərdə yaranmışdı ki, o, müxtəlif əlamətlərə, 

qara-qura yuxuların, vəhylərin yozumuna, cadu-pitiyə inanırdı. 

Məsələn, o, yenicə başladığı səfərini yarıda kəsirdi ki, nə var-nə var, başı üzərindən uçub keçən 

piqma quşu bir-iki ağız cükküldəyib, yaxud xalqla baş tutmalı görüşü başqa vaxta keçirirdi ki, 

bəs anası Bendiyon Alvarado toyuq yumurtasında iki özək aşkar edib; bir dəfə isə - növbəti 

səfəri ərəfəsində, onu hər yerə müşayət edən məiyyətindən, özünün söyləməyə cəsarəti çatmadığı 

nitqləri onun əvəzinə söyləməli olan senatorlardan və millət vəkillərindən o səbəbdən imtina 

etmişdi ki, həmin gecə o, qorxulu yuxu görmüşdü… görmüşdü ki, böyük, mebelsiz bir otaqda, 

onu dörd tərəfdən əhatəyə almış, qəssab bıçaqlarıyla yaraqlanmış boz pencəkli kişilərin 

arasındadı… onlar, irişə-irişə, əllərindəki bısaqla onu kəsib-doğrayırlar, ha tərəfə çönürsə, ha 

yana gedirsə, üzünü yaralamağa, gözlərini oyub tökməyə köklənmiş bu bıçaqlarla üzləşdikcə, 

özünü, bu əcaib təbəssümlü, ölü rəngli, qaradinməz qatillərin arasında, qovulub boğazlanmış 

heyvan kimi hiss edir, onlar, bu qurbanlıq mərasimini başa çatdıracaq ən sonuncu və həlledici 

zərbənin kimin vuracağını və bununla da, kimin birinci olaraq onun qanından içmək şərəfinə nail 

olacağını götür-qoy edirlər; lakin o, artıq nə qorxu, nə qəzəb hiss edir, daxilində qəribə bir 

əminamanlıq duyur, həyat bədənini tərk etdikcə, bu dinclik canına bir az da çox yayılırdı; öz 

cismini, çəkisini daha duymurdu… ruhunu, qəlbini anlaşılmaz bir rahatlıq, izaholunmaz bir 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə