Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə301/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   297   298   299   300   301   302   303   304   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

613 


elə bil, yastığımın üstündə indiyəcən görmədiyim əsrarəngiz bir gül açıb pardaxlanmışdı. Yavaş-

yavaş əlimi dodaqlarına, sonra da yorğanın altına apardı, asta-asta enib qalxan hərarətli sinəsinə 

qoydu. 

– Şənlənmək lazım deyil,  – dedi,  – onsuz da Hermine deyib ki, sən dərdlisən. Belə şeyi başa 



düşmək asandır. De görüm hələ də xoşuna gəlirəm? Rəqs eləyəndə yaman vurulmuşdun. 

Gözlərini, dodaqlarını, boyun-boğazını, sinəsini öpüşlərə qərq elədim. Bir az bundan  əvvəl 

Hermineyə acığım tutmuşdu, indisə göndərdiyi hədiyyəni qollarımın arasına alaraq ürəyimdə ona 

«sağ ol» deyirdim. Mariyanın nəvazişləri bu gün dinlədiyim musiqinin sehrini sındırmadı, 

əksinə, ona layiq oldu, onu tamamladı. Təpədən-dırnağacan öpə-öpə yorğanı asta-asta o 

gözəlliyin üstündən götürdüm.  

Yanına uzananda gül sifəti razılıqla, mehribanlıqla gülümsədi. Həmin axşam Mariyanın yanında 

az uzansam da, uşaq kimi bərk, şirin bir yuxu yatdım. Hərdən oyananda onun gözəlliyindən həzz 

aldım, Mariya da həzin bir pıçıltı ilə özünün, Herminenin həyatından maraqlı şeylər danışdı. Bu 

cür həyat tərzinə, bu cür yaşamağa o qədər də bələd deyildim. Əvvələr yalnız teatrda buna 

bənzər həyata, qadınlara, kişilərə, yarımsənətkarlara, yarıməyyaşlara rast gəlmişdim. Həmin 

qəribə, günahsızdan da günahsız, bədbəxtdən də bədbəxt həyatı, az da olsa, indi-indi dərk etməyə 

başladım. Adətən, kasıb ailədən çıxan bu qəşəng bu ağıllı qızlar öz gələcəklərini azmaaşlı bir işə, 

bir tikə çörəyə qurban eləmək  

xətrinə gah təsadüfi işlərin, gah da zərifliyin, gözəlliyin hesabına yaşayırdılar. Bəzən də bir-iki 

ay yazı makinasının arxasında oturur, az sonra pullu əyyaşların məşuqəsinə çevrilir, çay pulu, 

hədiyyələr alır, bir müddət xəz paltoda, avtomobildə gəzir, dəbdəbəli mehmanxanalarda qalır, 

lap sonralar isə çardaqlara köçür, hətta bəzi hallarda  ər düşkünü olmasalar da,  əlverişli adam 

düşəndə ailə də qururdular. Bəziləri də eyşişrətə nifrət edir, ondan heç bir zövq almır, ancaq 

qiyməti qaldırmaq xətrinə özlərini nəvazişli göstərirdilər. Ancaq elələri də vardı ki (Mariya da 

belələrindən idi), bu sahədə qeyriadi bir istedada malik idilər və heç cür onsuz yaşaya 

bilməzdilər. Çoxu da hər iki cinsə məhəbbətdə 

təcrübəliydi; belələri yalnız məhəbbət xətrinə yaşayır, həmişə də rəsmi, pullu məşuqlarla bərabər 

özgə məhəbbət macəraları axtarırdılar. Bu kəpənəklər böyük bir səylə, işgüzarlıqla,  qayğı ilə, 

ağılla, yüngülcəsinə, dəlicəsinə öz uşaq kimi saf həyatlarını yaşayırdılar. Heç kəsdən asılı 

deyildilər, hamıya da satılmırdılar, səadətdən, günəşli günlərdən pay uma-uma həyata 

vurulmuşdular, ancaq ona meşşanlar kimi bağlanmamışdılar, həmişə də son nəticənin pis, kədərli 

olacağını dumanlı şəkildə duya-duya hər hansı bir nağıl şahzadəsinin ardınca onun qəsrinə 

getməyə hazır idilər. 

Həmin o möcüzəli gecədə və eləcə də sonrakı günlərdə Mariya mənə çox şey öyrətdi, yalnız ən 

zərif, ən çılğın hisslərdən deyil, yeni bir anlamdan, yeni bir duyumdan, yeni bir məhəbbətdən 

məni hali etdi. Mənim kimi bir zahidə, elm fədaisinə mənasız, yasaqlı,  əxlaqsız görünən bu 

rəqslər,  əyləncəli restoranlar, kinolar, barlar, otellərdəki çayxanalar dünyası Mariya, Hermine və 

onların rəfiqələri üçün adi bir dünya hesab olunurdu –   nə yaxşı demək olardı, nə pis, nə ləzzət 

almağa, nə də nifrət etməyə dəyərdi. Onların, qısa, qüssə dolu həyatları da bu dünyada 

çiçəklənirdi, özlərini burada rahat hiss eləyirdilər, hər cikinə-bikinə də yaxşı bələddilər. Bir şüşə 

şampan şərabını və ya hansı restoranınsa xüsusi xörəyini bizim kimilərinin hər hansı bəstəkarı, 

şairi sevdiyimiz qədər sevir, təzə bir rəqs musiqisindən, caz müğənnisinin oxuduğu kövrək, şit 

mahnıdan bizlərin Nitsşedən, Hamsundan aldığımız qədər  ləzzət alır, heyran qalır, vəcdə 

gəlirdilər. Mariya saksofonçalan qəşəng Pablodan, hərdən onlara oxuduğu amerikan 

musiqisindən söz saldı və bunlardan elə vurğunluqla, elə heyranlıqla, elə məhəbbətlə danışdı ki, 

mən də riqqətə gəldim, heç bir dərin məlumatlı adam arzuladığı məşhur musiqidən bu qədər 

ləzzət ala-ala danışa bilməzdi. Qoy necə musiqi olur-olsun, onunla bir yerdə valeh olmağa 

hazırdım; Mariyanın şirin ləhcəsi, dil açıb danışan kədərli baxışları mənim estetik dünyamı 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

614 


yerlə-yeksan elədi. Ancaq bəzi gözəlliklər  – az da olsa, bir neçə xüsusi gözəllik hələ qalmışdı və 

zənnimcə, onların heç birinə bu mübahisələrin, bu tərəddüdlərin dəxli yox idi. Hər şeydən  əvvəl 

Motsart qalmışdı. Bəs itənlərlə qalanların arasındakı sərhəd harada idi? Biz ustadların, 

tənqidçilərin hamısı bu gün şübhəli, uğursuz görünən sənət  əsərlərini, sənətkarları çavan 

vaxtlarımızda odlu bir məhəbbətlə sevmirdikmi? Listlə, Vaqnerlə, çoxumuz da hələ Bethovenlə 

belə olmamışdıqmı? Məgər Mariyanın amerikan musiqisinə bir uşaq çılğınlığı ilə vurulması hər 

hansı gimnaziya müəlliminin «Tristan» operasına heyranlığı və ya hansı dirijorunsa Doqquzuncu 

Simfoniyanı dinləyərkən vəcdə 

gəlməsi kimi saf, ülvi, dönməz bir sənət vurğunluğu deyildimi? Bəs bu da cənab Pablonun 

dediklərinə tam uyğun gələrək onlara haqq qazandırmırdımı? Deyəsən, bu gözəl Pablonu Mariya 

da çox sevirdi! 

– O, çox gözəl insandır, – dedim, – mənim də xoşuma gəlir. Ancaq bura bax, Mariya, necə olur 

ki, onunla bərabər məni də sevə bilirsən? Axı mənim yaşım keçib, gözəl deyiləm, saçlarıma dən 

düşüb, saksafon çalmıram, ingiliscə məhəbbət mahnıları oxuya bilmirəm... 

– Düşük-düşük danışma!  – O, sözümü kəsdi.  –    Bunlar hamısı olan şeydir. Sən də xoşuma 

gəlirsən, çünki öz yerin, öz gözəlliyin var, özünü başqa cür göstərməyə də çalışma. Belə şeylər 

haqqında danışmaq, «niyə belə olub?» demək də lazım deyil. Sən boyun-boğazımdan, 

qulağımdan öpəndə hiss eləyirəm ki, məni sevirsən, xoşuna gəlirəm. Sən adamı başqa cür 

öpürsən, sanki, utanırsan və bu da mənə deyir: səni sevir, belə gözəl olduğun üçün «sağ ol» 

deyir! Bu da çox, lap çox xoşuma gəlir. Ancaq başqa kişidə də əksini xoşlayıram: guya, mənə 

əhəmiyyət vermir, öpəndə də elə öpür ki, sanki, yazığı gəlir. 

Təzədən yuxuya getdik. Yenə oyandım və gördüm ki, mənim gözəl çiçəyim hələ də qollarım 

arasındadır. 

Qəribə idi: o gözəl çiçək hələ də Herminenin hədiyyəsi kimi qalırdı. Hermine hələ də onun 

arxasından xəyal kimi boylanırdı. Arada qəflətən Erikanı – məndən uzaqlarda olan o qılıqsız 

sevgilimi, o bədbəxt rəfiqəmi xatırladım. Mariya kimi təravətli, məsum olmasa da, gözəllikdə 

ondan geri qalmırdı. Erikanın taleyimə əbədi həkk olunmuş vurğun surəti bircə anlığa gözlərim 

önündə aydınca canlandı, qəlbimi göynətdi, sonra yenə yox oldu, yuxunun, yaddaşın, kədər dolu 

uzaqlığın dumanlı qoynunda itib-batdı... 

Həmin o gözəl, munis gecədə həyatımın bir çox anları gözlərim önündə xəyal kimi canlandı.  

Çoxdan idi belə xəyal dolu gecələr görməmişdim. İndi məhəbbət allahı Eros tilsimlənmiş 

çeşmənin gözünü açmışdı. Xəyallar da qaynayıb coşur, həyatımın bu cür zəngin xəyallar 

dünyasını, bədbəxt bir Yalquzağın qəlbindəki  əbədi ulduzlar və bürclər kəhkəşanını görən ürək 

də hərdən bircə anlığa dayanırdı. Uşaqlığım və anam lap uzaqlardan, nəhayətsiz mavilikdən baş 

qaldıran bir dağ kimi nəvazişlə, müdrik nəzərlərlə mənə baxdılar, əfsanəvi Hermanla, mənəvi 

qardaşıma çevrilmiş Hermine ilə başlayan dostluq xorunun aydın, cingiltili səsi eşidildi. 

Sevdiyim, arzuladığım, vəsf elədiyim, ancaq çoxunun vüsalına can atmadığım qadınların 

surətləri ətir saça-saça, xəyal kimi, gömgöy sulardan baş qaldıran tərli dəniz çiçəkləritək 

gözlərim önündə süzməyə başladı. Arvadım da onların arasındaydı.  

Xeyli birgə yaşamışdıq, dostluğu da, narazılığı da, ümidsizliyi də mənə o öyrətmişdi. Bəzi 

anlaşılmazlıqlara baxmayaraq, etibarı ta xəstələnib ağlını itirən günə qədər saxladım, qəflətən 

çıxıb getdiyi, insana yaraşmayan şəkildə qaçdığı ana kimi qorudum... 

İndi bildim ki, onu elə sevir, elə etibar edirmişəm ki, həmin etibarın sınması mənim üçün  

ömürlük dərdə çevrilib... 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə