Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə300/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   296   297   298   299   300   301   302   303   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

611 


– Razıyam,  – soyuq tərzdə cavab verdim.  – Ancaq Motsartı da  ən yeni fokstrotla bir tərəziyə 

qoymaq olmaz. Bir var insanlara ilahi, əbədi bir musiqi çalasan, bir də var ucuz, gəldi-gedər 

musiqi...  

Bunlar ayrı-ayrı şeylərdir. 

Pablo səsimdəki həyəcanı duyan kimi üzünə mehribanlıq ifadəsi verdi, nəvazişlə qolumu  

tumarladı, çox həlim bir səslə dedi: 

– Ah, əziz Haller, bəlkə də, tərəzi məsələsində tam haqlısınız. Motsartı, Haydını, «Valensiya»nı 

ayrı-ayrı tərəzilərə qoymağınıza da sözüm yoxdur. Ancaq bu tərəzi mənim üçün deyil, heç kim 

də o haqda məndən heç nə soruşmur. Ola bilsin ki, Motsart yüz ildən sonra da çalınacaq, ancaq 

«Valensiya» iki ilə unudulacaq... Mənə elə gəlir, bunu qadir Allahın ixtiyarına buraxmalıyıq. O, 

ədalətlidir, kimin nə qədər yaşayacağı da onun əlindədir, hər bir valsın, hər bir fokstrotun nə 

qədər qalacağını da o bilir, necə lazımdırsa, elə də edəcək. Biz musiqiçilər isə öz borcumuzu, öz 

vəzifəmizi yerinə yetirməliyik: elə şey çalmalıyıq ki, hazırkı dövrdə hamının xoşuna gəlsin. Və 

bacardıqca da yaxşı, gözəl, həvəslə çalmalıyıq. 

Kök ötürərək susdum. Bu adama heç nəyi başa salmaq mümkün deyildi. 

Bəzi anlarda köhnə ilə təzə, iztirabla nəşə, qorxu ilə sevinc çox qəribə tərzdə bir-birinə qarışırdı.  

Gah göylərdə süzür, gah da cəhənnəmə düşürdüm və çox vaxt da ikisində də birdən olurdum. 

Köhnə Harri ilə təzəsi gah mübahisə edir, gah da barışırdılar. Bəzən adama elə gəlirdi ki, köhnə 

Harri bu dünyadan köçüb, lap çoxdan ölüb, torpağa tapşırılıb, ancaq yenə haradansa qəfil peyda 

olur,  əmr verməyə başlayır, müstəbidlik eləyir, dediyindən dönmürdü. Təzə, balaca, uşaq Harri 

də utana-utana susur, qısılırdı. Bəzən də təzə Harri cəsarətlə köhnənin boğazından yapışıb  boğur 

və inilti-sızıltı, ölümdirim mübarizəsi başlayırdı, ülgüc məsələsi təzədən ortaya çıxırdı. Çox vaxt 

kədər və sevinc dalğası  

birləşib məni öz qoynuna alırdı. Belə anlardan biri də restoranda rəqs eləyəndən iki-üç gün sonra 

oldu.  

Axşam evə qayıdıb yataq otağına girəndə gözəl Mariyanı yatağımda gördüm və təəccübdən, 



heyrətdən, qorxudan, sevincdən nə edəcəyimi bilmədim! 

Herminenin indiyəcən mənə hazırladığı töhfələrdən ən gözlənilməzi bu idi. Zərrə qədər də şübhə 

eləmirdim ki, bu cənnət quşunu mənə məhz o göndərib. Həmin axşamı istisna kimi Herminedən 

ayrı keçirmiş, kafedral cameyə gedib qədim kilsə musiqisindən ibarət gözəl bir konsertə qulaq 

asmışdım.  

Bu, keçmiş həyatıma, gənclik oylağıma, ideal Harrinin dünyasına gözəl, kədərli bir səyahət idi.  

Kilsənin qotik üslubunda tikilmiş böyük zalında qəşəng, torşəkilli qübbələr adda-budda sayrışan 

işıqlarda ləngər vurur və mən də Bukstehodanın Paxelbelin, Baxın, Haydının əsərlərinə qulaq 

asaasa öz keçmiş sevimli həyat yolumla təzədən addımlayır, bir vaxtlar tanış olub dostlaşdığım, 

qeyri-adi konsertlərdən ləzzət aldığım müğənninin – Baxın ifaçısının gözəl səsini dinləyirdim. 

Qədim musiqinin ecazkar səsi, heç bir ölçüyəgəlməz ləyaqəti, müqəddəsliyi, cavanlıq çağlarımın 

coşğunluğunu, çılğınlığını, heyranlığını bir də oyatdı, qəm-kədər içində kilsənin hündür 

klerosunda oturub vaxtı ilə məskənim olan bu nəcib, müqəddəs dünyada bircə saatlığa qonaq 

qaldım. Haydının duetlərindən biri  

ifa olunanda isə qəflətən gözlərim yaşla doldu, konsertin axırını gözləmədim və həmin müğənni 

ilə də görüşmədən (ah, belə konsertlərdən sonra ifaçılarla nə gözəl gecələr keçirmişdim!) kilsəni 

tərk etdim, yorğun addımlarla qaranlıq döngələrdə dolaşmağa başladım. Bəzi restoranlarda caz 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

612 


kapellaları kimi mənim indiki həyatımın melodiyalarını çalırdılar. Eh, həyatım nə kədərli bir 

dolaşığa düşmüşdü! 

Həmin gecə küçələrdə gəzə-gəzə musiqiyə olan qəribə münasibətim haqqında çox düşündüm və 

yenə də bu qənaətə gəldim ki, ona belə kövrək, belə uğursuz münasibət bütün alman ziyalılarının 

bədbəxt taleyidir. Hər bir alman ruhuna təbii bir hüquq – musiqinin hegemonluğu formasında 

təbiətə bağlılıq hakim kəsilib ki, bu da heç bir xalqda yoxdur. Biz ziyalılar da kişi kimi buna 

qarşı dayanıb əqlin, loqosun, sözün dediyinə qulaq asmaqdansa, onlara itaət etməkdənsə, dilə 

gəlməyənləri deyə bilən, ifadə olunmayanları ifadə edən sözsüz bir dil yaratmaq eşqinə 

düşmüşük. Hər bir alman ziyalısı bacardığı alətdə bacardığı havanı çalmaq  əvəzinə, həmişə 

sözün,  əqlin  əksinə getmiş, musiqi ilə 

məzələnmişdir. Alman ruhu həmişə musiqidən onun müqəddəs, ecazkar sehrindən, gerçəkliyə 

uzaq olan  əsrarəngiz hisslərdən, ovqatlardan zövq almış və əsl vəzifələrinin çoxunu unutmuşdur. 

Biz ziyalıların heç biri heç vaxt gerçəkliyə tapınmamış, ona həmişə yad olmuş, düşmən 

kəsilmişik. Ona görə də bizim alman gerçəkliyində, tariximizdə, siyasətimizdə, ictimai 

fikrimizdə ziyalıların rolu çox az olmuşdur. Əlbəttə, mən bu haqda çox düşünüb-daşınmış, hətta 

bəzən quru estetika ilə – mənəvi bir sahə kimi tətbiqi incəsənətlə məşğul olmaq əvəzinə – 

gerçəkliyə qayıtmaq, ciddi, məsuliyyətli bir işdən  

yapışmaq həvəsinə də düşmüşdüm. Ancaq həmişə ruhdan düşmüş, taleyimlə barışmışdım.  

Cənab generallar və ağır sənaye sahibləri düz deyirlərmiş: biz «ziyalı»lardan heç nə çıxmadı, 

hamımız lazımsız, gerçəklikdən uzaq, məsuliyyətsiz dil pəhləvanları idik. Tfu, lənət şeytana! 

Hanı o ülgüc?! 

Beynimdə bu fikirlər, qulağımda musiqinin  əks-sədası, qəlbimdə isə kədərli, ümidsiz bir həyat

həqiqət, məna,  əbədi itkilər sorağı, həsrətilə evə qayıtdım. Pilləkənlərlə yuxarı qalxdım, işığı 

yandırdım, nəsə oxumaq istədim, ancaq alınmadı, verdiyim vəd yadıma düşdü: sabah axşam 

«Sesil» barında viski içməyə, rəqs etməyə getməliydim. Nəinki özümə, hətta Hermineyə də 

acığım tutdu.  

Bütün bunları açıq ürəklə eləsə də, özü lap ecazkar bir varlıq olsa da, gərək onda məni ölümün 

əlindən almayaydı, bu dolaşıq, bu qəribə, bu parıltılı oyuncaq dünyada istədiyi tərəfə 

sürüməyəydi, onsuz da heç cür ona uyğunlaşa bilmirdim. Daxilimdə yaxşı nə vardısa, hamısı 

məhv olub gedir, iztirab çəkirdi. 

Beləliklə, kədər içində işığı söndürdüm, kədər içində yataq otağının qapısını tapdım, kədər içində 

soyunmaq istədim və nəsə adət etmədiyim bir qoxu hiss eləyəndə heyrətləndim. Ətir iyi idi. O 

yan-bu yana baxanda gördüm ki, gözəl Mariya yatağımda uzanıb, iri, mavi gözləri də utancaq bir 

təbəssümlə gülümsəyir. 

– Mariya! – dedim və ilk ağlıma gələn fikir bu oldu ki, sahibə bilsə, məni evdən çıxaracaq. 

– Gəlmişəm... – pıçıldadı, – acığınız tutur? 

– Yox, yox, bilirəm ki, açarı Hermine verib. Demək belə... 

– Ah, acığınız tutur... İndi gedirəm... 

     – Yox, gözəl Mariya, getməyin! Ancaq bu gün çox kədərliyəm. Bu gün şənlənə bilmərəm...  

Bəlkə, sabah şənlənə bildim. 

Danışa-danışa bir az ona tərəf  əyilmişdim və Mariya öz iri, qüvvətli  əlləri ilə yanaqlarımdan 

yapışıb özünə tərəf çəkdi, uzun-uzadı öpdü. Sonra yanında oturdum,  əllərindən tutub xahiş 

etdim ki, alçaqdan danışsın, heç kəs eşitməsin və diqqətlə onun qəşəng, totuq sifətinə baxdım: 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə