Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə311/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   307   308   309   310   311   312   313   314   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

634 


qorxa-qorxa baxan canavarı gördüm. Gözlərindən gah qəzəb, gah da kədər yağırdı. Bu canavar 

surəti elə hey Harriyə qarışırdı. Sanki, hansı çayasa başqa bir rəngdə olan qol qarışır, sular 

bulanır, çarpışma başlayır, biri digərini udur, öz rəngini saxlamaq uğrunda amansız döyüş 

gedirdi. Yarıya qədər formalaşmış canavar o gözəl hürkək gözlərini kədərlə mənə zilləmişdi. 

– Necə olduğunuzu özünüz gördünüz,  – deyə Pablo həzin bir səslə təkrar etdi və güzgünü 

təzədən cibinə qoydu. 

Minnətdarlıqla gözlərimi yumub ab-həyat suyundan bir qurtum aldım. 

– Axır ki, dincimizi aldıq,  – Pablonun səsi eşidildi,  – qüvvə topladıq, bir az da çərənlədik.  

Yorğunluğunuz çıxıbsa, sizi öz panoramama aparıb, kiçik teatrımı göstərmək istəyirəm. 

Razısınızmı? 

Ayağa durduq, Pablo gülümsəyə-gülümsəyə qabağa düşdü, qapılardan birini açdı, pərdəni yana 

çəkdi və biz həmin teatrın dəyirmi, nalşəkilli dəhlizinə çıxdıq. Düz ortada dayanmışdıq: hər iki 

tərəfdə lojaların həddən artıq dar qapıları sıralanmışdı. 

– Bu bizim teatrdı, – deyə Pablo izahata başladı. – Özü də əyləncəli teatr. Çox güman ki, xeyli 

gülməli şeylərə rast gələcəksiniz.  – Bunu deyib ucadan güldü. Bu gülüş bircə an çəksə də, bütün 

bədənimə işlədi. Bayaq yuxarıda eşitdiyim həmin cingiltili, qəribə gülüş idi.  – Mənim teatrımda 

istədiyiniz qədər loja var: on dənə, yüz dənə, min dənə… Hər qapının arxasında sizi axtardığınız 

şey gözləyir. Bura gözəl bir şəkil qalereyasıdır,  əziz dost, ancaq onu bu cür gəzsəniz, xeyri 

olmayacaq.  

«Şəxsiyyət» adlandırdığınız şey mane olacaq, gözlərinizi qamaşdıracaq.  Şübhəsiz ki, zamanın 

axarından qopmaq, gerçəklikdən ayrılmaq – bu həsrətə nə ad qoyursunuz-qoyun – əslində, yalnız 

və yalnız «şəxsiyyət» adlandırdığınız şeydən can qurtarmaq arzusu olduğunu çoxdan 

duyubsunuz. Həmin «şəxsiyyət» içində oturduğunuz həbsxanadır; əgər siz teatra elə beləcə də 

girsəniz, hər şeyi Harrinin gözləri, hamısını Yalquzağın eynəyi ilə görəcəksiniz. Ona görə də 

xahiş edirəm, həmin eynəyi atın getsin. O möhtərəm şəxsiyyəti də lütfən həmişə qulluğunuza 

müntəzir olan asılqana təhvil verin. İştirak etdiyiniz gözəl rəqs gecəsi, Yalquzaq haqqında traktat 

və nəhayət, yenicə içdiyiniz qızışdırıcı dərman  

sizi buna yaxşı-yaxşı hazırlayıb. Harri, «şəxsiyyət»inizi təhvil verəndən sonra teatrın sol tərəfi 

sizin ixtiyarınızda olacaq, sağı da Herminenin. İçəridə istədiyiniz vaxt görüşə bilərsiniz. 

Hermine, xahiş edirəm, hələlik pərdənin arxasına keç, əvvəlcə Harrini içəri aparmaq istəyirəm. 

Hermine arxa divardakı nəhəng, döşəmədən tavana qədər uzanan güzgünün yanından keçib sağ 

tərəfdə gözdən itdi. 

– Belə, Harri, indi yaxın gəlin, yaxşı-yaxşı şənlənin. Sizi şənləndirmək, gülməyi öyrətmək bu 

tamaşanın yeganə məqsədidir və inanıram ki, məni çox çətinə salmayacaqsınız. Özünüzü yaxşı 

hiss edirsiniz? Bəli? Qorxmursunuz ki? Elə isə, lap yaxşı! İndicə qorxusuz-hürküsüz, ürəkdən 

ləzzət ala-ala bizim xəyali dünyaya qədəm qoyacaq, qaydaya görə, həmin dünyada yalandan 

özünüzü öldürəcəksiniz. 

Yenə də balaca cib güzgüsünü çıxarıb mənə tərəf tutdu. Güzgüdən o qarmaqarışıq, dumanlı, 

daxilindəki Yalquzaqla didişən Harri baxırdı. Bu xoşagəlməz şəkil mənə lap yaxşı tanış idi, onu 

çox asanca məhv edərdim... 

– Bu mənasını itirmiş  əksi indi yox edəcəksiniz,  əziz dost, daha lazım deyil. Ovqatınız 

yaxşılaşanda, ürəkdən gülə-gülə bircə dəfə ona baxmağınız kifayətdir. Siz indi yumor məktəbinə 

gəlib çıxıbsınız, gülmək öyrənməlisiniz. Ən böyük yumor da o vaxt yaranır ki, insan daha öz 

şəxsiyyətini ciddi qəbul etmir. Diqqətlə balaca güzgüyə – «əlimdəki güzgüyə» baxdım. Harri-




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

635 


çanavar tamam qıc olub gedirdi. Bircə anlığa içimdə – özü də lap dərinlərdə nəsə astaca tərpəndi, 

xatirə, həsrət, peşmançılıq kimi oranı göynətdi. Bu ani sıxıntı tezliklə öz yerini təzə bir hissə 

verdi: sanki, kokainlə keyləşdirilmiş damaqdan ağrıyan dişi çəkib çıxarırlar, sən də yüngülləşib 

dərindən nəfəs alır və təəccüblənirsən ki, nə yaxşı, ağrı hiss eləmədin. Həmin duyğuya yeni bir 

şənlik, gülüş həvəsi qoşuldu, daha özümü saxlaya bilmədim, ürəkdən güldüm. 

Dumanlı şəkil diksinib yox oldu, güzgünün dəyirmi səthi, sanki, od tutub yandı, qaraldı, 

tutqunlaşdı, şəffaflığını tamam itirdi. Pablo gülərək  əlindəki şüşə qırığını tulladı, o da diyirlənə-

diyirlənə sonu-sonucu görünməyən dəhlizdə gözdən itdi. 

– Yaxşı güldün, Harri, – dedi, – hələ ölməzlər kimi gülməyi də öyrənəcəksən. Axır ki, Yalquzağı 

məhv etdin. Ülgüclə öldürmək olmazdı. İndi onu dirilməyə qoyma! Tezliklə bu səfeh gerçəkliyi 

tərk edəcəksən. Bir azdan qardaşlıq şərəfinə badə də qaldıracağıq, əzizim. Heç vaxt bugünkü 

kimi xoşuma gəlməyibsən. Lazım bilsən, sonra fəlsəfəyə dalar, mübahisə açar, istədiyin qədər 

musiqidən, Motsartdan, Qlukdan, Platondan, Getedən danışarıq. İndi özün başa düşəcəksən ki,  

əvvəllər nə üçün alınmırdı. Çox güman ki, bəxtin gətirəcək, yalnız bu günlüyə də olsa canın 

qurtaracaq. Çünki sənin intiharın son intihar deyil: biz indi sehrli teatrdayıq, gördüklərinin heç 

biri də gerçək deyil, hamısı  

şəkildir. Özün üçün  ən gözəl, şən şəkillərdən seç, sübut elə ki, doğrudan da, o şübhəli 

şəxsiyyətinə vurulmayıbsan! Əgər onu yenidən qaytarmaq istəsən, onda gərək indi göstərəcəyim 

güzgüyə bir də baxasan. Ancaq ataların çox müdrik bir sözü də var: divarda iki güzgüyə 

baxmaqdansa, əlindəki balaca güzgüyə baxmaq yaxşıdır. Ha, ha! (Yenə o gözəl, dəhşətli gülüş!) 

Belə-belə işlər... indi qısaca, şən bir mərasimi yerinə yetirmək lazımdır. Sən öz şəxsiyyətinin 

eynəyini atmısan. İndisə yaxın gəl,  əsl güzgüyə bax! Xoşuna gələcək. 

Gülə-gülə, oxşaya-oxşaya, nəvazişlə məni geri döndərdi, divardakı nəhəng güzgü ilə üzbəüz 

dayandım. Orada özümə baxdım. 

Bircə anlığa çoxdan tanıdığım Harrini gördüm. Bu dəfə kefi çox kök idi, üzü gülür, işıq saçırdı.  

Ancaq onu yenicə tanımışdım ki, parça-parça oldu, hər parçadan ikinci, üçüncü, onuncu, 

iyirminci fiqurlar yarandı və bu nəhəng güzgü bircə anın içində Harrilərlə, Harri parçaları ilə 

doldu. Həmin saysız-hesabsız Harrilər gözlərim önündə şimşək kimi çaxır, tanıyan kimi yoxa 

çıxırdı. Bir neçəsi yaşıdım idi. Bəziləri qocalmış, bəziləri də lap uluya çevrilmişdi. Elələri də 

vardı ki, çox cavan, yeniyetmə, oğlan, məktəbli, südəmər körpə idi. Əlli yaşlı Harrilərlə iyirmi 

yaşlılar hoppanır, ora-bura qaçışırdı. Bu cür otuz yaşlı, əlli yaşlı, ciddi, şən, ləyaqətli, gülünc, 

geyimli-kecimli, cır-cındırlı, çılpaq, keçəl, qıvrımsaçlı Harrilərin hamısı özüm idim. Hərəsi də 

bircə anlığa gözlərim önündə şimşək kimi çaxır, tanışlıq verir, sağa-sola səpələnir, güzgünün 

içərilərinə gedir, bəziləri də oradan kənara çıxırdı.  

Onlardan biri – özü də çox yaraşıqlısı, cavanı gülə-gülə Pablonun qucağına atılıb onu qucaqladı, 

ikisi də harasa çıxıb getdi. Biri də – bu, xüsusilə xoşuma gəldi: təxminən on altı-on yeddi 

yaşlarında qəşəng, cazibədar bir oğlan idi –   dəhlizdə şimşək kimi ora-bura qaçır, acgözlüklə 

bütün qapılardakı lövhələri oxuyurdu. Onun arxasınca düşdüm. Qapılardan birinin qarşısında 

dayandı və mən onun üstündəki yazını oxudum: 

Həmin qəşəng oğlan hoppanıb, pul atmaq üçün qoyulmuş yarığa girdi, qapının o biri tərəfində 

gözdən itdi. 

Pablo da görünmürdü. Deyəsən, güzgü də, onunla bərabər saysız-hesabsız Harrilər də yoxa 

çıxmışdı. Hiss edirdim ki, tək qalmışam, teatr da büsbütün ixtiyarıma verilib və maraqla qapıları 

bircə-bircə gəzdim, hərəsində bir elan, bir çağırış, bir ümid oxudum. 

Üstünə: yazılmış lövhə məni özunə cəzb etdi, ensiz qapını açıb içəri girdim. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə