Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə302/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   298   299   300   301   302   303   304   305   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

615 


Bu min cür adlı-adsız xəyallar təzələnərək məhəbbət dolu gecənin qoynundan bircə-bircə baş 

qaldırdı və mən bir daha əmin oldum ki, bütün bunlar həyatımın yeganə qazancı, mənası imiş. 

Sonrakı bədbəxtliklər içində itib-batıb, ancaq heç biri məhv olmayıb, hamısı ulduza dönüb, 

yaddan çıxa bilər, lakin tamamilə unudulmaz. Onların ömrü həyatımın əfsanəsi, ulduz kimi 

parıltısı isə varlığımın ədəbi mənasıdır. Həyatım çətin, dolaşıq, bədbəxt olmuş, məni həmişə 

dönüklüyə, inkarlığa aparmış, ancaq özünün məşəqqətli tənhalıq dövründə belə, zənginliyini, 

vüqarını itirmişdi. Buradan o yana qalan hissəsi lap miskin bir heçliyə dönsə də, bu həyatın 

toxumu nəciblikdən tutulmuş, öz sözü, öz üzü  

olmuş, qəpik-quruş dalınca deyil, ulduzlar ardınca qaçmışdı! 

Bütün bunlar da çoxdan olmuş, həmin vaxtdan çox şey baş vermiş, çox şey dəyişmişdi və o 

gecənin təəssüratlarından da bəziləri – ayrı-ayrı sözlər, zərif məhəbbət nəvazişləri və bir də 

məhəbbət yorğunluğunun ağır yuxusundan ayılarkən ulduz kimi bərq vuran anlar yadımda qalıb. 

Ancaq  həmin gecə, çoxdan fəlakətə düçar olmuş həyatım ilk dəfə od yağan amansız baxışlarla 

özümə baxdı və mən yenə də hiss etdim ki, təsadüf əsl taleyimdir, varlığımın xarabalıqları isə 

ilahi bir yazı! Ruhum oyandı, gözlərimə işıq gəldi və getdikcə daha aydın hiss etməyə başladım 

ki, xəyallar dünyasına çevrilmək, ölməzlərə qovuşmaq üçün yalnız o perikmiş xəyalları vaxt 

itirmədən bir yerə toplamaq və Harri  

Hallerin yalquzaq həyatını vahid xəyal səviyyəsinə qaldırmaq lazımdır. Məgər hər bir insanın 

həyatı bu məqsədə yönəlmiş yol deyildimi? 

Səhər açılanda yeməyimi onunla bölüşdüm, sonra gizlincə aradan çıxardım, görən olmadı. Elə 

həmin gün də yaxınlıqda ikimiz üçün balaca bir otaq tutdum. Orada görüşməyə başladıq. 

Rəqs müəllimim Hermine də peşəsinə çox etibarlı çıxdı, axırda bostonu da öyrənməli oldum. 

Çox ciddi, amansız idi. Bircə dərs də buraxmırdı, çünki növbəti maskarad balına bir yerdə 

getmək qərara alınmışdı. Xahiş elədi ki, kostyum üçün pul verim, ancaq haradan alacağı, necə 

alacağı barədə heç nə demədi. Yanına getmək, heç olmasa, harada yaşadığını bilmək mənim 

üçün hələ də yasaq idi. 

Maskarad balına təxminən üç həftə qalırdı və bu günlər də ən gözəl günlər oldu. Deyəsən, 

indiyəcən rast gəldiyim qadınlardan yalnız Mariyaya həqiqətən vurulmuşdum. Sevdiyim 

qadınlardan həmişə ağıl, savad tələb etmiş və duymamışdım ki, ən ağıllı, başqalarına nisbətən ən 

savadlı qadın da heç vaxt mənim daxilimdən gələn haraya cavab verməmiş, əksinə, həmişə ona 

qarşı çıxmışdı. Adətən bütün qayğılarımı, düşüncələrimi qadınlara da calamış və heç cür 

təsəvvürümə gətirə bilməmişdim ki, indiyəcən bircə kitab belə oxumayan, ümumiyyətlə, 

oxumağın nə olduğunu bilməyən, Çaykovskini Bethovendən seçməyən bir qızı bircə saatdan 

artıq necə sevmək olar. Mariya təhsil görməmişdi. Bu dolayı yollara, ehtiyat dünyalara ehtiyacı 

da yox idi. Onun bütün qayğıları da birbaşa öz hisslərindən gəlirdi. Ən böyük ustalığı,  ən  əsas 

peşəsi də ona bəxş olunmuş hissələri, gözəl qəddi-qaməti,  ənlikkirşanı, saçları, səsi, ipək dərisi, 

coşğunluğu ilə ehtiras və vüsal nəşəsindən bacardığı qədər zövq almaq qabiliyyəti, hər bir işvəli 

hərəkətilə öz məşuqunu ovsunlaması, onu ehtizaza gətirməsi idi. Artıq ilk dəfə 

onunla utana-utana rəqs edəndə bunu duymuş, adamı məftun eləyən həmin incə, ali ehtirasın 

ətrini hiss etmiş, onun sehrinə düşmüşdüm. Şübhəsiz ki, hər şeydən başı çıxan Herminenin də 

Mariyanı mənə calaması təsadüfi deyildi. Onun bütün vücudundan bahar ətri gəlirdi, qızılgülə 

bənzəyirdi. 

Əlbəttə, mənə Mariyanın yeganə və ən yaxşı məşuqu olmaq xoşbəxtliyi nəsib olmamışdı, mən də 

o çoxlardan biri idim. Əksər hallarda mənim üçün heç vaxt da tapmırdı. Bəzən günorta bircə 

saatlığa gələr, hərdən gecəni də qalardı. Pul götürmürdü, çox güman ki, burada da Herminenin 

əli vardı. Ancaq hədiyyələri məmnuniyyətlə götürürdü və əgər üstünə qırmızı lak vurulmuş 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

616 


balaca, təzə bir dəri pulqabı bağışlayırdımsa, içinə iki-üç dənə qızıl pul da qoya bilərdim. Yeri 

gəlmişkən, həmin o qırmızı pulqabıya görə mənə xeyli güldü! Çox qəşəng olsa da, vaxtı keçmiş, 

dəbdən düşmüşdü. İndiyəcən belə 

şeylərdən xəbərim yox idi, heç nədən başım çıxmırdı, eskimos dillərini onlardan yaxşı bilirdim 

və bu sahədə Mariyadan çox şey öyrəndim. İlk öncə onu öyrəndim ki, bu xırda bəzək-düzək 

əşyaları, dəbdə olan əntiq malların heç biri pulgir fabrikantların ixtira etdikləri boş, mənasız 

şeylər deyil. İriliyindənxırdalığından asılı olmayaraq, onların hamısının –   pudradan, ətirdən 

tutmuş xüsusi rəqs çəkmələrinə, üzükdən tutmuş siqaret qutusuna, bel kəmərindən tutmuş əl 

çantasına qədər hamısının yeganə məqsədi öz gözəlliyi,  əlvanlığı ilə məhəbbətə xidmət  etmək, 

hissləri coşdurmaq, ölmüş  ətraf mühiti cana gətirmək və ona yeni-yeni sehrli məhəbbət hissləri 

bəxş etmək imiş. Sən demə, çantalar çanta deyil, pulqabılar pulqabı deyil, güllər gül deyil, 

yelpiklər yelpik deyil  – hamısı məhəbbətin, sehrin, cazibədarlığın plastik kütləsi, hamısı elçi, 

qaçaqmalçı silah, döyüşə çağırış imiş! 

Tez-tez Mariyanın,  əslində, kimi sevdiyi haqqında düşünürdüm. Mənə elə gəlirdi ki, daha çox 

ifadəsiz qara gözləri, uzun, zərif, nəcib, kövrək barmaqları olan saksafonçu Pablonu sevir. Elə 

bilirdim ki, Pablo məhəbbət məsələlərində çox ləng, ərköyün, passiv olar, ancaq Mariya 

inandırdı ki, çətinliklə hala gəlsə də, sonradan çox gərginləşir, sərtləşir, kişiləşir, hətta boksçudan 

da, çapardan da inadkar olur.  

Beləliklə, müxtəlif adamlar, caz ustaları, aktyorlar, cəmiyyətimizdəki bəzi qadınlar, qızlar, 

kişilər haqqında bilmədiklərimi öyrəndim, bir çox sirlərdən agah oldum, həyatın üst qatında 

qəribə dostluğa, düşmənçiliyə rast gəldim, yavaş-yavaş da hamısına öyrəşdim (özü də kim, kim?  

– bu dünyadan bixəbər, onunla  əlaqəsi olmayan bir adam!), hamısının iştirakçısına çevrildim. 

Hermine haqqında da çox şey öyrəndim. Tez-tez də Mariyanın çox sevdiyi Pablo ilə 

görüşürdüm. Mariya hərdən onun gizli dərmanlarından istifadə eləyir, bəzən o sevincdən mənə 

də pay verirdi. Pablonun özü də bu sahədə mənə xüsusi qulluq göstərirdi. Bir dəfə də lap açıqca 

dedi: 


– Siz həddən artıq bədbəxtsiniz, belə yaramaz, bu cür olmaz! Lap yazığım gəlir... Yüngülcə bir 

tiryək qəlyanı çəkin. 

Bu şən, ağıllı, uşaq xasiyyətli və həm də anlaşılmaz adam haqqında fikrim getdikcə dəyişirdi, 

dostlaşırdıq və tez-tez də onun dərmanlarından istifadə edirdim. Mariyaya vurulduğuma da  

əyləncə kimi baxırdı. Bir dəfə də öz evində – hansı qəsəbədəki mehmanxananınsa artırmasında 

«ziyafət» təşkil eləmişdi. Cəmi bircə kətili olduğundan, Mariya ilə mən çarpayıda oturası olduq. 

Üç balaca şüşəni qarışdırıb, bizə mərcim dadlı  əntiqə bir likör verdi. Elə ki kefim kökəldi, 

gözləri işıldaya-işıldaya üçlükdə eyş-işrətə başlamağı təklif etdi. Belə şeylərə ömrümdə 

getməzdim. Qəti surətdə rədd elədim,  

lakin bununla belə, gözucu Mariyaya baxdım ki, fikri necədir. Mənimlə şərik olduğunu o dəqiqə 

bildirsə də, gözlərindəki işıltıdan aydınca sezdim ki, baş tutmadığına heyifsiləndi. Pablonun  

əhvalı pozulsa da, çox incimədi. 

– Heyif! – dedi. – Neyləmək olar, Harri əxlaq məsələlərində həddindən artıq ciddidir. Ancaq lap 

kef olardı! Əməlli-başlı kef! Eybi yox, başqa təklifim var. 

Sakitcə oturaraq hərəmiz tiryəkdən bir qullab vurduq, üçümüz də onun bayaq təklif elədiyi 

səhnəni ləzzətlə gözümüz önündə canlandırdıq, Mariya nəşədən titrəməyə başladı. Sonra özümü 

bir az pis hiss elədim, Pablo məni çarpayıya uzandırdı, bir-iki damcı dərman verdi və gözlərimi 

yenicə yummuşdum ki, göz qapaqlarımda ani, ilıq bir öpüş hiss elədim. Xoşallandım, sanki, 

öpənin Mariya olduğunu zənn edirdim. Ancaq yaxşı başa düşürdüm ki, Pablodur. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə