Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə320/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   312   313   314   315   316   317   318   319   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

652 


əsiri olduğu zəmanənin, xəyali gerçəkliyin torunda özü üçün bir neçə yerdən deşik açmışdı... O 

gözəl şahmat fiqurlarını itirsə də, cibində iti bıçağı vardı. İrəli, qoca Harri! İrəli, ay qoca 

qurd!Tfu, lənət şeytana, həyat lap zəhər imiş! Güzgüdəki Harrinin üzünə tüpürdüm, təpiklə 

vurub çilik-çilik  elədim. Uğuldayan dəhliz boyu yavaş-yavaş irəlilədim, diqqətlə bir az  əvvəl 

çox şey vəd eləyən qapılara baxdım: ancaq heç birində lövhə yox idi. Asta addımlarla sehrli 

teatrın yüz qapısından keçdim. Bəs mən bu gün maskarad balında deyildim? Eh, həmin vaxtdan 

yüz il keçmişdi. Bir azdan heç illər də olmayacaq! Ancaq bir işim hələ də qalırdı: Hermine məni 

gözləyirdi. Çox qəribə toy olacaq bu! Kədərli bir dalğa kədərli qulu – Yalquzağı qoynuna alıb 

harasa aparırdı. Tfu, lənət şeytana! 

Axırıncı qapıya çatanda dayandım. Qüssəli dalğa məni içəri aparırdı. Ah Roza, ah keçmişdə 

qalan gənclik, ah Gete və Motsart! 

Qapını açdım! İçəridə sadə, gözəl bir mənzərə açıldı: döşəməyə sərilmiş xalçaların üstündə iki 

lüt adam uzanmışdı. Gözəl Hermine ilə gözəl Pablo idi, yanaşı uzanıb dərin yuxuya getmişdilər. 

Eyş-işrət ikisini də heydən salmışdı. Adama elə gəlir, heç vaxt ondan doymaq olmaz, lakin 

yaman tez doyur!  

Gözəl-gözəl insanlar, qəşəng mənzərə, möcüzə dolu bədənlər... Herminenin sol döşünün altında 

təptəzə yumru ləkə vardı. Oranı gözəl Pablonun parıldayan dişləri ehtirasdan göyərtmişdi. Elə 

həmin ləkəli yerdən də bıçağı sapınacan yeritdim. Herminenin dümağ zərif dərisi qana bələndi. 

Ayrı vaxt olsaydı, işlər  əvvəlcədən başqa cür gətirsəydi, bu qanı öpə-öpə yalayardım. Ancaq 

indi toxunmadım, yalnız onun necə axdığına tamaşa elədim və gördüm ki, bircə anlığa gözlərini 

heyrət içərisində ağır-ağır açdı.  

«Bəs niyə təəccübləndi?»  – deyə ürəyimdən keçirdim. Sonra fikirləşdim ki, gözlərini bağlasam 

yaxşıdır, ancaq özləri yumuldu. Deməli, bu işi də qurtardım. Azacıq yana çevrildi, qoltuğunun 

altından sinəsinə tərəf ani, zərif bir kölgə axdı, nəyisə mənə xatırlatmaq istədi. Ancaq hər şeyi 

unutmuşdum! O, bir daha tərpənmədi... 

Dayanıb uzun-uzadı Hermineyə tamaşa elədim. Birdən diksinib  ayıldım, çıxıb getmək istədim.  

Həmin anda Pablo tərpənib gözlərini açdı, gərnəşdi,  əyilib meyitə baxdı, gülümsədi. «Bu oğlan 

heç vaxt ciddi olmayacaq,  – ürəyimdən keçirtdim,  – hər şey onda təbəssüm oyadır». Pablo 

ehtiyatla xalçanın bir ucunu qaldırıb Herminenin sinəsinə qatladı, yaranın üstünü örtdü, sonra 

səssiz-səmirsiz çıxıb getdi. Hara gedirdi? Niyə hamı məndən qaçırdı? Yarıyacan «bürünmüş» 

meyitlə tək qaldım. Onu sevir, həm də qibtə edirdim. Oğlan telinə oxşayan birçəkləri alnına 

səpələnmişdi və avazımış sifətində qırmızı dodaqları işıldayırdı. Gözləri bir az aralanmışdı, 

saçlarından xoş bir  ətir yayılır, onun arxasından da balaca qulağı görünürdü. 

Axır ki, arzusu yerinə yetmişdi. Tam sahib olmamış, öz sevgilimi özüm öldürmüşdüm. Heç bir 

ağla sığmayan iş tutmuşdum və indi də diz çöküb gözlərimi ona zilləmişdim, nə etdiyimi də 

anlamırdım. Heç onu da bilmirdim ki, düz eləmişəm, ya yox; o ağıllı şahmatçı, Pablo buna nə 

cür baxacaq. Bilmirdim! Fikirləşmək də olmurdu. Getdikcə sönən sifətində boyalı dodaqları daha 

da qızarırdı. Mənim bütün həyatım belə olmuş, ani sevincim, məhəbbətim də bu hərəkətsiz 

dodaqlara bənzəmişdi: ölü sifətində görünən qırmızı ləkə... 

Və bu ölmüş sifətdən, bu ölmüş dümağ çiyinlərdən, bu ölmüş dümağ əllərdən gizli-gizli asta-asta 

nəsə bir vahimə, tənhalıq, soyuqluq süzüldü, getdikcə də əllərim, dodaqlarım donmağa başladı.  

Günəşimi söndürmüşdüm? Həyatın döyünən qəlbinimi dayandırmışdım? Yoxsa kainatın bumbuz 

soyuğu içəri dolurdu? 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

653 


Üşərgələnə-üşərgələnə daşa dönmüş qaşlarına, donmuş saçlarına, avazımış qulaq seyvanına 

baxırdım. Onlardan süzülən soyuq adamın iliyinə işləsə də, gözəl idi: nəğməyə, musiqiyə 

dönmüşdü, sehrli-sehrli süzülürdü. 

Nəsə səadətə oxşayan bu vahiməni – lap uzaq keçmişdə – bir dəfə də hiss etməmişdimmi? Bu 

musiqini onda da eşitməmişdimmi? Bəli, Motsartdan, Ölməzlərdən eşitmişdim. 

Bir vaxtlar haradansa tapdığım şeir yadıma düşdü: 

 

Bizsə ulu ulduzların parıldadığı  



Fəzaların qucağında yaşamaqdayıq.  

Nə kişiyik, nə qadınıq, nə gənc, nə qoca,  

Nə gün, nə də saat yükü daşımaqdayıq...  

Çünki ölməz olanların ömrü əbədi  

Əsl ruhlar ola bilməz adicə qonaq,  

Sonsuzluqlar ölçüsündə yaşayanların  

Gülüşü də ulduzlartək donuq, buz və parlaq... 

 

 



Həmin anda lojanın qapısı açıldı və içəri girən adamı ilk baxışdan tanımadım. Sonra gördüm ki, 

Motsartdır. Müasir dəbdə geyinmişdi. Lap yanımda oturdu. Az qala, qolundan tutub geri 

çəkəcəkdim ki, Herminenin sinəsindən döşəməyə axan qana bulaşmasın. Oturaraq yanındakı 

balaca cihazlarla, alətlərlə məşğul olmağa başladı. Hissələri çox diqqətlə quraşdırdı, burmacları 

bərkitdi. Mən isə heyranheyran onun iti, bacarıqlı barmaqlarına tamaşa edirdim. Kaş onları bircə 

dəfə fortepiano çalan görəydim! Fikirli-fikirli ona baxırdım. Daha doğrusu, fikirli-fikirli 

baxmırdım, o gözəl, ağıllı  əllərin sehrinə düşüb, bu yaxınlıqdan isinə-isinə, bir az da qorxa-

qorxa xəyala dalmışdım. Əslində, nə etdiyinə, nə bərkitdiyinə, nə düzəltdiyinə heç fikir 

vermirdim. 

Sən demə, radio cihazı quraşdırırmış. Onu işə salıb, səsini qaldırdı və dedi: 

– Münhendir, Hendelin «F – Dur Concerto grosso»sunu verirlər. 

Məni təsvirə gəlməyən bir heyrət, dəhşət götürürdü:  əslində, o  əcaib tənəkə qıfdan qrammofon 

sahibləri ilə radio abunəçilərinin səs-səsə verib musiqi adlandırdıqları selik, horra tökülürdü. 

Ancaq həmin bulanıq seliyin, xırıltının arasında, doğrudan da, ilahi bir musiqinin nəcib düzümü,  

əzəmətli kökü, soyuq nəfəsi, simlərdən qopan gur səsi toz-torpağa bələnmiş gözəl qədimi şəkil 

kimi seçilirdi. 

– Aman Allah!  – Dəhşət içində qışqırdım...  – Neyləyirsiniz, Motsart? Doğrudanmı, məni də, 

özünüzü də böyük bir günaha batırırsınız? Doğrudanmı, bizi zəmanənin fəxri hesab olunan bu 

iyrənc cihaza  – sənəti məhv etmək üçün yaranmış  ən dəhşətli silaha təslim edirsiniz? Bunsuz 

keçinmək olmazmı, Motsart? Ah! Bu dəhşətli adamdan soyuq, xəyali, səssiz bir gülüş qopdu və 

həmin gülüşü ilə də hər şeyi darmadağın etdi. Səmimi ləzzətlə mənim necə əzab çəkdiyimə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

654 


baxdı, o lənətə gəlmiş burmacları qurdaladı, tənəkə qıfın yerini dəyişdi. Gülə-gülə eybəcər, ölü, 

zəhərli musiqini damcı-damcı otağa çilətdi və elə gülə-gülə də mənə cavab verdi: 

– Özünüzdən çıxmayın,  əziz qonşu! Yeri gəlmişkən, bu ritardandoya fikir verdiniz? Əsl  

tapıntıdır, hə? Elədir ki, var! Ay səbirsiz insan, gəlin bir dəfə də bu ritardandonun sehrini 

duymağa çalışın. Hə, o bas səsləri eşidirsiniz? Lap allahlar kimi təntənəlidir! İndi qoyun qoca 

Hendelin bu tapıntısı narahat qəlbinizə işləyib, onu sakitləşdirsin! Qulaq asın, ey insancığaz, bir 

dəfə də pafossuz, kinayəsiz qulaq asın. Görün, bu gülünc cihazın səfehdən də səfeh pərdəsi 

altında  o ilahi musiqinin dumanlı obrazı necə də seçilir! Yadınızda saxlayın ki, ondan nəsə 

öyrənmək olar. Fikir verin: bu dəli gücləndiricilər dünyanın üzdən çox səfeh, lazımsız, yasaqlı 

görünən işlərini görür, onun harasındasa çalınan musiqiləri ağına-bozuna baxmadan, həm də çox 

səfeh, kobud, eybəcər halda, özünə yaraşmayan yad bir yerdə səsləndirir, ancaq bununla belə 

onun ulu ruhunu öldürə bilmir və səsləndirə-səsləndirə də öz texniki imkanlarının acizliyini, 

mənasız hay-küyçülüyünü nümayiş etdirir. Yaxşı qulaq asın, ey insancığaz, bu sizə çox lazımdır. 

Deməli, qulağınızı geniş açın! Bax belə! Görürsünüzmü, əzizim, siz indi radionun çıxardığı bu 

iyrənc səslərdə belə, yalnız öz ilahiliyini qoruyub saxlayan Hendel musiqisinə qulaq asır, həm də 

yer üzündəki həyatın çox gözəl, ibrətli bir hekayətini dinləyir və şahidi olursunuz. Siz radioya 

qulaq asan zaman hələ də ideya ilə varlığın,  əbədiyyətlə zamanın, ilahiliklə insaniliyin arasında 

gedən ulu mübarizəni dinləyir və görürsünüz. Radio dünyanın  ən gözəl musiqisini onca 

dəqiqənin içində ağlasığmaz yerlərə gətirir, onu meşşan salonlarında, çardaqlarda laqqırtı vuran, 

fikri-zikri yeməyin yanında olan,  əsnəyən, yatan abunəçilərə çatdırır, onun bütün gözəlliyini 

itirir, ancaq yenə də ruhunu öldürə bilmir. Həyat da, adına  gerçəklik deyilən şey də dünyanın  ən 

gözəl şəkillərini, bax beləcə hara gəldi səpələyir. Hendelin konsertindən sonra orta səviyyəli 

sənaye müəssisələrində balansı tənzimləmək yolları barədə məruzə oxutdurur, orkestrin sehrli 

səsini seliyə döndərir, hər yerdə öz texnikasını, işbazlığını, azğın ehtiyacını, gəldi-gedərliyini 

ideya ilə gerçəkliyin, orkestrlə onu dinləyən qulaqların arasına qoyur. Bütün həyat belədir, körpə 

bala və bizim də əlimizdən heç nə gəlmir, yalnız eşşək olmayanlarımız buna gülür. Həyatı, 

radionu tənqid etmək sizin kimi adamların yemi deyil. Yaxşısı budur, əvvəlcə qulaq asmağı 

öyrənin! Ciddiliyə layiq olan şeyləri ciddi qəbul etməyi öyrənin və qalanlarına da gülün! Yoxsa 

siz bunları daha yaxşı, daha nəcib, daha ağıllı, daha zövqlə eləmisiniz? Yox, müsyö Harri, elə 

deyil, siz öz həyatınızdan iyrənc bir xəstəlik tarixi, istedadınızdan isə bədbəxtlik yaratmısınız. 

Görürəm ki, belə qəşəng, cazibədar qızla da nəedəcəyinizi bilməyib, bıçağı qarnına soxmusunuz, 

öldürmüsünüz! Doğrudanmı, bunu düzgün yol hesab edirsiniz? 

– Düzgün? Ah, xeyr!  – Ümidsizlik içində dilləndim.  – Aman Allah, nə danışırsınız, hamısı 

səhvdir, dəhşətli bir axmaqlıqdır, pisdir! Mən heyvanam, Motsart, axmaq, qəzəbli bir heyvan! 

Burada lap yüz dəfə, min dəfə haqlısınız, mən, doğrudan da, xəstəyəm, pozğunam. Ancaq bu 

qız... özü belə istəmişdi, mən yalnız onun arzusunu yerinə yetirmişəm. 

Motsart səssizcə güldü və axır ki, insafa gəlib radionu söndürdü. 

Bayaq sidq ürəkdən inandığım bəraət cəhdi özümə də hədsiz dərəcədə səfeh görundü. Qəflətən 

xatırladım ki, nə vaxtsa Hermine zəmanədən,  əbədiyyətdən danışanda, onun fikirlərini o dəqiqə 

öz fikirlərimin eyni hesab eləmişdim. Mənim  əlimlə ölmək fikrini isə onun öz fikri, öz arzusu 

saymış, zərrə qədər də mənim təsirimdən irəli gəlməyən təbii bir şey kimi baxmışdım. Bəs onda 

nə üçün bu qəribə, dəhşətli fikri yalnız qəbul etməmiş, inanmamış, həm də nə olduğunu 

əvvəlcədən duymuşdum?  

Bəs nə üçün Hermineni məhz bir başqasının qucağında çılpaq gördüyüm anda öldürdüm? 

– Harri,  – deyən Motsartın səssiz gülüşündən müdriklik, kinayə yağırdı,  – başdan-ayağa  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

655 


lağlağısınız. Doğrudanmı, bu qəşəng qız sizdən bıçaq yarasından başqa heç nə istəmirdi? Daha 

mənə də yox! Ancaq, hər halda, yan getməyib. Yazıq uşaq həmin dəqiqə də keçinib. Deyəsən, bu 

xanıma qarşı göstərdiyiniz lütfkarlığın nəticəsini özünüz üçün aydınlaşdırmaq vaxtı gəlib çatıb. 

Yoxsa aradan çıxmaq istəyirsinnz? 

– Xeyr!  – deyə qışqırdım.  – Məgər özünüz görmürsünüz? Aradan çıxmağa bax! İndi mənim 

yeganə arzum günahımı yumaq, yumaq, yumaq, başımı edam kürsüsünə qoymaq, cəzamı 

çəkmək, məhv olmaqdır! 

Motsart dözülməz bir kinayə ilə məni süzdü: 

– Yamanca coşqunsunuz! Ancaq yumoru da öyrənəcəksiniz, Harri. Yumor həmişə kədərli olur 

və lazım gəlsə, onu elə dar ağacında öyrənəcəksiniz. Buna hazırsınızmı? Bəli? Yaxşı, elə isə 

prokurorun yanına gedin, hansı türməninsə həyətində bir səhər çağı boynunuz vurulan ana qədər 

yumordan xəbəri olmayan hakimlər dəstəsinin boşboğazlığına səbirlə dözün. Deməli, buna 

hazırsınız? 

Qəflətən gözlərim önündə bir lövhə canlandı: 

Harrinin edamı və başımı tərpədərək razılığımı bildirdim. 

Balaca pəncərələrinə dəmir tor çəkilmiş dörd divarın arasında çılpaq bir həyət, ortasında  

qurulmuş tərtəmiz edam kürsüsü,  əynində mantiya, sürtuk olan bir düjün cənab... Mən də 

onların arasındaydım və bomboz səhərin soyuğunda üşüyürdüm, qüssə dolu bir qorxu da ürəyimi 

sıxırdı.  

Ancaq taleyimlə barışmışdım, hər şeyə hazırdım. Əmrə görə irəli çıxdım,  əmrə görə diz 

çökdüm.  

Prokuror papağını çıxarıb boğazını arıtladı, qalan cənablar da onu təkrar etdilər. Prokuror  

əlindəki dürməklənmiş kağızı açıb oxumağa başladı: 

– Cənablar, qarşınızda dayanan cənab Haller bizim sehrli teatrdan sui-istifadə etməkdə ittiham 

olunaraq təqsirli bilinir. Haller bizim gözəl şəkil qalereyasını gerçəklik adlanan şeylə dəyişik 

salıb, güzgüdəki qızı güzgüdəki bıçaqla öldürməklə yalnız yüksək sənəti təhqir etməyib, eyni 

zamanda, yumor hissini unudaraq teatrdan intihar vasitəsi kimi istifadə etməyə cəhd 

göstərmişdir. Buna görə də Haller ömürlük həyat cəzasına məhkum olunur və ona on iki saat 

müddətində bu teatra girməyə icazəverilmir. Müttəhim, eyni zamanda, bir dəfə ələ salınmaq 

cəzasından da azad edilmir. Cənablar, başlayın: bir... iki... üç! 

Üç sayında həmin adamların hamısı bir nəfər kimi ucadan xorla güldü. Bu o dünyadan gələn 

dəhşətli bir gülüş idi, insan buna dözə bilməzdi. 

Özümə gələndə gördüm ki, Motsart bayaqkı kimi yanımda oturub. Əlini çiynimə vura-vura dedi: 

– Haqqınızda çıxarılan hökmü eşitdiniz. Deməli, həyatın radiomusiqisinə qulaq asmağı da 

öyrənməli olacaqsınız. Xeyrini görəcəksiniz. Bu sahədə istedadınız həddən artıq zəifdir,  əziz 

dost, ancaq sizdən nə tələb olunduğunu tədricən başa düşdünüz. Gülməyi öyrənməlisiniz  – 

sizdən tələb olunan bax budur! Həyatın yumorunu  – bu həyatın kədərli yumorunu anlamalısınız! 

Siz isə tələb olunan şeydən başqa dünyanın hər işinə hazırsınız! Qızı öldürməyə hazırsınız! 

Təntənəli edama hazırsınız! Yəqin ki, hələ yüz il də özünüzü döyməyə, qamçılamağa hazır 

olacaqsınız... Elə deyil? 

– Bəs necə! Sidq-ürəkdən hazıram! – deyə kədər içində dilləndim. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

656 


– Əlbəttə, hazır olarsınız! Siz dünyanın  ən səfeh, yumordan uzaq, hay-küylü, şit işlərinə 

qadirsiniz, ey alicənab insan! Mən isə bunlardan uzağam və sizin romantik peşmançılığınıza bir 

qara qəpik də vermərəm. Siz edam olunmaq, boynunuzu vurdurmaq istəyirsiniz, ey qəddar insan! 

Bu səfeh ideal yolunda hələ on adam da öldürərsiniz! Ancaq, lənət şeytana, elə ona görə də 

yaşamalısınız. Ən ağır cəza da sizin üçün azdır. 

– Ah, görəsən, hansı cəzadır o? 

– Məsələn, bu qızı dirildib, sizinlə evləndirmək. 

– Yox, mən buna hazır deyiləm. Bədbəxtlik olar... 

– Guya, indiyəcən elədikləriniz bədbəxtlik deyil! İndi isə coşqunluğa, qatilliyə son qoymaq 

lazımdır. Ağlınızı başınıza yığın! Siz yaşamalısınız, gülməyi öyrənməlisiniz! Siz həyatın lənətə 

gəlmiş radio musiqisinə qulaq asmağı, onda gizlənən ruha hörmət etməyi, ondakı hay-küyə 

gülməyi öyrənməlisiniz! Vəssalam, sizdən özgə heç nə tələb olunmur. 

Dişlərimi bir-birinə sıxaraq pıçıltı ilə soruşdum: 

– Bəs mən istəməsəm, necə? Bəs sizə Yalquzağa  əmr etmək, onun taleyinə qarışmaq ixtiyarı 

verməsəm necə olar, cənab Motsart? 

– Onda sizə bu gözəl siqaretlərdən birini də çəkməyi təklif edərdim, – deyə halını pozmayan 

Motsart sehrkar kimi qoltuq cibindən çıxardığı siqareti mənə uzatdı və birdən gördüm ki, daha 

Motsart deyil, qeyri-adi qara gözlərindən hərarətlə baxan dostum Pablodur, özü də əkiz qardaşı 

kimi bayaq mənə balaca fiqurlarla şahmat oynamağı öyrədən kişiyə oxşayır. 

– Pablo! – diksinərək qışqırdım. – Haradayıq, Pablo? 

Pablo verdiyi siqareti yandırdı: 

– Mənim sehrli teatrımda,  – deyə gülümsədi.  – Əgər tanqo öyrənmək, general olmaq,  

Makedoniyalı İskəndərlə söhbət etmək istəyirsənsə, gələn dəfə hamısı qulluğunda olar. Ancaq 

onu da deyim ki, məni bir az kədərləndirdin, Harri.  Özünü tamam unutdun, balaca teatrın yumor 

aləmini dağıtdın,  ədəbsizlik elədin, bıçağa  əl atdın, bizim bu gözəl xəyali dünyamızı gerçəklik 

ləkəsi iləkorladın. Heç yaxşı iş tutmadın. Çox güman ki, yanaşı uzandığımızı görüb, 

qısqanclıqdan elədin. Heyif ki, bu fiqurla oynamağı bacarmadın, ancaq mən elə bilirdim yaxşı 

öyrənibsən. Eybi yox, düzələr. 

Hermineni qaldırdı, qız onun barmaqları arasında balaca bir şahmat fiquruna döndü. Onu bayaq 

siqaret çıxartdığı cibinə qoydu. 

Qatı şirin tüstünün xoş bir ətri vardı və birdən-birə özümü elə yorğun hiss elədim ki, düz bir il 

yatardım. 

Ah, hər şeyi anladım, Pablonu da, Motsartı da başa düşdüm, haradansa arxa tərəfdən qorxunc bir 

gülüş səsi eşitdim və bildim ki, həyat adlı oyunun yüz min fiquru yenə də cibimdədir. Sarsıla-

sarsıla  həmin oyunun mənasını duydum. Onu bir də başlamağa,  əzablarını bir də dadmağa, 

mənasızlığından bir də dəhşətə gəlməyə, içimdəki cəhənnəm alovundan bir də – özü də lap tez-

tez keçməyə hazır idim. Haçansa bu fiqurlarla yaxşı oynayacam. Haçansa gülməyi öyrənəcəm. 

Pablo məni gözləyirdi.  



Motsart məni gözləyirdi... 

Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə