Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə298/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   294   295   296   297   298   299   300   301   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

607 


gah da uzaqlaşan gözəllikləri yenə duydum, hiss etdim. Herminedən də qadın  ətri, məhəbbət  

ətri gəlirdi, onun oynamağı da naməhrəmliyin həzin, intim nəğməsini pıçıldayırdı, ancaq heç 

birinə cavab tapmır, özümü büsbütün unudub onun ixtiyarına verə bilmirdim. Mənə çox yaxın 

idi, dost olmuşduq, bacım idi, taleyi taleyimə, özü özümə oxşayırdı, gənclik dostum xəyalpərvər 

şair Hermana, mənəvi pərvazlarımın odlu yol yoldaşına bənzəyirdi. 

Bunları ona danışanda: 

– Bilirəm, – dedi, – lap yaxşı bilirəm. Buna baxmayaraq, nə vaxtsa özümü sənə sevdirəcəyəm, 

ancaq tələsmək lazım deyil. Hələlik biz yoldaşıq, dostluğa ümid edən adamlarıq, çünki bir-

birimizə bələd olmuşuq. İndi gəl bir-birimizdən öyrənək, bir-birimizlə oynayaq. Mən öz balaca 

teatrımı sənə göstərərəm, rəqs etməyi, bir az şənlənməyi, bir az da səfeh olmağı öyrədərəm, sən 

isə öz düşündüklərini, bildiklərini mənə göstərərsən. 

– Ah, Hermine, göstərməyə heç nəyim yoxdur, özün ki məndən yaxşı bilirsən. Sən nə qəribə 

adam imişsən, ay qız! Hər şeydə məni başa düşur, qabaqlayırsan. Doğrudanmı, sənin yanında 

nəsə bir qiymətim var? Doğrudanmı, səni hələ bezdirməmişəm?  

Kədərli baxışlarını yerə dikdi: 

– Belə danışmağından heç xoşum gəlmir. Bir o axşamı xatırla: iztirablar, tənhalıq lap axırına 

çıxmışdı, ümidini itirmişdin və mənə rast gəldin, yoldaş olduq.   De görüm, niyə həmin axşam 

səni o dəqiqə tanıdım, başa düşdüm?   

– Niyə, Hermine? Özün de! 

– Çünki mən də sənin kimiyəm. Çünki mən də sənin kimi yalqızam, sənin kimi həyatı, insanları, 

özümü sevməyi, ciddi qəbul etməyi bacarmıram. Axı həmişə elə adamlar olur ki, həyatdan çox 

şey istəyir və onun səfehliyi, kobudluğu ilə heç cür barışa bilmirlər. 

– Ay səni! – Lap heyrətə gəldim. – Başa düşürəm, dostum! Heç kəs səni mənim kimi başa düşə 

bilməz! Ancaq yenə də mənim üçün tapmacasan! Sən ki həyatla belə gizlənpaç oynamağı 

baçarırsan, sən ki hər xırda şeydən, hər xırda nəşədən zövq ala bilirsən, sən ki həyatda belə 

mahirsən, bəs onda niyə əzab çəkirsən? Necə olur ki, sən də ümidsizliyə qapılırsan? 

– Qapılmıram, Harri. Qaldı əzab çəkmək... Ah, bu sahədə təcrübəm çoxdur. Sən təəccüblənirsən 

ki, rəqs etməyi bacara-bacara, həyatın üst qatını yaxşı tanıya-tanıya mən nə üçün xoşbəxt 

deyiləm. Mən də, dostum, təəccüblənirəm ki, sən mənəvi aləmdə, sənət dünyasında, zəka 

səltənətində ən ülvn,  ən dərin mənalara vaqif ola-ola nə üçün belə bədbəxtsən! Elə buna görə də 

yaxınlaşdıq, bacı-qardaş olduq.  

Sənə rəqs etməyi, oynamağı, gülümsəməyi və bunlarla bərabər bir də narazı qalmaqı öyrədəcəm.  

Səndən isə fikirləşməyi, anlamağı və bununla yanaşı, narazı qalmağı öyrənəcəm. Bilirsənmi, biz 

ikimiz də şeytanın övladlarıyıq... 

– Bəli, eləyik! Şeytan ruhdu, biz də onun bədbəxt övladları. İndi yadıma bir şey düşdü: onda 

sənə dediyim Yalquzaq traktatında yazılıb ki, özü ilə bircə, ya ikicə qəlb gəzdirməsi, bircə, ya da 

ikicə şəxsiyyətdən ibarət olması, əslində, Harrinin öz uydurmasıdır. Hər bir insanın yüz cür, min 

cür, milyon cür qəlbi olur. 

– Bu, mənim çox xoşuma gəlir! Məsələn, səndə mənəvi aləm çox inkişaf edib, əvəzində isə adi 

həyat məsələlərində lap geri qalıbsan. Mütəfəkkir Harrinin yüz yaşı var, rəqqas Harri isə yarımca 

günlükdür. İndi biz ikinci Harrini də, onun kimi hələ boya-boşa çatmamış balaca, səfeh 

qardaşlarını da böyütməliyik. – Təbəssümlə üzümə baxdı, lap alçaqdan, tamamilə ayrı səslə 

soruşdu: – Mariya xoşuna gəlir? 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

608 


– Mariya? O kimdir?– Bayaq oynadığın qız. Gözəl qızdır. Çox gözəl! Mənə elə gəldi ki, bir az 

vuruldun da... 

– Onu tanıyırsan ki? 

– Bəs necə! Lap yaxınıq. Ürəyinə çox yatıb? 

– Xoşuma gəlir. Nə yaxşı ki, elə pis oynadığıma güzəştə getdi. 

– Gördün?! Sən ona bir az diqqət göstərməlisən, Harri. Çox qəşəngdir, gözəl rəqs edir, özün də 

artıq ona vurulubsan. Mənə elə gəlir istəyinə çatacaqsan. 

– Yox, mən elə şöhrətpərəst deyiləm. 

– Bu bir az yalan oldu. Bilirəm haradasa sevgilin var, yarım ildən bir görüşürsən ki, mübahisə 

eləyəsən. Əlbəttə, o qəribə sevgilinə sadiq qalmağın çox yaxşıdır, ancaq icazə ver, bunu o qədər 

də ciddi qəbul etməyim! Ümumiyyətlə, sənin məhəbbəti belə ciddi qəbul etməyinə də şübhəm 

var. Necə istəyirsən, elə də elə, nə qədər istəyirsən, ideal bir məhəbbətlə sev, öz işindir, buna 

qarışan deyiləm.  

Ancaq bircə ona qarışacam ki, həyatın ən adi, xırda əməllərini də, oyunlarını da yaxşı öyrənəsən. 

Bu sahədə müəllimin də özüm olacam. Lap arxayın ol, sənin o ideal sevgilindən yaxşı müəllim 

olacam!  

Qəşəng bir qızla yatmaq sənə çox lazımdır, ay Yalquzaq! 

– Hermine, – incik-incik dilləndim, – bir mənə yaxşı-yaxşı bax, qoca kişiyəm! 

– Sən balaca bir oğlan uşağısan. Rəqs öyrənməyə o qədər tənbəllik etmişdin ki, az qala, vaxtı 

keçmişdi. Məhəbbət də elə! İdeal, fəci bir məhəbbətlə sevməyi  əla bacarırsan, dostum, buna 

şübhəm yoxdur, heç söz ola bilməz! İndisə adi, insani bir məhəbbətlə sevməyi öyrənəcəksən. İlk 

addım atılıb, artıq səni bala da aparmaq olar. Ancaq əvvəl gərək bostonu öyrənəsən, ona da 

sabah başlayarıq. Saat üçdə gələcəm. Yeri gəlmişkən, buradakı musiqi xoşuna gəldi?  

– Əla! 


– Görürsənmi, irəliləyiş var, öyrəşdin. Bu vaxtacan bütün rəqs, caz musiqilərindən zəhlən  

gedirdi. Hamısına mənasız, yüngül bir şey kimi baxırdın, ancaq indi gördün ki, əslində, heç birini 

ciddi qəbul etmək lazım deyilmiş, onlar da xoş, cazibədar ola bilərmiş. Yeri gəlmişkən, orkestr 

Pablosuz heç nədi. Onu canlandıran, arxasınca aparan Pablodur. 

Qrammofon iş otağımdakı asket mənəvi ab-havanı darmadağın etdikcə, yad amerikan musiqisi 

kövrək musiqi dünyama vəlvələ saldıqca, hər yandan, hər tərəfdən indiyəcən həddən artıq 

ölçülü-biçili, ciddi, qapalı qalmış həyatıma tamamilə yeni, qorxulu, qəribə şeylər yol tapmağa 

başladı. Yalquzaq haqqındakı traktat da, Herminedə düz deyirmiş, hərənin min cür qəlbi 

olurmuş. Mənim də içimdə hər gün köhnələrlə bərabər yeni-yeni qəlblər baş qaldırır, nəsə istəyir

səs-küy salır və indiyəcən özümü necə aldatdığım gözlərim önündə aydınca canlanırdı. 

Təsadüfən hamıdan yaxşı əxz elədiyim bir para  

qabiliyyət və bacarığı hər şey hesab eləmiş, özümdən saxta bir Harri düzəldərək həmin Harrinin 

həyatını yaşamışdım. Sən demə, o da poeziya, musiqi, fəlsəfə sahəsində mahir bir mütəxəssisdən 

başqa, heç nə deyilmiş. Varlığımın qalan hissələrinə – cürbəcür qabiliyyətlər, ehtiraslar, arzu və 

istəklər xaosuna nifrət etmiş, hamısına da yalquzaqlıq damğası vurmuşdum. 

Onu da deyim ki, bu həqiqəti dərk etməyim, əvvəlki varlığımın tənəzzülü heç də xoş, ləzzətli bir 

macəra deyil,  əksinə, çox  əzablı, hətta dözülməz bir dərddi. Hərdən qrammofon tamamilə başqa 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə