Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə296/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   292   293   294   295   296   297   298   299   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

603 


– Yox, – dedim, – əsəbiləşdirmir, öyrəncəliyəm. Bir-iki dəfə demişəm ki, hər bir xalq, hətta hər 

bir insan saxta «müqəssir axtaran» siyasətin beşiyində xumarlanmaqdansa, papağını qabağına 

qoyub fikirləşməli, öz səhvlərini, nəzərdən qaçırdıqlarını, pis adətləri ilə müharibədəki, eləcə də 

dünyanın başqa bədbəxtliklərindəki günahını aydınlaşdırmalı və bilməlidir ki, növbəti 

müharibədən can qurtarmağın yeganə yolu budur. Bunu mənə heç cür bağışlamırlar, çünki 

hamısı «günahsızdır».  

İmperatorun da, generalların da, iri sənayeçilərin də, siyasətçilərin də, qəzetlərin də zərrə qədər 

günahı yoxdur, hamısı safdır! Demək olar ki, dünyanın işləri lap əntiqə gedir, yalnız bir neçə 

milyon insanın meyiti yerdə qalıb. Bilirsənmi, Hermine, bu cür həcvlər məni daha  əsəbiləşdirə 

bilməsə də, hərdən kədərləndirir. Həmvətənlərimin üçdə ikisi belə qəzetləri oxuyur, hər səhər, 

hər axşam bu sözləri eşidir.  

Onların beynini yeyir, öyrədir, qızışdırır,  narazı salır, əsəbiləşdirirlər. Hamısının da son 

məqsədi, son istəyi, hər şeydən  əvvəl, müharibədir. Getdikcə yaxınlaşan, birincidən də betər 

olacaq müharibə!   

Bunların hamısı çox aydın, çox da sadədir, istəyən başa düşər. Kim bircə saat fikirləşsə, eyni 

nəticəyə gələ bilər. Amma bu heç kəsin ürəyincə deyil, heç kəs növbəti müharibədən qaçmaq 

istəmir, heç kəs özünü də, balalarını da növbəti kütləvi qırğından qorumaq haqqında düşünmür. 

Halbuki hamısına baha başa gələcək. Bircə saat düşünmək, bircə anlığa özünə qayıdıb dünyanın 

qarmaqarışıqlığında,  kinküdurətində öz payını müəyyənləşdirmək lazımdır, vəssalam. İşə bax, 

heç kəs də bunu istəmir. Deməli, hər şey beləcə davam eləyəcək və minlərlə insan da günbəgün 

səylə müharibəyə hazırlaşacaq. Bunu başa düşən gündən iflic olmuşam, ümidim üzülüb. İndi 

mənim üçün heç bir ideal, «Vətən» yoxdur.  

Bunların hamısı yeni müharibəyə hazırlaşan cənablar üçün pərdədir.  İndi insan kimi 

düşünməyin, danışmağın, yazmağın mənası qalmayıb, beynindəki yaxşı fikirləri oyatmağın da 

xeyri yoxdur. Bunları eləyən iki-üç adam da hər gün minlərlə qəzetin, jurnalın, çıxışların, açıq və 

gizli iclasların hücumuna məruz qalır. Hamısı da bunun əksini deyir, dediklərinə də yetir. 

Hermine maraqla qulaq asırdı. 

– Elədir, – axır ki, dilləndi, – haqlısan. Əlbəttə, yenə müharibə olacaq və bunu bilmək üçün qəzet 

oxumaq da lazım deyil. Düzdür, adam kədərlənir, ancaq xeyri yoxdur. Bu da mütləq öləcəyini 

bilən, lakin əlindən heç nə gəlməyən adamın kədərlənməsi kimi bir şeydir. Ölümə qarşı mübarizə 

aparmaq ən nəcib, ən gözəl, ən ülvi, ən şərəfli işdir, əziz Harri, müharibəyə qarşı çıxmaq da elə. 

Amma bu mübarizə həmişə ümidsiz bir Don Kixotluq olur. – Bəlkə də, elədir, – sərtləşdim, – 

ancaq bu cür həqiqətlərə göz yummaqla, «onsuz da bir azdan öləcəyəm»  – deyib hər şeyə 

tüpürməklə bütün həyatı bayağılaşdırırıq, axmaq vəziyyətində qoyuruq.  

Hə, deməli, belə çıxır ki, hər şeyi atmalıyıq, mənəviyyatdan da, mübarizədən də, insanlıqdan da 

üz döndərməliyik? Meydanı şöhrətpərəstliyə, pula verməliyik, qabağımıza bir parç pivə qoyub 

növbəti səfərbərliyi gözləməliyik? 

Hermine heyrətlə üzümə baxdı. Bu baxışdan rişxənd də, kinayə də, hiyləgərlik də, həssas bir 

doğmalıq da, bunlarla bərabər, həm də kədər, ağıl, dərin ciddilik yağırdı. 

– Heç biri lazım deyil,  – ana nəvazişi ilə dilləndi, – mübarizənin mənasızlığını bilməklə sənin 

həyatın heç vaxt bayağılaşmaz, axmaq vəziyyətdə qalmaz. Ən böyük bayağılıq odur ki, Harri, 

nəsə yaxşı, ideal bir şeyin uğrunda mübarizə aparasan və ona da çatasan. Məgər ideallar ona görə 

yaranıb ki, sən onlara çatasan? Məgər biz insanlar ölümdən can qurtarmaq üçün yaşayırıq? Yox, 

biz əvvəlcə ondan qorxmaq, sonra isə sevmək üçün yaşayırıq, elə ona görə də həyat hərdən lap 

möcüzəyə dönür. Sən hələ uşaqsan, Harri. Deyilənləri eşit, dur gedək,  bu gün işimiz çoxdur. 

Mən bu gün bir daha müharibə,  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

604 


qəzetlər haqqında düşünməyəcəyəm. Bəs sən? 

– Yox, yox, mən də sənin kimi. 

Bir yerdə (ilk dəfə idi ki, şəhərdə qoşa gəzirdik) musiqi alətləri satılan mağazaya getdik, 

qrammofonlara baxdıq, açıb-bağladıq,  çaldırdıq. Biri xoşumuza gəldi. Qəşəng, həm də ucuz idi.  

Götürmək istədim, ancaq Hermine tərəddüd elədi. Axırda onu almağa qoymadı, ayrı mağazaya 

getdik, orada da böyüyündən tutmuş balacasınadək növbənöv, ucuz-baha qrammofonların 

hamısına baxdıq, qulaq asdıq və bütün bunlardan sonra əvvəlkinə qayıdıb həmin cihazı almağa 

razılıq verdi. 

– Görürsən, – dedim, – istəsən, belə əziyyət çəkməzdik. 

– Doğrudan? Bəs sabah bu cihazı başqa vitrində, özü də 20 frank ucuz qiymətə görsəydik, necə 

olardı? Bu bir yana, nəsə almaq adama ləzzət verir və ləzzət aldığın şeyin də mütləq dadına 

baxmaq lazımdır. Sən hələ çox şeyi öyrənməlisən. 

Bir xidmətçi tapıb aldığımızı mənim mənzilimə gətirtdik. 

Hermine iş otağımı diqqətlə nəzərdən keçirdi, sobanı, divanı təriflədi, stulların  rahatlığını 

yoxladı, kitablardan bəzilərini götürüb baxdı, uzun müddət sevgilimin şəkli önündə dayanıb ona 

tamaşa elədi. Qrammofonu kamodun üstündəki kitabların arasına qoymuşduq. Axır ki məşğələ 

başladı. Fokstrot çaldırdı, ilk hərəkətləri göstərdi,  əlimdən tutub məni oynatmağa başladı. 

İtaətkarlıqla onun arxasınca yortur, stullara ilişir,  əmrlərini yerinə yetirir, heç nə başa düşmür, 

tez-tez də ayağını tapdalayırdım. Nə qədər həvəssizdimsə, o qədər də küt idim. İkinci rəqsdən 

sonra özünü divanın üstünə saldı, uşaq kimi güldü: 

– Pərvərdigara,  – dedi,  – nə yaman küt imişsən. Adicə yerişlə get, elə bil, küçədə gəzirsən, 

gərginləşmək lazım deyil. Deyəsən, tərlədin, eləmi? Yaxşı, beş dəqiqə dincələk. Yadında saxla: 

elə ki öyrəndin rəqs etmək də fikirləşmək kimi sadəcə bir şeyə çevrilir. Onu öyrənmək də çox 

asandır. İndi insanların düşünmək  əvəzinə, cənab Halleri vətən xaini adlandırdığına, sakitcə 

oturub növbəti müharibəni gözləməyinə səbirlə dözəcəksən. 

Bir saatdan sonra çıxıb getdi, dedi ki, narahat olmayım, gələn dəfə yaxşı olacaq. Mənsə başqa 

fikirdəydim, səfehliyimə, ləngliyimə pərt olmuşdum. Özümə elə gəlirdi ki, bu bir saat ərzində 

heç nə öyrənməmişəm, gələn dəfə də yaxşı olmayacaq. Yox, rəqs etmək üçün gərək 

anadangəlmə vergin olaydı. Məndəsə heç biri – nə şənlik, nə saflıq, nə arsızlıq, nə də cəldlik 

vardı. Axı çoxdan bilirdim ki, belədir. 

Ancaq işə bax, sonrakı dəfə, doğrudan da, yaxşı alındı. Hətta özümə də ləzzət verdi və dərsin 

axırında Hermine dedi ki, indi fokstrotu oynaya bilərəm. Lakin eşidəndə ki, sabah onunla 

restorana gedib rəqs etməliyəm, məni dəhşət bürüdü, qəti etiraz elədim. O isə soyuqqanlılıqla 

verdiyim sözü xatırlatdı, dedi ki, sabah «Balans» mehmanxanasına çay içməyə gəlim. 

Həmin axşam evdə idim, nəsə oxumaq istəyir, ancaq bacarmırdım. Sabahkı gündən qorxurdum.  

Fikirləşəndə ki, mənim kimi yaşı ötmüş, hürkək, həssas, qəribə bir adam nəinki caz musiqisi 

çalınan müasir, bayağı çayxanalardan, restoranlardan birinə getməli, hətta bacarmaya-bacarmaya 

tanımadığı adamların arasına düşüb oynamalıdır, lap dəhşətə gəlirdim. Boynuma alıram ki, sakit 

iş otağımda cihazı qoşub asta-asta, lap barmaqlarımın ucunda fokstrotu təkcə məşq elədikcə, 

özüm özümə gülür, özüm özümdən utanırdım. Səhəri gün «Balans» mehmanxanasında balaca bir 

orkestr çalır, çay, viski verilirdi. İstədim Herminenin başını qatam, ona görə də qoğal gətirtdim, 

dedim ki, şərab içək, lakin dediyindən dönmədi: 

– Sən buraya kefə gəlməmisən! Rəqs dərsidir. 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə