Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə306/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   302   303   304   305   306   307   308   309   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

623 


Sonra qaytarır yediyini o insanlar –   

Belədir qayda. 

Bu dünyaya müharibə, nifaq salırlar,  

Gözəl sənət əsərləri verirlər ya da.  

Öz səadət evlərini – yansa da belə –   

Xəyallarla bəzəyirlər uşaqsayağı.  

Bələnirlər gəldi-gedər sevinc rənginə,  

Unudurlar axirəti, təmiz əxlaqı.  

Pozğunluqlar edə-edə ölür insanlar. 

Amma yenə baş qaldırır həyat həvəsi.  

Yenə qaçır istək, sevinc, nəşə dalınca  

Bir gün gəlir, bu yolda da çıxır nəfəsi. 

Bizsə ulu ulduzların parıldadığı 

Fəzaların qucağında yaşamaqdayıq. 

Nə kişiyik, nə qadınıq, nə gənc, nə qoca, 

Nə gün, nə də saat yükü daşımaqdayıq. 

Adilərin qismətidir sevinc, qəm, kədər 

Günah edin, qorxu çəkin – düşün təlaşa. 

Şəhvət dolu nəşəniz də, lap qətliniz də 

Bizim üçün «Dünya» adlı adi tamaşa! 

Çünki günəş deyil bizdə zaman ölçüsü, 

Hər günumüz yüz illərdən daha da uzun. 

Səksəkəli ömrünüzçün gülünc sayırıq 

Biz görəndə taleyini ölən ulduzun. 

Kainatın qışı ilə nəfəs alırıq, 

Dostlaşırıq göylərdəki qərib ruhlarla. 

Biz ölməzik, biz bilirik görüşməyəcək 

Həyatımız nə payızla, nə də baharla. 

Çünki ölməz olanların ömrü əbədi  

Əsl ruhlar ola bilməz adicə qonaq, 

Sonsuzluqlar ölçüsündə yaşayanların 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

624 


Gülüşü də ulduzlartək donuq və parlaq...  

 

Sonra Mariya gəldi. Şam yeməyini bitirib birlikdə tutduğum evə getdik. Bu gecə o, 



həmişəkindən gözəl, hərarətli, səmimi idi. Mənə elə nəvaziş göstərdi, elə oxşadı ki, az qala, 

huşum başımdan çıxdı... 

– Mariya,  – dedim,  – sən bu gün ilahələr kimi  əliaçıqlıq eləyirsən. Gəl ikimizi də birdən  

öldürmə, axı sabah maskarad balıdır. Görəsən, sabah sənin kavalerin kim olacaq?! Ay mənim 

gözəl çiçəyim, qorxuram nağıllardan gəlmiş şahzadə ola, səni qaçırdıb apara, mən də heç vaxt 

tapammayam.  

Məni bu gün elə öpüb-oxşayırsan ki, yalnız əsl sevənlər ayrılıq anında son dəfə belə öpüb-

oxşayırlar. 

Dodaqlarını qulağıma söykəyib pıçıldadı:   

– Danışma, Harri! Hər görüş son görüş ola bilər. Hermine sənə sahib olan kimi məni  

unudacaqsan. Bəlkə də, elə sabah sahib oldu... 

Həmin gecə keçirdiyim qəribə hissləri, o qeyri-adi, acılı-şirinli, qoşatəbiətli ovqatı hələ indiyəcən 

görməmişdim. Doğrudan da,  əsl səadət idi: Mariyanın gözəlliyi, vurğunluğu, yaşımın bu ötmüş 

vaxtında ehtiras dünyasının bəxş etdiyi nəşənin, təmasın, sərbəstliyin, zövqü-səfanın zərif 

dalğaları qoynunda uyumaq... Ancaq bunların hamısı həmin səadətin yalnız üz qabığıydı. Daxili 

isə mənalarla, gərginliklə, gələcəklə doluydu və mən də məhəbbətlə, nəvazişlə, o vüsal 

anlarından məst ola-ola, aşıbdaşan səadətin həsrətli qoynunda xumarlana-xumarlana qəlbimin 

dərinliklərində hiss edirdim ki, taleyim hürkmüş xam at kimi başını dik tutaraq qorxa-qorxa, 

həsrətlə, ölüm həvəsiylə uçuruma,  

fəlakətə doğru şığıyır. Bir az bundan əvvəl qorxa-qorxa, hürkə-hürkə şəhvani məhəbbətin gəldi-

gedər nəşəsindən necə qaçırdımsa, Mariyanın şux, hamıya pay düşən gözəlliyindən necə 

qorxurdumsa, indi də ölümdən eləcə qorxurdum. Lakin bu elə bir qorxu idi ki, tezliklə özünün 

fədakarlığa, qurtuluşa çevriləcəyini bilirdi. 

Səssiz-səmirsiz vüsal anının üzüntülü nəşəsinə təslim olaraq özümüzü həmişəkindən də artıq   

bir-birimizin   ixtiyarına verdiyimiz dəqiqələrdə qəlbim Mariya ilə, onun bəxş etdiyi səadətlə 

vidalaşırdı. Onun sayəsində ölümqabağı bir dəfə də özümü uşaq kimi həyatın üst qatındakı 

əyləncələrin qoynuna atdım, gəldi-gedər sevinclərin ardınca qaçdım, naməhrəmliyin günahsız  

dünyasında gah uşağa, gah da heyvana döndüm, elə hala düşdüm ki,  əvvəlki həyatımda ona 

yalnız nadir bir təsadüf kimi rast gəlmişdim. Çünki şəhvani həyatı və naməhrəmliyi həmişə 

günah hesab eləmiş, mənəvi dünyanın adamı kimi özümü onlardan qorumuşdum. Ancaq indi 

Hermine ilə Mariya o məşum cənnət bağını mənə göstərdilər, minnətdarlıq hissi ilə ona mehman 

oldum, lakin tezliklə də oranı tərk etmək vaxtı gəlib çatdı. Çünki həddən artıq gözəl, həddən 

artıq hərarətli idi. 

Mənim alnıma isə həyatın zirvəsinə qalxmaq, onun sonsuz günahlarını yumaq yazılmışdı. Asan 

həyat, asan məhəbbət, asan ölüm – bunların heç biri mənim üçün deyildi. 

Qızların işarəsindən başa düşürdüm ki, sabahkı balda, ya da ondan sonra qeyri-adi nəşələr, 

əyləncələr nəzərdə tutulur. Bəlkə də, bu, son gün olacaq. Bəlkə də, Mariyanın ürəyinə daman düz 

çıxacaq. Bəlkə də, bu gün axırıncı dəfə bir yerdə yatırdıq və bəlkə də, sabahdan özgə bir ömür 

yolu başlayacaqdı... 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

625 


Coşqun bir həsrət, dəhşətli bir qorxu məni bürüdu. Bütün varlığımla Mariyaya sarıldım, titrəyə-

titrəyə, acgözlüklə bir dəfə də onun cənnət bağının bütün cığırlarından keçdim, cəngəlliklərinə 

baş vurdum, oradakı ağacların şirin meyvələrindən daddım... 

Gecəki yuxusuzluğun  əvəzini gündüz çıxdım. Səhər-səhər hamama getdim, yorğun-arğın halda 

evə qayıtdım, yataq otağının pərdələrini kip çəkdim. Soyunarkən şeir  əlimə gəldi, ancaq tez də 

yadımdan çıxdı, tələsik yerimə girdim. Mariyanı da, Hermineni də, maskarad balını da unudaraq 

bütün günü yatdım. Yalnız axşamüstü durub üzümü qırxanda yadıma düşdü ki, bir saatdan sonra 

maskarad balı başlayır və mən özümə yaxalıqlı köynək axtarmalıyam. Kefi kök, damağı çağ 

hazırlaşmağa başladım, şam etmək məqsədi ilə evdən də bir az tez çıxdım. 

İlk dəfə idi ki, maskarad balına gedirdim. Düzdür,  əvvəllər də bir-iki dəfə belə müsamirələrdə 

iştirak etmişdim. Hətta bəzən xoşuma da gəlmişdi, lakin heç vaxt rəqs etməmiş, yalnız tamaşaçı 

olmuşdum. Başqalarının da bu haqda heyranlıqla danışması, danışılanlara qulaq asması həmişə 

mənə çox gülünc görünmüşdü. Ancaq bugünkü bal mənim üçün də hadisəyə çevrilmişdi və onu 

qorxu-qarışıq bir maraqla gözləyirdim.Qadınsız getdiyim üçün qərara aldım ki, içəri hamıdan 

sonra keçim. Hermine də belə məsləhət görmüşdü. 

Bir vaxtlar oylağım olmuş, küskün kişilərin bütün gecəni şərab içə-içə yalandan subaylıq 

çağlarına qayıtdıqları «Dəmir dəbilqə»yə son vaxtlar az-az gedirdim. Çünki indiki həyat tərzimə 

uyğun gəlmirdi. Amma bu axşam nəsə məni zorla çəkib oraya apardı. Qismətin, ayrılığın 

səksəkəli sevinci məni bürüdüyü anda həyatımın bütün dolayları, xatirə oylaqları bir də həsrətlə 

keçmişin gur işığına bələndi. Həmin işıq əvvəllər daimi müştərisi olduğum bu balaca, tüstülü-

dumanlı meyxanaya da düşdü.  

Bir vaxtlar onun ən primitiv «bihuşdarı»sı hesab olunan bircə şüşə yerli şərab bir gecəni də öz 

tənha yatağımda keçirməyə, bircə gün də həyata dözməyə bəs eləyirdi. O zamandan bəri çox 

şeyin – bundan da təsirli «dərman»ların dadını görmüş, ondan da şirin zəhərlər içmişdim. 

Gülümsəyə-gülümsəyə o qədim meyxanaya girdim. Sahibə «xoş gəldin» elədi, qaradinməz daimi 

müştərilər də başlarını tərpətdilər. Qızardılmış cücə təklif elədilər və elə ondan da gətirdilər, təzə 

Elzas şərabı qalın çapma stəkanda bərq vurdu, dümağ, tərtəmiz taxta masalar, divardakı qədimi 

sarı haşiyələr üzümə güldü.  

Yeyib-içən zaman qəlbimi sarımış bədbinlik, ayrılıq hissləri, keçmiş həyatımın bir-birinə 

calanmış bütün ağrılı-acılı şirin duyğuları daha da gücləndi. Heç vaxt ölüb getməyən bu duyğular 

indi məhv olmaq üçün yetişirdi. «Müasir» insan buna sentimentallıq deyir.  Onun daha heç 

nədən xoşu gəlmir.  

Hətta çox müqəddəs hesab elədiyi şeylərdən də, girəvə düşən kimi yaxşı marka ilə dəyişmək 

istədiyi avtomobilindən də zəhləsi gedir. Bu müasir insan qoçaqdır, iş biləndir, sağlamdır, 

soyuqqanlı və ciddidir, tayı-bərabəri yoxdur, növbəti müharibədə də özünü əməlli-başlı 

doğruldacaq. Ancaq bunların mənə dəxli yoxdu, çünki nə müasir insan idim, nə də keçmişin 

nümayəndəsi: zamanın axarından ayrılmışdım, harayasa ölümə tərəf gedir, getdikcə də ona 

yaxınlaşırdım. Sentimentallığın  əleyhinə deyildim,  əksinə, çox sevinirdim ki, nə yaxşı, mənim 

də viranə qəlbimdə hisslərə bənzər nəsə var.  

Beləliklə də, özümü bu qədimi meyxana ilə bağlı xatirələrin, içəridəki qədimi yöndəmsiz 

kətillərin yaratdığı şirin duyğuların, vətən həsrətinə bənzəyən şərab və tüstü qoxusunun, o köhnə 

adətdən qalmış işartının, hərarətin ixtiyarına buraxdım. Ayrılıq nə gözəl, nə həzinmiş! Taxta kətil 

də, çapma stəkan da, meyvə dadı verən sərin Elzas şərabı da, bu otaqda hər şeyin, hamının 

doğmalığı da, haçansa qardaş olduğum o xəyalpərvər, düşkün sərxoşların sifətləri də mənə çox  

əziz idi. Hamısından meşşan sentimentallığının qoxusunu alırdım. Həmin qoxu da ərgənlik 

çağlarımın meyxanalarda keçən romantik  




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə