Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə314/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   310   311   312   313   314   315   316   317   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

640 


xarablaşdı, bir qədəh konyak verdik. Azacıq dincələndən sonra tamam özünə gəldi, hətta buradan 

gölün, dağın əntiqə göründüyünü qeyd elədi və dedi ki, adı Doradır. 

Həmin anda təzə bir maşın gəldi, saxlamayıb çevrilmiş avtomobillərin yanından ehtiyatla keçdi 

və o dəqiqə də sürəti artırdı. 

– Ay tənbəllər! – deyə Qustav güldü və sürücünü aşırdı. Maşın bir az «rəqs elədi», qayaya dəydi, 

onu sındırdı, sonra da uçurumun başında çəpinə dayandı. 

– Dora, – dedim, – tüfəng atmağı bacarırsınız? 

Bacarmırdı. Tüfəngi doldurmağı bizdən öyrəndi. Əvvəlcə alınmadı. Barmağını da yaraladı, 

qışqıra-qışqıra ingilis leykoplastrı istədi. Qustav başa saldı ki, müharibədir, o da gərək ağıllı, 

cəsur qız olduğunu göstərə. Bununla da hər şey qaydasına düşdü. 

– Bəs bizim axırımız necə olacaq? – deyə qız sonra soruşdu. 

– Bilmirəm, – ona Qustav cavab verdi. – Dostum Harrinin qəşəng qadınlardan xoşu gəlir, sizinlə 

dost olacaq. 

– Axı onlar polis, əsgər gətirib bizi öldürəcəklər. 

– Daha polis-zad yoxdur. İndi bizim ikicə yolumuz var, Dora: ya sakitcə burada oturub keçmək 

istəyən maşınları məhv etmək, ya da özümüz ayrı maşına minib buradan getmək, başqalarının 

gülləsinə tuş gəlmək. Kimin tərəfində olmağımızın fərqi yoxdur. Mən qalmağın tərəfdarıyam. 

Aşağıdan təzə bir maşın ucadan fit verə-verə keçirdi. O dəqiqə işini bitirdik, çevrilib yerindəcə 

qaldı, təkərləri göydə fırlandı. 

– Qəribədir,  – dedim,  – güllə atmaq nə gözəl şey imiş! Mən də əvvəllər həmişə müharibənin 

əleyhinə olmuşam! 

Qustav gülümsədi: 

– Bəli, indi dünyada adamların sayı lap çoxalıb. Əvvəllər o qədər də hiss olunmurdu. Amma indi 

hamının təkcə hava deyil, üstəlik maşın həvəsinə də düşdüyü dövrdə hiss olunur. Əlbəttə, bizim 

indi elədiklərimizin hamısı ağılsızlıqdır, uşaqlıqdır. Elə keçmiş müharibənin özü də böyük bir 

uşaq oyunu idi... Ancaq bir azdan insanlar bu çoxalmanın qarşısını almaq üçün ağıllı yollar 

tapacaq. Hələlik isə belə dözülməz vəziyyətlərə çox ağılsız yanaşırıq. Əslində, lap düzgün 

hərəkət edirik: seyrəldirik. 

– Bəli, – dedim, – bizim bu hərəkətlərimiz sərsəmlikdir, lakin bəlkə də, yaxşı, lazımlı işlərdir.  

İdrakı həddən artıq gərginləşdirməklə ağla sığmayan şeyləri bəşəriyyətin ağılla yoluna qoymağa 

çalışması heç də yaxşı deyil. Onda amerikanların, bolşeviklərin idealları kimi ideallar yaranır: 

onların ikisi də həddən artıq ağıllıdır, amma həyatı sadəlövhcəsinə sadələşdirməklə onu 

amansızcasına zorlayır, talan edirlər. Bir zamanlar  ən yüksək ideal hesab olunan insan obrazı 

getdikcə klişeyə çevrilə bilər.  

Bəlkə, biz dəlilər onu təzədən yüksəklərə qaldırdıq. 

Qustav güldü: 

– Cavan oğlan, çox ağıllı sözlər danışırsan, sənin kimi elm dəryasına qulaq asmaq qazancdır, 

adama ləzzət verir. Bəlkə də, haradasa bir az haqlısan. Ancaq indi zəhmət çək, tüfəngini doldur! 

Sən çox xəyalpərvər adama oxşayırsan. Bayaqkı təkələrdən biri hər an gələ bilər və heç birini də 

fəlsəfə ilə öldürə bilmərik, gərək lülədə güllə olsun. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

641 


Bu vaxt ayrı bir maşın gəldi və o dəqiqə də çevrilib yolu kəsdi. Sağ qalmış kök, qırmızıbaş bir 

kişi darmadağın olmuş maşınların yanında dayanıb əl-qolunu ölçdü, aşağı-yuxarı baxdı, 

gizləndiyimiz talvarı görən kimi böyürə-böyürə bizə tərəf yüyürdü, əlindəki tapançadan 

üstümüzə güllə yağdırdı...  

– Çıxın gedin, yoxsa vuraram, – deyə Qustav qışqırdı. Kişi nişan alıb bir də atdı. İkimiz də tətiyi 

birdən çəkib onu yerə sərdik. 

İki maşın da gəldi və onların da axırına çıxdıq. Sonra yola sakitlik çökdü, daha gələn olmadı.  

Deyəsən, onun təhlükəli olduğu barədə xəbər yayılmışdı. İmkan tapıb bu gözəl mənzərəyə 

tamaşa elədik. Gölün o tərəfində balaca bir şəhər vardı. Oradan tüstü qalxırdı və birdən gördük 

ki, alov artıq damdan dama keçir. Dora bir az ağladı. Onun yaşlı yanaqlarını sığalladım.  – 

Məgər biz hamımız ölməliyik? – deyə soruşdu. Heç kəs cavab vermədi. Həmin anda aşağıda bir 

piyada göründü. O, sıradan çıxmış maşınlara baxdı, imsiləyə-imsiləyə onların yan-yörəsində 

dolaşdı. Əyilib birindən  əlvan çətir, dəri qadın çantası, bir şüşə şərab çıxardı. Ədəb-ərkanla 

qayanın üstündə oturub şüşəni başına çəkdi.  

Çantadan zər vərəqə bükülmüş nəsə çıxarıb yedi, şüşəni boşaltdı, sonra da çətiri qoltuğuna vurub 

kefi kök, damağı çağ yola düzəldi. Arxayın addımlarla gedirdi və mən Qustava dedim: 

– Sən indi bu qəşəng oğlana güllə atıb beynini odlaya bilərsən? Allah özü şahiddir ki, mən 

bacarmaram. 

– Heç lazım da deyil, – deyə dostum mızıldandı. Ancaq, deyəsən, onun da ürəyi ağrıdı. Rəhmdil, 

arxayın, uşaqtək saf, günahsız bir adam görən kimi, indiyəcən tərifəlayiq, lazımlı hesab olunan 

əməlimiz o dəqiqə səfeh, iyrənc bir şeyə çevrildi. Lənət şeytana, nə qədər qan töküldü! Utandıq...  

Deyilənə görə, hətta generallar da müharibə vaxtı hərdən belə hisslər keçirirlərmiş! 

– Gəlin çıxıb gedək, – Dora sızıldadı, – aşağı düşək. Maşınlarda yeməyə mütləq bir şey tapılar.  

Hələ acmamısınız, ay bolşeviklər? 

Aşağıdan – alova bürünmüş şəhərdən həyəcanlı, qorxunc zəng səsləri eşidildi. Düşməyə 

başladıq.  

Sipəri adlamaq üçün Doraya kömək eləyəndə, onun dizindən öpdüm. Qız ucadan güldü. Həmin 

anda qol-budaq sındı və ikimiz də heçliyə yuvarlandıq... 

Yenə də dəyirmi dəhlizdə idim və ov macərasının havası da hələ başımdan çıxmamışdı. Hər 

yandan, hər qapıdan saysız-hesabsız lövhələr  adama gəl-gəl deyirdi: 

_____________________________________________________ 

 

İstədiyin heyvana və bitkiyə çevrilə bilərsən 



______________________________________________________ 

______________________________________________________ 

Kamasutra 

Hind məhəbbət sənətinin tədrisi  

Yeni  başlayanlar üçün kurs. Məhəbbət sənətinin 42 müxtəlif  növü 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə