Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə315/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   312   313   314   315   316   317   318   319   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

642 


_____________________________________________________ 

Ləzzət dolu intihar 

Qarnın cırılana kimi güləcəksən 

______________________________________________________ 

Ruha çevrilmək istəyirsən?  

Şərq müdrikliyi 

_______________________________________________________ 

Ah, kaş min dənə dilim olaydı  

Yalnız   kişilər üçün 

______________________________________________________ 

Avropanın qürubu 

________________________ 

Qiyməti ucuzlaşdırılıb. Seyrəklikdir 

______________________________________________________ 

Sənətkarlıq mücəssəməsi 

Musiqinin köməyilə zamanın məkan çevrilməsi 

______________________________________________________ 

Gülən göz yaşları  

Yumor kabineti 

______________________________________________________ 

Guşənişinlik oyunları  

Hər cür ünsiyyətə dəyər 

______________________________________________________ 

Lövhələr bir-birinin ardınca düzülmüşdü. Birində belə yazılmışdı: 

______________________________________________________ 

Şəxsiyyət yaratmaq dərsi  

Müvəffəqiyyətinə bəri başdan zəmanət verilir 

____________________________________________________ 

Bu lövhə diqqətimi cəlb elədi və həmin qapıdan girdim. 

Alaqaranlıq, sakit bir otaq idi. İçəridə bir kişi şərqlilər sayağı bardaş qurub döşəmənin üstündə 

oturmuşdu. Qarşısında iri şahmat taxtasına oxşayan bir şey vardı. İlk baxışda elə bildim dostum 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

643 


Pablodur. Ən azı,  əynində Pablonunkuna oxşayan  əlvan ipək gödəkcə vardı. Gözləri də onunku 

kimi qara idi, parıldayırdı. 

– Pablosunuz? – deyə soruşdum. 

– Heç kiməm, – kişi mehribanlıqla cavab verdi. – Burada heç kəsin adı yoxdur, heç birimiz də 

şəxsiyyət deyilik. Mən şahmatçıyam. Şəxsiyyət yaratmaq dərsi almağa gəlibsiniz? 

– Bəli, buyurun. 

– Elə isə lütfən öz fiqurlarınızdan bir az mənə verin. 

– Hansı fiqurları? 

– Bayaq şəxsiyyətinizin parçalandığı fiqurları deyirəm. Axı fiqursuz oynaya bilmərəm. 

Mənə bir güzgü göstərdi və gördüm ki, vahid şəxsiyyətim çoxlu «mən»ə parçalandı, özü də 

bayaqkından artıq oldu. Ancaq bunlar lap balaca – təxminən şahmat fiqurları boyda idi və kişi 

inamla, sakitcə bir neçəsini götürüb şahmat taxtasının böyründə yerə düzdü. Tez-tez eşitdiyi nitqi 

və ya mühazirəni təkrar edirmiş kimi yeknəsəq bir səslə danışmağa başladı: 

– «İnsanın daimi vahidliyi» adlı yanlış, bədbəxtlik gətirən nəzəriyyə sizə məlumdur. Bir də o 

məlumdur ki, insan bir yığın qəlbdən, çoxlu «mən»lərdən ibarətdir. Şəxsiyyətin zahiri 

vahidliyinn bu cür müxtəlif fiqurlara parçalamaq səfehlik hesab olunur və elm də buna 

şizofreniya kimi ad qoyub. Elm bir tərəfdən haqlıdır, çünki ümumi rəhbərlik, necə deyərlər, 

nizamlama, qruplaşdırma olmasa, çoxluğun ağzını bir yerə yığmaq heç cür mümkün deyil. Eyni 

zamanda da haqsızdır, ona görə ki, bu cür saysızhesabsız «mən»lərin altında gizlənən mənaları 

bircə dəfə ömürlük nizamlamağın bəs edəcəyinə inanır. Elmin bu səhvi bəzi pis nəticələrə gətirib 

çıxarır. Ancaq onun bircə şeyə xeyri var ki, dövlətə qulluq edən müəllimlərin, tərbiyəçilərin işini 

yüngülləşdirir, onları fikirləşməkdən, təcrübə aparmaqdan azad edir. Həmin səhvin nəticəsidir ki,  

əlacsız dəlilərin çoxu «normal», hətta ictimai həyat üçün dəyərli adam hesab olunur, bəzi 

dahilərə də, əksinə, hamı dəli kimi baxır. Ona görə də biz elmi psixologiyadakı bu yarımçıqlığı 

yeni bir anlayışla doldurub, adını da yaratmaq sənəti qoymuşuq. Bununla öz «mən»inin 

parçalandığını görənlərə göstəririk ki, həmin hissləri müxtəlif düzümdə yenidən birləşdirmək 

olar və ona görə də həyat adlı oyunda hamı istədiyi şəkildə, istədiyi qədər iştirak edə bilər. 

Yazıçı bir yığın fiqurdan dram əsərini necə yaradırsa, biz də öz «mən»imizin parçalandığı 

fiqurlardan yeni-yeni qruplar yaradırıq. Hamısı da ayrı biçimdə, ayrı istəkdə, ayrı-ayrı 

vəziyyətlərdə… Bir baxın! 

Sakitcə, ehmalca mənim fiqurlarımı – bütün o qocaları, cavanları, uşaqları, qadınları, kədərliləri, 

xoşbəxtləri, güclüləri, zəifləri, diribaşları, acizləri götürüb cəld hərəkətlə qarşısındakı taxtanın 

üstünə düzdü, oynatmağa başladı. Müxtəlif qruplar, ailələr, münasibətlər, mübarizələr, 

dostluqlar, düşmənciliklər yarandı. Hamısı da özlüyündə kiçik bir dünya idi. Heyran-heyran 

tamaşa edən gözlərim önündə bu canlı, ancaq nizamlı balaca dünyanı hərəkət etdirməyə başladı: 

oyun, mübarizə qızışdı, müqavilə bağlandı, döyüşdülər, sevişdilər, evləndilər, doğub törədilər...  

Əslində, çoxpersonajlı, çılğın, gərgin bir dram əsəri idi... 

Sonra şən hərəkətlə əlini taxtanın üstünə çəkib, bütün fiqurları yerə tökdü, bir yerə yığdı, yaxşını 

yamandan seçən sənətkar kimi düşünə-düşünə həmin fiqurlardan tamamilə yeni, özu də başqa 

biçimdə, başqa münasibətlərdə, başqa əlaqələrdə bir oyun yaratdı. İkinci də birinciyə oxşayırdı: 

eyni dünya idi, eyni materialdan tikilmişdi, ancaq çaları, ritmi dəyişmiş, motivləri güclənmiş

vəziyyətləri təzələnmişdi. 

Beləliklə, bu ağıllı usta hərəsi bir hissəm olan fiqurlardan dalbadal müxtəlif oyunlar düzəltdi.  



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə