Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə297/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   293   294   295   296   297   298   299   300   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

605 


İki-üç dəfə onunla rəqs etməli oldum. Arada məni saksafon çalanla tanış elədi. Qarayanız, 

qəşəng, cavan bir oğlandı. Ya İspaniyadan, ya da Cənubi Amerikadan gələnə oxşayırdı. 

Herminenin dediyinə görə, bütün alətlərdə çalır, dünyanın bütün dillərində danışa bilirdi. 

Deyəsən, bu senyorla çox yaxın, lap dost idilər... Onun qarşısında bir dənə balaca, bir dənə də iri 

saksafon vardı, gah onda, gah da bunda çalır, parıldayan qapqara gözləri ilə oynayanları diqqətlə 

süzürdü. Bu günahsız, qəşəng oğlana qarşı qəlbimdə nəsə qısqanclığa oxşar bir hiss baş 

qaldıranda, özüm də təəccübləndim. Məhəbbət qısqanclığına oxşamırdı. Çünki Hermine ilə 

aramda sevgidən söhbət gedə bilməzdi. Daha çox mənəvi bir dost qısqanclığı idi, çünki o, qızın 

göstərdiyi marağa, xüsusi diqqətə, hətta ehtirama o qədər də layiq deyildi. «Qəribə tanışlarım 

olacaq burada!» – deyə narazılıqla ürəyimdən keçirdim. 

Sonra Hermineni bir neçə dəfə başqası rəqsə dəvət elədi. Tək qaldım, indiyəcən zəhləm getdiyi 

musiqiyə qulaq asdım. «İlahi, – deyə fikirləşdim, – indi də belə yerlərə gəl, tanımadığın, 

bilmədiyin, zəhlən gedən, həmişə uzaq gəzməyə çalışdığın, nifrət elədiyin avaralar,  əhlikeflər 

dünyasına öyrəş, mərmər stolların, caz musiqisinin, fahişələrin, ticarət agentlərinin bu yaltaq, 

yeknəsəq dünyasından zövq al!» Kədər içində çaydan içir, oynayanları seyr edirdim. Baxışlarım 

iki qəşəng qıza ilişib qaldı:  

ikisi də yaxşı oynayırdı. Heyran-heyran, qibtə eləyə-eləyə onların cəldliyinə, gözəlliyinə, 

şənliyinə, necə inamla rəqs etdiklərinə baxdım. 

Bu vaxt Hermine gəlib çıxdı, məndən narazılıq elədi. Dedi ki, buraya üz-gözümü turşutmağa

səssiz-səmirsiz oturmağa gəlməmişəm, özümü toplayıb rəqs eləməliyəm. Necə? Heç kəsi 

tanımıram?  

Heç lazım da deyil. Burada heç xoşuma gələn qız yoxdur? Bayaqkı qızlardan birini göstərdim. 

Özü də ən gözəliydi. Yaxında durmuşdu, əynində qəşəng məxmər don vardı, qısa vurulmuş sərt, 

sarışın saçları, qadın  əllərinə oxşayan toppuş  əlləri adamın ağlını aparırdı. Əl çəkmədi ki, bu 

dəqiqə dur, onu rəqsə dəvət elə. Ümidsiz-ümidsiz etiraz elədim:– Bacarmaram,  – deyə lap 

yazıqlaşdım.  – Əgər cavan, qəşəng olsaydım gedərdim! İndicə qocalmış, keyləşmiş bir 

avarayam, heç rəqs etməyi də bacarmıram, mənə gülər!  

İkrahla üzumə baxdı: 

– Ancaq mənim gülməyim heç vecinə deyil! Nə qorxaqsanmış. Ürək eləyib qıza yaxınlaşan hər 

kəs o vəziyyətə düşə bilər, bəxtlə olan şeydir. Demək, sən də ürək elə, Harri, uzaqbaşı qoy 

gülsün, yoxsa üzüyolalığına daha inanmaram. 

Dediyindən dönmədi. Ürəyim çırpına-çırpına ayağa durdum, musiqi başlayan kimi qıza  

yaxınlaşdım. 

– Əslində, boş deyiləm...  – Qız iri, oynaq gözlərini mənə dikdi.  – Ancaq, deyəsən, yoldaşım 

barda ilişib qaldı... Yaxşı, gəlin! 

Belindən tutub ilk addımları atdım və çox təəccübləndim ki, nə yaxşı rədd eləmədi. Artıq 

kiminlə oynadığını hiss eləmişdi, ona görə də özü məni oynatmağa başladı. Əntiqə oynayır, məni 

də arxasınca çəkib aparırdı. Bircə anlığa rəqsin bütün qayda-qanunlarını, nə edəcəyimi unutdum, 

onunla bir yerdə süzməyə başladım. Tarım budların, oynaq dizlərin təmasını duydum. Təravətli, 

qəşəng hüsnünə baxıb boynuma aldım ki, bu gün ömrümdə ilk dəfə rəqs edirəm. Gülümsəyərək 

məni  ürəkləndirdi, vurğun baxışlarıma, yaltaq sözlərimə sözlə deyil,  naz-qəmzə ilə, bizi daha da 

yaxınlaşdıran, bir-birimizə 

toxunduran, ağlımı başımdan çıxaran işvəli hərəkətləriylə cavab verdi. Sağ  əlimi belinə 

dolamışdım.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

606 


Xumarlana-xumarlana, diqqətlə ayaqlarının,  əllərinin, çiyinlərinin hərəkətini izləyirdim və özüm 

də çox təəccüblənirdim ki, nə yaxşı bircə dəfə də olsun ayaqlarını tapdalamadım. Musiqi kəsilən 

kimi dayandıq, növbəti rəqs başlayanacan əl çaldıq, təzədən böyük bir həvəslə, məhəbbətlə, 

ehtiramla həmin mərasimi təkrar etdim. 

Rəqs sona yetəndə (yaman da tez qurtardı) o məxmər qız öz yerinə getdi və Hermine qəfildən 

yanımda peyda oldu. Sən demə, bizə baxırmış. 

– İndi nəsə hiss elədin? – Gülə-gülə məni təriflədi. – Gördün ki, qadın ayağı stol ayağı deyil?  

Əhsən! Allaha şükür ki, foksu öyrəndin, sabah bostona keçərik, üç həftədən sonra «Qlobus»da 

maskarad balı olacaq. 

Fasilə elan olundu, gedib yerimizdə oturduq. Bir azdan o qəşəng, cavan saksafonçalan – cənab 

Pablo da gəldi, başı ilə salam verib Herminenin yanında oturdu. Deyəsən, lap yaxın dost idilər.  

Boynuma alıram ki, bu cənab elə ilk görüşdən xoşuma gəlməmişdi. Qəşəng idi, bunu danmaq 

olmazdı, üzdən də, boydan da gözəl görünürdü, ancaq bunlardan başqa onda heç bir müsbət 

cəhət tapa  

bilmirdim. Onun üçün çox dil bilmək də çətin deyildi, çünki «buyurun», «təşəkkür edirəm», 

«əlbəttə», «mütləq», «hello» kimi sözlərdən başqa, heç nə danışmırdı, ancaq, insafən, bunları bir 

neçə dildə deyə bilirdi. Yox, senyor Pablo danışmırdı və deyəsən, bu qəşəng kabalyeronun çox 

fikirləşməklə də arası yox idi. Peşəsi caz kapellasında saksafon çalmaqdı, bu sənətə də 

məhəbbətlə, ehtirasla vurulmuşdu: bir də görürdün ortada əl çalır, camaatı ruhlandırır, uzada-

uzada «O... o... o... ha... ha... hello kimi səslər çıxarırdı. Elə bil, bu dünyaya yalnız gözəl olmaq, 

qadınların xoşuna gəlmək,  ən yeni dəbli qalstuk  

vurmaq, barmağına üzük taxmaq üçün gəlmişdi. Əyləncəsi də ondan ibarət oldu ki, bizimlə 

oturdu, üzümüzə gülümsədi, tez-tez qolundakı saata baxdı, ustalıqla bir-iki dəfə papiros bükdü. 

Qara kreol gözlərində, qapqara qıvrım saçlarında romantikadan, qayğıdan, düşüncədən  əsər-

əlamət yox idi.  

Yaxından baxanda, bu gözəl ekzotik yarımallah öz xoşagələn hərəkətləri ilə şən, ərköyün oğlan 

uşağına oxşayırdı, vəssalam! Çaldığı alət barədə, caz musiqisinin səs çalarları haqqında söhbətə 

başladım ki, qarşısındakının musiqidən başı çıxan, ondan ləzzət almağı bacaran bir adam 

olduğunu görsün. Ancaq yaxınlıq vermədi və ona, daha doğrusu, Hermineyə hörmət xətrinə caz 

musiqisinə nəzəri cəhətdən az da olsa bəraət qazandırmağa çalışanda mənə də, çəkdiyim əziyyətə 

də xeyirxah bir təbəssümlə güldü.  

Çox güman ki, cazdan əvvəl, cazdan əlavə musiqi növünün olduğundan heç xəbəri yox idi. 

Mehriban oğlandı. Həm mehriban, həm də nəzakətli və iri, bomboş gözlərində həmişə qəşəng bir 

təbəssüm oynayırdı. Lakin deyəsən, aramızda heç bir yaxınlıq yoxdu, onun üçün vacib, 

müqəddəs olan şeylər mənə tamamilə yad görünürdü, ümumi dil də tapa bilmirdik.  Lakin 

sonralar Hermine mənə çox qəribə bir şey danışdı. Pablo həmin o söhbətdən sonra mənim 

haqqımda deyib ki, çox bədbəxt adamdır, ona qayğı ilə yanaş! Hermine niyəsini soruşanda, 

cavab verib ki, «Yazıq, çox yazıq adamdır! Bir onun  

gözlərinə fikir ver: gülə də bilmir!»  

Qaragöz oğlan vidalaşıb gedəndən sonra musiqi çalındı və Hermine ayağa durdu: 

– Bəlkə, bir dəfə də mənimlə rəqs edəsən, Harri? Yoxsa, daha istəmirsən? 

Bayaqkı qızla olduğu kimi özümü büsbütün unutmasam da, Hermine ilə də asan, sərbəst, həvəslə 

rəqs etdim. Özünü mənim ixtiyarıma buraxdı, zərif bir ləçək kimi tez uyğunlaşdı, gah yaxınlaşan, 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə