Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə318/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   312   313   314   315   316   317   318   319   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

648 


isə bir payız axşamı qarağacın küləkdən xışıldayan yarpaqları altında ilk dəfə əsmər sinəsindən 

öpüş vermiş, vüsal şərbəti içirtmişdi… 

Pablonun sehrli teatrında çox şey gördüm – sözlə heç mindən birini də demək olmaz! Axır ki, bir 

vaxt sevdiyim qızların hamısı mənim oldu, hərəsi də    yalnız özünün verə biləcəyini verdi, 

hərəsi də məndən ala biləcəyini aldı. Nə qədər məhəbbət, səadət, nəşə, həm də müəmmalar, 

iztirablar daddım.  

Həyatımın boşa getmiş məhəbbət çağları bu əfsanəvi anlarda təzədən baş qaldırdı, ömür 

gülüstanımda bakirə zərif güllər, alışıb-yanan güllər, tez solan tutqun güllər çiçək açdı. Qəlbim 

çılğın bir ehtiras, ülvi bir xəyal, coşqun bir kədər, qorxu dolu bir ölüm, parlaq bir pərvəriş həvəsi 

ilə doldu. Qadınlara rast gəldim ki, bircə dəqiqənin içində, elə ilk hücumda ovladım. Eləsi də 

oldu ki, arxasınca sürünmək, nazını çəkmək əsl səadətə çevrildi. Həyatımın nə vaxtsa, lap bircə 

anlığa da olsa, cinsi yetkinliyi duyan,  

qadın baxışından odlanan, dümağ işıldayan bir qız bədəninə uçunan dumanlı çağları bircə-bircə 

təzədən baş qaldırdı,  əldən çıxmış anlar geri qayıtdı. Hərəsinə bir cür yanaşıb, hamısına da sahib 

oldum.  

Əvvəlcə qeyri-adi tünd-şabalıdı gözləri, kətan rəngli saçları olan qadın gəldi. Nə vaxtsa sürət 

qatarının pəncərəsi önündə on beş dəqiqə yanaşı dayanmışdıq və sonralar tez-tez yuxuma 

girmişdi. Onda bircə kəlmə də danışmadı, ancaq mənə heç bir təsəvvürə sığmayan, dəhşətli, 

öldürücü məhəbbət  oyunları öyrətdi. Və bir də Marsel-şümal, kirimiş, dupduru bu çinli qız da 

eşidilməmiş şeylər bilirdi. Hərəsinin özünəməxsus sirri vardı. Hərəsindən bir torpağın  ətri 

gəlirdi. Hərəsi bir cür gülürdü, hərəsi bir cür öpürdü, hərəsi bir cür utanırdı, bir cür açıq-saçıqlıq 

edirdi. Hamısı bircə-bircə gəlib getdi. Hansı axınsa onları mənim yanıma gətirdi, hansı axarsa 

məni qoynuna alıb ora apardı, sonra da uzaqlaşdırdı.  

Naməhrəmlik dünyasında nəşə təhlükə, heyrət dolu bir uşaq  oyunu idi. Və çox təəccübləndim 

ki, mənim üzdən kasıb, quru görünən yalquzaq həyatım vurğunluq, macəra, cazibədarlıqla belə 

zəngin imiş! Demək olar ki, hamısını  əldən vermiş, hamısından gen gəzmiş, yan keçmiş, 

hamısını da teztələsik unutmuşdum. Ancaq, sən demə, hamısı yığılıb qalıbmış, özü də yüzlərlə, 

minlərlə imiş, heç biri də itməyibmiş. Hamısını indi gördüm, özümü onların ixtiyarına verdim, 

qəlbimi üzlərinə açıq qoydum.  

Çəhrayı rəngə bələnmiş o dumanlı cəhənnəmə baş vurdum. Pablonun bir dəfə təklif elədiyi 

azğınlıq da, ondan əvvəlkilər də qayıtdı. Həmin vaxtlarda başa düşmədiyim qeyri-adi eyş-işrət… 

özü də üçlükdə, dördlükdə… Hamısı bir yerdə məni təbəssümlə öz qoynuna aldı. Elə şeylər oldu, 

elə oyunlar oynanıldı ki, heç birini sözlə ifadə etmək mümkün deyildi. 

Sonu-sonucu görünməyən bu eyş-işrət, əxlaqsızlıq, müəmmalar dalğasının qoynundan bir də baş 

qaldırdım. Bu dəfə sakit, dinməz, hazır, ağıllı, müdrik, təcrübəli idim, Hermine üçün 

yetişmişdim. Min cür dünyası olan əsatirin son qəhrəmanı Hermine oldu, saysız-hesabsız adların 

axırında onunku gəldi. Həmin dəqiqə də ağlım başıma qayıtdı, məhəbbət  əfsanəsinə son 

qoydum. Çünki onunla bu sehrli güzgünün dumanlı qoynunda görüşmək istəmirdim. Axı Harri 

bütövlükdə onunku idi. Oho, indi fiqurları elə düzəcəyəm ki, hamısı onun ətrafında fırlansın, elə 

buradaca da öz oyununu qurtarsın. 

Dalğa məni sahilə vurdu, yenə də teatrın sükut çökmüş dəhlizinə düşdüm. İndi neyləyim? 

İstədim əl atıb cibimdəki fiqurları çıxarım, ancaq o dəqiqə də həvəsim söndü. Məni qoynuna 

almış bu qapılar, lövhələr, sehrli güzgülər dünyasının ucu-buçağı görünmürdü. Qeyri-ixtnyari 

yaxınlıqdakı lövhəni oxudum və ətim ürpəşdi: 

_________________________________________________ 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

649 


Adamı məhəbbətlə necə öldürürlər 

________________________________________________ 

Ani olaraq beynimdə keçmiş xatirələrdən biri oyandı: Hermine restorandakı stolun arxasında 

oturub və qəflətən qarşısındakı şərabı da, xörəyi də unudur, qorxunc bir söhbətə başlayır, 

baxışlarından amansız ciddilik yağır; deyir ki, mənim əlimlə ölmək xətrinə özünü mənə 

sevdirəcək. Qəlbimi dəhşətli bir qorxu, zülmət bürüdü, qəflətən hər şey gözlərim önündə 

canlandı, qəflətən lap dərinliklərdən yenə də baş qaldıran bədbəxtliyi, qisməti hiss elədim. 

Ümidsiz-ümidsiz  əlimi cibimə apardım ki, fiqurları  

çıxarım, sehrkarlığa başlayım, şahmat taxtası üzərindəki düzümü dəyişim. Ancaq birini də 

tapmadım.  

Fiqur  əvəzinə cibimdən bıçaq çıxdı. Dəhşət içində dəhliz boyu yüyürməyə başladım, qapıların 

yanından keçdim, axırda gəlib nəhəng güzgünün qarşısında dayandım, ona baxdım. Orada özüm 

boyda iri, qəşəng bir canavar sakitcə dayanıb mənə baxır, qorxa-qorxa gözlərini döyürdü. Birdən 

mənə göz vurub azacıq gülümsədi, ani olaraq cəhəngləri aralandı, qıpqırmızı dili göründü. 

Bəs Pablo haradaydı? Hermine haradaydı? Şəxsiyyət yaratmaq haqqında şirin-şirin çərənləyən o 

ağıllı adam haradaydı? 

Təzədən güzgüyə baxdım. Deyəsən, bayaq heç ağlım başımda deyilmiş: dilini ağzında oynadan 

canavar yoxa çıxmışdı. Güzgüdəki özüm idim: sifəti bomboz bozarmış, min cür oyundan çıxmış, 

min cür  əxlaqsızlıqdan yorulmuş, saralıb-solmuş Harri... Ancaq hər halda, insan idi, onunla 

danışmaq olardı.– Harri, – dedim, – sən burada neyləyirsən? 

– Heç nə, – güzgüdən cavab verdi. – Gözləyirəm. Ölümü gözləyirəm. 

– Ölüm haradadır ki? 

– İndi gələr, – dedi. 

Bu anda teatrın içərilərindəki boş otaqlardan gözəl bir musiqi səsi gəldi. «Don Juan»da Daş 

qonağın gəlişi zamanı çalınan həmin gözəl musiqi idi. O dünyadan, ölməzlərin yanından gələn 

buz kimi soyuq səslər bu sehrli binanı başına götürmüşdü, adamın tükləri ürpəşirdi. 

«Motsart»,  – deyə fikirləşdim və bununla da and içirmiş kimi mənəvi dünyamın  ən  əziz,  ən 

qiymətli xatirələrinn oyatdım. 

Bu vaxt arxa tərəfdən cingiltili, buz kimi soyuq bir gülüş səsləndi. İnsanlara həmişə sirli-soraqlı 

görünən o dünyanın məşəqqətlərindən, ilahi yumorundan doğulmuş bir gülüş! Həmin gülüşdən 

donadona, xoşallana-xoşallana geri döndüm və Motsartı gördüm. Gülə-gülə yanımdan keçib, 

səssiz addımlarla qapılardan birinə yanaşdı, onu açıb içəri girdi və mən də özümü saxlaya 

bilməyib, cavanlıq çağlarında Allah kimi baxdığım, qəlbimdəki məhəbbətin, pərəstişin son 

zirvəsi hesab elədiyim adamın ardınca getdim. Musiqi hələ də çalınırdı. Motsart lojanın 

arakəsməsi yanında dayanmışdı. Teatr yoxa çıxmış, ucu-bucağı görünməyən otağa isə zülmət 

çökmüşdü. 

– Görürsünüz,  – Motsart dilləndi,  – saksafonsuz da keçinmək olur. Əlbəttə, bununla heç də o 

gözəl aləti qiymətdən salmaq istəmirəm. 

– Haradayıq? – deyə soruşdum. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə