Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə308/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   304   305   306   307   308   309   310   311   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

628 


– İstəyirsənsə, mənimkini götür, dostum,  – deyib nömrəni mənə uzatdı. Qeyri-ixtiyari onu alıb 

barmaqlarım arasında fırladanda, balaca, diribaş cırtdan qeybə çəkildn. 

Balaca, yumru karton birkadakı nömrəyə baxmaq üçün onu yuxarı qaldıranda gördüm ki, heç 

rəqəm deyilən şey yoxdur, yalnız xırda hərflərlə nəsə cızmaqara olunub. Kişidən xahiş etdim ki, 

bir az gözləsin və yaxınlıqdakı fənərin altına gedib, yazını oxudum. Xırda, əyri-üyrü həriflərlə 

cızılmış sözlər güclə oxunurdu: 



Bu gecə saat dörddən sonra sehrli teatr 

– Yalnız dəlilər üçün – 

Giriş haqqı – ağıldır. 

Hamı üçün deyil. Hermine cəhənnəmdədir. 

 

İpi bircə anlığa əldən çıxmış oyuncaq ani, keyləşmiş sükunətdən ayrılaraq təzədən necə hərəkətə 



gəlir, rəqs etməyə başlayırsa, mən də özümü eləcə bayaq arasından yorğun-arğın, səssiz-

səmirsiz, həvəssiz-həvəssiz keçib gəldiyim izdihama vurdum. Çevik bir hərəkətlə, həvəslə, 

coşqunluqla geri qayıtdım, sanki, sehrli bir məftil çəkib aparırdı. Heç bir günahlı bəndə 

cəhənnəmə belə tələsməzdi. Bir az bundan  əvvəl lak çəkmələr ayağımı sıxır, bürkü nəfəsimi 

kəsirdi. Ancaq indi quş kimi səkə-səkə onestep ritmi üstündə zalları bir-bir adlayıb cəhənnəmə 

üz qoydum. Havadakı sehri duydum, hərarət, coşqun musiqi, sayrışan rənglər, qadınların çılpaq 

çiyinlərindən yayılan xoş  ətir, nəşə dolu gülüş, rəqslərin ritmi, alışıb-yanan gözlərin parıltısı 

məni öz qoynuna alıb yırğalaya-yırğalaya irəli apardı. Bir ispan rəqqasəsi özünü qucağıma atdı: 

«Gəl rəqs edək!»  – «Olmaz  – dedim,  – cəhənnəmə tələsirəm.  

Ancaq həvəslə səndən bir öpüş alardım». Maskanın altındakı qırmızı dodaqlar mənə tərəf gəldi 

və yalnız öpəndə bildim ki, Mariyadır. Onu bərk-bərk qucaqladım, dodaqları yay qızılgülü kimi 

pardaxlandı. Elə dodaq-dodağa da rəqs etdik, oynaya-oynaya Pablonun yanından keçdik. 

Vurğunvurğun öz həzin saksofonunu inildədirdi və onun gözəl, dalğın, vəhşi baxışları işıq saça-

saça bizi öz qoynuna aldı. Ancaq heç iyirmicə addım atmamışdıq ki, musiqi kəsildi, peşman-

peşman Mariyanı buraxdım. 

Onun hərarətindən vəcdə gələrək dedim: 

– Səninlə bir də həvəslə rəqs edərdim, Mariya. Gəl bir az o tərəfə gedək. Bu gözəl çiyinə 

vurulmuşam, onu bircə anlığa da mənim ixtiyarıma ver! Ancaq işə bax, Hermine deyib ki

gəlsin!  

Cəhənnəmdədir! 

– Belə olacağını bilirdim! Əlvida, Harri, səni məhəbbətlə yad edəcəm. 

Vidalaşıb getdi. Bu, ayrılıq idi, payız idi, pardaxlanmış qızılgül ətrinə bələnən tale idi… 

Qaça-qaça yoluma davam etdim, uzun dəhlizlərdəki nəvazişli izdihamların arasından keçib, 

pilləkənlə cəhənnəmə düşdüm. Qətran kimi qapqara divarlardan gur işıqlı, gözləri kor eləyən 

fənərlər asılmışdı, iblislər ansamblı da lap coşmuşdu. Hündür bar kətilində qəşəng bir oğlan 

oturmuşdu.  

Əynində frak vardı, maska da taxmamışdı və bircə anlığa rişxəndlə mənə baxdı. Rəqs edənlər 

məni divara sıxdı; bu dar otaqda qırxa yaxın adam cüt-cüt rəqs edirdi. Böyük bir maraqla, 

çəkinə-çəkinə bütün qadınlara baxdım: çoxu hələ maskada idi, bəziləri də üzümə güldü, ancaq 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

629 


heç biri Hermine deyildi. Hündür kətildə oturmuş qəşəng oğlan yenə rişxəndlə mənə tərəf baxdı. 

Fikirləşdim ki, növbəti fasilədə Hermine gəlib məni rəqsə dəvət edəcək. Rəqs sona yetdi, ancaq 

gələn olmadı. 

Balaca, alçaq otağın bir küncündə düzəldilmiş bara tərəf getdim. Qəşəng oğlanın yanındakı boş 

yerdə oturub viski aldım. İçə-içə yan tərəfdən bu cavan oğlana baxdım: yaman tanış gəlirdi, 

sanki, uzaq bir keçmişin şirin xatirəsi idi, üstünə illərin narın tozu qonmuşdu. Ah, birdən 

diksindim: axı, bu, Herman idi, gənclik dostum Herman! 

– Herman! – tərəddüdlə dilləndim. 

O gülümsədi: 

– Harri? Məni tapdın? 

Hermine idi, yalnız saçını bir az başqa cür vurdurmuşdu, azacıq da rənglətmişdi. Avazımış ağıllı 

sifəti son dəbli dik yaxalığının arasından çox cazibədar görünürdü. Ağ manjetli qara frakın gen 

qolları onun  əllərini bapbalaca göstərirdi. Əynindəki uzun, qara şalvarından çıxan ayaqları ipək, 

ağlı-qaralı kişi corabında çox incə idi. 

– Hermine, bu həmin libasdır ki, geyinib məni əsir etmək istəyirsən? 

Başını tərpətdi: 

– Bu vaxtacan artıq bir neçə qadını  əsir etmişəm. İndi növbə sənindir. Gəl  əvvəlcə bir qədəh 

şampan içək. 

Elə də elədik. Yan-yörəmizdə rəqs edən  camaata baxa-baxa, simli alətlərin qızğın, coşqun 

musiqisinə qulaq asa-asa hündür bar kətillərində oturub içdik. Hermine heç bir əziyyət çəkəsi 

olmadı, tezliklə ona vuruldum. Kişi paltarında olduğu üçün nə rəqs edər, nə ona nəvaziş göstərər, 

nə də toxuna bilərdim. Ancaq bu kişi qiyafəsində nə qədər uzaq, laqeyd görünsə də, öz baxışları, 

şirin ləhcəsi, işvəli hərəkətləri, min cür qadın cazibədarlığı ilə məni məftun etmişdi. Əlim 

dəyməsə də, onun sehrinə düşmüşdüm. Bu sehir oynadığı rol idi: gah oğlan olurdu, gah da qız. 

Çünki mənə Hermandan, hər  

ikimizin uşaqlıq illərindən, cinsi yetkinlikdən  əvvəlki dövrlərdən, yeniyetmə çağlarındakı çılğın 

məhəbbətdən danışırdı. O məhəbbətdən ki, hələ cinsi ayrılıq tanımır, hər şeyi, hamını öz 

qoynuna alır, hisslərlə ağıla fərq qoymur və hər şeyi elə sehrləyir, elə əfsanəvi şəkildə 

dəyişdirirdi ki, yalnız nadir istedadlar, şairlər ixtiyar çağlarında həmin anları təzədən bir də 

yaşamağa qadir olurlar. 

Oğlan rolunu çox yaxşı oynayır, siqaret çəkir, sərbəst, ağıllı danışır, tez-tez də yüngül kinayəyə 

keçirdi. Ancaq hər hərəkətindən ehtiras yağır, hər hərəkəti hisslərimi yenidən oynadır, ağlımı 

başımdan alırdı. 

Mən də elə bilirdim, onu lap yaxşı tanıyıram, yaxından bələdəm. Ancaq bu axşam qarşımda 

tamamilə ayrı bir Hermine canlandı! Məni də şirin-şirin, gizli-gizli çoxdan həsrətində olduğum 

tora saldı, o şirin zəhəri su pərisi kimi nazlana-nazlana mənə necə içirtdi! 

Xeyli oturub ordan-burdan çərənlədik, şampan içdik. Baxa-baxa zalları gəzdik, macəra eşqinə 

düşdük, qadınların ürəyini ovlamağa başladıq. Mənə bir neçə qadın göstərib dedi ki, onlarla 

oyna, sonra da hansı qadını necə yoldan çıxartmaq barədə məsləhətlər verdi. Bəzən də rəqib 

olduq, ikimiz də eyni qadının arxasınca düşdük, növbələşə-növbələşə onunla rəqs etdik, hər 

ikimiz ona sahib olmaq istədik.  



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə