Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə299/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   295   296   297   298   299   300   301   302   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

609 


bir melodiya üstündə köklənmiş bir aləmdə, sözun əsl mənasında, ulayırdı. Bəzən də müasir 

restoranların hansındasa nərmənazik əhlikeflərin, fırıldaqçıların arasında rəqs edəndə özümü ən 

əziz, ən müqəddəs şeylərə vəfasız çıxmış bir adam hesab eləyirdim. Əgər Hermine məni beş-

altıca gün tək buraxsaydı, o dəqiqə bu usandırıcı, gülünc əhlikeflik arzusundan əl çəkərdim, hər 

gün görüşməsək də, gözü həmişə üstümdəydi. Məni idarə edir, qoruyur, hər hərəkətimə qiymət 

verirdi. Dözə bilməyib üsyan eləmək, qurtuluş axtarmaq fikrinə düşəndə isə gülümsəyə-

gülümsəyə hər şeyi gözümdən oxuyurdu. 

Əvvəllər şəxsiyyət adlandırdığım şey günü-gündən darmadağın olduqca, o cür ümidsizliyə 

qapıla-qapıla nə üçün ölümdən elə qorxduğumu başa düşür və hiss etməyə başlayırdım ki, həmin 

biabırçı, iyrənc ölüm qorxusu da əvvəlki saxta meşşan varlığımın bir hissəsi imiş. İndiyəcən 

mövcud olan cənab Haller  – o istedadlı yazıçı, Motsartın, Cetenin bilicisi, sənətin metafizikliyi, 

dahilik və fəcilik haqqındakı qiymətli fikirlərin müəllifi, ağzına kimi kitabla dolu hücrəsinə 

çəkilmiş bir guşənişin dalbadal özünütənqidə məruz qalır və heç birinə də dözə bilmirdi. Bu 

istedadlı və maraqlı cənab Haller zəkanı, insanlığı mədh eləsə də, müharibənin amansızlığına 

qarşı çıxsa da, müharibə vaxtı imkan  

yaratmadı ki, onu divara söykəyib güllələsinlər. Halbuki məntiqə görə belə olmalıydı. Vəziyyətə 

uyğunlaşdı, onunla barışaraq sakit həyat sürməyə başladı. Düzdür,  istismarın, hakimiyətin 

əleyhinə idi, lakin bankda müxtəlif sənaye inhisarlarının aksiyalarını saxlayır, heç bir vicdan  

əzabı çəkmədən onlardan gələn gəliri xərcləyirdi. Hər şeydə də beləydi. Bu Harri Haller qəribə 

bir ustalıqla bütün dünyaya nifrət edən idealist cildinə girsə də, özünü dərdli bir guşənişin, 

qəzəbli bir peyğəmbər kimi göstərsə də, əslində, burjuydu, Hermine  kimilərinin  yaşadığı həyata 

pis  baxır, restoranlarda keçirilən  

vaxta, səpələnən pullara heyfi gəlir, vicdan əzabı çəkirdi. Ancaq,  bununla belə, heç birindən can 

qurtarmağa, kamilləşməyə can atmır,  əksinə, mənəvi  əyləncələrin ona zövq verdiyi, 

şöhrətləndirdiyi həmin rahat günlərin həsrətini çəkirdi. Onun nifrət bəslədiyi, istehza elədiyi 

qəzet oxuyanlar da müharibədən  əvvəlki rahat günlərin həsrətini beləcə çəkirdilər. Çünki bu, 

görüb-götürdüklərindən nəticə çıxarmaqdan qat-qat asan idi. Lənət şeytana, bu Harri Hallerə 

baxanda adamın ürəyi qalxırdı!  

Lakin, bununla belə, onun getdikcə yırtılan maskasının quyruğundan tutub durur, öz mənəvi 

dünyası ilə məzələnməsindən,  qarışıqlıq, təsadüflər (ölüm də buraya aiddir) qarşısındakı meşşan 

qorxusundan heç cür ayrıla bilmirdim. Getdikcə formalaşmağa başlayan təzə Harrini  – rəqs 

zallarının bu utancaq, gülməli diletantını rişxəndlə, paxıllıqla keçmişin saxta, ideal, tərs Harri 

obrazı ilə tutuşdurarkən təzə Harri professorun evində Getenin portretini görən zaman köhnə 

Harrini yerindən oynadan naqis cəhətləri bircə-bircə üzə çıxarırdı. Əslində, köhnə Harrinin özü 

də meşşansayağı ideallaşdırılmış  

Geteyə bənzəyirdi. O da baxışlarındakı nəciblik, alicənablıq, müdriklik, insanlıq brilyant kimi 

bərq vuran, az qala, öz qəlbindəki alicənablıqdan vəcdə gələn mənəvi qəhrəman idi! Lənət 

şeytana, ancaq bu ecazkar obraz indi şana-şana olmuşdu, bu ideal Harri Haller  ərpimlənib 

tökülürdü!  İndi  küçə çapqınçılarının soyduğu yüksək bir mənsəb sahibinə oxşayırdı, şalvarı 

piltik-piltikdi.  Ağlı olsaydı, özünü üst-başı tökülmüş bir adam kimi aparmağı öyrənərdi. Amma 

bu cır-cındırın içində elə gəzirdi ki, deyərdin, üstü orden-medalla doludur və ağlaya-ağlaya öz 

itirilmiş şərəfini təzədən geri qaytarmaq istəyir.  

Musiqiçi Pablo ilə də tez-tez görüşür, ona qarşı münasibətimi təzədən saf-çüruk eləməli 

olurdum.  

Çünki Herminenin çox xoşuna gəlirdi, həmişə onunla bir yerdə olmağa can atırdı. Pablo 

yaddaşıma mənasız bir adam, lovğa bir gözəlçə, şən, qayğısız bir uşaq kimi həkk olunmuşdu; 

bir-iki xoş sözlə, şokoladla asanca başını aldatmaq olardı. Ancaq heç vaxt haqqında nə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

610 


düşündüyümü soruşmurdu, musiqi nəzəriyyəm kimi bu da onun üçün mənasızdı. Dediklərimə 

nəzakətlə, mehribanlıqla qulaq asar, həmişə gülümsəyər, ancaq heç vaxt doğru-düzgün cavab 

verməzdi. Bununla belə, deyəsən, onda özümə qarşı maraq oyada bilmişdim, çünki açıq-açığına 

xoşuma gəlməyə, iltifat göstərməyə çalışırdı. Bir dəfə də həmin nəticəsiz söhbətlərimizin 

hansındasa  əsəbiləşib, az qala, kobudluğa keçəndə; pərt oldu, kədərlə üzümə baxdı, sol  əlimi  

əlinə alıb sığalladı, qızıl suyuna çəkilmiş balaca bir burunotu qutusu çıxarıb dedi ki, iylə, xeyri 

olacaq. Sualedici nəzərlərlə Hermineyə baxdım, başını tərpətdi və mən qutunu alıb iylədim. 

Doğrudan da, bir az keçən kimi, kefim duruldu, gümrahlaşdım. Çox güman ki, içindəki həbə 

kokain qatılmışdı. Hermine dedi ki, Pabloda belə dərmanlar çoxdur, gizli yollarla alır, hərdən 

dostlarına da verir, onları necə qatmağın qədərini də lap yaxşı bilir. Bu dərmanlar ağrını götürür, 

adamı yatırdır: gözəl-gözəl yuxular görürsən, şənlənirsən, kiməsə vurulursan... 

Bir dəfə də Pabloya şəhərdə, sahil bağında rast gəldim. Dinməzcə mənə qoşuldu. Axır ki, bu dəfə 

onu söhbətə çəkə bildim. 

– Cənab Pablo, – deyə əlindəki nazik, qara, gümüşü haşiyəli əsa ilə oynayan bu oğlana müraciət 

elədim. – Sizinlə ona görə maraqlanıram ki, Herminenin dostusunuz. Amma onu da deyim ki, 

sizinlə danışmaq çox çətindir. Bir neçə dəfə musiqi barədə danışmağa çalışmışam, çünki bu 

haqdakı fikriniz, etirazınız, şəxsi mülahizələriniz mənim üçün çox maraqlıdı, lakin hər dəfə də 

söhbətdən yayınaraq dilucu cavablar vermisiniz. 

Səmimiyyətlə güldü, bu dəfə borclu qalmayıb biganəliklə dedi: 

– Bilirsinizmi, mənə elə gəlir, musiqi haqqında danışmağa dəyməz. Heç vaxt bu 

barədədanışmıram. Sizin o ağıllı, həqiqi sözlərinizə nə cavab verə bilərdim ki? Dediklərinizin 

hamısı tamamilə doğru idi. Ancaq, bilirsinizmi, mən musuqiçiyəm, alim deyiləm və heç 

inanmıram ki, musiqi sahəsində haqlı olmağın ona bir xeyri dəyə. Musiqi barədə fikir söyləmək, 

zövqlü, təhsilli olmaq və sairə əsas məsələ deyil.  

– Yaxşı, olsun. Bəs əsas məsələ nədir? 

– Əsas məsələ çalmaqdır, cənab Haller! İmkan daxilində çoxlu, yaxşı, çılğınlıqla çalmaq! 

Belədir, müsyö. Haydının, Baxın bütün  əsərlərini bilməklə, onların haqqında çox ağıllı 

mülahizələr söyləməklə insanlara xidmət etmək olmaz. Ancaq mən kərənayı götürüb dəbdə olan 

bir şimmi çalanda, yaxşı-pisliyindən asılı olmayaraq, hamıya sevinc bəxş edəcək, musiqi onların 

sümüyünə düşəcək, qanına işləyəcək. Əsas məsələ bax budur! Uzun fasilədən sonra musiqi 

təzədən başlayanda, siz zaldakı adamların üzünə baxın, görün gözlər necə parıldayır,  hamının 

sümüyünə düşür, üzləri gülməyə 

başlayır! Musiqini bax buna görə çalırlar... 

– Çox gözəl, cənab Pablo. Ancaq hissləri yerindən oynadan musiqi ilə bərabər ruha təsir edən 

musiqi də var. Hazırda çalınan musiqidən başqa, ölməz musiqi əsərləri də var, indi çalınmasa da, 

əbədi yaşayır. Kim istəsə, tək-tənha öz yerinə uzanıb «Sehrli fleyta»dan, «Matfey çılğınlığı»ndan 

hansı melodiyanısa xəyalında canlandırar, həmin musiqini eşidər və bunun üçün də kiminsə ya 

fleyta, ya skripka çalması lazım gəlməz. 

– Elədir, cənab Haller. «Həsrət»i də, «Valensiya»nı da tənha, xəyalpərvər adamlar hər gecə 

astadan zümzümə edirlər. İdarədə oturan yazıq makinaçı qız da axırıncı dəfə eşitdiyi onestepi 

beynində dolaşdırır, öz makinasını onun təqtləri üstündə tıqqıldadır. Düz deyirsiniz,  bütün tənha 

adamların özünün lal musiqisi olur. Fərqi yoxdur, «Həsrət» də ola bilər, «Sehrli fleyta» da, 

«Valensiya» da! Bəs bu adamlar həmin tənha, lal musiqini haradan götürürlər? Bizdən, biz 

musiqiçilərdən! O gərək əvvəlcə çalınsın, eşidilsin, qana işləsin ki, sonra da kimsə gedib onu öz 

evində xatırlasın, xəyala dalsın. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə